391
rənglədikdə qızılı-sarı rəngdə, danəvər və ya çubuq şəkilli piqmentlər - hemoqlobinin parçalanma
məhsulları nəzərə çarpır. İnkişaf nəticəsində şizont girdələşərək bütün eritrositi tutur. Vakuola itir,
piqmentlər bir yerə toplaşır və nüvəsi bölünməyə başlayır. Nüvə ilə birlikdə sitoplazma
da bölünür. Plazmodilərin növündən asılı olaraq müxtəlif sayda merozoitlərdən ibarət morula
əmələ gəlir: Pl.vivax - 12-18, Pl.malaria - 6-12, Pl.falciparum -12-16.
Morula yetişdikdən sonra dağılır. Qana tökülən meroziitlərin əksəriyyəti tələf
olur. Bir qismi isə yenidən sağlam, invaziyalaşmamıs eritrositlərə daxil olur və eritrositlərdə
şizoqoniya prosesi təkrarlanır.
Eritrositar şizoqoniyanın bir dövrünün davam etmə müddəti Pl.vivax,
Pl.falciparum, Pl.ovale-də 48 saata, Pl.malaria-da 72 saata bərabərdir.
Üç günlük, dörd günlük və ovale malyariyada periferik qanda parazitiıı istənilən
inkişaf mərhələsinə rast gəlmək olur. Qızdırma tutmaları dövründə əsasən cavan trofozoitlər - üzük
mərhələ və yetkin şizontlar, tutmalararası dövrdə isə yetkin trofozoitlər və cavan şizontlar aşkar
edilir. Tropik malyariyada isə eritrositar şizoqoniya daxili üzvlərin kapilyarlarında gedir. Ona
görə də xəstəliyin ağırlaşmamış formalarında periferik qanda yalnız üzüyəbənzər trofozoitlər və
qametositləri aşkar etmək olur. Yetişmiş trofozoitlər və şizontlar isə xəstəliyin ağır gedişlərində
meydana çıxır.
Eritrositar şizoqoniya prosesində merozoitlərin bir qismindən erkək və dişi qametositlər
formalaşır. Pl.falciparum-dan başqa digər plazmodilərdə cinsi
malyariyada qametositlər parazitemiyadan 7-14 gün sonra meydana çıxır və invaziyalaşmış
adamlar 1 il müddətində yoluxdurucu olaraq qalırlar. Digər plazmodi növlərində isə bu elə ilk
tutmalardan baş verir və yoluxduruculuq müddəti üç günlük və ovale malyariyada 1-2 il, dörd
günlük malyariyada isə 10 illərlə davam edir.
hüceyrələrin formalaşması, qeyri-cinsi formalardan bir neçə saat sonra baş verir və perilerik qanda
aşkar edilir. Bu qametositlər bir neçə saatdan sonra tələf olurlar. Tropik malyariyada isə cinsi
hüceyrələr eritrositar şizoqoniya başlayandan 1-2 həftə sonra periferik qanda aşkar edilir və bir
neçə həftə saxlanılır.
Əgər yoluxma parenteral yolla baş verərsə, onda qana yalnız eritrositar
şizoqoniya parazitləri düşdüyünə görə insan orqanizmində yalnız eritrositar şizoqoniya cərəyan
edəcəkdir.
Epidemiologiyası. Malyariya transmissiv, antroponoz xəstəlikdir. Xəstəlik
mənbəyi xəstə insanlar və parazit gəzdirənlərdir. İnsan qanda pa-razitin cinsi formaları meydana
çıxdıqdan sonra yoluxdurucu olur. Tropik
Malyariyanın endemik ocaqlarında böyüklərdə qazanılmış immunitetin inkişafı
ilə əlaqədar əmələ gələn qametositlərin miqdarı az, parazitgəzdirənlik isə qısa müddətli olur. Ona
görə də bu ocaqlarda əsas infeksiya mənbəyi xəstə uşaqlardır.
Əsas yoluxma mexanizmi transmissivdir. Keçiriciləri isə parazitin əsas sahibləri
- Anopheles cinsindən olan dişi ağcaqanadlardır.
downloaded from KitabYurdu.org
392
Malyariya ilə yoluxma parenteral yolla da mümkündür. Belə ki, parazit
gəzdirənlərdən qan köçürülərkən və müalicəvi-diaqnostik müayinələr zamanı yaxşı dezinfeksiya
edilməmiş alətlərdən yoluxmaq, nadir hallarda isə doğuş zamanı körpələrin və tropik malyariyada
isə dölün transplansentar - şizont inva-ziyası mümkündür.
Xəstəliyin tnasmissiv ötürülməsində 300-dən artıq növü olan Anopheles
ağcaqandımn 80-dək növü iştirak edir. Keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda
anofelesin aşağıdakı növlərinə rast gəlinir: An.maculipennis, An. superpictus, An.pulcherrimus,
An.hyrcanus, An.plumbeus və d. Ağcaqanadların yoluxması yalnız insan qanında kifayət qədər
qametosit olduqda (lmm
3
qanda
1-2 qametositdən çox) baş verir. Ona görə də xəstəliyin erkən dövrlərində ağcaqanadların yoluxma
ehtimalı az olur. Xəstəliyin residivləri zamanı isə qametositlər birinci gündən və çoxlu miqdarda
meydana çıxır. Ona görə də xəstələr residivlər dövründə epidemioloji cəhətdən daha təhlükəli
hesab edilirlər.
Ağcaqanadların ayrı-ayrı növlərinin də xəstəliyin yayılmasında rolu eyni
deyildir. Məsələn, Pl.vivax-ın yayılmasında An.maculipennis və ya An.superpictus An.hyrcanus-
a nisbətən 2-3 dəfə artıq rol oynayır. Tropik malyariyada isə An.hyrcanusla yoluxma 30 dəfə az
qeyd edilir.
Malyariyanın vətəni tropik Afrika ölkələri sayılsa da, hazırda xəstəlik dünyanın
bir çox ölkələrinə yayılmışdır. Onun yayılma arealı Avropa və Asiyada 64°, Amerikada 40°ş.e
dairəsindən tutmuş Amerikada 32°c.e. və Avstraliyada 20°c.e. dairəsinədək olan əraziləri əhatə
edir. Xəstəlik dəniz səviyyəsindən 3000 m hündür olan yeriərdə belə qeyd edilir.
Xəstəliyin yayılmasında iqlim faktoru əhəmiyyətli rol oynayır. Belə ki, əgər
havanın istiliyi +15°C-dən yuxan olan günlərin sayı 30-dan azdırsa belə regionlarda malyariyanın
yayılması mümkün deyildir (sporoqoniya prosesi getmir). Əgər 30-90 gün arasındadırsa xəstəiyin
yayılma səviyyəsi aşağıdır. 150 gündən artıqdırsa yayılma ehtimalı təhlükəli dərəcədə yüksəkdir.
Ona görə də malyariya subtropik və tropik ölkələrdə geniş yayılmışdır və bütün il boyu qeyd edilir.
Mülayim iqlim zonalarında isə mövsümülük mövcuddur. İlin isti fəsillərində olur. Azərbaycanın
iqlim şəraitini nəzərə alsaq respublikamız malyariya xəstəliyinin təhlükəli sürətdə yayıla biləcəyi
ölkələr sırasındadır. Xəstəliyin intensiv ocaqları Afrikada (Seneqal, Həbəşistan, Nigeriya və s.),
Karib dənizi bölgəsində, cənubi və cənubi-şərqi Asiyada (Hindistan, Pakistan, Banqladeş,
Vyetnam və s.) saxlanılır. Keçmiş ittifaq respublikalarından Tacikistan və Özbəkistanda da
xəstəliyin fəal ocaqları qeyd edilir. 1999-cu ildə Türkmənistanda 62 min malyariya hadisəsi qeydə
alınmışdır. Ölkələr arasında əlaqənin artması, turizm, miqrasiyalar xəstəliyin yayılmasına şərait
yaratmışdır. ÜST-nın məlumatına görə 1971-ci ildə Avropa Birliyi ölkələrində 1000-dən bir qədər
artıq malyariya qeyd edilmişdirsə də, 1997-ci ildə bu rəqəm 12 minə çatmışdır.
Endemik ocaqda malyariyanın yayılmasının səviyyəsini qiymətləndirmək üçün
aşağıdakı göstəricilər araşdırılaraq öyrənilir:
1.
Parazitar
göstərici -
ümumi
müayinə
olunanlar
arasından
malyariya törədiciləri aşkar olunanların faizi.
2. Dalaq göstəricisi - müayinə olunanlar arasında dalağı böyümüş olanların
faizi.
downloaded from KitabYurdu.org