23
Endogen infeksiya və ya autoinfeksiya - infeksion proses orqanizmin özündə olan
şərti patogcn mikrofloranın fəallaşması nəticəsində baş verir. Autoinfeksiya bu və ya digər
təsirlərdən orqanizmin reaktivliyinin zəifləməsi nəticəsində əsasən badamcıqlarda, bronxlarda, ağ
ciyərlərdə, yoğun bağırsaqda, sidik çıxarıcı yollarda, dəridə inkişaf edir.
Yalnız bir növ mikroorqanizm tərəfindən törədilən xəstəlik monoinfeksi-ya, bir
neçə mikroorqanizmlərin iştiraki ilə baş verən xəstəlik isə qarışıq ya mikst infeksiya (assosiasiya
olunmuş infeksiya) adlanır. Çox vaxt bir infeksion xəstəliyə digəri (məsələn, dizenteriyaya
salmonelloz, BVH, vəba və s.) qoşulur. Qarışıq infeksiyanın ən çox rast gələn forması - ikincili
infeksiyadır. Orqanizmin zəifləməsi, normal mikrofloranın pozulması ikinci infeksiyanın
qoşulmasına və ya şərti patogen floranın fəallaşmasına səbəb olur.
İNFEKSİON XƏSTƏLİKLƏRİN TƏSNİFATI
Qədim dövrlərdən indiyə qədər infeksion xəstəliklərin bu və ya digər prinsiplərə
əsaslanan təsnifatlarını vermişlər. XX əsrin ortalarında bütün infeksion xəstəlikləri iki qrupa
bölməyi təklif etmişlər: >*
- antroponozlar - yalnız insanlara xas olan və insandan insana
ötürülən xəstəliklər.
- zoonozlar - həm heyvanlara, həm də insanlara xas olan və heyvanlardan insana
ötürülən (insandan insana yoluxmayan) xəstəliklər.
Sonralar törədicilərin yaşadığı mühit nəzərə alınmaqla, ekoloji təsnifat irəii
sürülmüşdür. Əks cpidemik tədbirlərin planlaşdırılmasmda, həyala keçirilməsində əhəmiyyəti olan
bu təsnifatda törədicilərin yaşamaq üçün uyğunlaşdığı mühitdən kənarda mövcud ola bilməməsi
prinsipi əsas götürülmüşdür və üç qrupa ayırmışlar: - antroponozlar (qarın yatalağı, difteriya,
qızılca və s.); - zoonozlar (bruselloz, samoneiloz, quduzluq və s.); - sapronozlar - abiotik
mühitdə - torpaq, su, bəzi bitkilər və s. - yaşamağa uyğunlaşmış törədicilərin törətdiyi xəstəliklər
(legionelloz, klostridiozlar, NAQ infeksiya, vəba və s.).
lərə uyğun gəlir. Hazırda tam kamil olmasa da 43-cü Ümumdünya Səhiyyə Assambleyasının
xəstəliklərin beynəlxalq təsnifatına 10-cu baxışı zamanı qəbul olunmuş təsnifat təklif edilir:
Sapronozlar içorsindən saprozoonozlan da (törədiciləri həm xarici mühitdə, həm də heyvanlarda
yaşayan) ayırırlar. Bu qrupa qara yara, iersinioz, lcptospi-roz, listerioz, yalançı vərəm və s. aid
etmək olar.
Keçmiş SSRİ məkanında vaxtı ilə rus alimi L.B. Qromaşevskinin təklif etdiyi
təsnifat istifadə edilirdi. Bu təsnifat törədicinin yoluxma mexanizminə və orqanizmdə
lokallaşmasına əsaslanmışdı. Bütün infeksiyaları 5 qrupa ayırırdı:
- bağırsaq infeksiyaları - fekal-oral yoluxma
- tənəffüs yollarının infeksiyaları - hava-damcı yolu ilə yoluxma
- transmissiv və ya qan infeksiyaları - qansoran həşəratlar vasitəsi ilə yoluxma.
- xarici örtük infeksiyaları - təmas yolu ilə yoluxma
- müxtəlif yoluxma mexanizminə malik infeksiyalar.
Qromaşevskinin verdiyi bu təsnifat kamil olmayıb antropanoz xəstəlik
downloaded from KitabYurdu.org
24
- bağırsaq infeksiyaları: bura fekal-oral yoluxma mexanizminə malik bir çox bakterial, virus
mənşəli və ibtidailərin törətdiyi
xəstəliklər daxildir
- vərəm
- bakterial zoonozlar
- digər bakterial xəstəliklər
- cinsi yolla ötürülən infeksiyalar
- spiroxetaların törətdiyi digər xəstəliklər
- xlamidiyaların törətdiyi digər xəstəliklər
- rikketsiozlar
- mərkəzi sinir sisteminin virus infeksiyaları
- buğumayaqlılarla ötürülən virus mənşəli qızdırmalar, hemorragik qızdırmalar
- dəri və selikli qişaların zədələnməsi ilə gedən virus infeksiyaları
- virus hepatiti
- insan immun çatmamazlıq virusu - İİV- infeksiyası
- digər virus infeksiyaları
- mikozlar
- ibtidailərin törətdiyi infeksiyalar
- helmintozlar
- pedikulyoz, akaria və digər infektasiyalar
- infeksion və parazitar xəstəliklərin nəticələri
İNFEKSİON XƏSTƏLİKLƏRİN ƏSAS MÜALİCƏ
PRİNSİPLƏRİ
İnfeksion xəstəliklərdə müalicənin əsas prinsipi onun kompleks şəkildə
aparılmasıdır. Kompleks
müalicəyə pəhriz,
yataq
rejimi,
etiotrop,
patogenetik və
simptomatik terapiya vasitələri aiddir. Bu zaman hər bir xəstəyə fərdi yanaşmalı, xəstənin yaşı,
cinsi, yanaşı xəstəliklər, xəstəliyin dövrü, ağırlıq dərəcəsi, ağırlaşmaları nəzərə alınmalıdır.
Xəstənin müalicəsi təyin edilən pəhriz və yataq rejimi ilə başlanmalıdır. İstifadə edilən qida
rasionu zülallara, yağlara, karbohidratlara gündəlik tələbatı tam ödəməklə yanaşı, vitaminlərlə,
minerallarla zəngin olmalıdır:- Pəhriz təyin edərkən xəstəliyin patogenezi mütləq
nəzərə alınmalıdır.
Zədələnən
üzv
və
sistemlərə
müvafiq
pəhriz
seçilməlidir.
Məsələn, dizenteriyada bağırsağın zədələnməsini nəzərə alaraq kolitik pəhriz (4a, 4b, 4 saylı
pəhriz), VH-də isə qaraciyər pəhrizi (5a, 5b, 5 saylı) təyin edilməlidir. Xəstənin müvafiq rejimi
gözləməsi, ona qulluq da aparılan müalicədə əhəmiyyətli rol oynayır. Rejimin seçilməsi də
xəstəliyin patogenezinə, ağırlığına müvafiq olaraq müəyyən edilir. Məsələn, qarın yatalağında
nazik bağırsaqda əmələ gələn xoralarla əlaqədar ağırlaşmalar (bağırsaq qan axması, bağırsaq
deşilməsi) baş verə bilməsi ehtimalına görə xəstələrə normal temperaturun 7-10-cu gününə kimi
ciddi yataq rejimi təyin edilir. Pəhriz və yataq rejimi hər ikisi patogenetik müalicə vasitələrindən
olub, bəzi xəstəliklərin (məsələn, AVH-nin yüngül formalarında) müalicəsində yalnız onların
təyini ilə kifayətlənmək olar.
Etiotrop müalicə - infeksion xəstəliyi törədən amilə və onun toksininə qarşı
aparılır. Praktiki təbabətdə çox sayda etitrop müalicə vasitələri məlumdur. Antibakterial
downloaded from KitabYurdu.org