Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə12/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
37 
KĠġĠ. Mən çox təəccüb edirəm. Mənim heç ağlıma da gəlməzdi ki, sənin əsəblərin belə 
bir vəziyətdədir… Bəlkə, sənə müalicə lazımdı, həkimlə məsləhətləĢəsən?.. 
XANIM (sərt). Həkim… neynək, ağıllı fikirdi… 
KiĢi susur. 
Ancaq onunla birlikdə qardaĢımın vəkilini də dəvət edək. 
KĠġĠ (təəccüblə). Vəkili? 
XANIM. Nöqtə qoymağın vaxtı çatıb. 
KĠġĠ. Sən boĢanmaq istəyirsən? 
XANIM. Sən nə danıĢırsan? Biz bəyəm boĢana bilərik? Əgər biz boĢansaq, gərək 
adımıza olan səhmləri də ayıraq, onda da nəzarət paketindən məhrum olacağıq. 
KĠġĠ. Bəs sən nə etmək istəyirsən? 
XANIM (acıq verə-verə). Nə etmək istəyirəm? 
KiĢi susur. 
Səni əmlak hüququndan məhrum etmək istəyirəm! Əla fikirdi, hə? 
KĠġĠ. Əmlak hüququndan məhrum etmək?..  
XANIM. QardaĢımın vəkili neçə dəfə bunu məsləhət bilib, ancaq mən… 
KĠġĠ. Necə alçaq adammıĢ!.. 
XANIM. Görürsən ki, mən buna o saat razılıq verməmiĢəm… Ancaq daha bitdi!.. 
AĢağıda səni gözləyəndə, qardaĢımla telefonla danıĢdım, hər Ģeyi müzakirə etdik. Onun 
heç ağlına da gəlməzdi ki, sən bu kabus oynuna kənardan qız gətirəsən… Sən təzədən 
iyrənc bir iĢ görməyəsən deyə, qardaĢım bu gecə bütün lazımi sənədləri hazırlayacaq. 
KĠġĠ. Sən qardaĢınla nə qədər cəhd etsəz də, içindən bir Ģey çıxmayacaq… Tamam 
normal bir adamı… 
XANIM (onun sözünü kəsərək). Sən buna əminsən? Ruhi xəstəni əmlak hüququndan 
məhrum etmək, sən demə, çox asan imiĢ, heç məhkəməyə də vermək lazım deyil. 
KĠġĠ. Ruhi xəstə? 
XANIM. Sən demək istəyirsən ki, belə deyil?  
KiĢi susur. 
Hətta it kimi sənə sadiq olan Yagi də Ģahid kimi ifadə verəcək. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
38 
KĠġĠ. BoĢ-boĢ danıĢma! 
XANIM. Bəlkə, özün onu çağırıb soruĢasan? 
KĠġĠ. Mənə yox, bütün bunları fikirləĢib quraĢdıran adama dəli demək olar!.. Qadın hər 
Ģeyi qadın-kiĢi münasibətləri ilə ölçüb-biçir. 
XANIM. BaĢqa münasibətlərlə ölçüb-biçməkdən danıĢ görək!.. 
KĠġĠ. Ağlı baĢında olan adam görər ki, bizim mərasimin qəhrəmanı mənim bacım deyil. 
Sən bunu çox gözəl bilirsən. Hər bir uydurmanın da səddi olmalıdır. 
XANIM. Uydurmanın? 
KĠġĠ. Rol oynamaqdan ötrü bu qızı cəmi-cümlətanı iyirmi dəqiqəliyə bura gətirtdim ki, 
bədbəxt atamın əzablarını bir az yüngülləĢdirsin. Buna görə belə hay-küy qaldırmağa 
dəyməzdi. 
XANIM. Sən fikirləĢirsən ki, belə sözlərlə həkimi aldada bilərsən? Hər halda, Ģəxsən 
məni bu sözlərlə aldada bilməzsən. 
KĠġĠ. Özün soruĢdun də. Bəs, sən necə cavab almaq istəyirsən? 
XANIM. Mən istəyirəm ki, sən ilk növbədə bu əcaib hərəkətlərin səbəbini deyəsən. 
Əlbəttə, əgər həqiqətən bir səbəb varsa… 
KĠġĠ. Mən tam qətiyyətlə deyə bilərəm ki, söhbət o qızdan gedirsə, sənin onun haqqında 
dediklərin uydurmadan baĢqa bir Ģey deyil.  
XANIM. Sonra? 
KĠġĠ. Yenə hansısa bir izahat lazımdır? Bəlkə, bu günkü qəbulu deyirsən? 
XANIM. Bəli, qəbulu da deyirəm. 
KĠġĠ. Əgər söhbət iĢgüzar danıĢıqlardan gedirsə, bunun üçün direktorlar var. Bəs, onları 
biz nəyə saxlayırıq? 
XANIM. Axı, mən sənə dedim ki, söhbət təkcə iĢgüzar danıĢıqlardan getmir. 
KĠġĠ. Onda bəs, biz nədən danıĢırıq? 
XANIM. Gör, necə mənasız suallar verirsən? 
KĠġĠ. Niyə mənasız olur? 
XANIM. Elə fikirləĢirsən ki, həkim sənin belə izahatlarınla razılaĢacaq? 
KĠġĠ. Sənin fikrincə, belə xırda-para Ģeylər əsas verir ki, məni dəli hesab etsinlər? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
39 
XANIM (baĢını bulayır). SağollaĢmazdan əvvəl bir sözüm də var. Bilirsən, mən zərər 
çəkmiĢ tərəf kimi həkimə nə deyəcəyəm?  
Xanım siqaret yandırır və yavaĢ-yavaĢ, elə bil ki, əri ilə yox, əri haqqında görünməyən 
baĢqa bir mühasibi ilə danıĢır.  
Hər Ģey birtərəfli baĢlayıb demək, məncə düz olmaz… O, həmiĢə qorxu içindədi… Bəlkə 
elə ona görə də hər Ģeyi öz iradəsindən asılı olmayaraq edir… 
KĠġĠ. Qurtar bu boĢ söhbəti. 
XANIM (onun sözlərinin fərqinə varmadan). Mən çətin məsələləri həll edən adam 
deyiləm… Ancaq baĢa düĢdüm ki, mənim ərimi qorxudan nədir… Sizə məlum olduğu 
kimi, bizim Ģirkət əsasən yarımfabrikat istehsal edir… Bəli, tamamilə doğrudur, borular, 
baĢqa metal məmulatlar… Düzdür, o, elə də oturub fikirləĢən adam deyil, götür-qoy 
eləsin ki, bizim məhsullarımız hara gedəcək… Bu məhsullar geniĢ satıĢ bazarına 
çıxarılanda gərək ümumi tələbatın mənzərəsi ilə xüsusi məĢğul olasan. Onun bu cür 
təĢviĢ doğuran vəziyyətinin səbəbi odur ki, bu adam heç vaxt özünü azad hiss etmir. O, 
həmiĢə kənar qüvvələrdən asılıdır… 
KĠġĠ (istehza ilə). Sən bu məsələni ortaya atmısan ki, zinət kolleksiyan daha da çoxalsın? 
XANIM (ona fikir vermədən). Bu hələ hamısı deyil. Cəmiyyətdə bizim kimi özlərinə 
mövqe qazanmıĢ insanların taleləri elədir ki, bu dediklərimdən qaçmaq olmaz. Ancaq 
qəribə bilirsiz nədir? Hər hansı bir insan təlaĢ hiss edəndə, çalıĢır ki, bundan yaxasını 
qurtarsın. Hətta siçan da qəfəsə salınanda, ora-bura vurnuxur ki, canını qurtarsın. Ancaq 
mənim ərim - əksinə, yalnız təhlükə qarĢısında qorxuya düĢmür. O, daha artıq dərəcədə 
bu təhlükədən xilas olmaq üçün nəsə bir iĢ görməkdən qorxur. 
KĠġĠ. Dediklərində məntiq var… 
XANIM. Əlbəttə, kömək üçün baĢqa adamlara müraciət edirsən, əlaqələr yaradırsan, 
onların sırası çoxalır... Bunu qardaĢımla da danıĢmıĢıq, məncə, doğru yol budur… 
Müəssisələr nə qədər inkiĢaf edir, böyüyürsə, təbii ki, hökumət dairələri ilə əlaqələrin də 
geniĢləndirilməsi vacibdir. O zaman bağlanan saziĢlər daha da möhkəm olur, etibar da 
artır. Söhbət xarici dövlətlərdən gedirsə, onlarla him-cim etməyi bacarmalısan. Ġndi sual 
olunur: biz məsuliyyət hiss etməliyik, ya yox? Müəssisələrin nə istehsal etdiyindən asılı 
olmayaraq, biz rəsmi müqavilələr bağlayırıqsa, özümüzü müdafiə etmək imkanımız 
olmalıdır. 
KĠġĠ. Tamam doğrudur. Biz özümüzü müdafiə etdiyimizə görə də, o müəssisələr hələ 
iĢləyir. 
XANIM. Yox… Mənim ərim bundan qorxur. 
KĠġĠ. Qorxmaq lazım olmayan bir Ģeydən mən nə üçün qorxmalıyam? 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə