Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə21/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   17   18   19   20   21   22   23   24   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
64 
ATA. Sən nə mitilənirsən, zəng et! 
NÖKƏR. Telefon iĢləmir… 
ATA. Kadzuxiko hardadırır? 
NÖKƏR. Ġcazə verirsiz çağırım? 
ATA. Çağır. 
Nökər sağ tərəfə gedir. 
Ata çamadanları bir-bir tərəziyə qoymağa çalıĢır. Sonra qəflətən üfürüb Ģamların yarısını 
söndürür. 
Ġsrafçılıqdır! 
 
KiĢi, ardınca da Nökər gəlirlər. 
KĠġĠ. Sən məni çağırmısan? 
ATA. Nə oldu? Qərar verdin? 
KĠġĠ. Ata, niyə sən tək getmək istəmirsən?  
ATA. Mənim iki yerim var. 
KĠġĠ. Onda özünlə Tosikonu götür. 
ATA. O zəif qızcığaz mənim nəyimə lazımdı? 
KĠġĠ. Amma mən lazımam, hə?.. Qəribədir… Sakitcə öz ailəsini atan bir insan, 
baĢqasından kömək umur… Necə də gözəldi, hə? 
ATA. Kim deyir ki, mən səndən kömək umuram? 
KĠġĠ. Deməmisən? 
ATA. Sənin gücündən istifadə etmək istəyən bu çamadanların içindəkilərdir! 
KĠġĠ. Ata, axı, biz müharibəni uduzmuĢuq. 
ATA. BoĢ sözdür! YaxĢı, biz müharibəni uduzmuĢuq, ancaq dövlətimiz ölməyib! 
KĠġĠ. Heç olmasa, mənimlə oxuyanları yadına sal. Onların səkkiz nəfəri öldürülüb. Bu, 
hələ mən biləndir… Əgər müharibə belə mənasız bir Ģeydisə, bu qədər qan tökmək nəyə 
lazım idi? 
ATA. Ona görə ki, bu - müharibədir.  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
65 
KĠġĠ. Mən istəmirəm ki, sabah da - dünənkinin davamı olsun! 
ATA. Sən istəyirsən, ya da istəmirsən - yaxĢısı budur ki, sabaha qədər gözləyək. Hər 
halda, Amerika imkan verməz ki, Yaponiyada inqilab olsun. 
Sağ tərəfdən asta oxunan mahnı eĢidilir. Sözləri ayırd etmək mümkün deyil. 
KĠġĠ. O-o-o… Anamın laylası… 
ATA. Mənim xoĢuma gəlmir. 
KĠġĠ. QardaĢının ölümü, elə bil, anam üçün kiçik bir uĢağa dönüb, tək oturub ona layla 
oxuyur, hə? 
ATA. Bəsdir, boĢ-boĢ danıĢdın! Mən istəyirəm ki, sən böyüyəsən! 
KĠġĠ. Övlad kədəri boĢ Ģey deyil ki… Hər halda, ata, Tosiko səni heç vaxt 
bağıĢlamayacaq. 
ATA. Olsun… BağıĢlamaq istəmir, bağıĢlamasın… Qoy, lap nifrət etsin, mənə təsir 
etmir… Sən də özünü buna öyrətməlisən. 
KĠġĠ (baĢqa tərzlə). Ata, bir də de!... 
ATA. Nəyi? 
KĠġĠ. Nifrətlə bağlı dediklərini… 
ATA. Hə, bu mənə təsir etmir… 
KĠġĠ. Axı, nə üçün sən beləcə tək-tənhasan? 
ATA. Hər hansı bir binanı götür… Hündürə qalxdıqca, ərazisi kiçilir… 
KĠġĠ. Bax, elə buna görə də mən daima qorxu içindəyəm?! 
ATA. Sənin kimi zəif xarakterli bir adam o binanın son mərtəbəsinə çatmamıĢ həlak 
olacaq. 
KĠġĠ (nifrət ilə). Gərək o qədər mətin adam olasan ki, bütün ətrafındakıların nifrətinə 
dözəsən!.. Ətrafda kim varsa, hamısını düĢmən hesab edəsən!.. O qədər tənha olasan ki, 
hətta ailən də sənin tənhalığının miqyasını təsəvvür edə bilməsin!.. Ancaq bu cür bir 
insan olmalısan ki, heç müharibə də səni sındıra bilməsin!.. 
ATA. Bəsdir, boĢ-boĢ danıĢdın! Nə oldu, Tosikonu çağırın də!.. 
KĠġĠ. Neynirsən onu? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
66 
ATA. Ən yaxĢısı budur ki, biləvasitə marağı olan adamla danıĢasan… Qoy, o, özü təsdiq 
etsin ki, bu, yalandır!.. Guya mən getməyə o qədər tələsirəm ki, sənin də baĢının 
üstündən hərəkət edirəm… Yalandır… Yagi, tez elə, Tosikonu çağır, gəlsin! 
KĠġĠ. Dayan… (Nökəri saxlayır.) Ata, o vaxtdan bəri mən çox fikirləĢmiĢəm. Sən 
mənimçin kim olmusan, ata? 
ATA (ĢaĢırmıĢ). Bəyəm bilmirsən? Valideyn. 
KĠġĠ. Bu mənada düz deyirsən, məni həyata sən gətirmisən… Ancaq bütün bu illər 
ərzində mən sənin çox möhkəm bir insan olduğuna inanırdım, ata… 
ATA. Çox möhkəm? 
KĠġĠ. Bir qadın isə məni bu yanlıĢ fikirdən saqındırdı… Sənin nəsihətlərinə sözsüz əməl 
etsəm, qərara alsam ki, hamını, o cümlədən də səni özümə düĢmən edim, o zaman mən də 
sənin kimi güclü, sənin kimi möhkəm ola bilərəm, ata. 
ATA. Hansı qadın? 
KĠġĠ. Çılpaq rəqs edən bir qız… O, on yeddi il bundan sonrakı gələcəkdən gəlib. 
ATA (kiĢinin təzyiqindən qorunmaq istəyir). Belə boĢ sözlərə vaxt sərf etmək istəmirəm! 
KĠġĠ (ona fikir vermədən). FikirləĢdim ki, əgər mən də belə güclüyəmsə, o zaman atama 
da qalib gələ bilərəm… Ancaq məsələ bundadır ki, necə qələbə çalmaq?.. Səni bu inkar 
istehkamından çıxarmaq üçün hansısa bir üsul varmı?.. Axı, necə istehkam olursa-olsun, 
orda heç olmasa bircə inĢaat səhvi tapmaq olar… 
ATA (acıqlı). Bəlkə, sən bu boĢ-boĢ danıĢmağı qurtarasan? Axı, daha vaxt qalmır! 
KĠġĠ. Bir az gözlə, xahiĢ edirəm… Axırı ki, tapdım… Ata, istəyirsən mən bircə kəlmə ilə 
sənin bu polad istehkamını tarmar edim?.. (YavaĢ.) O vaxt aerodromdan sənin ardınca 
adam gəlmiĢdi. 
NÖKƏR (hiddətlə). Belə deməyə necə diliniz gəlir! 
KiĢi atasının arxasınca addımlayır. 
ATA (həyəcanlı). GəlmiĢdi?.. Sən niyə bu barədə o saat xəbər vermədin?.. Hardadır?.. 
Tez onu çağırın! 
KĠġĠ. Təəssüf ki, o, artıq yoxdur. Mən onu geri qaytardım. 
ATA. Geri qaytardın? 
KĠġĠ. Hə… Dedim ki, plan dəyiĢib, atam burada qalmaq qərarına gəlib… 
ATA. Alçaq! 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə