393
3. Endemik göstərici - yoxlanılanlar arasında parazitemiya və splenome-qaliya
aşkar edilən şəxslərin sayı.
Mövsüm ərzində malyariya ilə yoluxmanın göstəricisi kimi 1 yaşa qədər
uşaqlarda parazitar göstəricinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Hər hansı bir ocaqda
malyariya ilə xəstələnmənin səviyyəsi 2-9 yaşlı uşaqlar arasında dalaq göstəricisini təyin etməklə
qiymətləndirilir.
2-9 yaşlı uşaqlar arasında dalaq göstəricisinə əsaslanaraq ÜST 1964-cü ildə
malyariyanın yaşayış məntəqələrində yayılmasının 4 dərəcəsini təklif etmişdir.
1. Hipoendemiya - dalaq göstəricisi 10%-ə qədər olur. Malyariya ilə yoluxma
ehtimalı aşağı olur.
2. Mezoendemiya - dalaq göstəricisi 11-50% olur. Yoluxma ehtimalı
xeyli artır, bəzən yüksək olur.
3. Hiperendemiya - 50-75%. Xəstəliyin yayılması çox olduğundan, yoluxma
ehtimalı da yüksək olur.
4. Qoloendemiya - dalaq göstricisi 75%-dən yüksək olur. Xəstəliklə
yoluxmanın ən yüksək həddidir.
Qolo- və hiperendemik zonalar daha çox tropik Afrika ölkələrində qeyd edilir.
Belə ölkələrdə yuxarı yaş qrupundan olan əhali arasında malyariyaya qarşı tululmamazlıq qeyd
edilir. Bu əhali qruplarında qazanılmış qeyri-steril immunitet formalaşmış olur. Bu cür ocaqlarda
3 aylığa qədər uşaqlar da anadangəlmə immunitet olduğuna görə malyariyaya tutulmurlar. 3-24
aylıq uşaqlar anadangəlmə immunitet söndüyü üçün xəstəliyə ən həssas qrup hesab edilir. 2-5
yaşlarında uşaqların demək oiar ki, hamısında Pl.Falciparum aşkar edilir və onlarda qazanılmış
immunitet formalaşdığından xəstəliyin gedişi bir qədər yumşalır. 6 yaşdan yuxarı uşaqlarda
xəstələnmə hadisələri tək-tək olur,
Af\Q
TUU
parazitemiya kəskin sürətdə azalır. Yaşlılarda isə parazitlər tək-tək aşkar edilir. Kifayət qədər
güclü qazanılmış immunitet olur.
Göründüyü kimi malyariyaya qarşı həm uşaqlar, həm də böyüklərdə eyni
dərəcədə həssaslıq olsa da tropik ölkələrdə əsasən 3 aylığından 5 yaşadək uşaqlar xəstələnir.
Sonrakı yaş qruplarından uşaqlarda və böyüklərdə inkişaf edən qazanılmış immunitet nəticəsində
orqanizmdə parazitlərin sayı çox az olur, kliniki əlamətlər qeyd edilmir.
Onu da qeyd etmək lazımdır ki, malyariya parazitlərinin immunogenliyi zəif
olduğuna görə kifayət gərginlikdə immunitetin inkişafı üçün əhalinin dəfələrlə reinfeksiyası
lazımdır. Məsələn: Pl.falciparum-da bu 5-7 il çəkir. Əhalinin təkrar yoluxması dayandıqda əmələ
gəlmiş immunitet tədricən sönür. Ona görə də endemik zonadan kənarda, malyariya olmayan
ölkələrdə bir-neçə il yaşayan adamlarda immunitet söndüyünə görə təkrarən endemik ocağa
qayıdıb yoluxduqda yenidən, özü də ağır formada malyariya inkişaf edir.
Malyariyaya qarşı təbii rezistentlik də qeyd edilir. Belə ki, Afrika zəncilərində
qanda Daffi qrupundan olan antigenlərin olmaması ilə əlaqədar onlarda üç günlük malyariyaya
genetik olaraq qeyri-həssaslıq vardır. Daffi qrupundan olan antigenlər parazitlərin eritrositlərə
downloaded from KitabYurdu.org
394
yapışmasına səbəb olan faktorlardan-dır. S-hemoqlobin (HbS) gəzdirənlərdə, Q-6-FD fermenti
çatmamazlığı olan şəxslərdə isə Pl.falciparum-a tutulmamazlıq olur.
Malyariyanın yayılmasında əhalinin sosial şəraiti, müharibələr, təbii fəlakətlər,
miqrasiyalar və s. əhəmiyyətli rol oynayır.
Patogenezi. Malyariyanın bütün formalarında toxuma şizoqoniya-sı xəstəliyin
inkubasion dövrünə uyğun gəlir. Xəstəliyin klinik əlamətləri eri-trositar şizoqoniya prosesi
nəticəsində meydana çıxır. Bu zaman eritrositlərin dağılması nəticəsində qana tökülən parazitlər,
onların həyat fəaliyyəti məhsulları və eritrositlərin parçalanması nəticəsində əmələ gələn
məhsullar qızdırma tutmalarının meydana çıxmasına səbəb olur. Qızdırma tutmaları zamanı
bioloji fəal maddələrin (kininlərin və s.) sintezi sürətlənir. Nəticədə damarların keçiriciliyi artır,
qanın maye hissəsi ətraf toxumalara keçir, qan qatılaşır mik-rosirkulyasiya pozulur. Hemoiiz
nəticəsində əmələ gələn tromboplastik maddələr hiperkoaquliyasiya verir və trombların əmələ
gəlməsinə şərait yaradır. Malyariya parazitləri sitotoksik faktorlar əmələ gətirə bilir ki, onların da
təsirindən toxuma-hüceyrə tənəffüsü və fosforlaşma prosesləri pozulur.
Plazmodilərin eritrositlərdə parazitlik etməsi hemoqlobinin parçalanması, üzv və
toxumalara hopan malyariya piqmentinin əmələ gəlməsi ilə müşayiət olunur. Təkrarlanan
eritrositar şizoqoniya, eritrositlərin dağılmasıanemiyaya gətirib çıxarır. Anemiyanın ağırlığı
parazitemiyanın şiddətindən və malyariya tutmalarının sayından asılıdır. İnkişaf edən
autoimmunuıı proseslər anemiya-nın daha da dərinləşməsinə səbəb olur. Belə ki, eritrositlərə qarşı
əmələ gələn antiteilər hemoiiz prosesini daha da şiddətləndirir. Onu da nəzərə almaq lazımdır ki,
dalağın böyüməsi hipersplenizm sindromunun inkişafına gətirib çıxarır ki, bu zaman da
proqressivləşən ancmiya, leykopeniya və trombositopeniya
mu
nçol^t/
r
İA Aİnnıır uoamuo sJau-jui di. .
İlk tutmalardan kəskin dohıqaniıiıq və retikuio-endoteiiai sistemin reaksiyası ilə əlaqədar
qaraciyər, dalaq böyüyür. Onlarda çoxlu hemomelaninin
Ümumiyyətlə malyariya orqanizmin susuzlaşması, istivurma zamanı, anemiyası
olan adamlarda və yanaşı gedən xəstəliklər (qarın yatalağı, VH, amöbiaz və s.) olarsa ağır gedişi
ilə seçilir.
toplanması endotelin hiperplaziyasına səbəb olur. Xəstəlik uzun müddət davam etdikdə isə
birləşdirici toxumanın inkişafı baş verir.
Malyariya tutmaları zamanı toxuma tənəffüsünün pozğunluqları, ade-niltsiklaza
fermentinin fəallığının artması nəticəsində enterit inkişaf edə bilər. Böyrəküstü vəzin
çatmamazlığı, mikrosirkulyasiyanın, toxuma tənəffüsünün pozğunluqları bəzən ağır hallarda
KBÇ-nm inkişafına səbəb olur.
Mikrosirkulyator pozğunluqlar bronxit əlamətləri, ağır hallarda isə pnevmoniya
verə bilər.
Tropik malyariyada patoloji prosesin daha intensiv getməsi xüsusi qeyd
edilməlidir. Bu Pl.falciparum-un bir sıra xüsusiyyətləri, o cümlədən eritrositar şizoqoniyamn
daxili üzvlərin kapilyarlarmda, xüsusən baş beyində getməsi ilə izah edilməlidir. Pl.vivax-dan
fərqli olaraq onlar əsasən retikulositlərdə deyil, həm retikulositlərdə, həm də yetkin eritrositlərdə
downloaded from KitabYurdu.org