Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə11/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
34 
XANIM. Sən sərxoĢsan? 
KĠġĠ. Əgər sənə elə gəlirsə, deməli, elədir. 
XANIM. Mənə elə gəlmir. 
KĠġĠ. Deməli, sərxoĢ deyiləm. 
XANIM. Bəlkə, bir az cəld olasan? MaĢın gözləyir. 
KĠġĠ. Getməyə həvəsim yoxdu. 
XANIM. Bəyəm sən bilmirsən ki, bu günkü qəbulda kim olacaq? 
KĠġĠ. Təəssüf ki, bilirəm. 
XANIM. Maraqlıdı, gərəsən sənə çaxır belə təsir edib, yoxsa o qız? 
KĠġĠ. Bunlar hamısı boĢ sözlərdi! 
XANIM. Axı, sən niyə belə qorxursan? 
KĠġĠ. Qorxuram? 
XANIM. Axı, mən səni tanıyıram… Yəqin, Pakistan tərəfin Ģərtləri sənin xoĢuna gəlmir. 
Ona görə xoĢuna gəlmir ki, silah istehsal etmək lazım olacaq, hə? 
KĠġĠ (soyuq-soyuq gülümsəyərək). Sən bizi həddən artıq yüksək qiymətləndirirsən. O 
can üstə olan zavodlar ki, atamdan bizə qalmıĢdı, onlar ancaq Koreya müharibəsi 
sayəsində həyata qayıtdı. Odur ki, özümüzü elə tutmayaq ki, guya, dünyanın ən nəcib 
adamlarıyıq… 
XANIM. Sən mütləq bu qəbulda iĢtirak etməlisən. Mən istəmirəm ki, sənə görə 
qardaĢımın yanında biyabır olum. 
KĠġĠ. Sən baĢa düĢmürsən ki, nə qədər istəyirsən dostcasına davran, yaxĢı münasibət 
göstər, təkcə bununla Pakistan Ģirkəti ilə müqavilə bağlamaq mümkün deyil? Bu elə bir 
saziĢdir ki, ancaq hesablamalardan asılıdır. Kimin təklifi daha sərfəli olsa, onunla da 
müqavilə bağlayacaqlar. Onlarla heç bir stəkan su da içməyə bilərsən, amma müqaviləni 
sənlə bağlayarlar. Ya da onlarla milyon qəbulda ola bilərsən, ancaq sənlə müqavilə 
bağlamazlar. 
XANIM. Bəyəm qarĢılıqlı etibar deyilən bir Ģey yoxdur? Müqavilə bağlamaq istədiyin 
insanın xarakterinə bələd olmasan, hansı saziĢdən söhbət gedə bilər? 
KĠġĠ. Bu ancaq bəhanədir!  
XANIM. Bəhanə? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
35 
KĠġĠ (get-gedə səbri tükənməyə baĢlayır). Ġnsan xarakteri… Əgər doğrudan da belə bir 
Ģey varsa, çox istərdim ki, onu mənə göstərsinlər… Yalnız sövdədir, haqq-hesabdır, 
vəssalam! Sən buna Ģübhə edirsən? Bunu baĢa düĢən adama da qorxaq deyirsən... Belə də 
ikiüzlülük olar? Əgər bu dünyada qorxmalı adamlar varsa, o də sənlə qardaĢındır! 
 
XANIM. Sən niyə belə əsəbisən? 
KĠġĠ. Əsəbiyəm? (Özünü ələ alaraq.) Sadəcə, əsəblərim bir az əldən düĢüb… Beynim 
dincəlmək istəyir… 
XANIM. Səndən soruĢmaq istəyirəm… Əgər məlum olsa ki, sənin tərəf-müqabilin ağlın 
itirib, onunla müqavilə bağlamaq mümkündür? 
KĠġĠ. Nə mənada? Sən kimisə nəzərdə tutursan? 
XANIM. Hə… YaxĢı… Bir sözlə, əgər sən öz mövqeyini dəyiĢməsən, mən istədiyim 
kimi edəcəyəm. 
KĠġĠ. Mən bəyəm elə əvvəldən bunu sənə demirdim? 
XANIM. Yagi-san, xahiĢ edirəm bizi tək buraxasız. 
KĠġĠ (saata baxaraq, Xanıma). Sən tələsməlisən. Saat doqquza iyirmi dəqiqə iĢləyib. 
XANIM (qəzəbli). Əsəblər imkan vermir… 
KĠġĠ. Kimin əsəbləri? 
XANIM. Özünü bilməməz yerinə qoyma! Hər dəfə bu kabus oyunundan sonra sən bu 
vəziyyətə düĢürsən! 
KĠġĠ. Heç nə baĢa düĢmürəm… 
XANIM (Nökərə). Sizə dedim axı, tez gedin burdan! 
KĠġĠ. Qıza da çaxırın yanında bir Ģey qoyun, yesin. Bir azdan gəlirəm… 
NÖKƏR. BaĢ üstə…  
Nökər narahat halda tələsik sağ tərəfə gedir. 
XANIM. Bu çox ciddi məsələdir. 
KĠġĠ. Nə? 
XANIM (elə bil ki, maskasını atır). Sənin ağlın tam yerində deyil!.. Sən ümidsizsən! 
KĠġĠ. Heç kimin haqqında demək olaz ki, onun ağlı tam yerindədir. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
36 
XANIM. Özünü ələ sal! Hər dəfə bu kabus oyunu baĢlayanda, mənim halım özümdə 
olmur. 
KĠġĠ. XahiĢ edirəm, məni bağıĢlayasan. Heç bilmirdim ki, sən belə duyğusalsan. 
XANIM. Yalnız evləndikdən sonrakı bir gün, vəssalam! Bundan sonra sən məni özünə 
heç yaxın da buraxmamısan! Elə bil ki, mən qadın deyiləm… Bu kabus oyunu 
baĢlamazdan əvvəl mən fikirləĢirdim ki, sən adicə impotentsən… Bu mənə bir dərd 
oldu… FikirləĢirdim ki, övladı olmağa qadir deyilsən, mənimlə də ona görə evlənmisən 
ki, qardaĢımın var-dövləti səni özünə çəkib… 
KĠġĠ (süni bir zarafatla). Ola bilər… Yəqin bunun da rolu olub…  
XANIM. Ancaq təkcə elə bu olsaydı, mən səni ümidsiz adam hesab etməzim. Sən 
mərhum bacının fotoĢəklini görəndə tamam ümidsiz olurdun… Onunla mən bir-birimizə 
o qədər oxĢayırıq ki, hərdən Ģübhələnirdim, bəlkə bunlar elə mənim öz fotoĢəklimdir… 
KĠġĠ. Əgər söhbət bacımın kimə oxĢamağından gedirsə, deyə bilərəm: anama! O 
fotoĢəkil də sənə oxĢayırsa… Axı, deyilənə görə, kiĢilərdə belə bir meyil var ki, analarına 
oxĢayan qadına aĢiq olsunlar... 
XANIM (sərt). Bəsdir təlxəklik etdin! 
KĠġĠ. YaxĢı, xahiĢ edirəm sözlərini qısa deyəsən. 
XANIM (yavaĢca, amma elə bil, meydan oxuya-oxuya). Sənin xahiĢini nəzərə alaram… 
Sən mənimlə elə rəftar edirdin ki, elə bil, mən sənin bacını əvəz etməliydim… 
KĠġĠ. Tamam doğrudur… 
XANIM. Yalandır! Əksinə, bacın məni əvəz edirdi. 
KĠġĠ. Nə? 
XANIM. Çarpayıda sənin yanında mən yox, bacın uzanırdı. 
KĠġĠ. Bura bax, axı, sayıqlamağın da bir sərhədi var… 
XANIM. Bu sayıqlamadı?! Sən impotent deyildin, sən daha pis idin! Sən rəzil idin!.. 
Əvvəllər mən çox istəyirdim ki, uĢağım olsun… Övlad yoxdursa, bu varidat kimə 
lazımdır?.. Ancaq mən uĢaq doğsaydım belə, o, sənin bacının uĢağı olacaqdı… Mən bunu 
fikirləĢəndə hər Ģeydən iyrənirdim… Ona görə də sənə çox-çox təĢəkkür edirəm… 
KĠġĠ. Necə bir cəfəngiyyat!.. Sən məni bacımın xəyalına qısqanırsan? 
XANIM. Sonda da mən fikirləĢəndə ki, nə olub, hamısı keçmiĢdə qalıb, bu qız peyda 
olur!..  
Xanım qəflətən Qızın divanın üstündəki Ģeylərini yerə çırpır. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə