Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə15/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
46 
nə üçün? Nə üçün mən o xəyalı beləcə tutub durmuĢam? Mən özüm də çox gözəl bilirəm 
ki, bu, yalnız xəyaldır… Ancaq bu xəyalın riĢələri mənim ürəyimin dərinlərinə iĢləyib… 
O xəyal mənim üçün gerçəklərdən də gerçəkdir… Beləcə, xəyal tamaĢasında mən, 
nəhayət ki, əl-ayağımı uzadıb, suya qoyulmuĢ çiçək kimi rahat ola bilirəm…  
Pauza. 
Ancaq… ancaq mən bu tamaĢa ilə nəyə nail oluram?.. Cavab axtarıram?.. Ölümcül 
qorxmuĢ uĢaq cavab axtaran kimi?.. Hə, görünür, belədi… Mən doğrudan da qorxu 
içindəyəm… (Otaqda var-gəl edir.) Ancaq səbəb onun dediyi kimi deyil… Tamam 
baĢqadır… Tamam, tamam baĢqadır…  
KiĢi ayaq saxlayaraq, yenə stəkanı viski ilə doldurur. Bir müddət diqqətlə stəkana baxır.  
YaxĢı! (Gözlənilmədən əsas qapıya tərəf gedir.) 
Bu vaxt qapı açılır və Nökər içəri girir. Qapının qarĢısında əyilərək, açarı yerinə salmaq 
istəyir. 
Dayan. Açarı bura ver. 
NÖKƏR. Bu açarı? 
KĠġĠ. Hə, bunu!.. Mən qərara gəlmiĢəm ki, atamı ruhi xəstəliklər klinikasına qoyum… 
Ġstəyirəm onunla sağollaĢım… Ona bir-iki söz də demək istəyirəm… 
NÖKƏR (təlaĢ içində). Siz həqiqətən belə qərara almısız? 
KĠġĠ. Tez elə! 
NÖKƏR. Axı… axı indi o baĢa düĢməyəcək ki, siz nə deyirsiz… 
KĠġĠ (stəkanı irəli uzadaraq). DanıĢa bilməsəm, heç olmasa onunla içərəm. 
NÖKƏR. Alkoqol? Qətiyyən! Alkoqol içmək ona qadağandır. Axı, o, çox ciddi 
xəstədir!.. 
KĠġĠ. Narahat olma. Klinikada da onu yaxĢı baĢa düĢən adam lazımdır ki, yaxĢı da qulluq 
etsin. 
NÖKƏR. Yox, mən özüm barədə düĢünmürəm… 
KĠġĠ (sərt). Daha bəsdir, mənim vaxtım yoxdur. Bir də ki, istəyirəm, tez gedib bayaq 
burda olan Qızı tapıb gətirəsən. Yəqin, hələ avtobus dayanacağına çatmayıb. Tələssən, 
gətirə bilərsən. 
NÖKƏR (bir az özünü itirmiĢ). BaĢa düĢmürəm… Axı, bu sizin nəyinizə lazımdı?.. 
KĠġĠ (gözlənilmədən qıĢqıraraq). Nə qədər sənin ürəyincə olmasa da, bu evdə sahib mən 
qalıram, mən! Atamı satdığıma görə bu da mənim mükafatımdır! 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
47 
NÖKƏR. Əlbəttə, sahib sizsiz, əlbəttə!.. XahiĢ edirəm bir az sakit danıĢın… O, indicə 
yerinə girib… 
KĠġĠ (özünü ələ alaraq). Qəribədi… De görüm, sən nə üçün arvadımla o cür razılığa 
gəlmisən? 
NÖKƏR. Nə razılıq? 
KĠġĠ. Necə nə razılıq? O razılıq ki, mən əmlak hüququndan məhrum olunanda Ģahidlik 
edəcəksən… 
NÖKƏR (çətin vəziyyətdən çıxmaq istəyir). Nə danıĢırsız?.. Bu, dəhĢətli bir 
anlaĢılmazlıqdır… 
KĠġĠ (yenidən sərt). YaxĢı, get! Açar qoy orda qalsın! Özünü sonra təmizə çıxararsan! 
Nökər əzgin halda açarı yerinə salır və ürkək nəzərlərlə KiĢinin əlindəki stəkana baxıb, 
sol tərəfə gedir. 
KiĢi yavaĢ addımlarla əsas qapıya yaxınlaĢıb, qapının açarını açır və içəri girmək istəyir, 
amma qəflətən dayanır. 
Püf-f-f… Ġyə bax də, elə bil, balıq iylənib! Adam boğula bilər… Ata, bir dəqiqəliyə bura 
gəl… Sən hələ yatmamısan? Məndə viski var… özü də əlasıdır, Ģotland viskisi!.. 
Yadındadı?.. (Stəkanı ağzına tutaraq, guya içir.) Gəl, bir az içək… Hə, nə deyirsən?.. Gəl 
bura… 
ATANIN SƏSĠ. Mənə dadlı bir Ģey verəcəksən? 
KĠġĠ. Dadlı bir Ģey? Sənə ən çox sevdiyin Ģeyi verəcəyəm… Gəl, adama bir stəkan… 
Kiçik pauza. 
Niyə belə bədbin kimisən? 
ATANIN SƏSĠ. Zəngi basmamıĢ çıxsam, Yaginin acığı tutacaq… 
KĠġĠ. Neynək, onda zəngi çal. Amma tez elə. Fu-u-u… Ġyə bax də… Sənin çarpayına 
balıq içalatı töküblər, nədir?.. 
ATANIN SƏSĠ. Sən mənə dadlı bir Ģey söz vermisən… 
KĠġĠ. Gəl, gəl… Əlbəttə, söz vermiĢəm… Əla bir Ģeydi… Pastila? ġokolad? Buyur, 
ürəyin nə istəyir!.. 
Atanın mırıltısı eĢidilir, elə bil, gülür…  
Sonra çarpayı cırıldayır…  
KiĢi geri çəkilir.  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
48 
Zəng çalınır və ata güclə yeriyərək gəlir.  
KiĢi qapını bağlayır. 
ATA. O dadlı Ģeyi ver görüm. 
KĠġĠ (stəkanı ona uzadır). Ala, sən bunu çox sevirsən… (Divanı göstərərək.) Gəl, oturaq, 
içək… 
ATA (stəkanı iyləyib, geri qaytarır). Yox, bu… 
KĠġĠ (onun sözünü kəsərək, nəvaziĢlə). Ata, biz ayrılırıq… Arvadım qalib gəldi… Onun 
səhmlərindən istifadə etmək üçün etibarnamə almalıyam. Buna görə məcbur oldum ki, 
səni xəstəxanaya qoyacağım barədə iltizam imzalayım… Sən məni baĢa düĢməlisən, 
ata… Axı sən özün müəssisələrini saxlamaqdan ötrü, doğma qızının ölümünə düçar 
oldun, özü də, çox sakitcə… Ala, tut stəkanı… Ən yaxĢı Ģotland viskisidir… Bir qurtum 
iç… Heç olmasa, lap balaca bir qurtum…  
KiĢi, əlində stəkan, Ataya yaxınlaĢır. 
Ata qorxaraq geri çəkilir və KiĢi ilə divan arasında vurnuxur. 
Niyə istəmirsən? 
ATA. XoĢlamıram… Mən bunu xoĢlamıram… 
KĠġĠ. Niyə? Əvvəllər ki, içirdin. Mənim yaxĢı yadımdadır… 
ATA. Yox, xoĢlamıram… Axı, sən deyirdin ki, mənə dadlı bir Ģey verəcəksən… 
KĠġĠ. Bəlkə, mən səhv edirəm?.. Ola bilməz… Bütün bunlar Yaginin hoqqalarıdır… 
Alçaq… (Viskini özü içir.) 
ATA. Çiynimi qaĢı… 
Ata KiĢiyə yaxınlaĢıb belini əyir. 
KĠġĠ (səndirləyərək). Çiynini? 
ATA. Hə, bax, buranı… 
Ata az qala aĢa-aĢa əli ilə çiynini göstərir. 
Tez elə, qaĢı… 
Ata KiĢinin üstünə gedir. 
KĠġĠ (geriyə çəkilərək). Özün qaĢı… 
ATA. Oy-y-y!.. Yaman qaĢınır… 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə