369
antitellər əmələ gəlir. Qanda əvvəlcə kapsid antigeninə qarşı İgM və İgG antitelləri, sonralar isə
digər antigenlərə qarşı antitellər meydana çıxır. Epşteyn-Barr virusları B-limfo-sitlərə tropizmə
malikdirlər. Belə ki, eksperimental müayinələrdə bəlli olumuş-dur ki, Epşteyn-Barr virusları
primatlann yalnız B-limfositlərində artıb çoxalır və bu zaman həmin hüceyrələrin dağılmasına,
lizisinə səbəb olmur.
Məlum olmuşdu ki, Epşteyn-Barr virusları artıb çoxaldığı hüceyrələri nəinki
lizisə uğradır, əksinə həmin hüceyrələrin proliferasiyasmcı səbəb olur. Bu virusların bir sıra digər
xəstəliklərin baş verməsində də etioloji rolu vardır. Belə ki, Afrikada müşahidə edilən Berkit
limfomasma, çinlilərdə burun-udlaq karsi-nomasına və immuniteti zəifləmiş şəxslərdə bir sıra
digər limfomolara səbəb olur. Residivləşən parotilin patogenezində də bu virusların rolu olduğu
güman edilir. Sistem xəstəliyi olan qırmızı qurdeşənəyi və sarkoidoz zamanı xəstələrin qanında
Epşteyn-Barr viruslarına qarşı antitellər aşkar etmək olur. Viruslar orqanizmdə (B-limfo sitlər
də) uzun müddət persistə edərək
lal eni infeksiya şəklində də qala bilirlər. Hətta müəyyən
şəraitdə hüceyrə DNT-si ilə viris DNT-nin inteqrasiyası belə mümkündür. Beləliklə infeksion
mononukleoza Epşteyn-Barr viruslarının törətdiyi infeksiyalardan biri kimi baxmaq lazımdır.
Xarici mühit təsirlərinə çox davamsızdırlar. Quruduqda, yüksək temperaturda -
qaynadıqda və dezinfcksiyacdicilərin təsindən tezliklə tələf olurlar.
Epide m iologiyası. İnfeksiya mənbəyi xəstə insanlar və virus gəzdirənlərdir.
Törədicilərin ifraz edilməsi inkubasion dövrün əvvəllərində başlayaraq rekonvalessensiya
dövründən 4-24 həftə keçənədək davam edə bilər. Virus ifraz etmənin 18 aya qədər çəkməsi belə
mümkündür. Xəstəlikdən sonra 15-25% hallarda latent infeksiya şəklində bütün ömrü boyu davam
edən virus-gəzdirəniik qalır. Virus gəzdirəmər dövrü oiaraq ağız suyu ilə virus ifraz
edərək infeksiyamn yayılmasını - epidemik prosesin saxlanmasım təmin edən əsas infeksiya
mənbəyi hesab edilirlər. Onlarla təmasda olduqda - xüsusən öpüşdükdə
yoluxma baş verir. Ona görədə bəzən infeksion mononkleozu «öpuş xəstəliyidə də adlandırırlar.
Yoluxma əsasən hava damcı yolu ilə olur. İnfeksiya xəstə və ya virus-gəzdirənlə
bilavasitə təmasda olduqda, o cümlədən öpüşərkən, ağız suyu ilə çirklənmiş əşyalardan,
qidadan istifadə etdikdə keçir. Virus
kontogiozluğunun zəifliyi ilə seçilir. İnfeksiyanın
yayılmasına əhalinin sıxlığı, sağlam insanların xəstə və virusgəzdirənlərlə sıx təmasda olması,
ümumi ağlardan, qab-qacaqdan istifadə etmək şərait yaradır.
Hamilə qadınlardan doğuş zamanı uşağın yoluxması istisna edilmir - in-tranatal
infeksiyalaşma. Uşaqlıq boynu kanalında virusların aşkar edilməsi
cinsi yolla yoluxma ehtimalını
göstərir. B-limfositlərdə latent infeksiya hemo-transfuzion yoluxmanı mümkün edir. 1 yaşa qədər
uşaqlar çox nadir hallarda xəstələnir. Bu anadangəlmə imuniteti göstərir. Anadan verilmiş
antitellərin yüksək titri uşağın 7 ayınadək saxlanılır.
Əsasən uşaqlar, yeniyetmələr, 14-29 yaş arasında olanlar xəstələnir. 35-40
yaşdan sonra nadir hallarda qeyd edilir. Bu gənc yaşlarında monenukleozun tipik, atipik, silinmiş
formalarını keçirərək immunitet qazanılması ilə izah edilir. İİV-infeksiyası zamanı istənilən yaş
qruplarında Epşteyn-Barr viruslarının fə-allaşması mümkündür.
Patogenezi. İnfeksiyanın giriş qapısı ağız boşluğu və udlağm selikli qişasıdır.
Törədicinin daxil olduğu yerdə epiteli və limfoid toxuma zədələnir. Selikli qişada hiperemiya,
downloaded from KitabYurdu.org
370
ödem müşahidə olunur. İnfeksion mononukleozun patogenezində 5 mərhələ ayırd edilir: I
mərhələ törədicinin daxil olması;
II - virusların limfogen yolla regional limfa dünyünlərinə
gətirilməsi və onların hiper-plazisiyası; III - virusemiya, virusların orqanizmdə yayılması, bütün
limfoid toxumaları prosesə cəlb olunması; IV- infeksion-allergik yenidənqurulma; V-immunitetin
inkişafı - sağalma.
Giriş qapısında - selikli qişada və yerli limfoid toxumada zədələnmələr
verdikdən sonra viruslar B-limfositlərə daxil olaraq bütün orqanizmə yayılır. Törədicilərin
çoxalması periferik qanda B limfositlərdə gedir. Bu zaman B lim-fositlər nəinki tələf olur, əksinə
fəal sürətdə çoxalaraq müxtəlif sinifdən olan (ilk növbədə İgM) immunoqlobulinlər ifraz edilər. B
limfositlərin sürətli proli-ferasiyası T-limfositlərlə nizamlanır və bunula əlaqədar kəskin dövründə
onların miqdarı xeyli artır və periferik qanda artipik mononukleoarlar - bazofıl sito-plazmaya,
böyük nüvələrə malik iri hüceyrələr aşkar edilir. İmmun çatmamazlıq hallarında (İİV-infek-
siyasında) proses B limfositlərin proliferasiyası ilə məhdudlaşmır, baş beyinin B hüceyrəli
limfoması inkişaf edir. İmmun sistemində patologiya olmayan xəstələrdə isə B limfositlərdə virus
antigenləri tapılaraq T killerlər tərəfindən məhv edilirlər. T supressorların fəallığı artır, nəticədə B
limfositlərin proliferasiyası ləngiyir, yoluxmuş limfositləri tanıyan və məhv edən, spesifik
sitotoksik hüceyrələr meydana çıxır. Xəstənin sağalması baş verir. Lakin bununla bərabər
orqanizmə daxil olmuş Epişteyn-Barr virusları B limfosit-lərdə persisdə edərək orada xəstənin
bütün həyatı boyu qala bilərlər. Bir sıra hallarda isə virusun orqanizmdə uzun müddət
qalması xroniki mononukleozun formalaşmasına gətirib çıxarır. Həmçinin immunitetin zəifləmiş
şəxslərdə in-feksiyanın yenidən fəallaşması da mümkündür.
Epşteyn-Barr virusları seçici olaraq retikulyar və limfoid toxumanı zədə-
lədiyindən klinikada bu özünü yayılmış limfoadenopatiya, qaraciyərin, dalağın böyüməsi şəklində
göstərir. Limfoid və retikulyar toxumanın mitotik fəallığının güclənməsi periferik qanda atipik
mononukleoarların meydana çıxmasına səbəb olur. Qaraciyərdə, dalaqda və digər üzvlərdə atipik
mononukleoarlarla diffuz və ya ocaqlı infıltratlaşmış sahələr meydana çıxır. Bütün limfo-retikul-
yar toxumalarda histoloji müayinələrdə hiperplaziya aşkar edilir. Makrosko-pik olaraq qaraciyər,
dalaq, linıfa düyünləri böyümüş, udlaqda iltihabi dəyişikliklər olur.
Klinikası. İnkubcısion dövr 5-12 günə bərabərdir, bəzən 30-45 günədək uzana
bilər. Xəstəlik bəzən 2-3 gün davam edən prodmal əlamətlərlə başlayır - yorğunluq, ümumi zəiflik,
iştahasızlıq, öskürək, əzələ ağrıları qeyd edilir.
Xəstəlik adətən kəskin başlayır, ilk gündən hərarət 38-40°-dək yüksəlir.
İntoksikasiya əlamətləri meydana çıxır. Ümumi zəiflik, halsızlıq, əzginlik, oynaq-əzələ ağrıları,
baş ağrısı olur. İnfeksion mononukleozun kardinal əlamətləri qızdırma, əsnəyin zədələnməsi,
limfa düyünlərinin, qaraciyərin, dalağın böyüməsidir.
Qızdırma 4 gündən 1 ayadək davam edə bilər. Əsasən remittəedici və ya düzgün
olmayan tipdə gedir. Bəzi xəstələrdə subfebril və ya normal ola bilər.
İlk günündən, bəzən bir qədər gec (5-7gündən) xəstəlik üçün xarakterik
olan əsnəyin zədələnməsi əlamətləri meydana çıxır. Badamcıqların zədələnməsi
- angina kataral, follikulyar, lakunar, xoralı-nekrotik ola bilər. Hətta difteriya
ərpini xatırladan fibrinoz ərp belə müşahidə edilir. Badamcıqların zədələnməsi
downloaded from KitabYurdu.org