Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə85/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   81   82   83   84   85   86   87   88   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
294 
HƏKĠM - Böyük əzablara dözən sonda böyük fayda görür. Müdriklərin ən 
məĢhurlarından olan Çayvana demiĢdir: “Məsləhət dərman kimidir. Nə qədər acıdırsa, bir 
o qədər də faydalıdır”. Ġcazənizlə, mən getməliyəm, cənab Dotto! (gedir) 
 
(Qoca otağa daxil olur) 
 
MADHAB DOTTO - Oh, qoca da gəlib çıxdı. ĠĢlər pisdir. 
QOCA - Niyə? Olmaya məndən qorxursan? 
MADHAB DOTTO - Əlbəttə qorxuram. Çünki iĢin-peĢən uĢaqları baĢdan çıxarmaqdır. 
QOCA - Allaha Ģükür, sənin uĢaq yaĢın çoxdan keçib. Öz övladın da yoxdur. Daha niyə 
qorxursan ki? 
MADHAB DOTTO - Mənim oğlum var! 
QOCA - Oğlun? Bu da təzə xəbərdir? 
MADHAB DOTTO - Arvadım onu çoxdan övladlığa götürmək istəyirdi.  
QOCA - EĢitmiĢdim. Axı deyəsən sən razı olmurdun.  
MADHAB DOTTO - Eh, həyat belədir də! Bütün ömrün boyu çalıĢırsan, çabalayırsan, 
əlinə bir az pul toplayırsan, sonra heç özün də bilmirsən nə baĢ verir. Özgənin uĢağını 
övladlığa götürürsən. Ġllər uzunu min bir əziyyətlə, diĢinlə, dırnağınla yığdığın var-dövlət 
havaya sovrulur. Əvvəllər arvadım bu barədə danıĢanda heç qulaq asmaq istəmirdim. 
Amma sonradan özüm də hiss etmədən uĢağa o qədər bağlandım ki... 
QOCA - Ġndi heç puluna da heyifin gəlmir, eləmi? FikirləĢirsən ki, pul sadəcə xərcləmək 
üçündür... 
MADHAB DOTTO - Əvvəllər bütün fikrim, zikrim pul yığmaq idi. Həyatımı baĢqa cür 
təsəvvürə gətirə bilmirdim. Pulu heç kimə, heç özümə də qıymırdım. Ġndi fikirləĢəndə ki, 
min bir əziyyətlə yığdığım pullar sonda bu uĢağa qalacaq, sevindiyimdən özümə yer tapa 
bilmirəm! 
QOCA - Bəs uĢaq kimlərdəndir? 
MADHAB DOTTO - Arvadımın bacısı oğludur. Balaca olanda anası rəhmətə getmiĢdi. 
Bu yaxınlarda da atası öldü.  
QOCA - Yazıq oğlan! Mən onu görmək istəyirəm. 
MADHAB DOTTO - Yox, yox, lazım deyil. Həkim deyir ki, onun bədənində yel, səfra 
və tər bir-biri ilə toqquĢur. Sağalmağına ümid çox azdır. Tək bircə əlac var - onu 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
295 
mümkün qədər günəĢdən, küləkdən qorumaq, daim evdə saxlamaq lazımdır. Sən də qoca 
vaxtı özünə əcəb əyləncə tapıbsan. ĠĢin-gücün uĢaqlarla oynamaq, onları baĢına yığıb 
küçələri dolaĢmaqdır. Düzünü bilmək istəsən, camaatın uĢaqlarını sakitcə evlərində 
oturmağa qoymadığın üçün səndən qorxuram.  
QOCA - BoĢ sözlər danıĢırsan. Yəni fikirləĢirsən ki, mən uĢaqlar üçün qızmar günəĢdən, 
soyuq küləkdən də qorxuluyam? YaxĢı, hələlik qoy sən deyən olsun. Amma gərək elə bir 
oyun fikiləĢib tapım ki, uĢaq evdən çıxmadan da bir az əylənə bilsin, ürəyi açılsın. YaxĢı, 
hələlik gedim, boĢ vaxtım olanda gəlib oğlunla tanıĢ olacağam. (gedir) 
 
(Amal Qupto içəri girir) 
 
AMAL - Dayı! 
MADHAB DOTTO - Nədir, Omal? 
AMAL - Mənə həyətə də çıxmaq olmaz? 
MADHAB DOTTO - Olmaz, mənim balam.  
AMAL - Xalam kirkirədə noxud çəkir. Sincab da tüklü quyruğunu qaldırıb onun yanında 
oturub. Özü üçün noxud gəmirir. Olar gedim onlara baxım? 
MADHAB DOTTO - Olmaz, mənim balam! 
AMAL - Ah, kaĢ Allah məni heç olmasa sincab yaradaydı. Dayı, axı niyə mənə küçəyə 
çıxmaq olmaz? 
MADHAB DOTTO - Həkim qadağan eləyib. Deyir olmaz, sənə ziyandır.  
AMAL - Axı o haradan bilir? 
MADHAB DOTTO - Həkimlər çox Ģey bilir, Omal. Onlar çoxlu qədim kitablar 
oxuyurlar.  
AMAL - Bəyəm kitablarda hər Ģeydən yazılır? 
MADHAB DOTTO - Əlbəttə.  
AMAL - (Ah çəkərək) Mən heç oxuya da bilmirəm.  
MADHAB DOTTO - Hə, lap az qalmıĢdı yadımdan çıxsın. Bax elə alimlər də sənə 
oxĢayırlar. Onlar da heç vaxt evdən bayıra çıxmırlar.  
AMAL - Niyə? Yəni heç çıxmırlar? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
296 
MADHAB DOTTO - Heç! Heç! Çünki vaxtları yoxdur. Hər gün səhərdən axĢamacan 
oturub qalın-qalın kitablar oxuyurlar. BaĢqa məĢğuıiyyətin nə olduğunu bilmirlər. Bax, 
Omal-babu, böyüyəndə sən də alim olacaqsan. Oturub onlar kimi qalın-qalın kitablar 
oxuyacaqsan. Hamı səndən danıĢacaq. Hamı səninlə fəxr eləyəcək! 
AMAL - Yox, yox, dayı, çox xahiĢ edirəm, qoyma məni alim olum. 
MADHAB DOTTO - Niyə, Omal? Əgər alim olsaydın, bilirsən necə sevinərdim! Özümü 
necə xoĢbəxt sayardım!  
AMAL - Mən coxluca gəzib-dolaĢmaq, dünyada nə varsa hamısını görmək istəyirəm. 
Odur ki, böyüyəndə səyyah olacağam. 
MADHAB DOTTO - Siz bir bunun sözlərinə qulaq asın. Səyyah olacaq. Səyahətə 
çıxacaq! Axı dünyada görməli nə var ki? 
AMAL - Pəncərəmdən baxanda dağlar görünür. O dağları aĢmaq, o biri tərəfdə nələr 
olduğunu bilmək istəyirəm.  
MADHAB DOTTO - Axı dağa dırmaĢmaq sənin nəyinə gərəkdir? BaĢqa iĢ tapmırsan? 
Allah dağları ona görə belə hündür yaradıb ki, onları aĢan olmasın. Yoxsa yer üzündəki 
belə hündür arakəsmələr kimin nəyinə lazım idi? 
AMAL - Dayı, sən fikirləĢirsən ki, dağlar dünyanın arakəsmələridir? Amma mənə elə 
gəlir ki, torpaq danıĢa bilmədiyindən dağları əlləri kimi göyə qaldırıb inildəyir, inildəyir. 
Dağa yaxın yerdə yaĢayan adam günorta vaxtı pəncərənin qabağında otursa, bu iniltini 
eĢidə bilər. Amma yəqin ki, alimlər dağların iniltisini heç zaman eĢitmirlər.  
MADHAB DOTTO - Onlar belə boĢ iĢlərə heç vaxt da itirməzlər. Axı alimlər sənin kimi 
yelbeyin deyillər. 
AMAL - Dünən mən özüm kimi bir yelbeyin gördüm. 
MADHAB DOTTO - Belə de! Harda? 
AMAL - Bizim evin yanından keçirdi. Çiynində bambuk ağacından çomağı vardı. 
Çomağının ucundan torba asılmıĢdı. Sol əlində kiçik mis qazança tutmuĢdu. Ayağına 
köhnə dəri baĢmaq geymiĢdi. Mən ondan soruĢdum: “Hara gedirsən?” “Heç özüm də 
bilmirəm, - deyə cavab verdi. - Ayağım hara, baĢım da ora”. “Bəs hara getdiyini 
bilmirsənsə, niyə yola çıxmısan?”-deyə təkrar soruĢdum. “ĠĢ axtarıram”- dedi. Dayı, 
bəyəm iĢi də axtarmaq lazımdır?  
MADHAB DOTTO - Əlbəttə. Ġndi çoxları iĢ axtarır.  
AMAL - Nə yaxĢı! Mən də özümə iĢ axtaracağam.  
MADHAB DOTTO - Bəlkə birdən tapmadın?  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə