Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə313/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   309   310   311   312   313   314   315   316   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

638 


Meyitləri də maşının arxasınca tulladıq. Artıq təzəsi fit verə-verə yaxınlaşırdı. Onu elə yoldaca 

vurduq. Sərxoş adamlar kimi bir dəfə yerində fırlandı, sonra irəli şığıdı, çevrilib dayandı, kəsik-

kəsik tırıldadı. Sərnişinlərdən biri yerindən tərpənmədi. O biri – rəngi qaçmış qəşəng qız 

maşından düşdü.  

Mehribanlıqla salam verib, qulluq göstərmək istədik. Ancaq çox qorxduğundan danışa bilmir, 

sərsəm nəzərlərlə üzümüzə baxıb susurdu. 

– Yaxşı, əvvəlcə baxaq görək bu qoca cənabın vəziyyəti necədir, – deyə Qustav ölmüş 

sürücünün arxa tərəfində oturub hələ də yerindən tərpənməyən sərnişinə tərəf döndü. Kişinin 

qısa vurulmuş saçlarına dən düşmüşdü, ağıllı qonur gözləri  açıq idi, ancaq, deyəsən, pis 

yaralanmışdı, hər halda, ağzından qan gəlirdi, boynu da əməlli-başlı əyilmişdi, heç tərpədə 

bilmirdi. 

– İcazənizlə özümü təqdim edim, möhtərəm cənab: mənim adım Qustavdır. Cəsarət edib  

sürücünüzü öldürdük. İcazənizlə, kiminlə danışmaq şərəfinə nail olduğumuzu bilərdik! 

Qocanın soyuq, kədərli, qonur gözləri bizə zilləndi, astadan: 

– Baş prokuror Lörinqəm,  – dedi.  – Siz təkcə sürücümü deyil, özümü də öldürdünüz. Hiss 

edirəm ki, axırım çatıb. Axı bizi niyə məhv etdiniz? 

– Maşını yüksək sürətlə sürdüyünüzə görə. 

– Biz normal sürətlə gedirdik. 

– Dünən normal olan şeylər bu gün qeyri-normal hesab olunur, cənab baş prokuror. Fikrimizcə, 

indi maşının hər hansı sürəti yüksək sürətdir. Ona görə də bütün avtomobilləri məhv edirik. 

Başqa maşınları da... 

– Öz silahlarınızı da? 

– Əgər vaxtımız qalsa, bunlara da növbə çatacaq. Çox güman ki, sabah, ya da birisi gün  

hamısının axırına çıxacağıq. Özünüz bilirsiniz ki, yer kürəmizdə adamların sayı iyrənc dərəcədə 

artmışdı. Bəli, indi nəfəs almaq üçün hamıya hava çataçaq. 

– Hamını öldürürsünüz? Heç kimə fərq qoymursunuz? 

– Əlbəttə! Ancaq şübhəsiz ki, bəziləri heyifdir. Məsələn, yanınızdakı bu gənc, qəşəng xanıma 

heyfim gəlir. Yəqin, qızınızdı… 

– Xeyr, stenoqrafçımdır. 

– Daha yaxşı. İndisə, buyurun düşün, ya da içazə verin özumüz düşürək, çünki maşın məhv 

olmalıdır. 

– Mən də onunla bir yerdə məhv olmağı üstün tuturam. 

– Öz işinizdir! İcazə verin bir şeyi də soruşaq. Siz prokurorsunuz. Heç çür başa düşə bilmirəm ki, 

adam necə prokuror ola bilər. Siz başqalarını – ən çox da bədbəxt bəndələri ittiham etməklə, 

onlara cəza verməklə dolanırsınız. Elə deyil? 

– Elədir. Mən ancaq borcumu yerinə yetirmişəm. Bu, vəzifəm idi. Cəlladın vəzifəsi mənim 

məhkum etdiyim adamları öldürmək olduğu kimi – bu da mənim vəzifəmdir. İndi siz özünüz də 

həmin vəzifəni yerinə yetirir, adamları qırırsınız. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

639 


– Düzdür. Ancaq biz vəzifə borcunu yerinə yetirmək üçün deyil, zövq almaq üçün öldürürük.  

Daha doğrusu, bu dünyadan zövq almadığımız, ümidsizliyə qapıldığımız üçün öldürürük. Ona 

görə də öldürmək bizə ləzzət verir. Öldürməkdən heç ləzzət almamısınız? 

– Daha dözə bilmirəm, insafınız olsun, başladığınız işi axıra çatdırın. Əgər siz «borc»un nə 

olduğunu başa düşürsünüzsə... 

Susaraq dodaqlarını büzdü, sanki, tüpürmək istədi. Ancaq azacıq qan gəldi, o da çənəsinə yapışıb 

qaldı. 

– Bircə dəqiqə! – deyə Qustav nəzakətlə onun sözünü kəsdi. –   Doğrudan da, mən «borc»un nə 



olduğunu başa düşmürəm. İndi heç anlamıram. Əvvəllər onunla işim çox olub. Onda ilahiyyat 

professoru idim. Bundan əlavə əsgər olmuş, müharibə eləmişəm. O vaxt mənə «borc» kimi 

görünən hər şey, nüfuzlu adamların, rəhbərlərin verdiyi  əmrlər,  əslində, pis  əməllər idi,  əlacım 

olsaydı, hamısının əksini edərdim. Ancaq «borc»un nə olduğunu başa düşməsəm də, günahın nə 

olduğunu bilirəm. Bəlkə də, hər ikisi eyni şeydir. Hansı ananınsa məni doğması öz günahımdır. 

Deməli, yaşamağa məhkum olunmuşam, hansı dövlətinsə təbəəsi,  əsgəri olmağa, öldürməyə, 

silahlanmaq üçün vergi verməyə borcluyam. İndi, lap elə bu dəqiqənin özündə, həyatın 

günahları, bir vaxtlar müharibədə olduğu kimi, məni yenə də öldürməyə məcbur edir. Ancaq indi 

öldürməyə nifrət etmirəm, günaha təslim olmuşam, qoy bu səfeh, ağzı tıxaclı dünya darmadağın 

olub getsin. Mən də bir tərəfdən kömək eləyər, özüm də onunla bərabər məhv olaram. 

Prokuror çox çalışdı ki, qanlı dodaqlarına təbəssum ifadəsi versin. Yaxşı alınmasa da, xoş niyyəti 

bilindi. 

– Lap yaxşı, – dedi, – elə isə biz həmkarıq. Buyurun, öz borcunuzu yerinə yetirin, cənab həmkar! 

Bu aralıqda qəşəng qız yolun kənarına yıxılıb huşunu itirmişdi. Həmin anda yeni bir maşın fit 

verə-verə sürətlə bizə tərəf gəlirdi. Qızı qırağa çəkib qayaya sıxıldıq, təzə gələn birdən-birə 

çevrilib yolda qalmış maşının üstünə çıxanda, sürücü var gücü ilə əyləci basdı, maşın şahə 

qalxdı, ancaq sağ-salamat da yerə enib dayandı. Tez tüfənglərimizi götürüb təzə gələnlərə 

tuşladıq. 

– Düşün! – Qustav əmr etdi. – Əllər yuxarı! 

Üç kişi idi və hamısı da düşüb itaətkarlıqla əllərini qaldırdılar. Qustav soruşdu: 

– İçinizdə həkim var? 

Dedilər ki, yoxdur. 

– Onda zəhmət çəkib bu cənabı ehmalca maşından çıxarın, ağır yaralanıb. Sonra da öz  

maşınınıza götürüb yaxınlıqdakı şəhərə aparın. Haydı, irəli! 

Tezliklə qoca cənabı o biri maşında rahatlayıb Qustavın əmri ilə yola düşdülər.Bu aralıqda özünə 

gəlmiş qız da baş verən hadisələri izləyirdi. Belə gözəl qənimət çox xoşuma gəldi. 

– Xanım qız, – deyə Qustav ona tərəf döndü, – sizə iş verən adamı itirdiniz. Çox güman ki, o 

qoca cənaba yalnız bununla bağlı idiniz. Sizi işə götürürəm, bizə yaxşı yoldaş olun! Bu da belə... 

İndi tələsmək lazımdır, bir azdan burada çətin olacaq. Ağaca çıxa bilərsinnz, xanım qız? Bəli? 

Elə isə getdik. Hərəmiz bir tərəfdən kömək edərik, çıxarsınız. 

Beləliklə, üçümüz də tələm-tələsik ağacın başındakı talvara qalxdıq. Qızın halı yuxarıda  



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə