Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə10/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
31 
KĠġĠ. Əgər vacib bir iĢin yoxdursa, bəlkə, nəsə yüngül bir Ģey içəsən? 
NÖKƏR (tənə ilə). Bir azdan doqquzun yarısıdır. Yəqin xanım artıq sizi gözləyir… 
KĠġĠ (narazılıqla saata baxır). Qoy gözləməsin. Özü dedi ki, əgər mən doqquzun yarısına 
qədər çatdırmasam, tək gedəcək. 
QIZ. Mənim elə bir iĢim yoxdu, ancaq… 
KĠġĠ. Onda gedək mənim otağıma. Çaxır içirsən? 
QIZ (həvəslə). Mən nə desəz, içirəm! 
KiĢi ilə Qız sağ tərəfə gedir. 
NÖKƏR (qapının açar deĢiyindən baxaraq, donub qalır). O-o-o!.. Bax e!.. Gör, necə 
fahiĢədi!.. Amma mənim heç bir təqsirim yoxdu!.. KaĢ ki, əvvəldən biləydim!.. (ġamları 
yığıĢdırır.) 
 
4. 
 
Sol tərəfdən Xanım daxil olur. 
XANIM (ətrafa baxaraq). Hanı o? Verdin? 
NÖKƏR (özünü ələ alır). Hə-ə-ə… Bu saat… 
XANIM. Nəylə məĢğuldu? 
NÖKƏR. Hə-ə-ə… Ġndi… 
XANIM (divanda qadın əĢyalarını görərək). Ġndi? Nə indi? 
NÖKƏR (dili dolaĢa-dolaĢa). Ġndi də… yəni gələcək iĢlər barədə danıĢıb qurtaran kimi… 
XANIM (dərindən nəfəs alaraq sakit). DanıĢıb qurtaran kimi? Bu nə sözdü belə? Bəyəm 
hər Ģey danıĢılmayıb?! 
NÖKƏR. Yox… o mənada ki… 
XANIM (gülərək). Mən bilmirəm hanısı mənada, amma sizin sözləriniz adamı Ģübhəyə 
salır. 
NÖKƏR. Yox, yox… Gənc ağa ona ancaq bir az çaxır içməyi təklif etdi… 
XANIM. O-o-o!.. Bu maraqlıdır. 
NÖKƏR. Gənc ağa möhkəm adamdır… 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
32 
XANIM. BaĢqaları necə, o da elə!.. Deyə bilmərəm ki, baĢqalarından çox fərqlənir… 
NÖKƏR. Bəlkə də… Hər halda, mən əminəm ki, onun belə Ģeylərdən xoĢu gəlmir… 
XANIM (istehza ilə). O-o-o!.. Mən onun halına necə də acıyıram!.. 
NÖKƏR. Təqsir məndədir… Ancaq bu qadının bu dərəcədə arsız olmağı heç ağlıma da 
gəlməzdi… 
XANIM. Ay-ay-ay!.. Arsız qadın, hə?.. 
NÖKƏR. Yəqin ona görə belədir ki, həyatın dibindən çıxıb… 
XANIM (aramla). Hə, əla izah etdiniz… (Divanda əyləĢir.) Heç bir Ģübhə yeri qalmır, 
çünki o, həyatın dibindən çıxıb… 
NÖKƏR (narahat). Siz nəyi nəzərdə tutursuz? 
XANIM. Mənə Ģahid ifadəsi lazımdır. 
NÖKƏR. ġahid ifadəsi? 
XANIM. Bu gecə mənim vəkilim gəlməlidir. Ərimin mülkiyyət hüququndan məhrum 
edilməsi barədə sənəd hazırlayacaq. Onun özünü necə aparmağı bunun üçün tam əsas 
verir. Ancaq bura, Yagi-san, sizin də ifadənizi əlavə etsək, onda görün mənim əlimdə 
necə bir dəlil olacaq!? 
NÖKƏR (hürkərək). Siz hansı ifadəni nəzərdə tutursuz? 
XANIM. Elə sadəcə həqiqəti desəz, kifayətdir. Bizim bütün iĢlərimizin taleyi həll oluna 
biləcək vacib bir məqamda, o, öz otağında striptiz rəqqasəsi ilə eyĢ-iĢrətdədir. Bu qadını 
hətta siz, Yagi-san, arsız hesab edirsiz. Bundan sonra mənim ərim öz hərəkətinə haqq 
qazandıra bilər? 
NÖKƏR (elə bil, onu divara dirəyiblər). Mən… mən bunu bacara bilmərəm… 
XANIM (məkrli). Çəkinməyin. Ərim mənə çox Ģey danıĢıb… Onun atasının hələ ağlı 
baĢında olanda, siz, Yagi-san, mənim ərimi çox ələ salmısız… Onu pusmusuz, xəbərçilik 
etmisiz… 
NÖKƏR. Heç vaxt belə Ģey olmayıb! 
XANIM. Ancaq elə ki, atası bu vəziyyətə düĢüb, onun əmlakı ilə bərabər, sizin 
sədaqətiniz də ərimə keçib… Evdəki hər hansı bir əĢya kimi. Bir də ki, mən daha bu 
məsələyə qayıtmaq istəmirəm… 
NÖKƏR. Mən ancaq… 
XANIM (onun sözünü kəsərək). Sədaqət ki var, görünür, onun təbiəti elə bu cürdür! 
Sədaqət - iyləyə-iyləyə əsil ağanı tapmaq bacarığıdır… 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
33 
NÖKƏR. Mən ancaq… mənə dəstək verdiyi üçün… 
XANIM. Ona görə də mən deyirəm: sakitcə ifadə verə bilərsiz. Əgər o əmlak 
hüququndan məhrum olsa, burada mən sahibə olacağam. Ərimin kürsüsü ilə birlikdə
sizin sədaqətiniz də mənə keçə blər, elə deyilmi? 
NÖKƏR (ĢaĢırmıĢ). Mən baĢa düĢmürəm… Belə qəribə iĢlər nəyə lazımdır?.. 
XANIM. Bunların irsi çatıĢmazlıqlarını sübut etmək üçün sizin ifadəniz əvəzedilməz rol 
oynayacaq. 
NÖKƏR. Qoca ağanın xəstəliyi «inkar xəstəliyi» adlanır. Axı, bu, adicə beyin 
xəstəliyidir… 
XANIM (sərt səslə). Əla psixi xəstəlikdir! Ġnkar xəstəliyi!.. ġizofreniyanın ən tipik 
növü!.. Bu məqamda oğul da atasının layiqli övladıdır!.. Uzun illər boyu öz arvadını 
məcbur etdi ki, mərhum bacısının rolunu oynasın!.. Ancaq mən daha razı olmayandan 
sonra, Ģübhəli bir rəqqasəni dartıb evə gətirdi… 
NÖKƏR (məyus). Axı o bunu ona görə edir ki, yalnız bu cür qoca ağanı sakitləĢdirmək 
mümkün olur… 
Gözlənilmədən sağ tərəfdə Bethovenin kvartetinin 132-ci musiqi frazası səslənir. Arabir 
Qızın gülüĢ səsləri də eĢidilir, elə bil onu qıdıqlayırlar. Musiqi səsi kəsilir. 
XANIM. Bundan ötrü psixi xəstəxanalar var. Uzun sözün qısası, mənim danıĢmağa 
vaxtım yoxdur. XahiĢ edirəm, onu tez çağırın! 
NÖKƏR. Kimi çağırım, Qızı? 
XANIM. BoĢ-boĢ danıĢmayın!.. (Öz-özünə.) Sonuncu Ģans. Sonuncu dəfə çalıĢacağam 
ki, o, öz seçimini etsin. 
Nökər tələsik sağ tərəfə gedir. O, qapını açanda Qızın gülüĢ sədaları kəsilir. 
(Nəsə fikirləĢib, Qızın divanın üstündəki çantasını açaraq içinə baxır.) Qadın Ģeyləri… 
Zibilin biri, zibil… 
 
5. 
 
Xanım tələsik çantanı bağlayır. Sağ tərəfdən KiĢi, ardınca da Nökər gəlir. 
XANIM (məkrli). XahiĢ edirəm, bu cür gözəl rahatlığınızı pozduğuma görə məni 
bağıĢlayasız… 
KĠġĠ (soyuq). Sən özün dedin ki, məni ancaq doqquzun yarısına qədər gözləyəcəksən… 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə