Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə17/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
52 
KĠġĠ. Cəfəngiyyat danıĢma!.. Bax, elə həmin vaxtlarda da atamla mən həmiĢə didiĢirdik. 
Bacım da bir çıxıĢ yolu görmədiyi üçün zəhər içdi. Yazıq anamın isə xəbəri yox idi ki, nə 
baĢ verir... O yazıq öz taleyinin ümidinə qalmıĢdı… Burda mənim xoĢuma gələn nə ola 
bilərdi?.. 
NÖKƏR. Axı, siz bir dəfə də olsun, bunu qadağan etmədiz… 
KĠġĠ. Bəsdir. Sən hər Ģeyi yaxĢı baĢa düĢürsən… 
NÖKƏR. Əlbəttə, təqsirkar mənəm… 
KĠġĠ (özünü saxlayaraq). Bütün bunlar məndən artıq sənə xoĢ gəlirdi… Düz deyirəm?.. 
Sən istəyirdin ki, atamın yalançı gücünü göstərməklə, məni sındırasan… Əvvəllərdə 
olduğu kimi, yenə də mənim titrəyə-titrəyə atamın qabağında dayanmağım sənə ləzzət 
edirdi… 
NÖKƏR (ümidsiz). Siz düz demirsiz… Qətiyyən düz demirsiz… 
KĠġĠ. O köhnə əhvalat sənin yadından çıxıb?.. Mənimlə bir sinifdə oxuyanların hərəsinə 
gizlincə üç sen verirdin ki, mənim nə elədiklərimi xəbər versinlər… O mənə yaxĢı dərs 
oldu… 
NÖKƏR. YaĢlı ağa sizə qayğı göstərmək istəyirdi… HəmiĢə belə idi… 
KĠġĠ. Hə, atam da həmiĢə belə deyirdi… Sənin ələ aldığın adamlarda da mənə qarĢı 
Ģübhə yaranırdı… 
NÖKƏR. Nə qədər ki, valideynlərin öhdəsindəsən, onlara qulaq asmaq lazımdır… 
ATA. Mən yoruluĢam… 
NÖKƏR. Hə, əlbəttə… Bu saat… 
KĠġĠ. ĠĢin olmasın! Ġndi biz yenə də mərasim düzəldəcəyik. Ġndicə sən özün dedin: 
istənilən vaxt elə etmək olar ki, onun tutması tutsun. Əgər atamın taleyi səni doğrudan da 
narahat edirsə, bu sirri aç görüm ki, onu necə içirdirdin? 
NÖKƏR. YaĢlı ağa xəstələnəndən sonra spirtli içkini xoĢlamırdı… 
KĠġĠ. Bəs, sən nə etdin? 
NÖKƏR (qərara gələrək). Mən cürbəcür təcrübələr etdim… Bir dəfə kömək eləyən, o 
biri dəfə baĢ tutmurdu… 
KĠġĠ. Məni sənin o təcrübələrinin axırı maraqlandırır. 
NÖKƏR. Düz buyurursuz… BaĢ üstə… Siz mənə tam inana bilərsiz… 
KĠġĠ. Əzilmə! 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
53 
Ata kartları yığmağa baĢlyır. 
NÖKƏR (yavaĢdan). BaĢ üstə… Ağır yataq xəstələrinə su verəndə, uzun burnu olan 
xüsusi fincanlardan istifadə edirlər… Mən onun içini Ģəkərlə doldurub, üstünə viski 
tökürdüm… Horra kimi olurdu… Sonra ona rəng vururdum… 
QIZ. Fu, iyrənc bir Ģey! 
NÖKƏR (tərs-tərs Qıza baxır). Hərdən də bir az qızdırırdım… 
KĠġĠ. Bəyəm o horranı içmək olar? 
NÖKƏR. Yox, içmək, yox… Əmmək olur… O, uzana-uzana onu keflə əmirdi… 
KĠġĠ. DəhĢət!.. 
QIZ. Lənət Ģeytana!.. Adamın ürəyi bulanır… 
KĠġĠ. Bunlar hamısı indi onun otağındadır? 
NÖKƏR. Hə, səliqə ilə yığıĢdırmıĢam. Hər Ģeyi hazırlayıb ona vermək üçün vaxt 
lazımdır. YaxĢı olar ki, onu öz yerinə aparıb… 
KĠġĠ. Alkoqol təsir edənəcən nə qədər gözləmək lazımdır? 
NÖKƏR. Belə də… Mən sizdən xahiĢ edərdim ki, iyirmi beĢ-otuz dəqiqə gözləyəsiz… 
KĠġĠ. YaxĢı, apar içirt… (Viski ĢüĢəsini ona uzadır.) Çox tök. Bu - sonuncu dəfədir… 
NÖKƏR. BaĢ üstə… (Atanı dartaraq.) Gedək… 
ATA. Dadlı bir Ģey olacaq? 
NÖKƏR. Əlbəttə, olacaq… YumĢaq, qəhvəyi rəngdə… Dünyada ən ləzzətli nə varsa - 
o…  
Ata ilə Nökər yavaĢ addımlarla əsas qapıdan gedirlər. 
 
8. 
 
KiĢi ilə Qız bir-birinə baxır. 
QIZ. ġeytan əməlidir… Həqiqətən, Ģeytan əməlidir… Görkəmindən elə sanballıdır, 
özünü elə ağayana aparır… Adam məəttəl qalır ki, əslində, gör necə riyakar adamdır! 
KĠġĠ. YaxĢı ki, ikiüzlü deyil… 
QIZ. Ġkiüzlü deyil?!. Elə ikiüzlüdür ki, lap haracan desən!..  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
54 
KĠġĠ. Əgər «haracan desəndirsə», deməli, heç sifəti yoxdur. 
QIZ. Mən zarafat etmirəm… Mənim yaĢadığım yerdə də nə qədər desəz bu cür tiplər var. 
KĠġĠ. O sənin pulunu verdi? 
QIZ. Arvadınız necə, sakit oldu? 
KĠġĠ. Sənə görə hirslənməmiĢdi… Bacımın rolunu oynamağın onun xoĢuna 
gəlməmiĢdi… 
QIZ. ġərait yaxĢı deyildi də… Birinci dəfə otuz faiz idim, indi də otuz faiz - deməli, 
olacaq altmıĢ faiz. 
KĠġĠ. Nə? 
QIZ. Bacınızın altmıĢ faizi olacağam... 
KĠġĠ. Hə, belə çıxır…  
KiĢi yenidən diqqətlə Qıza baxır. 
QIZ. Həddən artıq çoxdu, hə? 
KĠġĠ. Hə, çoxdu…  
KiĢi gözlərini Qızdan çəkərək, gəziĢməyə baĢlayır. 
Hər halda, sənə lazımi qədər pul verilib… Əgər sən yüz faiz bacım kimi olsaydın, 
arvadım heç cınqırını da çəkə bilməzdi… 
QIZ. Eybi yox… Mən burda geyinə bilərəm? 
KĠġĠ (bir anlığa fikrə gedərək). Hə olar… 
QIZ. ÇalıĢanda ki, rolunu ifa etdiyin adama çox oxĢayasan, əksinə olur… Qoy, əvvəlcə 
sifətimdən baĢlayım… 
Qız divanda əyləĢərək, çantasını dizlərinin üstünə qoyur. Güzgüyə baxa-baxa kosmetikası 
ilə məĢğul olmağa baĢlayır. 
KiĢi onu diqqətlə müĢahidə edir. Qız güzgüdə KiĢiyə gülümsəyir. 
KĠġĠ. YaxĢı olardı ki, sən yaĢıl tonla sifətinə bir az meyit rəngi verəydin… 
QIZ. YaxĢı. Belə olanda mənim də xoĢuma gəlir… Ənlik sürtülmüĢ sifətlərdən zəhləm 
gedir… 
KĠġĠ. Onun sifətinin rəngi həmiĢə yaĢıla çalan ĢüĢə kimi olurdu. Çox vaxt keçib, mən 
dəqiq xatırlamıram, ancaq… 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə