Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə19/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
58 
Əslində, atam dövləti parçalayıb uddu!.. Ancaq bizim kapitala görə heç kim məni ittiham 
edə bilməz… Dövlət nədir? Parçalanıb yeyiləcəyindən məmnun olan öküz kimi bir 
Ģeydir!.. Əgər belədirsə, deməli, öz hakimiyyəti ilə razı olan xalq da atamın əməllərini 
düzgün sayıb… Əgər yapon özünü yapon hesab edirsə, o, atasının əməllərini təmizə 
çıxarmağa məcburdur… Nə isə, hər Ģey əladır… Amma bu cür əla olmaq həddən artıq 
deyil ki, hə?.. Milyonlarla əsgərin qanının axıdılmasına görə məsuliyyəti kim öz boynuna 
götürəcək? Bəlkə, atam bu axıdılan qanı borc götürmüĢdü, ya da əksinə, borc verirdi? 
Əcər bu sövdələĢmədə dövləti də tərəf-müqabil hesab etsək, onda ümumiyyətlə, bizim bu 
dünyada məsuliyyət deyilən Ģey yoxdur… Ona görə də tamam təbiidir ki, atama batmaq 
mümkün deyildi… Dövlət məsuliyyətə cəlb etmədiyi üçün, müharibə də, övladlarını 
öldürmək də sancaq ucunun sancmağından artıq bir Ģey deyil… Hər Ģey əladır… Əgər 
atam təqsirkar deyilsə, deməli, hansısa bir təqsir heç mənim yanımdan da ötməyib… 
YaxĢı götür-qoy edirəm… Ancaq hərdənbir mənim içimi əzab-əziyyətli bir təĢviĢ 
bürüyür… Yapon özünə yapon deyirsə, o saat məni bağıĢlamağa məcburdur… Ancaq bu 
ən azı komik… həm də amansız səslənir... Mən yapon olduğum üçün dözülməz bir 
xəcalət çəkirəm… 
QIZ. BoĢ Ģeylərdi! Sizin isə, ümumiyyətlə, utanmalı bir iĢiniz yoxdur. Dünyada çox 
adam var ki, yapon olmaq istərdi!.. 
KĠġĠ. Əlbəttə, bütün bunlar elə də sadə məsələlər deyil… Mən ki, atam kimi inkar 
xəstəliyinə tutulmamıĢam… Elə ki, qiyam yaxınlaĢmağa baĢladı, dövlət də ölümə 
məhkum öküz kimi tamam köməksiz oldu, atam inkar xəstəliyinin arxasında gizləndi və 
zamanı da saxladı… Ağlasığmaz bir Ģeydi ki, aerodromdan onun arxasınca heç kim 
gəlmədi… Deməli, həmin anda donub, əbədiyyətə qədər gözləməlisən… Əgər gələcəyə 
doğru yol da onun üzünə bağlanıbsa, bunun səbəbi bilirsən, nədir? Çünki o, polad 
divarları olan bir istehkamda gizlənib… Ancaq bütün bunlar mənim üçün yaramır… Axı, 
mən normal adamam… 
QIZ. Mən də dəli deyiləm, amma məndə də inkar xəstəliyi var… Çünki mən yuxarı 
qalxmağı çox sevirəm… 
Qız divanın söykənəcəyində oturur. 
KĠġĠ. Bəs, sən oradan aĢağı baxmağa qorxmursan? 
QIZ. Yox. Qorxulu bu deyil, buna öyrəĢmək mümkündü. Qorxulusu baĢqadı… Odu ki, 
əvvəl-axır oradan sürüĢüb aĢağı düĢəcəyini fikirləĢəsən… Ancaq hələ ki, yuxarıdasan, 
hər Ģey əladı!.. 
KĠġĠ. Bütün bunların mənim dediklərimə bir dəxliyyatı yoxdur… 
QIZ. Amma məncə, var… Mən ora-bura gedən insanların canlı sifətlərini görəndə, xoĢ 
bir həyəcan yaĢayıram… Ancaq yadıma düĢəndə ki, yuxarıdan baĢıaĢağı uçanda adam 
necə hissiyyat keçirir, mənə elə gəlir ki, o canlı sifətlər əslində qəlpdi… 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
59 
KĠġĠ. Qorxulu fikirlərdir… 
QIZ. Siz bunu hiss etmirsiz? 
KĠġĠ. Bunu təsəvvür edə bilərəm… 
QIZ. Mən elə gəlir ki, biz sizinlə bir Ģeydə bir-birimizə bənzəyirik… Əgər mən hamını öz 
düĢmənim hesab etməsəydim, öz peĢəmlə məĢğul ola bilməzdim… Mən çılpaq bədənimi 
ancaq o zaman idarə edə bildim ki, bütün ətrafdakıları özümə düĢmən gördüm… 
KĠġĠ. Ancaq mən, deyəsən, hələ buna hazır deyiləm…  
Əsas qapıdan səs eĢidilir, elə bil, kürsü yerə aĢır. 
Deyəsən, axır ki, baĢlayır… 
QIZ. Sizin yerinizə olsaydım, atamı bu istehkamdan çıxarardım, hamının da qarĢısında 
öyünərdim ki, nəyə nail olmuĢam!.. 
KĠġĠ. Bunu nə qədər demək olar?! Atamı oradan çıxarmaq mümkün olan iĢ deyil!.. 
QIZ. Məncə, hansısa bir yol olmalıdır. 
Qız KiĢiyə doğru gedir. KiĢi özünü kənara çəkir. 
KĠġĠ. Mümkün deyil! 
Nökər gəlir. 
NÖKƏR (tələsik). XahiĢ edirəm, hazırlaĢasız! 
KĠġĠ. Hər Ģey qaydasındadır? 
NÖKƏR. Hə… Növbəti reyslə təyyarə doqquz əlli səkkizdə uçacaq… 
KĠġĠ (saata baxaraq). Cəmi yeddi-səkkiz dəqiqə qalıb… Tələsmək lazımdır…  
KiĢi sağ tərəfə gedir. 
QIZ. Bəlkə mən də paltarımı orda dəyiĢim? 
KĠġĠ (etiraz etməyərək). Sən… hələ tələsməyə bilərsən… 
Qız da KiĢinin ardınca sağ tərəfə gedir. 
 
9. 
 
Qapının ardından Atanın addım səsləri eĢidilir. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
60 
NÖKƏR. Qadın iyi gəlir!.. Qadın iyi, qadın iyi gəlir!..  
Nökər çamadanları gətirib otağın ortasına qoyur. Cibindən parik çıxarıb, tüklərini 
sahmanlayaraq baĢına qoyur. 
Hər Ģey nəsə birtəhər olub… Bu qızı da nahaq dartıb bura gətirdim… Nahaq… Əvvəllər 
qadınlar lüt soyunsaydılar, onların qarnını deĢik-deĢik edərdilər, iĢ də bitərdi, vəssalam-
Ģüttamam!.. 
Xanım qəflətən sol tərəfdən gəlir. 
XANIM (Nökərin parikinə baxır, sonra çamadanlara nəzər salır). Bu nə deməkdir? 
NÖKƏR (dili dolaĢa-dolaĢa). Bilirsiz… Ayrılıq məqamı gəldiyinə görə… 
XANIM. Bundan da səfeh iĢ olar?! Bu saat bütün bunları yığıĢdır!.. Adam baxanda 
iyrənir!.. Yagi-san, siz həddini aĢırsız! Qulluqçu mənə dedi ki, bu əxlaqsız qız çıxıb 
gedirmiĢ, onu siz geri qaytarmısız, hə? 
NÖKƏR (pariki çıxararaq). Mənə ağa əmr etdi… 
XANIM (sağ tərəfə baxaraq). Ġndi ordadı? 
NÖKƏR. Yəqin… Paltarını dəyiĢir… 
XANIM. Paltarını dəyiĢir? 
NÖKƏR (çəkinə-çəkinə). Hə… Sonuncu dəfə olduğu üçün… 
XANIM. Nə sonuncu dəfə? 
NÖKƏR. Bu sonuncu mərasimdir də… 
XANIM (Ģübhə ilə). Siz nə danıĢırsız? BaĢ qəhrəman olmaya-olmaya nə mərasim? 
NÖKƏR. Yox, bizim bəxtimiz gətirib… Ġndicə qoca ağanın tutması tutacaq… 
Xanım təlaĢla əsas qapıya tərəf baxır. 
Sakit addım səsləri eĢidilir. 
XANIM. Doğrudan? 
NÖKƏR. Ġstəsəz, özünüz açar dəliyindən baxa bilərsiz… 
XANIM (nisbətən sakitləĢir). Hər halda qəribədi… Ona nə qədər desəz ki, axırıncı 
dəfədir, nə baĢa düĢəcəkdi?.. Xəstə adamdır…  
Pauza. 
Belə çıxır ki, siz istədiyiniz vaxt onu bu vəziyyətə gətirə bilirsiz… 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə