Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə24/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   20   21   22   23   24   25   26   27   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
75 
Bələdiyyə qvardiyaçısı 
– 
bu rolu Fessar-Lebonz oynayır 
Metrdotel 
Qulluqçu  
Ofisiant qadın 
– 
bu rolu Qulluqçu oynayır 
Qız  – 
bu rolu Jozyan oynayır 
Mademuazel  
Tromp  
– 
sözü olmayan personaj 
Hindular 
– 
sözü olmayan personajlar 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
76 
 
Pərdə qalxanda səhnənin küncündə - vannada kişi oturub; bir az aralıda gənc 
qadın tualet masasının qabağında özünə bəzək vurur. Onların arasında, 
işıqlandırılmayan hissədə bide və əlüzyuyan yerləşdirilib. Xeyli uzaqda üstü 
yığılmamış enli çarpayı, yığcam masa və divan var. Bu əşyalar yataq otağına 
işarədir. 
 
Elodi. On il bundan qabaq mən gəncdim. On il bundan qabaq mən gözəldim. On il 
bundan qabaq mən hər Ģey edə bilərdim. Bu on ildə gör nə günə qaldım? Sən mənə cavab 
verə bilərsən? Xeyr! Sən susmağa üstünlük verirsən, bu ən asanıdır. Mən heç vaxt hazır 
olmayacam! Heç bu Ģinyonu baĢıma taxa bilmirəm, saçım pis gündədir. Səndən 
soruĢuram, mən kimə oxĢayıram? Ağlı azmıĢ, baĢı xarab olmuĢ ifritəyə. Monte-Karloda 
kazinoya dadanmıĢ qoca arvada. Rivyera, Lacivərd sahil! Məni aparmadığın yerlərdir! 
Əvvəllər necə kiĢilər fırlanırdı baĢıma, mən axmaq qulaq asmadım. Sən məni Ģam kimi 
söndürdün, sındırdın məni, əzdin. Hər bir dərd - təzə bir qırıĢ. (Ucadan.) Buyurun, baxın, 
keçən ay bu yox idi! (Adolf vannada əllərini qaldırır.) Hər səhər mən düz iki saat qoca 
qarılar kimi üzümü rəngləməliyəm, adam içinə çıxmaq üçün. Mənim yerimə kim olsaydı 
özünü öldürərdi, sənə xəyanət edərdi. Amma mən hələ də vəfa, sədaqət gözləyirəm
dözürəm. Heç vaxt bu Ģinyonu baĢıma taxa bilməyəcəm. Sancaqlar baĢımda dayanmır, 
tökülür. Bütün bədənim elektrikləĢib. Heç daraq da baĢımı daramaq istəmir. Gör özümü 
nə günə saldım, qədrimi-qiymətimi bilməyən bir kiĢiyə görə. Özümə baxanda qorxuram, 
indi gör baĢqaları mənə baxanda nə çəkir. Dünən mənim hələ iyirmi yaĢım vardı. Ġlahi, 
gör mən öz gəncliyimlə neylədim? Məni heç vaxt rəqsə aparmırlar, mənim heç vaxt gözəl 
paltarlarım olmayıb. Heç cür bu Ģinyonu baĢıma taxa bilməyəcəm! (Darağı və Ģotkanı 
tullayır.) 
Adolf. (Ehtiyatla). Sən kiminlə görüĢəcəksən? 
Elodi. (Hirslə darağı və Ģotkanı yerdən götürür). Bərbərlə görüĢməliyəm. Nədi, bəlkə 
mən bərbərimin yanına saçı pırtlaĢıq getməliyəm? Nəhayət, sən qadınları nə vaxt baĢa 
düĢəcəksən? Nə vaxt biləcəksən ki, onlar həmiĢə əzab çəkirlər, hər Ģeyə görə 
narahatdırlar? ġotka da, təbii ki, çirklidir. Mənə qulluq eləyən yoxdu bu evdə. Adel 
axmaqdır. Adel pintidir. 
Adel. (Gəlir). Madam, qız istəyir saçını siz hörəsiniz.  
Elodi. Mənim vaxtım var? Görmürsən baĢımla əlləĢirəm? Vanna otağı yaxĢı 
təmizlənməyib, kofe süfrəyə soyuq verilir. Nəhayət, qapını döyməmiĢ içəri girirsən. 
Görmürsən mösyö tamam lütdür? 
Adel. Madam, məni bağıĢlasın, mən fikir vermədim. (Gedir). 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
77 
Elodi. Fikir vermədi! Deməli, öyrəncəlidi. Sən onunla yatırsan də? Mənim ərim 
qulluqçularımla yatır. (Ġstehza ilə gülümsəyir) Qulluqçularım deyirəm. Mənim ömrümdə 
bir nəfərdən artıq qulluqçum olmayıb. Bütün tanıĢlarımın hamısının həm aĢpazı var, həm 
də qulluqçusu. Hələ cüt-cüt qulluqçu saxlayanları demirəm. Xəbərin olsun ki, yaxĢı da 
qulluq eləyirlər. Mənimsə imkanım bircə qulluqçuya çatır. Onları da tez-tez dəyiĢməli 
oluram, udan yenə də sən olursan, diĢini dəyiĢirsən. ġükür, yuxu dərmanları var, onların 
hesabına, nəhayət, rahatlanıb yuxuya gedəndə, bu cənab xəlvətə salıb yoğun baldırlarının 
tüklərini küləyə verə-verə gecə köynəyində mansardaya qalxır. Ah, necə gülməlidir! 
YaxĢısı budur gülüm, qəhqəhə çəkim. (Əsəbi qəhqəhələrlə gülür və tez də hıçqırıb 
burnunu çəkir). 
Adolf. (Razı halda vannadan qalxır). ġarlotta! Səhərdən baĢlamısan! Gecə saat ikidə 
qurtarmıĢdıq! 
Elodi. Qadın bədbəxt olanda bilirsən neynir, əzizim? Bilmirsən, bil, qadın özünə aĢna 
tapır. (Yataq otağına keçir və soyunmağa baĢlayır). 
Yarıçılpaq olanda çox yaraĢıqlı və Ģıq geyimli kiĢi gəlir. Onun pencəyinin 
butenyorkasında çiçək var. KiĢi Elodiyə yaxınlaĢıb onu arxadan qucaqlayır və nəvaziĢlə 
döĢlərini sığallayır. Qadın inildəyir... 
Adonard! 
Adonard. (Boynunu bığları ilə qıdıqlayır) Elodi!  
Eyni vaxtda da Adolf vannanın pərdəsini çəkib duĢ altına girir. Bir azdan ordan hamam 
xalatına bürünmüĢ halda çıxacaq. 
Adonard. (Elodini tumarlamaqda davam edir). Gözəlim! Ceyranım! Əl dəyəndə 
həyəcandan titrəĢən bir cüt ürkək göyərçindimi bunlar? Ah, ehtirasdan, qorxudan... 
istəkdən titrəĢirsiniz... Elə bilirsiniz biz insaflı olacağıq? Heç vaxt... Heç vaxt! 
Elodi. (BaĢını geri atır) Hər ikisi sənindir. 
Adonard. Bu belin boğması, qabarıq sağrılar... qarnımın dəmir əzələsinə yapıĢır. Ah 
planetlər! Dik qalxan günəĢ! Dünən axĢam Realtoda Qrand-Kanalda qandolada üzərkən o 
vəhĢi heyvan - qandolyer sənə təcavüz elədi. 
Elodi. (XoĢallanır) Adonard! Nə danıĢırsan? 
Adonard. O gözəl, gənc triyestlini deyirəm, at kimi oğlandı. Ġlk baxıĢda adama elə gəlirdi 
ki, o yalnız öz vəzifə borcunu yerinə yetirir, avar çəkir, sakit, dinməz, amma mən onu bir 
an da gözdən qoymurdum... hava qaralanda o səni soyundurub... Yox, dilim gəlmir 
deməyə... özü də iki dəfə, avarı əlindən buraxmadan. 
Elodi. Bu ki dəhĢətdir! 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə