395
çox sürətlə, xüsusi intensivliklə artıb çoxala bilirlər. Parazitemiya çox yüksək səviyyəyə çatır.
Yüksək pa-razitemiya, külli miqdarda zədələnmiş eritrositlərin beyin və digər üzvlərin ka-
pilyarlarında toplanması və qanın laxtalanma sistemində olan dəyişikliklər bir-biri ilə fıbrin telləri
ilə birləşən eritrositlər kompleksinin yaranmasına səbəb olur. Kapilyarlarm mənfəzinin tutulması
baş verir. Bununla əlaqədar beyin ödemi, böyrək anoksiyası, böyrək kanalcıqlarmın epitel
hüceyrələrinin nekro-zu və KBÇ, qaraciyər hüceyrələrinin nekrozu, böyrəküstü vəzi çatmamazlığı
və
s. inkişaf edə bilər.
• •
Klinikası. Xəstəliyin kliniki olaraq özünü büruzə verməsi müəyyən dərəcədə
törədicinin növündən asılı olduğuna görə 4 forması ayırd edirlir: üç günlük, tropik, dörd günlük və
ovale malyariya. Bununla bərabər əsas kliniki əlamətlər (qızdırma tutmaları və s.) malyariyanın
bütün formaları üçün demək olar ki, enyi dərəcədə xasdır. Xəstəliyin ağırlığına görə yüngül, orta
ağır və ağır formaları da müəyyən edilir.
Ola bilsin ki, xəstəlik inkubasion dövrdən sonra prodromal əlamətlərlə başlasın.
Prodromal əlamətlər bir neçə saatdan 3-4 günə qədər davam edir. Xəstələrdə halsızlıq, əzginlik,
yüngül üşütmə, baş ağrısı, yuxululuq, subfebril hərarət qeyd edilir. Malyariya tutması şiddətli,
sarsıdıcı üşütmə, titrəmə ilə başlayır, ardıcıl olaraq qızdırma və tərləmə ilə əvəz olunur. Üşütmə,
titrəmə 10-15 dəqiqədən 2 -3 saatadək davam edə bilər. Xəstələrin rəngi avazıyır, dərisi soyuq,
tükləri biz-biz olur (qaz dərisi). Nəbz tezləşir, tənəffüs səthi olur. Baş ağrıları şiddətlənir. Əzələ
ağrıları, xüsusən bel ağrıları, meydana çıxır, yanğı olur.
Qızdırma dövrü bir neçə saatdan 1 günədək və daha artıq davam edə bilər.
Xəstənin üzü hiperemiyalaşır, dərisi quru, isti olur. Temperatur 40-41 °C-dək yüksəlir. Xəstənin
ümumi vəziyyəti pisləşir. Şiddətli baş ağrısı, qusma olur, ishal da qeyd edilə bilər. Bəzən
sayıqlamalar, huşun alaqaranlıqlaşması müşahidə edilir. Ürək tonları karlaşır, taxikardiya,
təngnəfəslik baş verir. Malyariya tutması temperaturun normal və ya subnormal rəqəmlərə
düşməsi, güclü tərləmə ilə başa çatır və xəstə dərin yuxuya gedir. Ümumiyyətlə götürdükdə
malyariya tutmasının davam etmə müddəti 6-12 saat, bəzən daha çox çəkir. Tropik malyariyada
24saat və daha artıq ola bilər. Tutmalardan sonra xəstələr elə bil «rahatlanır» - dərin yuxuya gedir.
Tutmalar arası dövr törədicinin növündən asılı olaraq (eritrositar şizo-qoniyanm
davam etmə müddətinə müvafiq) müxtəlif olur. 48-72 saat davam edir. Bu dövrdə hərarət normal
olur və xəstələrdə hər tutmadan sonra güclənən zəiflik qeyd edilir. Malyariya tutmaları adətən
günün eyni vaxtlarında baş verir. 3 və 4 günlük malyariyada səhərlər, axşam düşənədək, ovale
malyariyada axşamlar qeyd edilirsə, tropik malyariyada günün müxtəlif vaxtlarında, hətta bir
gündə 2 dəfə belə ola bilir. Bu parazitlərin toxuma şizoqoniyası eyni vaxtda başa çatmayan
müxtəlif generasiyalarının olması ilə əlaqədardır.
Bir neçə - 2-4 tutmadan sonra dalaq və qaraciyər böyüyür. İlkin malyariya
zamanı dalağın böyüməsi böyük ölçülərə çatmasa da təkrari yoluxmalar, residivləı* zamanı
qaraciyərdən də çox böyüyüb, böyük ölçülərə çatır və konsi-stensiyası bərk olur. Tutmalar təkrar
downloaded from KitabYurdu.org
396
olunduqca eritrositlərin parçalanması hesabına anemiya inkişaf edir. Qanda bilirubinin miqdarı
artır. Qanın ümumi müayinəsində ilk günlər leykopeniya, savan neytrofillərin meydana çıxması
ilə sola meyillik; sonrakı günlər eritrositlərin sayının azalması, hemoqlobinin səviyyəsinin
düşməsi, retikulositlərin azalması, leykopeniya, neytropeniya, nisbi limfo-monositoz,
trompositopeniya, EÇS-in artması, anizopoykilositoz aşkar edilir.
Xəstələrin rəngi avazıyır. Dəri və selikli qişalar solğun-sarı rəng alır. 10-14
tutmadan sonra müalicə aparılmadıqda belə xəstələrin vəziyyəti sabitləşir, malyariya tutmaları öz-
özünə kəsilir. Vaxtında və düzgün müalicə apardıqda isə tutmalar tezliklə dayanır, qaraciyər və
dalağın ölçüləri normallaşır. Müalicə olunmayan və müalicəsi düzgün aparılmayan xəstələrin bir
qismində müəyyən vaxtdan sonra (1-3 ay) erkən residivlər baş verir. Erkən residivlər
malyariyanın bütün növlərində qeyd edilir. Üç günlük və ovale malyariyada isə 6-11 ay, bəzən isə
daha gec, gecikmiş residivlər ola bilər. Bunun səbəbi qeyd etdiyimiz kimi parazitlərin mürgüləyən
formaları - bradisporozoitlərdir. Bu zaman kliniki əlamətlər nisbətən yüngül keçir. Profilkatika
məqsədilə malyariya əleyhinə preparatlar qəbul etmiş şəxslərdə, xüsusən bu düzgün aparılmadıqda
xəstəliyin atipik gedişləri rast gəlinir - inkubasion dövr daha uzun, bir neçə ay, hətta il çəkir.
Üç günlük malyariya. Xoş gedişi ilə xarakterizə olunur. Letal-lıq demək olar ki,
qeyd edilmir. Malyariyanın ən geniş yayılmış formalarından biridir. Azərbaycanda da tez-tez
epidemik alovlanmalarına təsadüf edilir. İnkubasion dövr 10-21 gündür. Əgər hipnozoitlərlə
yoluxma baş verərsə inkubasion dövr 6-14 ayadək uzana bilər.
İlk dəfə xəstələnmiş şəxslərdə halsızlıq, zəiflik, əzginliklə müşayiət olunan
prodromal dövr olur. 2-3 gün müddətində düzgün olmayan tipdə temcpra-tur (38-39°C) qeyd
edilir. Sonralar xəstəliyin özünəməxsus klinikası meydana çıxır. Orta ağır, ağır gedişlərdə üşütmə-
titrətmə zamanı xəstələrdə şiddətli başağrısı, zəiflik, beldə, iri oynaqlarda kəskin ağrılar, təkrari
qusmalar olur. Tənəffüs tezləşir, taxikardiya qeyd edilir. Xəstə sarsıdıcı titrəmə, soyuq hiss
edir, rəngi avazıyır. Üşütmədən sonra qızdırma baş verir. Temperatur tezliklə 39-40°C-ə çatır. Baş
ağrısı, yanğı, mədə bulanması olur. Taxikardiya artır, A/T düşür. Ağ ciyərlərdə bronxit əlamətləri
- quru xırıltılar eşidilir. Xəstələrin rəngi qızarır, əllə toxunduqda dəri isti olur. Qarında köplük,
defekasiyanm duru-laşması qeyd edilir. Sonrakı dövrdə temperatur şiddətli tərləmə ilə düşür. 3-
4 saata normallaşır. Qızdırma tutumaları 5-8 saat davam edir. Üşütmə titrəmə 20-30 dəqiqədən 1
saatadək, qızdırma isə 2-4 saatadək çəkir. Qızdırmalar arası dövr 40-42 saat davam edr. 12-14
tutmadan sonra parazitemiyanın səviyyəsi aşağı düşür. Qanda anticisimlərlə parazitlərin
səviyyəsində tarazlıq yaranır, tutmalar dayanır. Ancaq sonrakı 2-3 ay müddətində bu və ya digər
səbəbdən parazitemiyanın səviyyəsi yüksəlir. Tutmalar bərpa olunur. Erkən residivlər baş verir.
Sonrakı dövrlər latent dövr başlayır. Bu dövrdə 6-8-14 aydan, həta
3-4 ildən sonra qaraciyərdə saxlanan hipnozoitlərin hesabına prosesin fəallaş-ması - gecikmiş
residivlər baş verə bilər. Ümumiyyətlə götürdükdə üç günlük malyariyada infeksion proses 1,5 il
çəkir.
Üç günlük malyariya zamanı ağırlaşmalar demək olar ki, müşahidə edilmir.
Yanaşı gedən patoloji proseslər - istivurma, susuzlaşma olduqda endotok-sik şok ola bilər. Digər
infeksion xəstəliklərin ağır formaları ilə birlikdə gedən formalarda letallıq belə mümkündür.
downloaded from KitabYurdu.org