7
sıra
-
patogenlik,
virulentlik.
adgezivlik.
invazivlik, toksigenlik,
antigenlik və
s.
-
xüsusiyyətlərindən asılıdır.
Patogenlik - törədicinin orqanizmə daxil olmaq, toxumalarda çoxalaraq xəstəlik
törətmək qabiliyyətidir. Növ xarakteri daşıyır. Bütün infeksion xəstəliklərin törədiciləri patogenlik
xüsusiyyətinə malikdir və bu genetik olaraq möhkəmlənmişdir. Lakin bütün
patogen mikroorqanizmlərdə bu xüsusiyyət eyni dərəcədə büruzə vermir. Eyni zamanda bu
xüsusiyyətin olub-olmamasından asılı olaraq mikroor-qanizmləri patogen, şərti-patogen və qeyri-
patogen (saprofit) olmaqla 3 qrupa bölürlər.
Patogenlik dərəcəsi törədicinin virulentliyi ilə təyin olunur. Keyfiyyət göstəricisi
olan patogenlikdən fərqli olaraq virulentlik kəmiyyət göstəricisidir və minimal ölüm dozası - DLM
ilə ölçülür. Yüksək virulentliyə malik törədicinin az miqdarı belə orqanizmə düşdükdə xəstələnmə
baş verir. Əksinə, virulentliyi zəif olanlar isə ancaq yüksək dozada xəstəlik törədirlər. Virulentlik
sabit, mütləq göstərici olmayıb, bir növün ayrı-ayrı ştamlarmda müxtəlif ola bilər. Hətta eyni
ştammda belə infeksion prosesin gedişində, antibakterial müalicə fonunda dəyişə bilər.
Mikroorqanizmlərin adgezivliyi - hüceyrə memembranına fıksə oluna, yapışa
bilməsi, invazivliyi - yəni toxuma və orqanlara daxil olmaq qabiliyyətinə malik olması onların
virulentliklərini şərtləndirən faktorlardandır. İnvazivlik yayılma faktorlarının iştirakı ilə baş verir.
Bu faktorlara əsasən hialuronidaza, fıbrinolizin, musinaza, lipa-za, kollagenaza, DNT-aza,
neyraminidaza və s. kimi ferment xüsusiyyətinə malik maddələr aiddir.
Mikroorqanizmin əsas patogen xüsusiyyətlərindən biri də onun t oksigeni iy i
dir. İki növ toksin müəyyən edilir: endo- və ekzotoksin. Endotoksin qram-mənfi bakteriyalar
tərəfindən hazırlanır və mikrob cismi ilə əlaqədar olub, onlar parçalandıqdan sonra xaric olur.
Mürəkkəb kimyəvi tərkibə malikdir. Zülal, lipicl və polisaxaridlərdən ibarətdir. Spesifik və seçici
təsirə malik olmayıb, əsasən mərkəzi sinir sisteminin fəaliyyətini pozaraq intoksikasiya əlamətləri
törədir.
Qram-müsbət bakteriyalar (botulizm, difteriya, güzaz törədiciləri) tərəfindən ifraz olunan zülal
mənşəli ekzotoksin isə fermentativ xüsusiyyətlərə malik olub, orqan və toxumalara spesifik - seçici
təsir göstərərək xəstəliyə xas olan xarakterik klinik əlamətlərin meydana çıxmasına səbəb olur.
Bununla yanaşı ekzotoksin fermentativ sistemləri, mübadilə proseslərini də pozur.
Patogenlik faktorlarından biri də antigen mimikriyasıdır. Belə ki, bir sıra
törədicilərdə (bağırsaq infeksiyaları, taun, qrip) insanlarda olan antigenlərlə eyni - oxşar və çarpaz
reaksiya verə bilən antigenlər ola bilir ki, bu da orqanizmə düşmüş törədici anti-genlərinə qarşı
immun cavab reaksiyasının zəif olmasına və xəstəliyin ağır gedişinə səbəb olur.
Mikroorqanizmin patogenlik faktorlarına kapsula malik olması - kapsula
faktorları - kasula antigenləri də daxildir. Onlar immun sistemə təsir etməklə (faqositozu
ləngitməklə) xəstəliyin sonrakı inkişafına şərait yaradır. Törədicilərin hüceyrə daxili artıb-
çoxala bilmə qabiliyyətləri də patogenlik faktoplarındandır. Belə ki, faqositaı* hüceyrələrə daxil
olmuş bir sıra mikroorqa-nizmlərin orada artıb çoxala bilmələri onların orqanizmdə yayıl-masına
şərait yaratmış olur. Infeksion prosesə təsir edən faktorlardan biri də makıoorqanizmin spesifik
immun cavab reaksiyasına səbəb olan mikroorqanizmin antigenfik xüsusiyyət idir.
downloaded from KitabYurdu.org
8
Infeksion xəstəliyin baş verməsində iştirak edən əsas faktorlardan biri də
törədicinin miqdarı -
infeksiyalaşdırma dozasıdır. Göstərilən xüsusiyyətlərdən başqa
mikroorqanizmin antibiotiklərə həssaslığı, faqlara münasibəti, tipləri və s. də xəstəliyin inkişafında
müəyyən dərəcədə əhəmiyyətə malikdir.
Təkamül nəticəsində hər bir mikroorqanizim növü müəyyən yollarla orqanizmə
daxil olmaq xüsusiyyəti əldə etmişdir. Bu infeksi-yanın giriş qapısı adlanır və xəstəliyə
yoluxmada, onun inkişafında, klinik formalarının baş verməsində xüsusi əhəmiyyətə malikdir.
Bclo ki, taun çöpləri dəridən daxil olduqda xəstəliyin bubon, dəri-bubon; tənəffüs yollan ilə
yoluxduqda isə ağ ciyər forması inkişaf edir. Törədicilər orqanizmə müxtəlif yollarla - dəri və
selikli qişalardan (ağız boşluğu, mədə-bağırsaq traktı, tənəffüs yolları), konyuktiva, tənasul
üzvlərindən da-xil ola bilər. Bəzi xəstəliklər zamanı törədicilərin orqanizmə daxil olması bir ııcçə
yolla baş verir (məsələn: taun, virus hepatiti, qara yara). Bəzi inleksiya-larda isə törədicilər yalnız
xüsusi həşəratlar - ağcaqanadlar, bit, birə, gənə və s. vasitəsilə yoluxdurulur. Bu zaman törədici
qan soran həşəratın bədənində özünün müəyyən bioloji inkişaf dövrünü keçirdikdən sonra insanı
yoluxdura bilir.
Bu və ya digər yollarla orqanizmə düşən mikroorqanizmlər daxil olduğu yerdə
müxtəlif xarakterli iltihabi dəyişikliklərə səbəb ola bilir. Əksər hallarda isə orada heç bir iz
qoymadan limfa sisteminə və qana keçir. Limfa
sistemi - Iimfogen və qan vasitəsilə - hematogen yolla orqanizmdə yayılır. Törədicinin qanda
olması onun növündən asılı olaraq bakte-riemiya, virusemiya, spiroxetemiya, rikkctsemiya,
parazitemiya adlanır.
Bir qisim infeksion patologiyalarda törədicilər infeksiyanın giriş qapısında qalır,
yalnız onların ifraz etdiyi toksinlər - ekzotok-sin orqanizmdə yayılaraq xəstəliyin inkişafına səbəb
olur. Məsələn: botulizm, difteriya, güzaz və s.
Mikroorqanizmlərin əsas xüsusiyyətlərindən biri də bu və ya digər üzv və
sistemlərə, toxumalara, hətta hüceyrələrə tropluğuıı olmasıdır. Məsələn: qrip virusları tənəffüs
yolları epitelinə, quduzluq - sinir hüceyrələrinə, şigellalar - enterositləıə, rikketsiyalar -
endoteliositlərə, İİV-rı limfositlərə (CD4 - T-helper) tropluğa malikdirlər.
infeksion prosesin meydana çıxması, davam etmə müddəti, ağırlığı, gedişi, nəticəsi
makroorqanizmin müdafiə qüvvələrinin vəziyyətindən - rezitstentliyindən də asılıdır. Qeyd etmək
lazımdır ki. orqanizmə təsir göstərən istənilən palogen amilə qarşı tək imranın sistem deyil,
makroorqanizmin bütün fizioloji sistemləri səfərbərliyə alınır. Orqanizmin bütövlükdə bu cür
reaksiyası onun reaktivliyi hesab edilir.
Orqanizmin müdafiə faktorları - rezistentliyi irsi və fərdi qazanılmış kompleks
mexanizmlərdən ibarətdir. Spesifik (invnıın) və qeyri-spesifik olmaqla iki yerə bölünür.
Mikrooıqanizmlər orqanizmə daxil olana qədər bir sıra müdafiə sədlərini keçməli olur. İlk
növbədə normal mikrofloranın müqaviməti dəf edilməlidir. Makroorqanizmin mikroflorasını iki
qrupa
ayırmaq
olar:
həmin növ
üçün
xarakterik
olan
mikroflora
- mikrobiosenoz (endogeıı. autoxton, obliqat, rezident), təsadüfi mikroflora (müvəqqəti, tranzitor,
fakültativ). Bu xüsusda bağırsaq (ümumi sahəsi - 200-300 m
2
), ağ ciyərlər (80 m
2
) və dəri (2 m
2
)
mikroflorası əsas yer tutur. Orqanizmin homeostatik sistemində bağırsaq mikroflorası (98%-ni
downloaded from KitabYurdu.org