Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə22/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
67 
Ata gözlənilmədən KiĢinin üzərinə atılır. 
KiĢi onu itələyir. Ata yerində səndələyir, ayağı çamadana iliĢir və o, yıxılır. 
KiĢi çömələrək, Atanın sifətinə baxır. 
KĠġĠ. Həyatı üçün, deyəsən bir təhlükə yoxdur… (Nökərə.) Onu kürsüyə qaldır. 
Nökər yerdə inildəyən Atanı qaldırmaq istəyir. 
KiĢi ayağa qalxaraq, gedib sağ tərəfdəki qapını açır. 
Ġkiniz də gələ bilərsiz? 
XANIMIN SƏSĠ. Ġkimiz də? 
KĠġĠ. Hə, ikiniz də. 
Xanım, onun ardınca da Qız içəri girir. Qız Tosikonun qiyafəsindədir. 
Nökər üz-gözünü turĢudur, guya baĢ verənləri qınayır və özünü itirib. 
QIZ. Nə olub? Axı, bacı bir az sonra gəlməlidir? 
KĠġĠ. Mən qərara gəlmiĢəm ki, qaydaları dəyiĢim. 
XANIM. Nə üçün? 
KĠġĠ. Aeroportdan gəlmiĢdilər, mən isə özüm bundan imtina etdim. 
QIZ (kefi kök). Elə buna görə də o, belə Ģoka düĢüb? 
KĠġĠ. Üstümə atıldı, mən də onu bir balaca itələdim. O saat yerə sərildi, qalxmaq da 
istəmir.  
QIZ. Gördüz? Mən nə deyirdim? 
KĠġĠ. Hə, hər Ģey sənin dediyin kimi gedirdi. (Nökərə.) Necədi? Pah!.. Qəzəbli 
baxıĢlarına bir bax!.. Yəqin, tutması hələ keçməyib… 
ATA. Alçağın biri! 
KĠġĠ. Nə gözəl sözlər!.. 
NÖKƏR. Belə olmaz axı!.. 
KĠġĠ. Sadəcə olaraq, biz rollarımızı dəyiĢmiĢik. Elə deyil, ata? 
ATA. Sənin ağlın çaĢıb? 
Qız gülür. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
68 
KĠġĠ (gülə-gülə). Gülmək lazım deyil… Yagi, maqnitafonu gətir. 
Nökər tələsik sağ tərəfə gedir. 
ATA (nəhayət ki, qadınları görür). Onlar kimdi elə? 
KĠġĠ (acıqlı). Həqiqət yavaĢ-yavaĢ üzə çıxır… 
ATA. Anan ilə Tosikodur? Qəribə görkəmləri var… 
KĠġĠ. Davam et, ata… Sən yavaĢ-yavaĢ hər Ģeyə yaxĢı alıĢırsan… Davam et!.. 
ATA. Sən, nədi, carçı iĢləyirsən? 
KĠġĠ. Carçı?.. XoĢuma gəldi… Hələ sən çox Ģey görəcəksən, bizə də göstərəcəksən… 
XANIM. Bəsdir. Hər Ģeyin bir həddi var! 
Nökər maqnitafonu gətirir. 
KĠġĠ. Bax, bu da bir həqiqət… Qoy, bu düyməni basaq, lent də baĢlasın fırlanmağa… 
Ritmik təbil səsi. Sonra üsyançıların hay-küyü, mərmi partlayıĢı, atəĢ səsləri. 
Ata özünə qısılaraq, gözlərini qıyır. 
KiĢi get-gedə daha da qızıĢır. 
Hə, necədi, ata? Bax, həmin üsyan budur… Bunu hazırlamaq mənə düz iyirmi min senə 
baĢa gəlib… Bir soxulcanı da öldürməyən təlxəklər üsyanı!.. 
ATA. Sən məni aldada bilməzsən! 
KĠġĠ. Ġndi isə həqiqətin ardı baĢlayır… 
KiĢi pəncərəyə yaxınlaĢıb pərdəni açır. 
ĠĢıq saçan müasir küçə görünür. 
(Barmağı ilə küçəni göstərərək.) Yadına gəlir, orda alov görünürdü?.. Yanğınlar Ģölə 
saçırdı… Yadındadır? Yanılırsan… Sadəcə, bu da bir yalan görüntü idi…. 
Ata neon iĢıqları içindəki küçəyə baxa-baxa yerində donub qalıb. 
Yagi, iĢığı yandır. 
Nökər sol tərəfə gedir. 
ATA (fəryad içində). Lənət Ģeytana!.. Bu yuxudur!.. 
KĠġĠ. Elə bilirsən, yuxudu? Özünü cımdıqla görək!.. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
69 
Ata təĢviĢ içində Ģalvarının balağını qaldırıb ayağını cımdıqlayır. Qəzəblə, elə bil, onu 
aldatmaq istəyirlər, KiĢiyə baxır.  
ĠĢıqlar qəflətən yanır.  
Ata tələsik gözlərini yumur. 
KiĢi bir-bir üfürə-üfürə Ģamları söndürür. 
Sən ağır vəziyyətə düĢmüsən… Əgər bu yuxu deyilsə, nədir? Bunu necə izah etmək olar? 
Qoy, bu, gerçəkliyə oxĢayan yuxu olsun!.. Çünki yuxuya oxĢayan gerçəkliyi izah etmək
baĢa salmaq, anlatmaq çətin məsələdir… Hələ orasını da deməliyəm ki, aerodromdan da 
gəlmiĢdilər… Burada həqiqət hansıdır, yalan hansı - baĢ açmaq müĢkül iĢdir… Bu hələ 
harasıdır? Bəlkə müharibədəki məğlubiyyət də ancaq röya idi, hə?.. 
Nökər qayıdıb gəlir. 
ATA. Yalandır… Ġftiradır… 
XANIM. Bütün bunları xəstə bir adama nə üçün demək lazımdır? Onsuz da o, klinikaya 
göndərilir. 
ATA (gözlərini açır). Klinikaya? 
KĠġĠ. Bəli, tamamilə doğrudur!.. Yagi, pariki çıxar, atam görsün. 
XANIM. Bəsdir! Bu, biyabırçılıqdır!.. 
KĠġĠ (amiranə). Çıxart, Yagi! 
NÖKƏR. YaxĢı… 
QIZ. Mən də çıxaracağam! 
Qız da, Nökər də pariklərini çıxarırlar. 
NÖKƏR. Məni bağıĢlayın… 
ATA. Mən bütün bunları görmək istəmirəm… Ġftiradır… Yalandır… Ġstəmirəm… 
Görmək istəmirəm… 
XANIM. Mən daha dözə bilmirəm! 
Xanım sol tərəfə gedir. 
KĠġĠ. Yox, sən getməyəcəksən!.. Yagi, qaytar onu! 
Nökər mütərəddid halda Xanımın qarĢısını kəsir. 
XANIM. Çəkil! 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
70 
Nökər tərpənmir.  
Belə… YaxĢı, qoy, nə istəyirlər, etsinlər… 
Xanım daha getməyə cəhd göstərmir. 
KĠġĠ. Bəli! Burda əmri mən verirəm! 
XANIM. Əgər səninçün belə xoĢdursa, buyura bilərsən… 
Ata səndələyə-səndələyə ayağa qalxır və əsas qapıya tərəf gedir. 
KĠġĠ (onu saxlayaraq). Dayan, getmə! 
ATA. Qoy, bir az dincəlim… 
KĠġĠ. Yox, mən sənə imkan verə bilmərəm ki, dincələsən. Nə qədər ki, sən öz 
istehkamının darvazasını açmamısan, mən səninlə mübarizə aparacağam. Ġndi isə baĢqa 
bir kart açacağam… Ata, mənim elektriklə əritmə sobalarım səninkindən beĢ dəfə 
çoxdur! Biz Pakistanda zavod tikmək üçün Amerika metallurgiya Ģirkəti ilə birlikdə 
müqavilə bağlamıĢıq. Özügedən toplar, yüngül tanklar istehsal edəcək zavod. Onların 
istehsalında, əlbəttə, bizim zavodların məhsullarından istifadə olunacaq. Hər dəfə 
konfliktli bir vəziyyət yarananda, sifariĢlər də sürətlə artacaq. Konfliktlər isə həmiĢə 
olacaq. Son vaxtlar siyasətə maya qoymaq çox sərfəli olub! 
ATA. Bəsdir! Sən istəyirsən ki, məni dəli edəsən? 
KĠġĠ. Qətiyyən! Sənin dediklərin düz oldu. Necə demiĢdinsə, hər Ģey eləcə də oldu. Bizə 
ixtiyar verdilər ki, nə istəyirik, edək. Təkcə inqlabdan baĢqa… Biz müharibədə həlak 
olmaqdan baĢqa bir ölüm istəmirik. Biz hamıyla düĢmənik! Haçansa bizi öldürəcəklər, 
ancaq o çağa qədər biz donuz kimi tıxa bilərik. Nəhayət ki, mən də baĢa düĢdüm: bütün 
ətrafın düĢmən olanda həyat necə də gözəldir!.. Ata, sənə ən dərin minnətdarlığımı 
bildirirəm. Ġndi mən atasız da keçinə bilərəm, çünki mən eynilə sən ola bildim!.. Bunun 
da təbii nəticəsi nədir? Bilirsən… sənin mövcudluğuna qətiyyən ehtiyac yoxdur. Daha 
arvadımın istəyinə də etiraz etməyə ehtiyac qalmır!.. Xəbərin var, hansı istəyinə? Səni 
ruhi xəstəliklər klinikasına göndərmək istəyinə!.. 
Bütün bu monoloq boyu Ata fasiləsiz olaraq: «Mən qulaq asmıram… Mən heç nəyə 
qulaq asmıram…»- deyir. 
ATA (heyrətlə). Ruhi xəstəliklər klinikasına? 
KĠġĠ. Beləliklə də, onu sənə təqdim etmək istəyirəm. Budur, səni xəstəxanaya göndərmək 
üçün təkid edən arvadım. (Xanıma tərəf iĢarə edir.) 
ATA. Bəsdir!.. Qurtar!.. Heç nə görmək istəmirəm… Heç nə… Heç nə görmək 
istəmirəm!.. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə