33
İnfeksiyanın daxil olduğu andan müdafiə reaksiyaları inkişaf edərək törədiciləri
orqanizmdən təmizləməyə cəhd edir. Bu prosesdə spesifik antitellər (opsoninlər, aqlutininlər,
bakteriolizinlər, presipitinlər və s.) və makrofaqlarııı faqositar fəallığı da müəyyən rol oynayır.
Artıq xəstəliyin 4-5-ci günündə qanda İgM sinfindən olan antitellər meydana çıxır. Xəstəliyin 2-
3-cü həftəsində spesifik immunogenez maksimuma çatır. Əsasən İgM O-antitellər üstünlük təşkil
edir. Bu dövrdə İgG antitelləri də meydana çıxır və titri getdikcə yüksəlir. Paralel olaraq İgM
antitellərin titri enir.
Bakteriyaların xaric edilməsində müxtəlif ifrazat üzvlərinin - qaraciyər, bağırsaq
vəziləri, böyrəklər, tüpürcək, tər vəzilərinin fəaliyyətlərinin güclənməsi əhəmiyyətli rol oynayır.
Bakteriyalar süd vəziləri ilə də xaric olurlar. Xəstəliyin 8-9-cu günündən başlayaraq bakteriyalar
qaraciyərlə daha intensiv xaric olur. Burada onların əsas hissəsi tələf olur, digər hissəsi isə ödlə
bağırsağa keçir və bir qismi nəcislə xaric olur, qalan hissəsi isə yenidən bağırsaq limfa aparatına
daxil olur. İlkin olaraq iltihablaşmış və sensibilizasiya olmuş limfa düyünlərinə həmin amilin
təkrarən daxil olması nəticəsində nazik bağırsağın şöbəsində sciitar follikullarda və Peyer
düyünlərində adi iltihabi prosesi hiperergik prosesə çevirən allergik reaksiya baş verir. Limfa
düyünləri nekroz-iaşaraq xoralar əmələ gəlir. Son zamanlar prosesin bu cür izahı qəbul
edilmir, özünü kəskin büruzə verən allergik reaksiyaların qarm yatalağı üçün xarakte-
rik olmadığı göstərilərək bağırsaqda baş verən dəyişikliklər endotoksinlərin periferik vegetativ
düyünlərə və sinir uclarına, həmçinin limfa düyünlərinə birbaşa toksiki təsiri ilə izah edilir.
Bakteriyaların orqanizmdən xaric edilməsinin əhəmiyyətli dərəcədə güclənməsi,
spesifik antitellərin toplanması, makrofaq sistemi hüceyrələrinin faqo-sitar fəallığının artması
immunitetin formalaşmasına, orqanizmdə fizioloji proseslərin bərpa olunmasına gətirib çıxarır.
Qeyd etmək lazımdır ki, qarın yatalağı törədiciləri lokallaşdığı ocaqlardan qana
keçərək prosesin yayılmasına və xəstəliyin residivlərinə səbəb ola bilər. Residivlərin səbəbi kifayət
qədər güclü immunitetin formalaşmamasıdır. Antibiotiklərin tətbiqi nəticəsində antigen
qıcıqlanma zəif olur. Nəticədə spesifik antitel əmələ gəlməsi zəifləyir. Yaranan immunitet də zəif
olur. Qarın yatalağı zamanı xəstələrin 3-5%-də uzun müddətli bakteriya gəzdirənlik formalaşa
bilər. Hazırda ona infeksiyamn xroniki forması kimi də baxılır. Belə ki, törədicilər
mononuklearfaqositar sistem (MFS) hüceyrələrində saxlanımış olur. Bakteriyagəzdirənliyin
əsasında immun sistemin kamil olmaması durur. Xroniki gəzdiricilərdə makroqlobulin O-
antitelinin (İgM) çatışmazlığı müəyyən edilir. Bu sinifdən olan immunoqlobulinlər isə qarın
yatalağı əleyhinə immunitetin əmələ gəlməsində əsas rol oynayır. Molum olmuşdur ki,
törədicilərin MFS hüceyrələrində hüceyrə daxili parazitlik edərkən onların L-formalara keçməsi
mümkündür. Bu formada olan bakteriyalara immunitetin humoral faktorları təsir etmədiyindən
onlar uzun müddət hüceyrə daxiliində qala bilərlər. Müəyyən şəraitdə bakteriyalar ilkin
formalarını alaraq ikincili ocaqların inkişafına, bakteriemiyaya və ya simptomsuz
bakteriyagəzdirənliyə səbəb olur.
Qarın yatalağında dəridə müşahidə olunan rozeoleoz səpgilər dərinin üst qatında
limfa və qan damarları boyunca baş verən produktiv iltihabın nəticəsidir. Həmin səpgilərdən
götürülmüş materialın bakterioloji müayinəsində tif-paratif törədiciləri aşkar edilir.
downloaded from KitabYurdu.org
34
Qeyd edilən məlumatlar göstərir ki, qarın yatalağı təkcə retikuloendote-lial
sistemi zədələmir, ümumiyyətlə bütövlükdə orqanizmin xəstəliyidir.
Patoloji
anatomiyası. Tif-paratif
xəstəlikləri
zamanı
pato-morfoloji
dəyişikliklər əsasən qalça bağırsağın limfoid toxumasında gedir. Bu dəyişikliklərin müəyyən
qanunauyğunluqlarla, dövrü olaraq getməsi 5 pato-morfoloji mərhələ ayırd etməyə imkan verir.
Onlar şərti olub, heç də həmişə xəstəliyin kliniki dövrlərinə və ağırlığına uyğun gəlmir.
I dövr - beyinvari şişmə mərhələsi. Təxminən xəstəliyin I həftəsinə
uyğun gəlir. Nazik bağırsağın limfa düyünlərinin şişkinləşməsi baş verir, onların ölçüləri böyüyür.
Selikli qişa üzərindən qabarır və kəsikdə boz-qırmızı rəngdə olub, uşağın beyin maddəsini
xatırladır. Ona görə də beyinvari şişmə mərhələsi adlanır.
II dövr - nekroz mərhələsi. Xəstəliyin II və III həftəsinin əvvəllərinə uyğun
gəlir. Böyümüş limfa düyünlərinin mərkəzi hissələri nekrozlaşır, səthi çirkli boz və ya öd hopması
nəticəsində yaşılımtıl-sarı rəng alır.
Qarın yatalağının patogenezinin dövrləri.
Patogenezin
mərhələləri
Patofizioloji və patoanatomik dəyişikliklər
İnfeksiyanın
dövrləri
İnfeksiyalaşma
Xəstəliyin baş verməsi üçün orqanizmə kifayət qədər
bakteriyanın daxil olması (10 mln,- İmild.)
Infeksiyanm I-
III həftəsi
İlkin
regionar
infeksiya
Törədicilərin nazik bağırsağın selikli qişasından daxil
olması və onların solitar, qrup limfa düyünlərində
toplanması. Mezenterial limfa düyünlərinə daxil
olması, regionar limfadenit
•
infeksiyanın I-
III həftəsi
Bakteriemiya
və
toksinemi-ya
Limfadenit və limfangitlərin inkişafı, nazik bağırsaq limfa
düyünlərinin beyinvari şişmə mərhələsi. Törədicinin qana
keçməsi. Bakterya və toksinlərin qanda dövr etməsi.
Parenximatoz üzvlərdə qan dövranı və distrofik
pozğunluqlar.
Başlanğıc
dövr.
Xəstəliyin I
həftəsi
Törədicilərin
parenximatoz
disseminasiyası
Daxili orqanların zədələnməsi, onlarda qarın yatalağı
qranulomalarımn inkişafı. Mərkəzi sinir sisteminin və
sümük iliyinin zədələnməsi. Törədicinin dəriyə
gətirilməsi, orada produktiv iltihabın inkişafı nəticəsində
ekzantemalar əmələ gəlməsi
Qızğın dövr
Xəstəliyin II-
III həftəsi
Bakteriyaların
orqanizmdən xaric
edilməsi - allergik
mərhələ
Törədicilərin və immun komplekslərin böyrəklər, öd
yolları, bağırsaq vəziləri ilə xaric edilməsi. Kapilyarlarda
mikro trombların əmələ gəlməsi, mikrosirkulyasiya-nın
pozulması. İmmun proseslərin maksimuma çatması. Yerli
allergik reaksiyalar. Bağırsaqda qrup və solitar limfa
düyünlərində nekrozun inkişafı. Nekrotik kütlələrin
qopması, limfa düyünlərində xoraların əmələ gəlməsi
Qızğın dövr
Xəstəliyin II-
III həftəsi
downloaded from KitabYurdu.org