399
Periferik qanda xəstəliyin əvvəlində müşahidə edilən leykopeniya leyko-sitoz və
ya hiperleykositozla əvəz olunur. Cavan neytrofıllər meydana çıxır. Anemiya dərinləşir, EÇS
yüksək rəqəmlərə çatır, hematokrit düşür, hipoka-liemiya, metabolik asidoz inkişaf edir. Periferik
qandan götürülmüş yaxmada külli miqdarda parazitlər aşkar edilir. Eritrositlərin 10-30%-ə qədəri
invazi-yalaşmış olur. Koma dövrü üçün parazitin üzük mərhələsi və qametositləıiə yanaşı,
eritrositar şizoqoniyanm digər mərhələlərinin də aşkar edilməsi xarakterikdir.
Malyariya koması müalicə aparmadıqda və ya gec başladıqda bir neçə gün
davam edir və ölümlə nəticələnir. Vaxtında aparılan müalicə müsbət nəticə verir.
İTŞ - malyariyanın algid forması da adlanır. Çox yüksək parazitcmiya fonunda
inkişaf edir. Bu zaman dərin hemodinamik pozğunluqlar, dövr edən qanın miqdarının azalması,
metabolik pozğunluqlar baş verir. İTŞ inkişafında böyrəküstü vəzin kəskin çatmamazlığı
əhəmiyyətli rol oynayır.
Temperatur subnormal rəqəmlərədək düşür. Rəng avazıyır, dəri soyuq tərlə
örtülü olur. Üzün cizgiləri dərinləşir, gözlər çuxura düşür, ətrafında göy haşiyə meydana çıxır,
baxışları ifadəsiz olur. Dərinin turqoru düşür, sianozla-şır. Nəbz tezləşir, dolğunluğu zəifləyir,
təngnəfəslik qeyd edilir, arterial təzyiq düşür (80 mm c.s. və daha aşağı). Defekasiya tezləşir,
durulaşır. Qusma baş verir. Nəticədə oliquriya, sonra anuriya inkişaf edir. Xəstə kəskin damar
çatnıa-mazlığından tələf olur. Adekvat müalicə, reanimasion tədbirlər aparılsa xəstənin həyatını
xilas etmək mümkündür.
Hemoqlobinurik qızdırma - çox vaxt malyariya əleyhinə (xinin və prima-xin)
preparatların qəbuiu ilə əlaqədar baş verir və bunun inkişafı anadangəlmə Q-6-FD fermentinin
çatmamazlığı ilə əlaqələndirilir. Eritrositlərin hemolizinə digər preparatlar da (delagil,
sulfanilamidlər) səbəb ola bilər. Eritrositlərin damar daxili hemolizinin əsasında immun-allergik
reaksiyalar durur. Dərmanlar düzgün işlədilmədikdə və ya xəstəlik uzun müddət davam etdikdə
eritrositar şi-zoqoniya tam dayanmır və əmələ gəlmiş autoantigenlərə qarşı autoantitellər yaranır.
Formalaşmış immunkomplekslər eritrositlərə Fıksə olunur, sensibliza-siya baş verir. Təkrarı
yoluxma və ya dərman qəbulu damar daxili hemolizə səbəb olur. Reinfeksiya zamanı ağırlaşma
qəflətən meydana çıxır. Dərman preparatları qəbulundan sonra isə ilk 6 saat müddətində üşütmə,
temperaturun 39 -40°C-dək yüksəlməsi; beldə, qaraciyər, dalaq nahiyyəsində ağrılar, baş
ağrısı; əzələ, oynaq ağrıları; təkrari, öd qarışıqlı qusma olur. Əsas əlaməti qara rəngli sidik
ifrazının olmasıdır. Çökdürdükdə iki qatdan ibarət olur. Üst qat şəffaf tünd-qırmızı rəngdə; alt -
bulanıq, detritlərdən ibarət, tünd-qəhvəyi rəngdə olur. Sidikdə oksihemoqlobin, methemoqlobin,
albuminuriya, hemosiderin, aşkar edilir. Çöküntüdə dəyişmiş eritrositlər, hemoqlobinin qalıqları,
hialın və dənəvər şilindirlər olur.
Qan zərdabı tünd-qırmızı rəng alır, anemiya inkişaf edir, hematokrit aşağı düşür.
Sərbəst bilirubinin miqdarı artır. Ağır hallarda kəskin böyrək çat-mamazlığı inkişaf edir. Qanda
kreatiııin və sidik cövhərinin miqdarı sürətlə artır.
Periferik qanda neytrofilli leykositoz, retikulositlərin miqdarının artması aşkar
edilir. EÇS artır. İnvaziyalaşmış eritrositlərin dağılması ilə əlaqədar qarda parazitləri aşkar etmək
olmur və ya çox az olur. Xoş gedişlərdə proses 3-7 günə tamamlanır. Sidiyin rəngi açılır,
downloaded from KitabYurdu.org
400
temperatur enir. Eritrositlərin sayı bərpa olur, xəstə tədricən sağalır. Ağır gedişlərdə isə kəskin
böyrək çatışmamazlığı inkişaf edir və ölümlə nəticələnir.
Kəskin böyrək çatmamazlığı malyariyanın ciddi proqnozlu ağırlaşmala-
nndandır. Böyrəkdə olan dəyişikliklər özünü kəskin büruzə verir. Bəzən böyrək kanalcıqlarının
nekrozu baş verir ki, bu da oliquriya və anuriyanm inkişafına səbəb olur. Sidiyin xüsusi çəkisi
aşağı düşür, proteinuriya, slindiruriya, mikrohematuriya aşkar edilir. Qanda azot şlaklarının
miqdarı artır.
Ağır ağırlaşmalardan biri də ağ ciyərin ödemidir və çox vaxt ölümlə nəticələnir.
Ağ ciyər kapilyarlarında leykositlərin parçalanması və əmələ gələn en-dotoksinlərin təsiri damar
divarlarının keçiriciliyinin artmasına, ödemin inkişafına səbəb olur. Xəstəyə həddən artıq maye
yeridilməsindən sonra da ağ ciyərin ödemi baş verə bilər.
Tropik malyariyanın hemorragik forması da ağırlaşma hesab edilir. Bu zaman
İTŞ inkişaf edir. YDL sindromu meydana çıxır. Dəriyə, daxili orqanlara, böyrəküstü vəzə, baş
beyinə, həyatı mərkəzlərə qansızmalar baş verir.
Malyariya zamanı hipoqlikemiya qaraciyərdə qlükogenenin aşağı düşməsi,
qlükozanm parazitlər tərəfindən sərf edilməsi və insulin sintezinin stimullaşması ilə əlaqədar olur.
Hiperinsulinemiya xinin qəbulundan sonra da baş verə bilər. Hipoqlikemiya hamilələrdə daha
təhlükəli hesab edilir.
Diaqnozu. Differensial diaqnozu. Diaqnoz klinik-anamnestik məlumatlara və
laborator müayinələrin nəticələrinə əsaslanaraq qoyulur. Xəstəliyə xas olan qızdırma tutmalarının
olmasına, hepatolienal sindroma, anemiyamn inkişafına diqqət yetirmək İazımdır. Xəstələrin son
iki il müddətində malyariyanın yayılmış olduğu bölgələrdə olması da əhəmiyyətli diaqnostik
məlumat sayılır. Diaqnozu təsdiq etmək məqsədi ilə barmaqdan
qan götürülüb qalın damla və ya yaxma hazırlanıb Romanovski-Gimza üsulu ilə boyanır. Üç
günlük və dörd günlük malyariyaya şübhə olduqda qan qızdırma tutmalarının başlanğıcında və
apireksiya dövründə, tropik malyariyada isə eritrositar sizoqoniya daxili üzvlərin kapilyarlarmda
getdiyinə görə tutmalar dövründə hər 6 saatdan bir götürmək lazımdır. Qalın damlada görmə
sahəsində baxılan qanın miqdarı yaxmadan 20-40 dəfə çox olduğundan parazitləri tez aşkar etmək
olur. Yaxmada isə tapılan parazitin növünü təyin etmək asan olur. Belə ki, preparatda parazitin
görünməsi daha aydın olur. Qanda parazit-lərin eritrositar şizoqoniya mərhələləri aşkar edilir.
Toxuma merozoitləri isə qanda çox qısa müddət qaldıqlarından nadir hallarda tapılır.
Parazitemiyanm səviyyəsi isə 1 mm
3
qanda olan parazitlərin sayı ilə müəyyən edilir.
Klinik praktikada parazitlərin sayı ilə qanda olan formalı elementlərin - leykositlərin 1
mkl qanda
sayı müəyyən edilib müqayisə edilir.
Seroloji müayinə məqsədi ilə düz olmayan immunoflürossensiya reaksiyası və
İFM üsullarından istifadə edilir. Malyariya antiteli qanda 2-3 tutmadan sonra meydana çıxır, 4-6-
cı həftədə maksimuma çatır, reinfeksiya olma-dıqda səviyyəsi enərək, iki il müddətədək saxlanılır.
Seroloji müayinələr əsasən epidemioloji araşdırmalar aparmaq, coğrafi bölgələrdə malyariyanın
yayılma dərəcəsini təyin etmək və donorların müayinəsində posttransfuzion malyariyanın qarşısını
almaq məqsədi ilə həyata keçirilir.
downloaded from KitabYurdu.org