387
heyvanın xəstə - quduz olması bəllidirsə və ya dişləyən heyvan naməlumdursa, cnda
peyvənd
şərtsiz aparılır. Əgər dişləyən heyvan məlumdursa və onu 10 gün müddətində müşahidə
etmək (veterinar karantin) mümkündürsə, eyni zamanda heyvanda heç bir quduzluq əlaməti
yoxdursa, aparılan peyvənd şərti olur. Şərti peyvənd zamanı 10 gün müddətində dişləmiş heyvan
ölməzsə peyvənd aparılması dayandırılır. Şərtsiz zamanı isə peyvənd axıra kimi aparılmalıdır.
Vaksinanın dozası və müddəti fərdi, dişləmənin yerləşdiyi nahiyyədən, zədənin
genişliyindən, dərinliyindən və zədələnmənin müddətindən asılı olaraq müəyyən edilir (2-5ml).
Vaksina hər gün dəri altına yeridilməklə aparılır. Orta hesabla 20-25 gün çəkir. Sonra 10 gün fasilə
ilə 2-3 revaksinasiya aparılır. An-titellər peyvənddən 12-14 gün sonra meydana çıxır və 30 günə
maksimuma çatır. Əgər inkubasion dövrün müddətinin qısa olmasına şübhə olarsa (dişləmə üzdə-
başda olarsa, yara geniş, dərin olarsa və s. hallarda), peyvəndə gec başlanarsa, onda antirabik
immunoqlobulin vurulması vacibdir. Bu vaksinasiyadan əvvəl şərtsiz peyvənd zamanı 0,5 mq/kq,
şərtidə 0,25 mq/kq dozada Bezredko üsulu ilə yeridilməlidir.
Respublikamızda UST-nm təklif etdiyi vaksinasiya sxemi tətbiq edilir.
Dişləmənin 0,3,7,14,30-cu günləri və 90-cı gün revaksinasiya, vaksina 1 ml olmaqla dəri altına
yeridilir.
Vaksinasiyadan sonra immunitet 1 ii saxlanılır. Xəstəliyin baş verməsinin
qarşısını 96-99% hallarda alır. Vaksinasiya zamanı əlavə təsirlər 0,02-0,03 % hallarda olur.
IX. İBTİDAİLƏRİN TÖRƏTDİYİ XƏSTƏLİKLƏR
MALYARİYA (MALARİA)
Sin: növbələşən qızdırma, bataqlıq qızdırması
Malyariya kəskin transmissiv infeksiya olub, ibtidailər - malyariya plaz-modiləri
tərəfindən törədilir. Əsasən mononuklear-faqositar sistemin və eritro-sitlərin zədələnməsi,
qızdırma tutmaları, hemolitik anemiya, hepatosplenome-qaliya və residivləşən gedişi ilə
xarakterizə olunur.
Tarixi məlumat. Malyariya ən qədim dövrlərdən bəri məlum olan
xəstəliklərdəndir. Kliniki gedişi malyariyanı xatırladan xəstəliklər haqqında məlumatlara hələ
qədim Çin yazılarında, Misir papiruslarında rast gəlmək olar. Qədim yunan həkimi Hipokrat isə
fasiləli qızdırma ilə gedən xəstəliklərin klinik təsvirini verərək onları digər xəstəliklərdən
ayırmışdır.
1696-cı ildə Cenevrəli həkim Morton xəstəliyi ayrıca nozoloji forma kimi
ayırmış və müalicə məqsədi ilə kinə ağacının qabığından istifadə etməyi məsləhət görmüşdür.
Qızdırmalı xəstələrin müalicəsində kinə ağacının qabığından hindular çox qədim dövrlərdən
istifadə edirdilər. Bunu Peruda müşahidə etmiş Xuan del Veqo hələ 1640-cı ildə bu haqda məlumat
vermişdir. Malyariya adını isə ilk dəfə 1717-ci ildə Lançini işlədərək, xəstəliyin bataqlıq yerlərlə
əlaqəsini əsaslandırmağa çalışmışdır. Malyariya sözü italyanca "mala - aria” - üfunətli, çürüntülü
hava deməkdir.
Malyariyanın törədicilərini insanlarda 1880-ci ildə fransız həkimi A.La-veran
Əlcəzairdə işləyərkən aşkar etmişdir. E.Marchiafava və A.Celli 1885-ci ildə Plazmodium adını
təklif etmiş, 1890-cı ildə isə tropik malyariyanın törədicisini tapmışlar. İ.Meçnikov (1890)
törədiciləri ibtidailər - Prolozoa tipinə Sporozoa sinfinə aid etmişdir. Hindistanda işləyən ingilis
downloaded from KitabYurdu.org
388
hərbi həkimi R.Ross isə malyariyanın yayılmasında Anopheles cinsindən olan ağcaqanadların
rolunu eksperimental yolla sübut etmişdir.
1922-ci ildə Afrikada C.Stefens plazmoidlərin yeni növünü - Pİ. ovale-nin
təsvirini vermişdir.
1816-cı ildə F.İ.Gize kinə ağacının qabığından kristallik kinə almışdır. XX əsrin
ortalarına yaxın malyariyaya qarşı effektli sintetik preparatlar işlənilib hazırlanmışdır. Bu dövrdə
malyariya keçiricilərinə qarşı da effektli insekti-sidlər aşkar edilmişdir. Bütün bunlar malyariya
əleyhinə aparılan tədbirlər strategiyasında əhəmiyyətli rol oynadı və 1955-ci ildə ÜST
malyariyanın ləğv edilməsi haqqında qlobal plan işləyib hazırladı. Bu planın həyata
keçirilməsi nəticəsində malyariya ilə xəstələnmə və ölüm hadisələrinin sayının xeyli azaldılmasına
nail olundu. Bununla bərabər malyariya dünyada, xüsusən tropik ölkələrdə bir problem kimi
qalmaqdadır.
Etiologiyası.
Malyariyanın
törədicisi Protozoa tipinə, Sporozoa sinifinə, Plazmodidae ailəsinə, Plazmodium cinsinə
aid
edilir. Plazmodilərin 60-dan artıq
növü məlum olsa da, insanlarda 4 növü xəstəlik törədir:
1) Plazmodium vixax - üç güniük malyariyanın törədicisi Asiya, Mərkəzi və
Cənubi Amerika ölkələrində, Okeaniyada çox geniş yayılmışdır. O cümlədən bizim respublikada
- Azərbaycanda da təsadüf edilən əsas növdür.
2) Plazmodium ovale - ovale malyariyanın (üç günlük malyariyaya bon-zər)
törədicisi. Məhdud şəkildə ekvatorial Afrikada, tək-tək hallarda Okeaniyada, Taylandda qeyd
edilir.
3) Plazmodium falciparum - tropik malyariyanın törədicisi. Ağır kliniki gedişi
ilə fərqlənir. Əsasən ekvatorial Afrikada, bəzi Asiya, Mərkəzi və Cənubi Amerika, Okeaniya
ölkələrində yayılmışdır.
4) Plazmodium malana - dörd günlük malyariyanın törədicisi. Nisbətən az
yayılmış növdür. Hindistanda, İndoneziyada, Mərkəzi, Cənubi Amerikada, o cümlədən
Azərbaycanda və Orta Asiya respublikalarında müşahidə edilir.
Qeyd etmək lazımdır ki, nadir hallarda insan plazmodilərin zoonoz növləri ilə
(meymunların plazmodiləri ilə) də yoluxa bilər.
Plazmodi növlərinin ayrı-ayrı coğrafi bölgələrdə yayılmasına görə müxtəlif
ştamları vardır. Bu ştamlar bir sıra immunbioloji xüsusiyyətləri, virulent-likləri və dərman
preparatlarına həssaslıqları ilə bir-birilərindən fərqlənirlər. Məsələn, Pİ. falciparumun Afrika
ştammının törətdiyi xəstəlik Hindistan şta-mına nisbətən ağır keçir. Malaziyada geniş yayılmış
ştamda isə xlorxinə, xini-nə, primetaminə, amodioxinə qarşı davamlılıq müəyyən edilmişdir.
Malyariya plazmodiumları Romanovski-Qimza üsulu ilə yaxşı boyanırlar.
Mikroskop altında parazitin qişasını, mavi sitoplazmasmı, qırmızı-yaqutu rəngdə nüvəsini, həzm
vakuollarmı, inkişafının müəyyən dövrlərində isə he-moqlobinin metaboliti olan qırmızı-qonur
boyanmış piqmenti ayırmaq olur. Parazitin ölçüləri inkişaf dövrlərindən asılı olaraq 1-1,5 mkm-
dən 40-60 mkm-dək olur.
Malyariya parazitinin inkişafı mürəkkəb olub iki mərhələdə keçir:
downloaded from KitabYurdu.org