Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə8/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
25 
ATA (baĢını arxaya qaldırıb inildəyir). Mən Tosikonu çağırıram! Mən istəyirəm Tosiko 
təsdiq etsin ki… nahaqdı!.. Sənin həyəcanların nahaqdı! 
KĠġĠ. Bəsdir, ata! Öz istəyinlə vaxtı dayandırmaq… 
ATA (onun sözünü kəsərək). Tosikonu çağırın!.. (Hiss olunur ki, o, get-gedə zəifləyir.) 
Tez eləyin!.. Bir dəqiqə də itirmək olmaz… Tez çağırın… (Səndələyərək, az qalır 
yıxılsın.) 
KiĢi Nökərə iĢarə edir. Nökər cəld çiynini irəli verərək, Atanı ayaq üstə saxlayır. 
NÖKƏR. Bax, belə… Gedək. 
ATA. Tosikonu çağır… Tez edin, Tosikonu çağırın… 
Birdən-birə, gözgörəti qocalmıĢ, taqətdən düĢmüĢ Ata dodaqaltı nəsə deyə-deyə Nökərin 
köməkliyi ilə əsas qapıdan gedir. 
Qız divanın üstündən ayağa qalxır. 
QIZ. Necə oldu? Qurtardı? 
KĠġĠ (diksinərək). Hə… Çox sağ ol… (Özünə gələrək, soldakı qapıya tərəf qıĢqırır.) ĠĢığı 
yandırın…  
KiĢi Nökərin qoyduğu əl fanarı götürərək, sağdakı qapıya tərəf gedir. 
(YavaĢ səslə.) Gedim, maqnitofonu söndürüm… (Qıza.) Burda daha sənlik bir Ģey 
yoxdur… (Cəld sağ tərəfə gedir.) 
Qız onun ardınca baxaraq, təəccüblə baĢını bulayır. Ġnsanların hay-küyü kəsilir. ĠĢıqlar 
yanır.  
Qız bir-bir üfürüb, Ģamları söndürür. 
 
3. 
 
Nökər ayaqlarının ucunda yavaĢca əsas qapıdan gəlir. Ehtiyatla qapını örtüb, açarla 
bağlayır. 
NÖKƏR. Hər Ģey qaydasındadı. .. Yatdı… (Çevrilərək, görür ki, KiĢi yoxdur.) O hara 
getdi? 
QIZ. Getdi maqnitafonu söndürsün… 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
26 
NÖKƏR. Bürküyə bax də!.. Kondisionerləri açmazdan əvvəl, buranın havasını dəyiĢmək 
lazımdır…  
Nökər pərdələri çəkib, nazik keçə ilə örtülmüĢ pəncərə ĢüĢələrini taybatay açır. 
Uzaqdan müasir Ģəhərin səs-küyü eĢidilir. Pəncərədən uca göydələnin bir hissəsi, 
reklamlar görünür. 
QIZ (yaxınlaĢaraq). Nə qəĢəng yel əsir… 
NÖKƏR. Dənizi də görürsən? 
QIZ. Hə, əladır! Bu ərazi də, gör, necə böyükdü!.. 
Nökər parikini çıxarıb içini silir, ora-burasının tüklərini düzəldərək, büküb cibinə qoyur. 
Sonra, guya, məsum bir hərəkətlə əlini Qızın yanbızına yapıĢdırır.  
Qız, elə bil, diksinir. 
NÖKƏR (hər Ģeyi zarafata salmaq istəyir). Amma külək zavodlar tərəfdən əsəndə, 
buraları elə iy bürüyür ki, adam gərək burnunu tuta!.. 
QIZ. Mən əyin-baĢımı qaydaya salmalıyam. 
NÖKƏR (pəncərəyə tərəf dönüb, sinə dolusu nəfəs alaraq). Ox-hay!.. (Qıza.) Əla idi!.. 
Necə lazım idi, elə də elədin… (Pəncərəni bağlayır.)  
Qız da parikini çıxarır. Onun kürən rəngə boyanmıĢ saçları qısa qırxılıb. Divanda oturur 
və heç nədən çəkinmədən qoynundan krem çıxarıb, üz-gözünə sürtür. 
QIZ. Qəribə idi… Çox qəribə idi… Oy, necə maraqlı idi!.. 
NÖKƏR (ona tərəf çönərək, barmağını Qızın sifətinə tuĢlayır). Yox, oranda bir Ģey 
yoxdu… AĢağını sil, bax, buranı…  
QIZ. Amma çox iyrəncdirlər… Elə nəzərlərlə adama baxırlar ki!.. 
Qız qalxaraq sol qapının arxasından çantasını götürərək, əvvəlki yerinə qayıdır. 
NÖKƏR. Kim? 
QIZ. Qulluqçu ilə xanım.  
Qız tənzif ilə üzünün kremini silir. QaĢları aĢığı düĢür, sifətinin görkəmi tamam dəyiĢir. 
NÖKƏR. Eybi yox, fikir vermə. Bir azdan adət edəcəksən.  
Nökər çamadanları götürüb, sağ tərəfdəki qapıya aparır, sonra yenidən qayıdır. 
QIZ. Mənim heç adət etmək fikrim də yoxdur. Sadəcə olaraq, öz sənətimi göstərib, 
haqqımı alıram. Düzdü, elə də böyük bir sənət deyil, ancaq hər halda… 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
27 
Qız çantasından güzgü çıxarıb, makiyajı ilə məĢğul olur. 
NÖKƏR (arxasında dayanıb, güzgüdə Qızın sifətinə baxaraq). Bilirsən, bu otaq xüsusi 
bir… mərasim deyim də… xüsusi bir mərasim üçün hazırlanıb. Qulluqçunu da elə tərbiyə 
ediblər ki, o, hətta yır-yığıĢ üçün də bura girməyə cürət etmir.  
QIZ (Gülərək). Siz narahat olmayın. Mən həmiĢəlik burda qalan deyiləm… 
NÖKƏR. Bir sözlə, on ildən artıqdır ki, eĢikdəki həyat bu otağa daxil olmur… YaxĢı… 
Amma gərək buranın iyini-pasını təmizləyək… 
QIZ (onun sözlərinə fikir vermədən). Maraqlıdı, bu qoca doğrudan ağlını itirib? 
NÖKƏR. Nə? 
QIZ. Əvvəlcə o mənə kin-küdurətlə baxırdı, düzdü? Hətta bir az qorxdum da... Ancaq 
danıĢanda, elə bil, ağlı özündəydi… hər Ģey yerindəydi… 
NÖKƏR (mənalı). Bilirsən, o bizim gördüyümüz dəlilər kimi deyil… Bizim bu qoca 
ağanın xəstəliyinə bəzən inkar xəstəliyi deyirlər.  
QIZ (öz makiyajı ilə məĢğul olaraq). Ġnkar xəstəliyi? 
NÖKƏR. Universitet xəstəxanasında diaqnozu belə qoymuĢdular… Onun üçün vaxt, 
zaman dayanıb… O, bu fikirdədir ki, vaxt qətiyyən irəli getmir. 
QIZ. Hm… Onda bu tamaĢanın nə mənası var? 
NÖKƏR (qətiyyətlə). Bəsdir sual verdin! Axı biz danıĢmıĢıq. 
QIZ (güzgüdə hər tərəfdən sifətinə baxaraq ayağa qalxır). BağıĢlayın, mən onacan sayana 
qədər siz o tərəfə çönə bilərsiz? 
Nökər ĢaĢırır.  
 
Qız onun çönməyini gözləmədən çantadan paltarını çıxararaq, koftasının düymələrini 
açmağa baĢlayır.  
Nökər tələsik arxaya çevrilir. 
Maraqlıdı, görəsən onun ardınca təyyarə doğrudan da uçub gəlib? 
NÖKƏR (narazı). Nə olub, olmayıb, bunun sənə dəxli yoxdur. 
QIZ. Mən belə fikirləĢirəm ki, rolunu inandırıcı oynamaq istəyirsənsə, gərək, bütün 
təfərrüatı biləsən. Yoxsa… 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə