385
içmək istədikdə, hətta suyun səsini eşitdikdə, onun haqqında fikirləşdikdə belə baş verir. Sonra-lar
havanın hərəkəti (zəif küləkdən, xəstəni yellədikdə, üfürdükdə), güclü işıq, səs (aero-, foto-,
akustikofobiya) bu cür paroksizmlərə səbəb olur.
Bu dövrdə - xəstəliyin inkişafının ən qızğın dövründə güclü psixomator
oyanıqlıq baş verir. Xəstələr aqressivləşir: özünü, ətrafdakıları cırmaqlayır, vurur, dişləyir,
paltarını cırır, tez-tez tüpürür, qışqırır, vurnuxur, ətrafdakıları dağıdır, mebeli sındırır, tutub
saxlamaq mümkün olmur - «quduz güc» meydana çıxır. Bu cür tutmalar huşun alaqaranlıqlaşması,
qorxunc eşitmə və görmə qa-rabasmaları ilə müşayiət olunur. Tutmalardan sonra xəstə sakitləşir,
huşu aydınlaşır, vəziyyəti qiymətləndirməyi bacarır, suallara düzgün cavab verir, öz əzablarından
danışır. Bir-iki günə çoxlu, əziyyətverici ağız suyu ifrazı - sialo-reya meydana çıxır. Xəstə çatdırıb
uda bilmədiyindən tez-tez, fasiləsiz tüpürür və ya öz-özünə ağzından axıb tökülür. Ətraflar soyuq
olur, dəri soyuq yapış-qanvari tərlə örtülür. Bədən temperaturu xəstəliyin gedişinə paralel olaraq
artır. Taxikardiya, ürək-damar, tənəffüs pozğunluqları şiddətlənir. Oyanıqlıq dövrü 2-3 gün, bəzən
6 günədək davam edir. Əgər tutmalar dövründə ürək və ya tənəffüsün dayanmasından xəstə
ölməsə, xəstəlik paralitik dövrə keçir.
Terminal və ya paralitik dövr. Bu dövrdə xəstənin vəziyyəti elə bil ki,
yüngülləşir, sakitləşir, psixomator oyanıqlıq çəkilir. Xəstə yeyib-içə bilir. Sağalmağa bir ümid
yaranır. Bunu ölüm qabağı işıqlı dövr də adlandırmaq olar. Lakin eyni vaxtda xəstədə halsızlıq,
apatiya, salivasiya güclənir. Ətraf əzələlərinin, kəllə sinirlərinin paralicləri meydana çıxır. Çox
vaxt paralic qalxan istiqamətdə - Landrinin qalxan tip paralici - müşahidə edilir. Çanaq üzvlərinin
fəaliyyəti pozulur. Hərarət 42°C-dək yüksəlir. Bu dövr 1-3 gün davam edir, xəstə
ürək və tənəffüs mərkəzinin iflicindən ölür. Xəstəliyin ümumi davam etmə müddəti 3-7 gün, tək-
tək hallarda isə 2 həftəyədək çəkir.
Quduzluq prodromal dövr olmadan oyanıqlıq və ya paralitik dövr əlamətləri ilə
başlaya bilər. Xəstəliyin bəzi gedişlərində fobiya tutmaları olmaya, psixomator oyanıqlıq qeyd
edilməyə də bilər - «paralitık» və ya «sakit» quduzluq. Bu halda heç bir oyanıqlıq əlamətləri
olmur. Müxtəlif xarakterli ifliclər -çox vaxt Landrinin qalxan tip iflicləri inkişaf edir. Xəstəlik daha
uzun sürür, xəstələr bulbar pozğunluqdan tələf olur. Bu forma daha çox Cənubi Amerikada qan
soran yarasaların dişləməsindən sonra müşahidə edilir.
Diaqnozu•
Differensial diaqnozu. Kliniki-epidemioloji məlumatlara əsaslanaraq
quduzluğun diaqnozunu qoymaq bir elə də çətinlik törətmir. Qanın ümumi müayinəsində
aneozinofiliya, limfositar leykositoz qeyd edilir. Xəstələrin spesifik laborator diaqnozu çətindir.
Hazırda gözdən -buynuz qişadan götürülmüş bioptatda virus antigeninin flüoressensiya
edən antitel üsulu ilə aşkar edilməsi tətbiq edilir. Onurğa beyni mayesini, göz yaşını, ağız suyunu
yeni doğulmuş laborator heyvanlarına beyin daxili yoluxdurmaqla virusları ayırmağa çalışırlar.
NR, KBR, DHAR, infeksiyalaşmış hüceyrələrin lizis reaksiyası da istifadə edilir.
Quduzluğun dəqiq laborator diaqnozu xəstəlikdən ölmüş insan və heyvanların
baş beynindən götürülmüş materialda Babeş-Neqri cisimciklərinin aşkar edilməsi ilə qoyulur.
Quduzluğun laborator diaqnostikası və laborator heyvanlarm yoluxdurulması xüsusi təhlükəli
infeksiyalar üçün nəzərdə tutulan ciddi rejim şəraitində aparılmalıdır.
downloaded from KitabYurdu.org
386
Quduzluğu güzaz, isteriya, strixnin və atropinlə zəhərlənmə, ensefalit, lissofobiya
(quduzluqla xəstələnmədən qorxma) ilə differensiasiya etmək lazımdır.
Güzaz trizm, sardonik gülüş, opistotonus, tetaniki qıcolmalarla xarakterizə
olunur. Psixomator tutmalar olmur.
İsteriya epidemioloji anamnezin uyğunsuzluğu, subyektiv şikayətlərin bolluğu,
obyektiv əlamətlərin (tənəffüs pozğunluğu, taxikardiya, bəbəklərin genəlməsi və s.) olmaması və
uzun müddətli gedişi ilə seçilir.
Atropinlə zəhərlənmə zamanı ağızda, udlaqda quruluq, danışığın və udmanın
pozulması, ürək döyünmə, təngnəfəslik, baş ağrısı olur. Dəri qızarır, quru olur, bəbəklər genəlir,
işığa reaksiyası olmur. Psixomator, hərəki oyanıq-lıq, görmə qarabasmaları, huşun itməsi ilə gedən
epilepsiyaya bənzər tutmalar və komanın inkişafı müşahidə edilir. Bununla bərabər salivasiya,
quduzluq parok-sizmləri, fobiyalar, parez, paraliclər olmur.
Ensefalitlərdə (letargig polimielit və s.) paralitik dövrə qədər ki, müddətdə
hidrofobiya, aerofobiya , oyanıqlıq dövrü, kəskin simpatikotoniya olmur.
Lissofobiya obyektiv əlamətlərin və kliniki dinamikanın olmaması ilə fərqlənir.
Narkoz vəziyyətində xəstədə olan bütün əlamətlər itir.
Müalicəsi. Müsbət təsir göstərən heç bir müalicə üsulu yoxdur. Xəstələrin
əzablarını yüngülləşdirən simptomatik - patogenetik müalicə tədbirləri həyata keçirilir. Xəstələri
xarici qıcıqlardan qorumaq üçün ayn palatada yerləşdirmək lazımdır. Yüksək dozada morfın,
pantopon, aminazin, dimed-rol, xloralhidrat imalələri təyin edilir. Kurareyə bənzər preparatların
tətbiqi, xəstələrin süni tənəffüs aparatına qoşulması onların ömrünü uzada bilər. Son vaxtlar
müalicə məqsədi ilə antirabik qamma-qlobulin işlədilməsi heç bir nəticə verməmişdir.
Proqnozu . Quduzluqdan sağalma hadisələri bu vaxta qədər qeyd edilməmişdir.
Xəstəlik başladıqda letallıq 100%- dir.
Profilaktikası. Quduzluğun profilaktikası xəstəliyin heyvanlar arasında
yayılmasına və insanların ona tutulmasının qarşısının alınmasına yönəldilməlidir. Ona görə də
evdə saxlanılan bütün itlərin və pişiklərin qeydiyyatı aparılmalı, onların profilaktik vaksinasiyası
həyata keçirilməlidir. Heyvanları bir ölkədən başqasına aparakən beynəlxalq qaydalara əməl
edilməlidir. Vəhşi heyvanları tərkibində vaksina saxlayan toyuq başları ilə yemləməklə diri
antirabik vaksina ilə immunlaşdırılması aparılır. Quduzluğun mənbəyi hesab edilən heyvanların
sayının minimum səviyyədə saxlanması təmin edilməlidir. Yaşayış məntəqələrində sahibsiz
itlərin, pişiklərin olması yolverilməzdir. İnsanları və digər heyvanları dişləmiş heyvanlar veterinar
müalicə müəssisələrinə gətirilib 10 gün müşahidə altında saxlanılmalıdır.
Heyvanların dişləməsi zamanı yara qaynanmış isti su ilə, sabunla(və ya
sabunsuz) yuyulmalıdır. Sonra 70%-li spirt və ya yodun spirtdə məhlulu ilə işlənilir. Yarada
kəsiklər aparılmasına, tikişlər qoyulmasına əlavə zədələrə səbəb olaraq inkubasion dövrü
qısaltdığına görə icazə verilmir. Sonra yara ətrafına antirabik zərdab və ya antirabik
immunuqlobulin vurulur.
Yuxarıda qeyd etdiyimiz tədbirlər və quduzluğa qarşı peyvəndlər nə qədər tez
aparılsa, bir o qədər effektli olur. Müşahidələr göstərir ki, peyvənd yalnız dişləmədən 14 gün
keçənədək aparılarsa effektli olur. Antirabik peyvəndşərti və şərtsiz olaraq aparılır. Əgər dişləyən
downloaded from KitabYurdu.org