Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə9/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
28 
NÖKƏR (altdan-altdan ona baxaraq). Səndən bircə Ģey tələb olunur: onun rəhmətlik 
qızının rolunu yaxĢı oynayasan! 
QIZ. Sizin üçün hər Ģey asan görünür…  
Qız koftasını çıxarır. Sonra Ģalvarını geymək istəyir. 
NÖKƏR. Yox, elə deyil. Sənin ölüm səhnən çox yaxĢı idi. 
Birdən sağ tərəfdəki qapı açılır və KiĢi cəld içəri daxil olur. Ġndi onun əynində pencək 
var. Qızı görərək yerində donur.  
Qız əlindəki pal-paltarı tələsik sinəsinə sıxır. O, özünü itirməkdən daha artıq dərəcədə
yaranmıĢ vəziyyətdən həzz alır. 
KĠġĠ (təəccüblə). Burda nə baĢ verir? 
QIZ. A-a-a… Siz məni tanımadız? 
KiĢi bir-iki addım geri çəkilir. Qız aĢkar bir iĢvə ilə KiĢiyə baxır. Sonra, elə bil, özünə 
gələrək, arxasını ona çevirir və tələsik geyinir. 
KĠġĠ. Məncə, aĢağıda soyunub-geyinmək üçün yer var!.. 
QIZ. Ordakıların hamısı elə acıqlıdı ki… 
NÖKƏR (özünə bəraət qazanmaq istəyir). Mən ona hər Ģeyi baĢa salmıĢdım… Bura 
nədən ötrüdü, nə otaqdı… 
QIZ (heç kimə müraciət etmədən). BağıĢlayın. Sizdən biriniz belimdəki düyməni bağlaya 
bilər? 
KiĢi ilə Nökər bir-birinə baxır. Naqolay bir vəziyyət yaranır. 
Pauza.  
KiĢi yaxınlaĢıb, Qızın koftasını arxadan düymələyir, tez də yana çəkilir. 
NÖKƏR (Qızı yola salmaq istəyir). Nə oldu, hazırsan? Daha geyindin?.. 
QIZ (məsum). Mən axı… mənə çatacağı… hələ almamıĢam… Əlbəttə, sonra da olar… 
KĠġĠ (Nökərə). Portmoneni bura gətir. 
NÖKƏR. Sonra mən özüm… 
KĠġĠ. Dedim axı!.. 
NÖKƏR. BaĢ üstə. (Narazı halda sağ tərəfə gedir.) 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
29 
QIZ. Siz məni bağıĢlayın… Ancaq mən tamam pulsuzam… Ġndi evə gedəndə də bəzi 
Ģeylər almalıyam. 
KĠġĠ (sakit). Nə? 
QIZ (gülümsəyərək). Saç üçün cürbəcür sancaqlar, vitaminlər, dırnaqtəmizləyən, dəyiĢək, 
üz üçün losyon, plastır… (Qəmzə ilə.) YaxĢı yapıĢqanlı plastır. Bilirsiz, ondan mən necə 
istifadə edirəm? 
KĠġĠ. Y-yox… 
QIZ. Corab rezinlərinin əvəzinə. Rezinlərin yeri qalandan sonra gec keçir… 
KĠġĠ. Hə-ə-ə… Plastır əziyyət vermir?... 
QIZ. Nə edim?.. Gərək dözəsən də… Mənim varım-yoxum - mənim bədənimdir… 
KĠġĠ (qətiyyətsiz). Sən hansısa teatrda iĢləyirsən? 
QIZ. A-a-a… Sizin xəbəriniz yoxdu? 
KĠġĠ. Mən hər Ģeyi Yagiyə tapĢırmıĢdım… 
QIZ. Mən rəqqasəyəm. Striptiz… 
KĠġĠ (ĢaĢırmıĢ). Hə, belə de… 
QIZ (pıçıltı ilə, elə bil, dua oxuyur). Əxlaqsız, pozğun, Ģəhvətli bir qadın… Donunun 
altında tamam çılpaq… Səhərdən axĢamacan yalnız ikinəfərlik çarpayı haqqında düĢünən 
bir qadın… Darıxmağı, sıxılmağı, bıqmanı dağıdıb yox edən bir qadın… Hamının 
xəyalında sevmək istədiyi qadın… 
KĠġĠ. Hamı, yəni kim? 
QIZ. Doğrudan da, kim? 
KĠġĠ (özünü itirmiĢ). Mən yaxĢı baĢa düĢürəm ki, sən nədən danıĢırsan, ancaq… 
QIZ (onun sözünü kəsərək). «Gör, necə candı!?.» Mənim rəqsimi görən hər kiĢi belə 
düĢünür… Mən əynimdəkiləri soyunmağa baĢlayanda, onlar da, elə bil, mənimlə birlikdə 
soyunurlar, Ģalvarları da gözgörəti ĢiĢir… Bəyəm bu xoĢ deyil? 
KĠġĠ (xırıltılı səslə). KiĢi ilə qadın… həmiĢə belə olur də… 
QIZ. Hə… Ancaq arada fərq də olur… Misal üçün, çılpaq arvad, yaxud sevgili ehtirasdan 
qıvrıla-qıvrıla rəqs edə bilər… Biz isə rəqs edəndə soyuq oluruq. Bilirsiz niyə? Çünki biz 
heç kimə məxsus deyilik, azadıq, bizim yiyəmiz yoxdur. KiĢi də ancaq… ancaq o vaxt ki, 
heç kimə məxsus olmayan qadını öz malı edir, o zaman onun özü də daha heç kəsə 
məxsus olmur… Bu - baĢqa Ģeydir…  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
30 
Qız makiyajını bitirir. 
KĠġĠ (ĢaĢırır). Hə. Ola bilər… bəlkə də haqlısan… 
QIZ (qəflətən). Bura baxın, məni öpərsiz? 
KiĢi susur. 
(ġən.) Heç nə olmaz… Mən fanarları ancaq səhnədə oynayanda yandırıram… Beləlikdə 
isə mən öz qalama qısılıb qalıram. Doğrusu, mənim qalam zəifdir, divarları kağızdandır, 
amma hər halda qaladır… Odur ki, qorxmayın… Əlavə qazanca isə mənim həqiqətən 
ehtiyacım var… 
KĠġĠ. Qorxmaq? Nə danıĢırsız?.. Mənim sizə münasibətim pis deyil… 
QIZ. Onda öpün!.. Sonra da haçansa gəlib mənim rəqs eləməyimə baxarsız. 
Qapı döyülür. Nökər ehtiyatla içəri daxil olur. 
NÖKƏR. BağıĢlayın, gec gəldim… Mizin yeĢiyi bağlı idi… 
KĠġĠ (cidd-cəhdlə ciblərini axtarır). Hə?.. 
NÖKƏR. Mən xanımdan pul götürdüm. (Zərfi Qıza verir.) Bu gün üçün sənə nə 
alacaqdınsa, hamısı burdadı. 
QIZ (zərfin içinə baxaraq). Qəbz də burdadı?  
NÖKƏR (qızı tələsdirir). Eybi yox, qəbz sonraya qalsın… 
QIZ. Mən indidən bilmək istəyirəm ki, yenə nə vaxt lazım olacağam? 
NÖKƏR (acıqlı). Bu, hələ məlum deyil. 
QIZ. Əvvəlcədən müdirimi xəbərdar etməsəm, sonra məni danlayıb, söyəcək. 
NÖKƏR. Nə etmək olar? Bax, havanı da öz kefinlə əvvəlcədən sifariĢ etmək mümkün 
deyil… 
KĠġĠ. Bəlkə, beh verək? 
NÖKƏR (qətiyyətlə etiraz edir). Buna heç bir ehtiyac yoxdur. Bu qız olmasın, baĢqası 
olsun - fərq etməz… 
QIZ (tələsik razılaĢır). YaxĢı, yaxĢı… Özüm həll edərəm.  
Qız çantasını götürür. 
KĠġĠ. Gedirsən? 
QIZ. Ġcazə verin sizə ən xoĢ arzularımı bildirim. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə