C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə13/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

48
modelini müdafiə etmək “Kosmik fond radiasiyasının” ta-
pılması nəticəsində qeyri-mümkün hala gəldi..
Tapılan radiasiya gözlənildiyi kimi kainatın hər yerin dən 
gəlməkdəydi. Radiasiyanın istiliyi isə -270 dərəcə idi (3 Kel-
vin). Bu dəyər Qamovun yoldaşlarının daha əvvəl he sabladığı 
-268 dərəcəyə (5 Kelvin) çox yaxın idi. Alfer və Herman 1949-
cu ildə istiliyini belə təxmini olaraq hesabladıqları, mövcud-
luğunun labüd olduğunu israrla müdafiə etdikləri qalıq radi-
asiya 1965-ci ildə tapıldıqda hadisəsni belə qiymətləndirdilər: 
“1965-ci  ilin  kosmologiyanın  tarixi  inkişafında  əhəmiyyətli 
bir il olduğunu hər kəs qəbul edir, hətta bəziləri bu ili müasir 
kosmologiyanın doğum ili olara qəbul edirlər.”
4 - KOSMIK FOND RADIASIYASININ 
ARAŞDIRILMASINDAKI SÜBUTLAR
Bu radiasiyada yüngül dalğalanmalar
olmalıdır
Kosmik  fond  radiasiyasının  tapılması  Big  Bang  üçün 
çox əhəmiyyətli bir sübutdur. Bu radiasiya üzərində edilən 
araşdırmalar  isə  Big  Bang  nəzəriyyəsi  üçün  əlavə  dəlillər 
gətirəcəkdi.  Kosmik  fond  radiasiyasına  “qalıq  radiasiya”, 
“mikrodalğa  arxa  sahə  şüası”  və  ya  “kosmik  mikrodalğa 
fond şüası” kimi adlar verilməkdə idi. Bu fərqli adlar sizi 
çaşdırmasın, çünki bu fərqli adların hamısı eyni şeyi ifadə 
etməkdədir.  Penzias  və  Vilsonun  müşahidəsindən  sonra 
Prinston  Universitetindən  Roll  və  Vilkinson  bu  təcrübədə 
özlərinin icad etdiyi həssas alətlərdən istifadə etdilər.


49
Bu təcrübə Penzias və Vilsonun tapdığı məlumatların 
doğruluğunu təsdiqləyən bir çox təcrübənin ilki oldu.
Kosmik fond radiasiyası tapıldıqdan sonra bu dəfə də 
elm adamları bu radiasiya üzərində dalğalanmalar axtarışına 
çıxdılar. Bu dalğalanmalar kainatın meydana gəlməsi üçün 
vacib idi. Əgər Big Bang ilə ətrafa yayılan maddə tamamilə 
homogen bir şəkildə dağılsaydı, nə qalaktikalar, nə ulduzlar, 
nə də Yer kürəsi meydana gələrdi. Bütün bunların meydana 
gəlməsi üçün bir az daha çox sıx və bir az daha az sıx sahələr 
lazımlı idi. Maddələr bir araya gəlib qalaktikaları meydana 
gətirərkən  qalaktikaların  aralarında  böyük  boşluqlar  qal-
mışdı. Kainatın bir nöqtədən başlayan inkişafının çox erkən 
mərhələlərində  temperaturdakı  çox  kiçik  fərqliliklər  belə 
bunun meydana gəlmə formasını izah edərdi. Bir az daha 
isti olan nöqtələri istiliyi ondan çox az aşağı olan nöqtələrlə 
müqayisə etdikdə daha çox enerjiyə sahib olacaqlar, beləcə, 
isti nöqtələrdə daha soyuq nöqtələrlə müqayisədə daha çox 
hissəcik  meydana  gələcəkdi.  Bu  müddət  qalaktikaların  və 
kosmos boşluğunun meydana gəlməsinə səbəb olacaqdı.
 
Dalğalanmaların da mövcudluğu a
ydın olur
Penzias  və  Vilsonun  istifadə  etdikləri  detektorun  kö-
məyi  ilə  kosmik  fond  radiasiyasındakı  nəzəri  olaraq  göz-
lənilən  dalğalanmaları  təsbit  etmək  mümkün  deyildi.  Çox 
həssas  ölçmələr  üçün  Dünya  atmosferinin  parazit  qaynaq-
larının  seçilməsi  vacib  idi.  Ağır  və  həcmcə  böyük  alətləri 
helium  şarlarına  yükləyib  göndərmək  cahdləri  oldu.  Daha 
sonra U2 təyyarəsi “Kosmik fond radiasiyası”nı araşdırmaq 
üçün ayrıldı. Həssas detektoru təyyarədən kənarda daşımaq 
üçün  xüsusi  bir  bölməsi  olan  kokpit  tikilmişdi,  təyyarənin 


50
şüşəsi  belə  xüsusi  olaraq  dəyişdirilmişdi.  Ancaq  nəticədə, 
təyyarənin  hərəkətinin  və  hər  bölgədə  ölçmək  zamanının 
məhdud  olduğunu  gördülər.  Təyyarə  şar  kimi  bir  nöqtədə 
tərpənmədən dayana bilmirdi, eyni nöqtədən dəfələrlə keçə 
bilməsinə  baxmayaraq,  ölçmələr  tamamlanmadan  yanaca-
ğı bitəcəkdi. Real görünən tək həll yolu bir peykdən istifadə 
etmək  idi.  Gözlənilən  hərəkət  Con  Mater  (John  Mather)
 
tərəfindən  1989-cu  ilin  Noyabr  ayında  atılan  Kosmik  Fond 
Kaşifi (COBE) peykinə bir cihaz yerləşdirilərək reallaşdı. Ma-
terin zənginləşdirdiyi cihaz kosmik fond radiasiyasının istili-
yini daha əvvəl görülməmiş bir həssaslıqla ölçməyə nail oldu. 
İstiliyin qəti dəyəri yalnız 0.005 Kelvin naməlumluqda 2.726 
Kelvin olaraq tapıldı. COBE kosmosda üç il qalmışdı və 1992-
ci ildə əldə etdiyi məlumatlar kosmik fond radiasiyasının var-
lığını və kosmosun hər tərəfindən gəldiyini təsbit etmək üçün 
lazım olandan belə çox idi. Gözlənilən çox kiçik dalğalanma-
lar da təsbit edilmişdi. COBE-nin göndərdiyi məlumatlardan 
kompüterin çəkdiyi şəkil köhnə kainatın xəritəsindəki çox ki-
çik dalğalanmaları da göstərirdi. Şəklin daha isti və daha so-
yuq qisimlərini ayırd edə bilmək üçün kompüterdəki modelə 
çəhrayı və mavi rənglər qatıldı. COBE-nin kainatda kəşf etdi-
yi dalğacıqlar yenidən araşdırılıb, diqqətlə nəzərdən keçirilib 
lazımi məlumat əldə edilmişdi. Big Bang müddətindən sonra-
kı kosmik fond radiasiyasında çox kiçik istilik dalğalanmaları 
vardı və bunlar da qalaktikaların meydana gəlib bu gün gör-
düyümüz hala gəlmələri üçün kifayət idi. Big Bang yenidən 
böyük bir zəfər qazanmışdı. Kosmik bir müşahidənin media-
da bu qədər ön plana çıxması o günə qədər heç görülməmişdi. 
Stefan Houkinqin bu tapıntı haqqındakı fikri də məşhur şəkil 
ilə eyni səhifələrdə keçirdi: “Bu, əsrin, hətta bəlkə də bütün 
zamanların  ən  böyük  kəşfidir.”  COBE  peykinin  proyekt  li-
deri və Kaliforniya Universitetinin astronomu Corc Smutun 
şərhi isə çox maraqlıdır: “Bu kəşfimiz kainatın bir başlanğıcı 


51
olduğunun bir sübutudur.” və belə əlavə etdi: “Bu, Tanrıya 
baxmaq kimi bir şeydir.”
Peykli, kompüterli dəstək
Həqiqətən də mühəndislik möcüzəsi peyklər elektroni-
ka möcüzəsi kompüterlərdə riyaziyyatın yüksək tətbiqləri 
birləşmiş  və  hamısı  birlikdə  Big  Bang-ə  dəstək  vermişdir. 
Kainatdakı görüntü artıq daha əvvəl olmadığı qədər aydın 
idi.  Qalaktikaların  meydana  gəlməsi  üçün  olması  lazım 
olan  kiçik  istilik  dalğalanmalarının  tapılmasına  bəlkə  də 
bu  dalğalanmaların  olması  lazım  olduğunu  aşkar  edənlər 
belə ümid etmirdilər. Kosmik fond radiasiyasının yaratmaq 
lazım  olduğunu  nəzəri  olaraq  ilk  ortaya  atan  “Alfa-betta-
qamma”  tezisi  tarixdəki  yerini  almışdı.  Penzias  və  Vilson 
1965-ci ildəki kəşfləri səbəbilə 1987-ci ildə Nobel mükafa-
tını  qazandılar.  Kosmik  fond  radiasiyasını  ölçmək  üçün 
milyonlarla  dollar  xərclənərək  kosmosa  göndərilən  COBE 
peyki çox həssas bir şəkildə, istiliyi,çox kiçik dalğalanma-
ları ilə “Qalıq radiasiyasını” ölçdü. Bəzi fiziklər bu ölçümü 
bütün zamanların ən böyük kəşfi olaraq qiymətləndirdilər. 
Kosmik  fond  radiasiyasının  tapılması  və  bu  radiasiyanın 
araşdırılması Big Bang baxımından da çox əhəmiyyətli idi. 
Lakin kosmik fond radiasiyasının bizə təqdim edəcəyi daha 
başqa sübutlar da olacaqdır.
 
Keçmişdəki kosmik fond radiasiyasının 
istilik dərəcəsi
Daha  əvvəl  də  dediyimiz  kimi,  Big  Bang-in  öyrətdiyi 
ən əhəmiyyətli məlumatlardan biri kainatın çox isti və çox 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə