C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə197/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   193   194   195   196   197   198   199   200   ...   207

401 

 

Əlamətlərin kəskin büruzə verən dövrlərində malyariyanı bir sıra xəstəliklərdən 



- qarm yatalağından, kəskin respirator xəstəliklərdən (qrip), Ku qızdırmasından, leptospirozdan, 

brusellozdan, sepsisdən və s. fərləndirmək lazım gəlir. 



Qarın  yatalağı üçün  əsasən  daimi  tipdə  -  gündəlik  dəyişmələr  l°C-dən  artıq 

olmayan  qızdırma  xarakterikdir.  Xəstələrdə  qeyd  edilən  tormozlanma,  müəyyən  lokalizasiyası 

olmayan  güclü  baş  ağrıları,  anoreksiya,  nisbi  bradikar-diya,  «tifoz  dil»,  qarında  köplük, 

palpasiyada  sağ  qalça  çüxurunda  qurultular, Padalka  simptomunun  müsbət  olması,  ekzantema, 

ağır gedişlərdə «status ty-phosus» halı malyariya zamanı müşahidə edilmir. 

Kəskin  respirator  xəstəliklər  (qrip) alm  nahiyyəsində,  qaş  qövsləri  üzərində 

lokallaşan güclü ağrıların olması, işıqdan qorxma, göz almalarının hərəkəti zamanı ağrılar, yuxarı 

tənəffüs  yollarının  katar  əlamətləri  ilə  malyariyadan  fərqlənir.  Həmçinin  qaraciyər,  dalaq 

böyümür. 



Ku  qızdırması malyariyadan  fərqli  olaraq  göz  almalarının  hərəkəti  zamanı 

meydana  çıxan  ağrılar,  retrobulbar  ağrılar,  üzün  hiperemiyası,  sklera  damarlarının 

inyeksiyalaşması,  xəstəliyin  3-4-cü  günündən  qaraciyərin  böyüməsi,  ocaqlı  pnevmoniyanın 

inkişafı ilə xarakterizə olunur. 



Leptospiroz üçün xarakterik olan əzələ ağrıları (xüsusən baldır əzələlərində olan 

ağrılar), hemorragik sindrom, döyəcləmə simptomunun müsbət olması, sidikdə zülal, danoli və 

hialm silindirlərin, eritrositlərin meydana çıxması, qanda qalıq azotun çoxalması və digər əlamətlər 

malyariyada olmur. 

Bir sıra oxşar əlamətlərinin olmasına baxmayaraq brusellozu yüksək temperatur 

fonunda  ümumi  vəziyyətin  yaxşı  olması,  hər  gün  -  xüsusən  axşamlar  müşahidə  edilən  profuz 

tərləmələr, üzv və sistemlərin ayrı-ayrılıqda və kombi-nə olunmuş zədələnmələri, periferik limfa 

düyünlərinin böyüməsi və s. əlamətlərlə malyariyadan differensasiya etmək olur. 



M  ii  ali  c  d  s  i. Malyariyanın  müalicəsində  etiotrop  müalicə  əsas  yer  tutur. 

Aparılan  müalicə  paroksizmlərin  dayandırılmasına,  üç  günlük  və  ovale  malyariyada  uzaq 

residivlərin  baş  verməsinə  qarşı,  infeksiyanın  əsas  ötürülmə amilləri  kimi  qametositlərin  ləğv 

edilməsinə  yönəldilməlidir.  Xəstəliyin  ağır formalarında  müalicənin  vaxtında  başlanmasının 

mühüm əhəmiyyəti vardır. Belə ki, müalicənin gec başlanması İTŞ-nin inkişafına şərait yaradır. 

Malyariya  əleyhinə  preparatlar hematoşizotrop,  histoşizotrop,  qamonto-



trop olmaqla  qruplara  bölünür.  Əsasən  xəstəliyin  profilaktikası  məqsədi  ilə  tətbiq 

edilən sporontosid preparatlar da ayırd edilir. 



Hematotrop preparatlar - əsasən eritrositar formalara - şizontlara effektli təsir 

göstərir. Bu qrupa 4-aminoxinolin preparatları (xlorxin, amodiaxin, plak-venil, delagil, xinqamin), 

xinin,  artemizin,  xloridin,  antifol  preparatları  (prime-tamin,  proquanil),  sulfanilamidlor, 

sulfalonlar, tefrasiklin, kombinə olunmuş preparatlar (fansidar, metakelfin, fansimcr, maloprim, 

mefloxin) aiddir. 

Histoşizotrop preparatlar - plazmoidləıin toxuma formalarına təsir göstərir. Bu 

qrupda effektli təsirə malik preparat 8-aminoxinolin törəmələri - pri-maxin hesab edilir. Antifol 

preparatlar (proquanil, primetamin) da histoşizotrop təsirə malikdir. 

downloaded from KitabYurdu.org




402 

 

Qamorıtotrop  preparatlar -  plazmodilərin  cinsi  formalarına  təsir  göstərir  və 

hematoşizotrop  preparatlardan  sonra  tətbiq  edilir.  Bu  qrupa  8-aminoxinolin  törəmələri  aiddir. 

Onlar həm də sporontosid təsirə malikdirlər. 



Sporontosid dərmanlardan primetamini və proquanili göstərmək olar. 

Malyariya tutmalarını dayandırmaq məqsədi ilə hematoşizotrop dərmanlar, çox 

vaxt delagil (xinqamin, xlorxin) təyin edilir. Birinci gün 0,25 q-dan günün birinci yarısı 4 həb - 

1,0 q; 6-8 saatdan sonra 2 həb - 0,5 q verilir. Sonrakı iki gün 2 həb - 0,5 q, həblər bir dəfəyə qəbul 

edilir.  Uç  günlük  malyariyada  3 gün,  tropik  və  dörd  günlük  malyariyada  isə  temperatur 

normallaşmadıqda müalicə kursu 5 günədək uzadılır. 

Radikal müalicə məqsədi ilə vivax və ovale malyariyada toxuma formaları ləğv 

etmək üçün histoşizotrop dərmanlar verilir. Delagildən sonra xəstəyə gündə 15 mq olmaqla 14 gün 

primaxin və ya 30 mq olmaqla 10 gün xinosid təyin edilir. 

Vivax,  ovale  və  dörd  günlük  malyariyada  cinsi  hüceyrələr,  qametositlər 

eritrositar şizoqoniyadan sonra tezliklə tələf olurlar. Tropik malyariyada isə uzun müddət - 1 ilədək 

qaldığına  görə  qametosid  təsir  məqsədi  ilə  hematoşizotrop  preparatlarla  müalicə  fonunda  bir 

dəfəyə 50 mq primetamin (xloridin, tindurin, daraprim) və ya gündə 15 mq-daıı 3 gün müddətində 

primaxin verilir. 

Bəzən  bəzi  antiparazitar  preparatlara  rezistentlik  müşahidə  edilir.  Bu  xüsusən 

tropik malyariya zamanı daha tez-tez qeyd edilir. Belə hallarda bir neçə preparatın kombinasiyası 

tətbiq  edilir.  Belə  ki,  7-10  gün  müddətində  0,65  q-dan  gündə  3  dəfə  xinin-suifat,  0,5  q-dan 

suifaicnlə və ilk 3 gün müddətində gündə bir dəfə 0,025 q-dan primetaminlə (tindurin) birlikdə 

tətbiq edilir. Xini-ni çox vaxt fansidarla birlikdə verirlər. Fansidar - 0,5 q sulfadoksindən+0,025 

q primetamindən ibarətdir. Fansidar 1 dəfəyə üç həb verilir. 

Göstərilən  preparatlar  oimadıqda  İ0  gün  müddətində  gündə  4  dəfə  0,3  q-dan 

tetrasikiin və ya 7 gün müddətində gündə 0,2 q doksosikiin verilə bilər. 

Ftorxinolonların  da  malyariyanın  müalicəsində  müsbət  təsiri  məlumdur  - si-profloksasin  7  gün 

gündə 2 dəfə hər dəfə 200 mq təyin edilir. 

Tropik malyariyanın davamlı ştamlanna qarşı 5 gün müddətində gündə iki dəfə 

15 mq/kq mefloxin və ya artezunat 2 mq/kq həb şəklində təyinin xüsusən Cənubi-Şərqi Asiya, 

Mərkəzi  və  Cənubi  Amerika  ölkələrində  tətbiqinin effektli  olması  göstərilir.  Mefloxinin 

artezunatla və ya mefloxinin arxitekininlə birlikdə işlədilməsi daha effektli hesab edilir. 

Tropik  malyariyanın  ağırlaşmış  gedişləri  zamanı  intensiv  müalicə  tədbirləri 

həyata  keçirirlər.  Malyariya  koması  zamanı  spesifik  preparatlar  parenteral  təyin  edilir.  Seçim 

preparatı xinindir. 1 doq. 40-60 damcı olaraq vena daxilinə yeridilir. Bir dəfəyə 500-650 mq (10 

mq/kq) olmaqla 8 saatlıq fasilə ilə gündəlik doza 2 q təyin edilir. Afrikada kinimaks (Quinmax) 

və  kinform  (Quinoform) işlədilir.  Dərmanlara  davamlılıq  olmadıqda  bir  dəfəlik  doza  10  ml, 

gündəlik doza  isə  30  ml  olmaqla  5%-li  delagil  8  saat  fasilələrlə  parenteral  yeridilir.  Vəziyyət 

düzəldikdən sonra, həb verilir. Etiotrop müalicə ilə yanaşı patogenetik müalicə də aparılır. Şok 

əleyhinə intensiv terapiya həyata keçirilir - hər kq çəkiyə 10-15 ml kolloid və kristalloid məhlullar, 

1-2  mq/kq  qlukokortikosteroid-lər,  antihistaminlər,  diuretiklər  (serebral  hipertenziya,  ağ  ciyərin 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə