Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə16/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
49 
Ata yazıq-yazıq zarıyaraq, belini divanın söykənəcəyinə sürtür. 
KĠġĠ (ĢaĢırmıĢ). Degenerat… Elə bil vəhĢidi… (Gözlənilmədən uca səslə) Ata, sən ruhi 
xəstələr üçün xəstəxanaya gedəcəksən!.. 
Ata KiĢiyə elə baxır, elə bil, huĢunu itirib. 
(Ġnilti ilə.) Deyəsən, baĢa düĢmür… Öz bədbəxtliyini baĢa düĢməyən insana can 
yandırmağın mənası var?.. Heç mən də ona can yandırmaq istəmirəm… Bu adama Ģəfqət 
lazım deyil… Bu adam həyatında elə bir iztirab çəkməyib ki, ona Ģəfqət göstərəsən… 
(Sərt Ģəkildə səsini qaldırır.) Ata, bu dəfə sən yayına bilməyəcəksən! 
KiĢi stəkanı viski ilə doldurub Ataya yaxınlaĢır. Onu divana sıxaraq, güclə ağzına viski 
tökmək istəyir. 
ATA. Kömək edin!.. 
KĠġĠ. Sus!.. 
Ata KiĢinin üzünə tüpürür. KiĢi belini düzəldərək üzünü silir. 
Qız Nökərin müĢayiəti ilə sol tərəfdən gəlir. 
ATA (xırıltılı səslə). Kömək edin… 
NÖKƏR (təngnəfəs). Nə olub? 
KĠġĠ. Hay-küy salmağa bir səbəb yoxdu… (Qıza.) Mən istəyirəm ki, siz yenə iĢinizi 
görəsiz. Sizinçün nə mənası var haçan? Elə deyil? 
QIZ. O-o-o… Əlbəttə. Haçan olur-olsun, mən öz iĢimi görə bilərəm. BaĢqa harda on 
dəqiqəyə min iendən artıq qazanmaq olar?.. 
NÖKƏR (tənə ilə). Siz nə etmək istəyirsiz? 
KĠġĠ. Təəssüf ki, o, mənim əlimdəki bu qədəhdən içmək istəmədi. Hərçənd, ona dedim 
ki, bu, ayrılıq dəmidir… 
NÖKƏR. Axı, siz onu zorla durğuzmusuz. Tutması olandan sonra o özünü pis hiss edir… 
 
KĠġĠ. Adətən sən onu necə məcbur edirsən ki, içsin? 
NÖKƏR. Ġçsin? Ona içmək olmaz! Qətiyyən! Onsuz da o bu cür zəifdir, üstündən də 
alkoqol?.. Həkim də içməyi çox ciddi qadağan edib!.. Onu həyəcanlandıra biləcək heç nə 
olmaz! Hətta düyüyə ədviyyat da qatmaq olmaz!.. (Ataya.) Gedək, sakitcə dincələk… 
KĠġĠ. Bəsdir özünü günahsız adamlar kimi apardın… 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
50 
NÖKƏR. Günahsız adamlar kimi? 
KĠġĠ. Elə bilirsən ki, xəbərim yoxdu? Atamın tutması baĢlayandan bir-iki gün əvvəl
həmiĢə bu qapıdan araq iyi gəlir. Nədi, düz demirəm? 
NÖKƏR. Siz nə danıĢırsız?.. Sizə elə gəlib… Bəyəm mən qoyaram ki, belə Ģey olsun?.. 
KĠġĠ. Bir dəfə, iki dəfə mənə elə gələ bilər… Ancaq sən yaxĢı bilirsən ki, neçə dəfə 
«mənə elə gəlib»!.. Təxminən ayda iki dəfə… Səkkiz il - deməli, qırx səkkiz dəfə!.. Hə, 
buna nə deyirsən? 
Nökər ĢaĢırmıĢ halda susur. 
YaxĢı, yaxĢı… Sən özün də onu tək içməyə qoymurdun… Ġndi səni tənbeh etmək daha 
gecdir. Əsas odur ki, sən bunu danmayasan, eĢitdin? Ġndi de görüm, içkinin köməyi ilə 
onun tutmalarını tezləĢdirirdin, hə? 
NÖKƏR. Siz dəhĢətli sözlər deyirsiz!.. Mən nə üçün bilərəkdən onun tutmalarını 
tezləĢdirməliydim?.. Mənim nəyimə lazım idi bu? Bundan nə qazanacaqdım? 
KĠġĠ. Axı, dedim ki, səni tənbeh etməyəcəyəm… Mən bunun sirrini bilmək istəyirəm. 
Sən niyə atama araq içirdirdin? Nə olur-olsun… Mən heç olmasa bircə dəfə onunla açıq 
danıĢmalıyam… 
Ata öz ətrafında kartlarla dairə düzür. 
NÖKƏR. Mən həqiqəti deyəcəyəm… Ġnanın mənə… Siz deyirsiz ki, guya, mən hansısa 
bir məqsəd güdmüĢəm. Mən bu sözlərdən çox inciyirəm… Hər Ģey təsadüf nəticəsində 
baĢ verdi… YaĢlı ağa o vaxt günü gündən yuxusuzluqdan daha çox əziyyət çəkirdi. Heç 
bir yuxu dərmanı kömək etmirdi… Bu azmıĢ kimi, həmin gün nümayiĢ oldu. Küçədə 
oxuyub-oynayırdılar… Elə mürgüləməyə baĢlayırdı ki, aĢağıdan səslər gəlirdi… Bir 
gündə idi, elə yazıq idi ki, onun halına biganə qalmaq mümkün deyildi… Bax, onda mən 
ona bir az… bir az verdim… Dadmaq üçün, lap bir az… 
ATA. Dadlı Ģey hanı? 
NÖKƏR. Bu saat… Bu saat… 
KĠġĠ. Mən soruĢuram ki, sən onu necə içirdirdin? 
NÖKƏR. Mənə qulaq asın də… YaĢlı ağa bir az içəndən sonra mənə elə gəldi ki, onun 
sifəti açıldı… Nələrisə xatırlamağa baĢladı… Həmin an eĢitdim ki, lap alçaqdan nəsə 
uçur… Bu, helipokter idi… Yəqin, yuxarıdan nümayiĢi izləyirdi. 
QIZ. Helikopter. 
NÖKƏR. Mən bəyəm elə demədim? 
QIZ. Siz «helipokter» dediz. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
51 
NÖKƏR. Eyni Ģeydir!.. Hə, yaĢlı ağanın gözləri tamam baĢqa cür iĢıqlandı. O, ayağa 
qalxıb soruĢdu: «Bizim ardımızca hələ gəlməyiblər? Kadzuxiko hara gedib? Tosiko 
hardadır?» 
KĠġĠ. Bəsdir. Qalanlarını mən o qədər eĢtmiĢəm ki, hamısı qulağımdadır. 
QIZ. Ancaq mən ilk dəfədir eĢidirəm… 
KĠġĠ. Sən bilməsən də olar. (Nökərə.) YaxĢı, de görüm, onu necə içirdirdin? 
NÖKƏR. Siz isə deyirdiz ki, guya, mən onu bilərəkdən içirdirəm ki… 
KĠġĠ (səbrsiz). Bəsdir!.. Sən ancaq onu dedin ki, atamın tutması ilk dəfə necə baĢ verib. 
Yoxsa elə bilirsən ki, bununla özünə bəraət qazandın?! 
ATA (təĢviĢlə). Olar, mən gedim? 
NÖKƏR. Əlbəttə, bu saat… (Əlini ona tərəf uzadır.) 
KĠġĠ. Əl dəymə!.. Əvvəlcə mənim sualıma cavab ver! 
Qız maraqla Nökərə baxır. Nökər onun baxıĢlarından yayınmaq istəyir. 
NÖKƏR (kədərlə). Bütün bunları ona görə edirdim ki, mənim üçün ən əsas məsələ yaĢlı 
ağanı inkar xəstəliyindən qurtarmaq idi… 
KĠġĠ. Onda bunu niyə lap əvvəldən demirdin? 
NÖKƏR. FikirləĢirdim ki, sizə xoĢ gəlməz… 
KĠġĠ. O-o-o!.. Necə də duyğusal bir qayğıkeĢlik!.. 
NÖKƏR. Mən nə imkanım vardısa, çalıĢırdım… 
KĠġĠ (acıqlı). Nəsə, çox kəlləmayallaq danıĢırsan… Arvadımı da bu iĢə qatmaq, pariklər 
düzəltdirmək, əvvəllər necə olurdu, o cür çamadanlar tapmaq, divarları rəngləmək, üsyan 
hay-küyü yazılmıĢ maqnitafon lentlərini sifariĢ etmək… Hər dəfə də sən bütün bunları 
daha artıq bir səriĢtə ilə edirdin… Ġndi bizim evimizin bütün ab-havası eynilə o 
zamanlarda olduğu kimidir… Bütün bunlar, əlbəttə, sənin səylərinin nəticəsidi… Ancaq 
sənin bəzi hərəkətlərin guya mənə yaxĢılıq etmək istəyinlə üst-üstə düĢmür!.. Hə? 
NÖKƏR (elə bil, onu divara dirəyiblər). Bilirsiz… Bu… heç bilmirəm sizə necə deyim… 
Mən gördüm ki, yaĢlı ağa ilə belə görüĢlər keçirməyimiz sizə də xoĢ gəlir… 
KĠġĠ (heyrətlə). Mənə də xoĢ gəlir? 
NÖKƏR (diqqətlə KiĢini nəzərdən keçirərək). Nə deyirsiz-deyin, ancaq o vaxtlar yaĢlı 
ağa öz əzəmətinin zirvəsində idi… Təkcə elə onun mədənlərindən filiz daĢıyan 
maĢınların sayı üç yüz səksən idi… O maĢınlar elə tozanaq qaldırırdı ki, üfüqü də görmək 
mümkün deyildi… 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə