37
Xəstəliyin başlanğıcında badamcıqlann hiperemiyası, böyüməsi qeyd edilib, III
həftədə onların xoralaşmsı mümkündür -
Düge anginası. Müasir dövrdə bu nadir hallarda rast
gəlinir.
Həzm sistemində olan dəyişikliklər mühüm diaqnostik əhəmiyyətə malikdir.
Dili quru, qalınlaşmış, kənarlarında dişlərin izi qalır. Ucu, kənarları ərpsiz - təmiz, çəhrayı rəngdə;
üzəri isə qalın, ağ-boz ərplə örtülür. «TiJ'oz dil» adlanır. Dodaqlar quru, çatlamış, qabıqla örtülü
olur. Qarın meteroizm nəticəsində bir qədər böyümüş, palpasiyada sağ qalça çuxurunda, kor
bağırsaqda kobud, iri qabacıqlı; qalça bağırsağın terminal hissəsində isə xırda qabarcıqlı qurultular
qeyd edilir və bir qədər ağrılı olur ki, bu da ileitin olmasını göstərir. Perkusiya zamanı ileosekal
nahiyyədə, sağ qalça çüxurunda perkutor tonun qısalması - Padalka simptomu müəyyən edilir. Bu
miısariqə limfa düyünlərinin
böyüməsi ilə əlaqədardır. Müsariqə limfa düyünlərindəki iltihabla əlaqədar çarpaz Ştremberq
simplomu da müsbət olur. Xəstəliyin 3-5-ci günündən dalaq, 1-ci həftənin axırlarından isə
qaraciyər böyüyür. Bəzən xəstəlik intoksikasiya əlamətləri bir o qədər büruzə vermədən
kəskin
qastroenterit və ya enlerii kimi başlaya bilər. Bu zaman ilk günlər bir
elə də güclü olmayan mədə
bulanması, qusma, defekesiyanın tezləşməsi, nəcisin patoloji qarışıqlar olmadan durulaş-
ması, qarında yayılmış ağrılar qeyd edilir.
Hemoqrammada xəstəliyin ilk 2-3 günü mülayim leykositoz qeyd edilsə də, 4-
5-ci gündən leykopeniya, sola meyllilik, aneozinofıliya, nisbi limfositoz, trombositopeniya olur.
EÇS bir qədər yüksəlir. Bu dəyişikliklər xəstəliyin ağırlığından asılı olaraq büruzə verir və
endotoksinlərin sümük iliyinə təsiri, leyko-sitlərin qarın boşluğu limfatik törəmələrinə yığılması
ilə izah edilir.
Sidiyin ümumi müayinəsində dəyişikliklər çox vaxt toksiki böyrək sindromları
ilə büruzə verir. Proteinuriya, mikrohematuriya, silindruriya olur.
Xəstəliyin I həftəsinin axırları, II həftəsinin əvvəllərində əlamətlər inkişaf edərək
maksimuma çatır. Xəstəliyə xas olan əlamətlər tam büruzə verir - qızğın dövr başlayır, 1-2 həftə
davam edir. Müasir dövrdə bu dövrün qısalması müşahidə edilir. Temperatur 39-40°C-dək
yüksəlir və sonrakı müddətdə daimi xarakter daşıyır. Bu tip temperatur əyrisi trapezi
xatırladır. Vunderlix tipli əyri adlanır. Xəstəliyin ağır gedişlərində bu tip hərarətdə səhər və axşam
temperaturları arasındakı fərq 2-3°C-yə çata bilər (amfıboliya). Temperatur əyrisi ola bilsin ki, bir
dalğalı olsun. Belə temperatur əyrisini Keldişevski müşahidə etmişdir. Bu zaman temperatur çox
vaxt tədricən deyil, nisbətən sürətlə 2-3 günə maksimuma çatır və enməsi də kritik olur, zirvədən
enişi xatırladır. Qarın yatalağında Botkin tipli temperatur əyrisi də qeyd edilir. Dalğavari olur, bir
neçə gün yüksəlir, sonra bir neçə gün enir və bu hal bir neçə dəfə təkrarlanır. Xəstəlik zamanı
remittens tipli (səhər-axşam temperatur fərqlərinin çox olması, qızdırma müddətinin qısa olması),
düzgün olmayan tipdə əyrilər də qeyd edilə bilər.
Qızğın dövrdə baş ağrısı, yuxusuzluq çox vaxt üzücü xarakter daşıyır,
intoksikasiya güclənir. Xəstədə ləngimə, huşun alaqaranlıqlaşması meydana çıxır ifoz
hal" inkişaf edir.
Bu zaman kəskin zəiflik, halsızlıq, adinamiya, apatiya, düşüncənin pozulması,
huşun dumanlanması, qarabasmalar, sayıqlamalar, olur. Xəstələr zaman, məkan yönümünü,
downloaded from KitabYurdu.org
38
hərəkətlərin ardıcıllığını itirir. Öz-özünə danışır, yataqdan durub qaçır. Bəzən infeksion deliriy
halı baş verir.
Xəstəliyin 8-10-cu günü dəridə xarakterik səpgilər əmələ gəlir. Səpgilər
xəstələrin 55-70%-də qeyd edilir və əsasən qarında, döş qəfəsinin aşağı hissəsində olur. Bəzən
digər nahiyyələrdə, sarğıda, kürəkdə və s. ola bilər. Səpgilərin sayı adətən az olub 6-8-dən, 15-20-
dək çata bilər. Monomorfdur. Diametri 3 mm-dək, sərhədləri dəqiq, dəri üzərindən bir qədər
qabarmış, rozcolcoz ləkələr şəklində qeyd edilir. Təzyiq etdikdə və dərini dartdıqda itir,
buraxdıqda yenidən meydana çıxır. Bir neçə saatdan, 3-5 günə qədər qalır, çəkildikdən
sonra yerində çətinliklə nəzərə çarpan piqmentasiya olur. Sönən səpgilər fonunda yeniləri əmələ
gələ bilər. Bu bakteriemiyanın yüksəlməsini göstərir və ardıcıl səpmə fenomeni adlanır. Ağır
gedişlərdə səpgi elementləri nemorragık xarakter ala bilər (petexiyalar) və bu xoş olmayan
proqnostik əlamət hesab olunur. Xəstələrin bir qismində ovucun içində, ayaqların altında dərinin
saralması -
Filippoviç simptomu təsadüf edilir. Bu qaraciyərin zədələnməsi nəticəsində ka-rotin mübadiləsinin
pozulması ilə əlaqədar olaraq meydana çıxır.
Xəstəliyin qızğın dövründə nisbi bradikardiya, nəbzin ikiləşməsi saxlanılir, qan
təzyiqi daha çox düşür. Urək tonları karlaşmış olur. Xəstələrin 1/3-də miokardiodistrofiya inkişaf
edir. Bəzi hallarda spesifik infeksion-toksiki mio-kardit ola bilər. Bu dövrdə bronxit fonunda
xəstələrin bəzilərində qarın yatalağının törədiciləri və ya yanaşı qoşulan mikroflora tərəfindən
törədilən pnev-moniya inkişaf edir. Mədə-bağırsağın zədələnməsi əlamətləri maksimuma çatır.
Dodaqlar quru, çox vaxt çat-çat, qabıqlanmış olur. «Tifoz dil» qalır, dilin üzərindəki ərp boz-
qəhvəyi rəng alır. Ağır hallarda isə dilin quru, fulginoz görnüşü olur. Qarında meteorizm bir qədər
do artır. Xəstələrdə qəbizlik, bir sıra hallarda isə defekasiyanın tezləşməsi, duru, noxud
şorbasınıxatırladan, özünəməxsus turş iyli ifrazat olur. Qurultular, palpasiyada ileosekal
nahiyyədə ağrılar daha aydın nəzərə çarpır. Padalka və Ştrenberq simptomlan müsbət olur.
Qaraciyər böyümüş, kənarları düz, bir qədər girdələşmiş, xəmirvari şəkildə əllənir, azacıq ağrılı
olur. Dalaq da böyüyə bilər.
Xəstəliyin qızğın dövründə sidik ifrazı azalır. Proteinuriya, mikrohema-luriya,
silindruriya davam edir. Bakteriouriya qoşulur. Bu isə bəzən böyrək ləyənində, sidik kisəsində
iltihaba səbəb olur.
Qeyd etmək lazımdır ki, bu dövrdə çox təhlükəli olan ağırlaşmalar - xoraların
perforasiyası, bağırsaq qanaxmaları və ağır gedişlərdə isə
İTŞ inkişaf edə bilər. Mastit, orxit,
epididimit, dismenorreya, hamilələrdə vaxtından əvvəl doğuşlar, abort da qeyd edilir.
Əlamətlərin sönməsi dövründə temperatur litik olaraq düşür. Normallaş-ması
onun amfibolik olması ilə müşayiət olunur. İntoksikasiya əlamətləri zəifləyir, aradan qalxır. Baş
ağrıları keçir, iştaha açılır, dil təmizlənir; yuxu, diurez normallaşır; qaraciyər, dalağın ölçüləri
kiçilir. Əlamətlərin sönməsi dövrü adətən 1 həftədən artıq çəkmir. Bu dövrdə gecikmiş əlamətlər:
tromboflebitlər, xolesistit ola bilər.
Sağalma dövrü hərarət normallaşdıqdan sonra başlayır. Xəstəliyin ağırlığından
asılı olaraq 2-4 həftə çəkir və astenovegetativ əlamətlər, yorğunluq, tərləmə və s. qeyd edilir.
Sağalma dövründə xəstələrin 8-15%-də residivlərbaş verir. Xəstəlikdən sağalanların 3-5%-də isə
downloaded from KitabYurdu.org