“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
309
QOCA - Bəs necə? QuĢlar elə o göy rəngə çalan dağlarda yaĢayırlar. AxĢamlar günəĢin
son Ģüaları dağların zirvələrini qızılı rəngə boyayanda yaĢılımtıl rəngə çalan quĢlar dəstə
ilə yuvalarına qayıdırlar. Al qırmızı rəngli səma, göy rəngə çalan dağlar və yaĢılımtıl
quĢlar - bu rənglər hamısı biri-birinə qarıĢanda təsəvvürəgəlməz bir gözəllik yaranır.
AMAL - Dağlarda Ģəlalələr də var?
QOCA - Heç Ģəlaləsiz də dağ olar? DaĢlara çırpılan su parıldayır, havada almaz
zərrəcikləri kimi bərq vurur. Hələ Ģəlalələrin rəqsini necə, təsəvvürünə gətirə bilərsənmi?
Gur su axını var gücü ilə hay-küy qopararaq dayanmaq bilmədən qaçır, qaçır... Sonra isə
birdən sanki son dəfə dərindən nəfəs alaraq özünü hündür qayaların üstündən dənizə
tullayır. Həmin anda heç bir həkim onların hərəkətini dayandıra bilməz. Amma çox
təəssüf eləyirəm ki, quĢlar məni öz cəmiyyətlərinə layiq bilmədilər. Sözü bir yerə qoyub
adadan qovdular. Buna yamanca təəssüfləndim. Əgər quĢlar razı olsaydılar, onların
yuvalarının yaxınlığında özümə balaca bir daxma tikərdim. Bütün günü dənizin və
təbiətin gözəlliyinə baxıb həzz alardım.
AMAL - Əgər mən quĢ olsaydım...
QOCA - Bu barədə heç fikirləĢmə. O zaman iĢlərin elə də yaxĢı getməzdi. Təsadüfən
eĢitdim ki, böyüyəndə Ģorsatan olmaq istəyirsənmiĢ. Bu peĢə ilə quĢlar ölkəsində baĢ
saxlamaq mümkün deyil.
MADHAB DOTTO - Sizin səfeh söhbətlərinizdən lap baĢım ağrıdı...
AMAL - Dayı, Ģorsatan bura gəlmiĢdi?
MADHAB DOTTO - GəlmiĢdi. Amma onun Durna adası haqqındakı boĢ nağıllara qulaq
asmağa vaxtı yoxdur. Çünki əlləĢib-vuruĢub ailəsinə bir tikə çörək pulu qazanmalıdır.
Sənə Ģor gətirmiĢdi. Onu verib tez də qayıtdı. Sabah bacısı qızını gəlin köçürürlər. O,
Kaloni kəndinə tələsirdi. Çünki sazandaları toya çağırmalıdır.
AMAL - Gəlin köçürür? Bəs demiĢdi ki, bacısı qızını mənə verəcək...
QOCA - Doğrudan? Gör necə pis oldu haa!
AMAL - O deyirdi ki, həmin qız bizim evimizə gəlin gələcək. Həm də dediyinə görə çox
qəĢəng qızdır. Qara gözləri, al yanaqları var. Burnuna isə dəyirmi mirvari sırğa taxır.
Qırmızı haĢiyəli sari ona bilsəniz necə yaraĢır! Biz bir yerdə yaĢamağa baĢlayanda
səhərlər o durub qara inəyimizi sağacaq, gil bardaqda mənə təzə ot ətri verən ilıq süd
gətirəcəkdi. AxĢamlar isə evin iĢlərini yerbəyer edəndən, inəyi tövləyə salandan sonra
yanımda oturub mənə yeddi qardaĢ Çappa haqqındakı nağılı danıĢacaqdı.
QOCA - Gör necə gözəl qız imiĢ. Bax, mən sehrbazam. Hər Ģey əlimdədir. Amma yenə
də sənə paxıllığım tutur. Eybi yox, heç fikir eləmə. Qoy indi onu ərə versinlər. Vaxt
çatar, sən evlənmək istəyəndə kənddə baĢqa gözəl qızlar da tapılar.
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
310
MADHAB DOTTO - Ay sizə nə deyim! Sizin boĢ söhbətlərinizə qulaq asanda adamın
hövsələsi lap daralır. (gedir)
AMAL - Sehrbaz, nə qədər ki, yanımızda heç kəs yoxdur, mənə de görüm racadan
məktub varmı?
QOCA - Bildiyimə görə, raca məktubu yazıb göndərib. Amma yəqin ki, hələ yoldadır.
AMAL - Yoldadır? Sən hansı yol haqqında danıĢırsan, sehrbaz. Buradan lap uzaqlarda
görünən, ara-sıra külək əsəndə toz burulğanları göyə qalxan o yolu deyirsən? Qalın
meĢənin kənarı ilə uzanıb gedən yolu?...
QOCA - Hə, hə! O yoldur. QardaĢ, görürəm, sənin hər Ģeydən xəbətin var.
AMAL - Əlbəttə! Mən hər Ģeyi bilirəm.
QOCA - Axı, bunları haradan bilitsən?
AMAL - Doğrusu, heç özüm də bilmirəm. Amma bu yol elə bil ki, gözlərimin
qabağındadır. Mənə elə gəlir ki, o yolu çoxdan, lap çoxdan, özü də dəfələrlə görmüĢəm.
Amma vaxtı dəqiq xatırlaya bilmirəm. Ġstəsən, yol haqqında sənə daha ətraflı danıĢaram.
Bax, racanın poçtalyonu tələsik addımlarla dağdan üzü aĢağı enir. Sol əlində fanar var.
Məktublarla dolu çantasını isə çiyninə keçirib. Artıq neçə gün neçə gecədir ki, sonu
görünməyən həmin yolla addımlayır. CoĢqun dağ nəhrləri düzənliklərdən sakit axan
çaylarla əvəz olunur. Poçtalyon isə dayanmadan gedir. Çayın sahili boyunca darı əkilmiĢ
tarlalar uzanır. Sonra onun qarĢısına Ģəkər qamıĢı plantasiyaları, otlaqlar, hündür torpaq
bəndlər çıxır. Poçtalyon isə bir dəqiqəliyinə dayanmağı da ağlına gətirmir. YoxuĢları
çıxır, sonra dərələrə enir. Ətrafda cırcıramalar aramsız nəğmə oxuyurlar. Ġsti yay
günlərində nə qədər uzaqlara baxsan da, dörd bir tərəfdə heç nə gözə dəymir. Ancaq ara-
sıra cüllütlər uçuĢurlar. Ġnan mənə, sehrbaz, bunların hamısını lap gözümün qabağındakı
Ģəkildə olan kimi görürəm. Poçtalyon yolun sonuna yaxınlaĢdıqca, mənim də ürəyim
sevinclə, həyəcanla çırpınır...
QOCA - Sehrbaz da olsam, artıq qocalmıĢam. Gözlərim nurunu itirib. Amma sən hər Ģeyi
elə gözəl təsvir eləyirsən ki, sanki dediklərinin hamısını mən də görürəm.
AMAL - Sehrbaz, təzə poçtun sahibi racanı tanıyırsan?
QOCA - Əlbəttə. Mən hər gün sədəqə istəmək üçün onun yanına gedirəm.
AMAL - Sağalanda mən də səninlə getmək istəyirəm. Olar?
QOCA - Olar. Amma sən heç nə istəməli olmayacaqsan. Çünki raca özü sənin ürəyindən
keçənlərin hamısını o saat biləcək?
AMAL - Onun qapısının ağzında dayanıb uca səslə qıĢqıracağam: “Hökmdarımıza eĢq
olsun!” Sonra isə tamburun sədaları altında rəqs edəcəyəm. Səncə, belə yaxĢı olar, hə?
Dostları ilə paylaş: |