Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə38/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   34   35   36   37   38   39   40   41   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
117 
 
Elodi. (Pauzadan sonra sakit səslə) Mən onu tanıyıram? 
Adolf. O Fessar-Lebonzun Ģəxsi katibəsidir, kantorda. 
Elodi. Bildim, o ağ siçanı deyirsən. 
Adolf. Mən sənə qadağan edirəm! 
Elodi. Qoy olsun sarı-murğuz! Sən onunla yatmısan? 
Adolf. Hələ yox, amma... 
Elodi. Amma istərdin, eləmi? 
Adolf. Bəli. 
Elodi. Bəs nədən çəkinirsən, əzizim? Katibə, Qulluqçu... Nə fərqi var? Utanma! 
Adolf. Səhvin var, ġarlotta, fərq böyükdür. Mən istəməzdim ki, o mənim məĢuqəm olsun. 
Mən onunla birgə yaĢamaq istəyirəm. 
Elodi. (Pauzadan sonra sakit) Niyə? 
Adolf. Necə yəni niyə? 
Elodi. Deyirsən onunla yaĢamaq istəyirsən, mən də soruĢuram niyə, nə səbəbə? Bəlkə o 
yaxĢı xörək biĢirir? 
Adolf. Xörəyin bura nə dəxli var? Mən onu sevirəm! 
Elodi. Bu səbəbdir? 
Adolf. Bəs nədir? 
Elodi. Onun nəyi sənin xoĢuna gəlir? 
Adolf. Bu ədəbsizlikdir, ġarlotta. 
Elodi. Bəlkə də! Amma Toto evlənmək istəsəydi, mən hər Ģeyi yerli-yataqlı öyrənərdim. 
Adolf. Mən sənin oğlun deyiləm, ġarlotta, ərinəm. 
Elodi. Daha pis! Ər özbaĢına deyil ki, istədiyi vaxt dura evlənə. Onun nəyi xoĢuna gəlir? 
Adolf. (Bir qədər tərəddüddən sonra.) Susmağı! O danıĢmır. 
Elodi. Görünür, deməyə sözü yoxdur. 
Adolf. Amma bizim danıĢmağa sözümüz çox olub, ona görə gəlib çıxmıĢıq bu yerə. O 
heç vaxt qıĢqırmır. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
118 
Elodi. Elə bu? 
Adolf. O məni sevir. 
Elodi. Bəs mən sevmirəm? Bəlkə mənim iddialarımı bəhanə gətirib səni sevmədiyimi 
deyəcəksən? Bəlkə onun gözləri gözəldi, ağzı qaymaqdı? 
Adolf. Hə! 
Elodi. Ayaqları gözəldir? 
Adolf.Hə! 
Elodi. Sinəsi qabarıq, beli incə, dalı sazdı?  
Adolf. ġarlotta! (Duyğusal tərzdə əlavə edir.) Onun qəlbi təmizdir. 
Elodi. Tartüf! 
Adolf. (Ġncik tərzdə) Niyə Tartüf? Mən baĢqaları kimi dərin hisslərə malik ola bilmərəm? 
Elodi. Yox, əzizim, yox! Mən səni beĢ barmağım kimi tanıyıram, səni mən özüm 
yapmıĢam, öz əllərimlə. Sən mənə onun təmiz qəlbindən danıĢırsan, dediklərinə özün da 
az qala inanırsan, amma fikrin-zikrin onun dalındadır, yəqin gözünə xoĢ görünüb. Sən 
sevməyə qabil deyilsən, nə məni, nə də bir özgəsini. 
Adolf. Çox qəribədir, on iki il bir yastığa baĢ qoyasan, amma bir-birini tanımayasan. Sən 
hələ də baĢa düĢməmisən ki, mən idealistəm? Bədənlə bağlı keyfiyyətlər məni 
maraqlandırmır? 
Elodi. Amma onunla yatmaq istəyirsən. 
Adolf. Bax bunu qadınlar heç vaxt baĢa düĢə bilməzlər... biz kiĢilər baĢqa cür tanıya 
bilmirik, mənim zavallı ġarlottam! 
Elodi. Mən sənin zavallı ġarlottan deyiləm. 
Adolf. (Səhvini düzəldir) Mənim əziz ġarlottam! 
Elodi. Mən sənin əziz ġarlottan da deyiləm. 
Adolf. ġarlotta! 
Elodi. Sənin onu tanımağın bu qədər vacibdir? 
Adolf. Bəli! 
Elodi. Axı niyə? 
Adolf. Mən özümü tənha hiss edirəm. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
119 
Elodi. Bəs mən? 
Adolf. Nə sən? 
Elodi. Mən burdayam... hardayam? Sən niyə məni tanımaq istəmirsən? 
Adolf. (Təəssüflə) Biz çoxdan tanıĢıq. 
Ağır sükut çökür. 
Elodi. (Sirli-sirli) YaxĢı, mənim cavabımı sabah alarsan. Yat! 
Adolf. (Ġncikdir.) Nə vaxt istəsəm, onda da yatacam. 
Elodi. (Kinayə ilə) Onda yuxun Ģirin olsun! Onsuz da çox uzağa gedə bilməyəcəksən. 
Yenə də sükut çökür. Heç biri tərpənmir, hənirləri belə eĢidilmir. Adolf qəfil yerindən 
qalxır və yenə də Ģkafda eĢələnir. 
Elodi. (QıĢqırır) Sən yenə nə axtarırsan? 
Adolf. Silindrlə frakımı axtarıram. Onları hara soxduğunu deməsən gözümə yuxu 
getməyəcək. Sən onları gizlətmisən? 
Elodi. (Gecə köynəyində, saçı pırtlaĢmıĢ halda hirslə yerindən qalxır) Ah, bu frak axtarır, 
silindr istəyir. Ah, bu evlənir! Neynək, qoy belə olsun! (O da Ģkafda nəsə axtarır, 
paltarları ələk-vələk eləyir.) 
Onlar hər ikisi böyür-böyürə, itələĢə-itələĢə nəsə axtarırlar, əllərinə keçən paltarları 
döĢəməyə atırlar. 
Adolf. Sən neynirsən? 
Elodi. Görmürsən? Mən də axtarıram. 
Adolf. Sən nə axtarırsan? 
Elodi. Ağ paltarımı axtarıram. Fatamı da. Mən də ərə gedirəm! Bəs gülüm hanı, 
flerdoranjım! 
Elodi. Flerdoranjı neynirsən, sən qızsan, bakirəsən? 
Elodi. Bəli, qızam, mən elə bir həyat yaĢamıĢam ki, özümü bakirə qız hesab edirəm. Mən 
Roma papasına məktub yazacam. Rəsmi icazə alacam. Ağ geyinib kilsəyə gedəcəm. (Ağ 
paltarı tapır və tələsik gecə köynəyinin üstündən geyinməyə baĢlayır. O həyəcanlı, əsəbi 
vəziyyətindən ləzzət alır.) Mənə çox yaraĢır bu paltar! 
Adolf. Bu axmaqlıqdır.  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
120 
Elodi. Neynək, qoy axmaqlıq olsun! Fata hanı? (ġkafı eĢələyib qara vual çıxardır) Yox, 
bu matəm üçündür, yas saxlamaq tezdir, sonraya qalsın. (Böyük qələbə hissilə ağ vualı 
çıxardır) Budur! Ağ, təmiz, bakir... Nə yaxĢı onda bunu doğrayıb sənin sağdıĢ-
soldıĢlarına paylamadım! Hələ onda ürəyimə dammıĢdı ki, bu hələ mənim gərəyim 
olacaq! (Vualı birtəhər baĢına taxır, çiçəkləri saçlarının harasına gəldi iliĢdirir, bu 
vəziyyətində o ağlını itirmiĢ adama oxĢayır.) 
Adolf. Bir özünə bax, gör nəyə oxĢayırsan? 
Elodi. Mən özümü görürəm, sən arxayın ol, ancaq toy eləmək üçün bunlar azdır, tək 
bunlarla iĢ bitmir. (Səhnənin o, baĢına gedib telefonun dəstəyini götürür.) Alo! 
mademuazel! 
Adolf. Sən neynirsən? 
Elodi. Gördüyün kimi, zəng edirəm. Mademuazel, lütfən məni Passi ilə calaĢdırın, sıfır 
iki - iyirmi bir. 
Adolf. Sən kimə zəng edirsən? 
Elodi. Xalama! 
Adolf. Əslində, indi sən azad qadınsan, nə istəyirsən elə. 
Elodi. Bəli, mən ərsiz qadınam, deməli, həqiqətən azadam. 
Adolf. (Əsəbiliklə nəyisə axtarır, qıĢqırır.) Mənim mirvarim hanı? Deyə bilərsənmi 
mənim boz faydan olan qalstukumun mirvarisini hara soxmusan?  
Elodi. (Telefona). Bu qızların heç tərpənmək fikirləri yoxdur! Sənin mirvarin dolabın üst 
siyirməsindədir. Qalstukdan isə mən özümə çoxdan Ģarf düzəltmiĢəm. Alle, alle! Passi, 
sıfır iki - iyirmi bir. Alle, Norber? Mən sizi oyatdım? Sizin üçün yenilik var məndə. Mən 
ərə gedirəm. Hə. Kimə? Dayanın mən aparatla o biri otağa keçim. (Telefonu götürüb 
baĢqa otağa geçir.)  
Adolf. Ta sözüm yoxdu. Geyimə-kecimə bax! Amma... mənim heç vecimə deyil. Hop-
pa! (Gecə köynəyinin üstündən frakın bir qolunu, sonra ikinci qolunu geyinir. Silindri 
baĢına qoyub kərə yağı rəngində olan əlcəklərini səliqə ilə əllərinə taxır və saata baxır.) 
Lənət Ģeytana! Gecə saat ikidir, bələdiyyəyə gecikdim! (Tələsik gedir.) 
Səhnə boĢdur. Bura döyüĢ meydançasını xatırladır. 
Bir azdan bacısının əlindən tutmuĢ Toto gəlir. UĢaqlar sükut içində hər Ģeyi baĢa düĢən 
adamlar kimi bu mənzərəyə baxırlar. Görkəmləri ilə mərhəmət oyadan uĢaqların arxası 
zala tərəfdir. Bir azdan Toto bacısı ilə birgə yerə səpələnmiĢ pal-paltarı yığıĢdırmağa, 
səliqə yaratmağa baĢlayırlar. Onlar bu iĢi görə-görə astadan oxuyurlar: 
Bədbəxtlik üz verdi.  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə