35
İmmunitetin
formalaşması,
fizioloji bərpa
Antitellərin ifrazının artması, makrofaqların faqositar
fəallığının yüksəlməsi. Xoraların nekrotik kütlələrdən
təmizlənməsi “təmiz xoralar mərhələsi”
Əlamətlərin
sönməsi, IV
həftə
İmmunitetin
formalaşması',
fizioloji bərpa
Mikrosirkulyasiyanm
normallaşması,
zədələnmiş
üzvlərin funksiyalarının bərpası. Xoraların sağalma
mərhələsi
Sağalma dövrü
V-VI həftə
III dövr - xoraların əmələ gəlməsi mərhələsi. Xəstəliyin III həftəsinə uyğun
gəlir. Nekrozlaşmış hissələr qismən qopur və xoralar əmələ gəlməyə başlayır. Xoralar adətən
mərkəzdə əmələ gəlir, limfa düyünlərini kənar hissələri nekrozlaşmır və bu xoraların sonrakı
regenerasiyasına şərait yaradır. Xoralar selikli qişanın dərin qatlarına və selikaltı qata yayılır.
Bəzən əzələ qatma və daha dərinə çatır. Bu dövrdə xəstəlik üçün xas olan ağırlaşmalar -
xoraların dibindən
keçən
damarın
eroziyası
nəticəsində bağırsaq
qan
axması və xoraların deşilməsi - perforativ peritonil baş verə bilər.
IV dövr - təmiz xoralar mərhələsi. III həftənin axırlarına, IV həftəyə uyğun
gəlir. Nekrozların qopması başa çatır. Qalça bağırsaq boyunca dibi hamar, təmiz, kənarları bir
qədər şişkin xoralar əmələ gəlir.
V dövr - xoraların sağalması mərhələsi. Xəstəliyin V-VI həftələrinə uyğun
gəlir. Bu dövrdə xoraların tam sağalması baş verir. Sağalmış xoraların yerində zərif piqmentasiya
qalır. Çapıqlaşma olmasa da toxumanın tam bərpası baş vermir. Belə ki, limfa toxuması yenidən
bərpa olunmur.
Antibiotiklərlə müalicə zamanı göstərilən dəyişikliklər normal hərarət fonunda
da inkişaf edə bilər. Residivlər baş verərsə bağırsaq limfa düyünlərində müxtəlif mərhələlərdə olan
dəyişikliklər, məsələn, beyinvari şişmə və xoraların sağalması eyni vaxtda qeyd edilə bilər.
Qarın yatalağı üçün qrup və solitar limfa düyünlərinin retikulyar stro-masında
hiperplastik prosesin inkişafı spesifıkdir. Qarın yatalağı qranulo-maları «tifomalar» formalaşır.
«Tifomalar» iri nüvə və massiv sitoplazmaya malik iri makrofaqlardan - tifoz
hüceyrələrdən ibarətdir. Tifomalara kor bağırsaq çıxıntısında, yoğun bağırsaqda, müsariqə limfa
düyünlərində, qaraciyərdə, dalaqda, sümük iliyində, əsnəyin limfa aparatında, alveollarda, beyin
qişalarında rast gəlmək olar.
Qaraciyər, dalaq böyüyür. Qaraciyərin kəsiyi tünd sarı rəngə çalır. Mik-
roskopiyada nekroz ocaqlar, spesifik qranulomalar, hepatositlərin zülal və piy distrofiyası qeyd
edilir. Dalaq doluqanlı olur. Retikular hüceyrələrin prolifera-siyası, tifoz qranulomaların əmələ
gəlməsi, bəzən dalağın infarktı və onun irin-ləşməsi müşahidə edilir. Böyrəklərdə şişkinlik,
nekrotik nefroz, hemorragik və ya cmbolik nefrit, böyrək ləyənində, sidik axarlarında, sidik
kisəsində iltihabi proses qeyd edilə bilər. Degenerativ dəyişikliklər ürək əzələlərində, sinir
sistemində, xüsusən simpatik sinir sisteminin qanqlioz hüceyrələrində, vegetativ düyünlərdə
müşahidə olunur. Qarının düz əzələsində mumabənzər nckrozun inkişafı xarakterikdir. Nadir
hallarda ağ ciyərlərdə tipik qranulomaların əmələ gəlməsi ilə müşayiət olunan pnevmoniya -
pnevmotif rast gəlinir.
downloaded from KitabYurdu.org
36
Klin i k a s ı. Kliniki formasından və gedişindən asılı olaraq qarın yatalağının
aşağıdakı kliniki təsnifatı təklif edilir :
I. Gedişinə görə:
a) tipik forma
b) alipik forma - silinmiş, abortiv, ambulator; nadir hallarda rast gəlinənlər:
pnevmotif, mcninqotif, ncfrotif, kolitif, tifoz qastroenterit
II. Davam etmə müddətinə görə: a) kəskin, b) residiv verən
III. Ağırlığına görə: a) yüngül, b) orta ağır, c) ağır
IV. Ağırlaşmalarına görə:
a) ağırlaşmalar olmayan
b) ağırlaşmalarla: spesifik - bağırsaq qanaxması, bağırsaq deşilmosi, İTŞ
və qeyri-spesifık - pnevmoniya, parotit, xolesistit, tromboflcbit, otit və s.
Xəstəliyin inkubasion dövrü 7-25 gün, orta hesabla 9-14 günə bərabərdir.
Törədicinin yüksək dozada daxil olması (qida ilə yoluxma) zamanı inkubasion dövr qısa, xəstəlik
isə ağır keçir.
Qarın yatalağının gedişində aşağıdakı dövrlər ayırd edilir: başlanğıc, qızğın,
əlamətlərin sönməsi, sağalma dövrləri. Tipik hallarda xəstəlik
tədricən inkişaf edir. Bəzən
xəstəliyin başlanğıc gününü belə müəyyənləşdirmək mümkün olmur. Xəstələrdə ümumi zəiflik,
tez yorulma, adinamiya, baş ağrıları inkişaf edir, bir balaca titrəmə də ola bilər. Günlər keçdikcə
bu əlamətlər güclənir, hərarət getdikcə artır, xəstəliyin 4-7-ci günü maksimuma çatır.
İntoksikasiya, adinamiya, baş ağrıları güclənir, iştaha azalır və ya olmur, yuxu pozulur. Gündüzlər
yuxululuq, gecələr yuxusuzluq olur, defekasiya gecikir, qəbizliyə meyllilik olur, meteorizm
meydana çıxır. 7-9 gün müddətində xəstəlik tam inkişaf edir. Temperatur pilləvari artaraq 39-
40°C-ə yüksəlir. Xəstəlik kəskin başladıqda isə ilk 2-3 gün ərzində intoksikasiya əlamətləri tam
inkişaf edib maksimuma çatır. Müasir dövrdə xəstəliyin kəskin və tədricən başlanma təsadüfləri
eyni tezlikdə rast gəlinir.
İlk günlər kəskin büruzə verən intoksikasiya əlamətləri fonunda orqanların
zədələnməsi bir o qədər nəzərə çarpmır. Xəstələr suallara həvəssiz, ləng cavab verir, laqeyd, qeyri-
fəal olur, hərəkət etmək istəmirlər, gözlərini yumaraq uzanmağı üstün tuturlar. Rəngi avazımış,
bəzən isə yüngülcə hipercmiya, pas-tozluq qeyd edilir. Dəri quru, isti olur. Periferik limfa
düyünləri böyümür. Bəzi xəstələrdə nadir hallarda arxa boyun və qoltuqaltı limfa düyünlərində
böyümə, həssaslıq qeyd edilə bilər. Bəzən əsnəyin hiperemiyası, badamcıqlarm böyüməsi olur.
Ürək-damar sistemini müayinə etdikdə hipotoniya, ürək tonlarının kar-
laşması, nisbi bradikardiya (temperaturun 39-40°C-dok yüksəlməsinə baxmayaraq nəbz sayı az
olur) qeyd edilir. Zirvədə və ürək əsasında kobud olmayan sistolik küy eşidilə bilər. Bəzən nəbzin
dikrotiyası olur. Nəbzin dikrotiyasına daha çox cavan, fiziki cəhətdən inkişaf etmiş şəxslərdə rast
gəlinir. Ürək fəaliyyətinin gücü ilə damar divarlarının elastikliyi və qanın orqanizmdə paylanması
arasında olan dissosasiya nəticəsində baş verir.
Ağ ciyərlər üzərində sərt tənəffüs və quru xırıltılar eşidilə bilər ki, bu da çox
vaxt spesifik qarın yatalağı bronxiti kimi qiymətləndirilir.
downloaded from KitabYurdu.org