Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə89/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   85   86   87   88   89   90   91   92   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
306 
UġAQLAR - Sən onun sözünə qulaq asma. YaxĢı, daha biz getməliyik! 
AMAL - Nə olar, getməyin. Burda oynayın. Mən də baxım.  
UġAQLAR - Burada nə oynaya bilərik ki? 
AMAL - Ġstəyirsiniz, mənim oyuncaqlarımı götürün. TəkbaĢına oynamağı xoĢlamıram. 
Daha heç bu oyuncaqlar da mənə lazım deyil. Budur, görürsüz, hamısını atmıĢam küncə. 
UġAQLAR - Oy-oy-oy! Nə gözəl oyuncaqlardır! Ey, Çato, bura gəl! Hələ bir bu balaca 
əsgərə bax! Gör nə gözəldir. Deyirsən, bunları bizə vermək istəyirsən. Bəs hayıfın 
gəlmir? 
AMAL - Qətiyyən. Götürün, hamısınmı sizə bağıĢlayıram.  
UġAQLAR - Axı sonra geri qaytarmayacayıq.  
AMAL - Heç lazım da deyil.  
UġAQLAR - Bəs evdə sənə hirslənməzlər? 
AMAL - Yox. Amma bir xahiĢim olacaq. Hər səhər oynamağa bizim evin yanına gəlin. 
Əgər bu oyuncaqlar sınsa, əvəzinə təzələrini bağıĢlaram.  
UġAQLAR - YaxĢı, danıĢdıq. Hər gün səhər bura gələcəyik. Ey, uĢaqlar, indi 
əsgərlərimiz də var. Gəlin dava-dava oynayaq. Amma bəs tüfəngi haradan alaq? Aha, 
gəlin bu qamıĢları kəsək, onlardan özümüzə tüfəng düzəldək. Bura bax, sən deyəsən 
orada oturub yuxulayırsan.  
AMAL - Hə, nədənsə yuxum gəlir. Səbəbini özüm də bilmirəm, axır vaxtlar durduğum 
yerdə məni yuxu tutur. Çoxdandır, evdən çıxmıram. Səhərdən axĢama qədər pəncərənin 
qabağında oturub küçəyə baxıram. Bütün günü hərəkətsiz dayanmaqdan ayaqlarım da, 
belim də ağrımağa baĢlayıb.  
UġAQLAR - Axı hələ çox tezdir. Ġndidən yatmaq olar? EĢidirsən, saat hələ indi birinci 
zəngini vurur.  
AMAL - EĢidirəm. Amma özümlə bacara bilmirəm. Yuxum gəlir. Gözlərim öz-özünə 
yumulur.  
UġAQLAR - Onda biz gedək. Sabah səhər bizi burda gözləyərsən.  
AMAL - Bir dəqiqə dayanın. Sizdən bir Ģey soruĢmaq istəyirdim. Bütün günü küçədə 
olursunuz. Yəqin racanın poçtalyonlarını tanıyırsınız.  
UġAQLAR - Əlbəttə.  
AMAL - Bəs adlarını necə, bilirsiniz?  
UġAQLAR - Badal, ġorat. BaĢqaları da var.  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
307 
AMAL - Əgər birdən kimdənsə məktub gəlsə, onlar məni tapa bilərlər? 
UġAQLAR - Məktubun üstündə adın olsa, poçtalyonlar səni bir göz qırpımında axtarıb 
tapacaqlar.  
AMAL - Onlardan birini özünüzlə gətirin, yerimi göstərin.  
UġAQLAR - YaxĢı.  
 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
AMAL - Dayı, bütün günü yerimdə uzanmalıyam? Deyirsən, həkim indi də belə tapĢırıb? 
MADHAB DOTTO - Elədir ki, var. Həkim deyir ki, hər gün səhərdən axĢama kimi 
pəncərənin qabağında oturmusan. Ona görə də halın pisləĢib.  
AMAL - Yox. Yox, qətiyyən belə deyil. Xəstəliyimin nə olduğunu bilmirəm. Ancaq onu 
bilirəm ki, pəncərənin qabağında oturanda özümü çox yaxĢı hiss edirəm. 
MADHAB DOTTO - Sən pəncərənin qabağında dayana-dayana artıq Ģəhərlin yarısı ilə 
tanıĢ olmağa imkan tapmısan. Daha kim qalıb ki, görüĢünə gəlməsin? Axı bu sağlamlığın 
üçün ziyandır. Bax, rəngin kətan kimi ağarıb, özün isə lap arıqlayıb çöpə dönmüsən.  
AMAL - Dayı, çox narahatam. Qorxuram ki, sehrbaz məni görmədən çıxıb gedər.  
MADHAB DOTTO - Bu hansı sehrbazdır belə?  
AMAL - Mənim yanıma gəlmiĢdi. Səyahət etdiyi ölkələr haqqında elə maraqlı Ģeylər 
danıĢırdı ki... 
MADHAB DOTTO - Mən heç bir sehrbaz-filan tanımıram.  
AMAL - Söz verib, indilərdə bura gəlməlidir. XahiĢ edirəm, əgər gəlsə deyin onu yanıma 
buraxsınlar.  
 
(Elə bu zaman sehrbaz paltarı geymiĢ qoca içəri girir) 
 
AMAL - Urra! Sehrbaz burdadır. Sehrbaz, yaxın gəl, otur! 
MADHAB DOTTO - Bu ki... Sən həmin o.... 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
308 
QOCA - (ona göz vurur). Mən sehrbazam. Əsl sehrbaz.! 
MADHAB DOTTO - Daha kim qaldı ki, onun cildinə girməyəsən? Sənin bu əcayib 
dəyiĢmələrini saymaqla qurtarmaq olmaz. 
AMAL - YaxĢı, sehrbaz, danıĢ görək bu dəfəki səfərində haralarda olmusan? 
QOCA - Durna adasına getmiĢdim. Elə ordan da gəlmiĢəm.  
AMAL - Durna adasından? 
QOCA - Hə, nədi ki? Burda təəccüblü nə var ki? Axı mən sizin kimi adi adam deyiləm. 
Sehrbazam. Ehtiyac olsa, istəsəm, bir göz qırpımında dünyanın istənilən yerinə gedə 
bilərəm.  
AMAL - (əl çalır). Ah, sənin həyatın necə də maraqlı keçir! Sağalan kimi məni özünə 
köməkçi götürəcəyinə söz vermisən. Yadından çıxmayıb ki? 
QOCA - Qətiyyən! Heç elə Ģey olar? Sənə sehrbazlıq öyrədəcəyəm. Ondan sonra 
dünyada heç bir Ģey qabağını kəsə bilməyəcək. Bir anın içində sehr oxuyub dənizləri, 
dağları, çayları aĢıb keçəcəksən.  
MADHAB DOTTO - Sən bir cəfəngiyyata bax! 
QOCA - Əzizim Omal! Dünyada hər Ģey mənim hökmümə tabedir. Dağlar, dənizlər, 
çöllər - hamısı, hamısı! Amma bir məsələ var ki, həkimlə dayın əlbir olanda mənim 
sehrlərim öz qüvvəsini itirir.  
AMAL - Dayı, çox xahiĢ edirəm, həkimə heç nə demə. Onun istədiyi kimi yerimdə sakit, 
tərpənmədən uzanacağam. Sağalan kimi isə sehr oxuyub yola düzələcəyəm. Onda nə uca 
qayalar, nə dağlar, nə dənizlər yolumu kəsə biləcək.  
MADHAB DOTTO - “Gedəcəyəm! Gedəcəyəm!” Əzizim, sən bu sözün qulpundan 
yapıĢıb, niyə əl çəkmirsən? Heç fikirləĢmirsən ki, sənin bu danıĢıqlarını eĢidəndə mənim 
ürəyim necə sıxılır?  
AMAL - Sehrbaz, mümkünsə mənə Durna adası haqqında danıĢ.  
QOCA - Ooo, bu ada çox təəccüblü yerdir. Orada ancaq quĢlar yaĢayırlar. Hələ bir insan 
övladının ayağı ora dəyməyib. QuĢlar isə aydın məsələdir ki, danıĢmırlar. Heç yerə 
qonmağı da xoĢlamırlar. Daim səmada uçub cəh-cəh vurur, dayanmadan nəğmə 
oxuyurlar.  
AMAL - Ah, necə də maraqlıdır. QuĢlar yəqin ki, dənizin lap kənarında məskən salıblar. 
QOCA - Bəli.  
AMAL - Orada göy rəngə çalan dağlar var?  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə