25
(antibiotiklər, sulfanilamdlər və s.), antivirus (interferon preparatları, interferon induktorları,
kimyəvi preparatlar və s.), antitoksik zərdablar, immunoqlobulinlər, bakteriofaqlar və s. işlədilir.
Törədicilərə qarşı ilk növbədə kimyəvi preparatlar və antibiotiklər işlədilir. Kimyəvi preparatlar
kimi antimikrob və antiparazitar təsirə malik müxtəlif maddələr nəzərdə tutulur.
Antibiotiklərlə müalicənin əsasında isə mikroorqanizmlərin ifraz etdiyi təbii
mənşəli maddələr durur. Müasir antibiotiklər isə polisintetik olub, ilkin molekulaların şəkil
dəyişmələridir. Praktiki təbabətdə ilk antimikrob preparat - sulfanilamid 1936-cı ildə işlədilmişdir.
Bir qədər gec 1941-ci ildə A. Fleminq (Oksford universiteti) penisillini əldə edərək
müvəffəqiyyətlə tətbiq etmişdir. Müasir dövrdə minlərlə təbii, yarımsintetik və sintetik mənşəli
antibakterial preparatlar mövcuddur. Onlardan isə yalnız bir qismi, az toksiki təsiri olan və daha
güclü antibakterial effekt verən antibiotiklər klinik təbabətdə istifadə olunur. Bakteriyalara təsirinə
görə antibiotiklər 2 qrupa bölünür:
- bakterisid təsirə malik olanlar - penisillin, sefalosporinlər, aminoqli-kozidlər,
rifampisin, polimiksin və s.;
- bakteriostaliklər - makroiidlər, tetrasikiin qrupu, linkomisiıı, xloram-fenikol
və s.;
Antimikrob təsir spektrinə görə antibiotiklər aşağıdakı qruplara bolunur:
- qıam-müsbət bakteriyalara və kokkiara təsir edənlər: biosintetik pe-nisiiinlər,
izoksazopenisilinlər (oksasiklin), linkozamidlər (linkomisn, klinda-misin), qlikopeptidlər
(vankomisin, leykoplanin), fuzidin;
- qram-mənfı bakteriyalara təsir edənlər: aztreoıılar, polimiksin (poli-nıiksin
B, polimiksin E);
- qram-müsbət və qram-mənfi bakteriyalara təsir edən geniş spektrli
antibiotiklər: aminopenisilinlər (ampisillin, amoksasillin, bakampisillin, pivampi-sillin),
karbenisillin, ııreidopenisilinlər (piperasillin, mesillin, asidosillin və s.), sefalosporinlər,
aminoqlikozidlər, levomisetin, tetrasiklin qrupu, makrolidlər, rifampisin, karabapenemlər
(imipenem, meronem), fosfomisin;
- vərəm əleyhinə antibiotiklər: streptomisin, rifampisin, flormisin və s.;
- göbələk əleyhinə - antifunqal antibiotiklər: nistatin, levorin, qrizeoful-vin,
amfotersin B, ketekonazol və s.
Antibiotiklər işlədilərkən yuxarıda göstərilən xüsusiyyətlərlə yanaşı
preparatların farmokodinamikası və farmokokinetikası, xəstənin fərdi xüsusiyyətləri nəzərə
alınmalıdır. Ümumiyyətlə antibiotik və digər antimikrob preparatlar təyin edərkən aşağıdakı
prinsiplərə əməl etmək lazımdır:
- infeksion xəstəliyin etioloji diaqnozuna, kliniki-nozoloji formasına müvafiq
və aşkar edilən törədicinin antibakterial maddələrə həssaslığını müəyyən etməklə etiotrop
müalicənin təyini;
- müalicənin törədici amilin yüksək həssas olduğu preparatlarla aparılması;
- etioloji diaqnoz məlum olmadıqda geniş spektrli preparatlar və ya si-nergist
təsirə malik bir neçə preparatın birgə işlədilməsi;
downloaded from KitabYurdu.org
26
- optimal doza və yeridilmə üsulu müəyyən edilməlidir. Bu zaman təyin edilən
preparatın infeksiya ocağında onun minimal təsir dozasından 2-3 dəfə artıq qatılıqda toplanması
təmin olunmalıdır və bu tam effekt alınana qədər saxlanmalıdır;
- seçilən preparat az toksiki və daha yüksək antibakterial təsirə
malik olmalıdır;
- etiotrop müalicə vaxtında - xəstəliyin erkən dövrlərində aparılmalıdır;
-
antibiotiklərlə
müalicənin optimal müddəti - müalicə kursu
müəyyən edilməlidir;
- tətbiq ediləcək preparatların xarakterik xüsusiyyətləri, istifadəsinə
əks göstərişlər, mümkün yan təsirləri nəzərə alınmalıdır;
-
antibakterial
effekti
gücləndirmək
məqsədi
ilə
uyğun
antibakterial preparatların kombinasiyası - bir yerdə tətbiq edilməsi.
Antibiotik və kimyəvi preparatlarla müalicə jesidivlərin və bakteriyagəz-
dirmənin qarşısını almır. Ona görədə paralel olaraq qeyri-spesifık immunosti-mulyatorlarm
(levomizol, pentoksil, metilurasil, pirogenal və s.) tətbiqi -immu-noantibiotikoterapiya vacibdir.
Antibiotiklərlə yanaşı infeksion xəstəliklərin müalicəsində nitrofuran tö-
rələmələri (furazolidon, furadonin, furaqin və s.), 8 - oksixinolin törəmələri (entereseptol,
intestopan, mcksaform, 5-NOK və s.), sulfanilamid preparatları (sulfadimetoksin, ftalazol), salisil
turşusu (salazosulfopridiazin) və trimctop-rimlə (baktrim, biseptol) birlikdə ftorxinolonlar
(ofloksasin, siprofloksasin və s.) geniş tətbiq edilir.
Antibiotik
və
kimyəvi
preparatlarla
müalicə
zamanı
bir
sıra
ağırlaşmalar
(dərman
xəstəliyi) təsadüf
edilir.
Ağırlaşmalar
üç
formada
qeyd
edilir:
allergik reaksiya, disbaklerioz və endotoksik reaksiya.
Allergik reaksiya - çox vaxt özünü kapilyarotoksikoz, dəri səpgisi, der-matitlər,
dəri-selikli qişalarının iltihabı, qızdırma, bəzən ödem, ürəyin (allergik miokardit), ağ ciyər və
bronxların (pnevmoniya, bronxit), qaraciyərin-{hcpa-tit), zədələnməsi ilə özünü göstərir. Nadir
hallarda anafilaktik şokun inkişafı belə mümkündür. Allergik reaksiya preparatın dozasından və
istifadə müddətindən asılı olmayaraq baş verir.
Disbakterioz - antibiotikoterapiyamn təsirindən bağırsaq mikrobioseno-zu
pozulur, orqanizmdə antibiotikə davamlı bakteriyaların - şərti patogen floranın və göbələklərin
fəallaşması baş verir. Autoinfeksiya hesab edilir. Anli-biotikoterapiya ağır gedişli xəstəliklərin
(stafilakokk sepsisi, kandidosepsis, psevdomembranoz kolit) inkişafına belə gətirib çıxara bilər.
Endotoksik reaksiya - adətən yüksək dozada (zərbə dozası) antibiotiklər
yeridildikdən sonra bakteriyaların kütləvi olaraq dağılması nəticəsində xaric olan endotoksinin
təsirindən baş verir. Qarın yatalağı, meninqokokk infcksiya-sı və s. infeksiyalar zamanı qeyd
edilir. Bu cür reaksiyaların qarşısının alınması üçün antibiotiklər işlədərkən paralel olaraq
dezintoksikasiya edicilərin, qlüko-kortikosteroidlərin, antihistaminlərin istifadə edilməsi
məsləhətdir. Seçilən preparatların düzgün - optimal dozalandırılması da vacib şərtdir.
Bəzi kəskin bağırsaq infeksiyalarında etitrop müalicə vasitəsi kimi bakte-
riofaqlardan da istifadə etmək olar. Lakin bu işdə bir sıra çətinliklər olduğundan faqoterapiya
klinik praktikada özünə geniş yer tuta bilməmişdir. Belə ki, laboratoriya şəraitində sınaq şüşəsində
downloaded from KitabYurdu.org