Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə84/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   80   81   82   83   84   85   86   87   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
289 
baĢlasa, vəhĢilik hər yanı baĢına götürsə, bütün dünya Vinetaya çevrilməyəcəkmi? 
(Katrin hiss olunmadan gəlib) Ancaq bütün bunlar mənim fantaziyamdır, elə deyilmi, 
qızım? Əgər fantaziya olmasaydı, çox pis olardı... Düz demirəm, qızım? Onda gərək biz 
var gücümüzlə çalıĢaq ki, bu tufan qopmasın. Özü də tələsmək lazımdır, çünki onun nə 
vaxt qopacağını heç kəs bilmir. Bəlkə də lap yaxındadır, bu iyrənc meyxananın qapısı 
ağzındadır... Bu qorxulu deyilmi, qızım? 
KATRĠN: Elədir, Conni! Sən haqlısan, Conni! O da çox alçaq adam imiĢ. 
CONNĠ: Kimi deyirsən? 
KATRĠN: Ġkinci otaqda yaĢayan cənab Detyeni! Lap bitinin ətini yeyəndir... Lənətə 
gəlsin onu... 
 
PƏRDƏ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
290 
Rabindranat  Taqor 
 
Poçt 
 
Üçpərdəli pyes 
 
İngilis dilindən tərcümə edəni: Vilayət Quliyev 
 
 
TƏRCÜMƏÇİDƏN 
 
Böyük hind yazıçısı, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqor 
(1861-1941) benqal milli mədəniyyəti tarixinə ensiklopedist Ģəxsiyyət kimi daxil 
olmuĢdur. O, nasir, Ģair, dramaturq, rəssam, bəstəkar, filosof və ictimai xadim idi. 
Hindistanın və Benqaliyanın (BanqladeĢ) milli himnlərini qələmə almıĢ, dövrünün böyük 
filantropu kimi tanınmıĢdı.  
Taqor teatra böyük maraq göstərirdi və çoxsaylı dram əsərlərinin müəllifidir. Yüz il 
bundan əvvəl qələmə alınan üç pərdəli “Poçt” pyesi (benqal dilindəki orijinalı 
“Dakqhar”) onun dram yaradıcılığında xüsusi yer tutur. Ölüm ərəfəsində olan 
yeniyetmənin həyata və insanlara münasibətini incə Ģtrixlərlə canlandıran əsər öz 
humanist qayəsi və bəĢəri fikirlərinin dərinliyi ilə seçilir.  
Dünyanın müxtəlif dillərinə tərcümə olunan və səhnələĢdirilən “Poçt” pyesinin ən qəribə, 
gözlənilməz tamaĢalarından biri 1942-ci ildə VarĢava gettosunda göstərilib. Yetim və 
sahibsiz uĢaqların himayəsi ilə məĢğul olan yəhudi əsilli polyak həkim, yazıçı YanuĢ 
Korçak (1878-1942) əsarət həyatında da ayrılmadığı yetirmələrinin iĢtirakı ilə Taqorun 
əsərini dünya ilə, ətraf aləmlə əlaqənin bir simvolu kimi gettoda tamaĢaya qoyub.  
Pyesdə racadan məktub gözləyən balaca Amalın taleyi müəmmalı qalır. Balaca VarĢava 
artistləri isə talelərinə yazılan dəhĢətli hökmlə çox tez tanıĢ olmuĢdular. TamaĢadan bir 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
291 
neçə ay sonra onların hamısı (rolların ifaçıları və tamaĢaçılar, bütünlükdə 192 uĢaq) qaz 
sobasında yandırılmaq üçün Treblinka həbs düĢərgəsinə göndərilmiĢdi. YanuĢ Korçak da 
yetirmələrindən ayrılmaq istəməmiĢdi. FaĢistlər hökmün ona aid olmadığını dönə-dönə 
bildirsələr də, fədakar yazıçı-həkim son dəqiqələrini də balacalarla birlikdə olmağı, bu 
talesizlərin və dəhĢətli sonluğunu onlarla bölüĢməyi üstün tutmuĢdur.  
Hər dəfə VarĢavada YanuĢ Korçakın yetim uĢaqların əhatəsindəki son dərəcə baxımlı və 
təsirli abidəsinin yanından keçərkən Taqorun bu pyesi haqqında da düĢünürdüm.  
Əsərin yazılmasının 100, VarĢava gettosundakı tarixi tamaĢasının 70 illiyinin tamam 
olduğu bir vaxtda onu Azərbaycan oxucularına təqdim etmək zənnimcə, yerinə düĢər... 
 
Vilayət QULĠYEV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
292 
 
İŞTİRAK EDİRLƏR 
 
MADHAB DOTTO  
AMAL -onun oğulluğu 
HƏKĠM 
QOCA (eyni zamanda SEHRBAZ) 
ġORSATAN 
KEġĠKÇĠ 
KƏNDXUDA 
QIZ (ġUDXA) 
BĠRĠNCĠ UġAQ 
ĠKĠNCĠ UġAQ 
QASĠD 
SARAY HƏKĠMĠ 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
293 
BİRİNCİ PƏRDƏ 
 
MADHAB DOTTO - Hər qarĢıdan gələn gün daha da dözülməz olur. Aman allah, 
həyatım necə də ağır keçir! Nə qədər ki, bu uĢaq yox idi, qayğının, dərd-sərin nə 
olduğunu bilmirdim. O, evimə ayaq basan gündən hər Ģey dəyiĢdi. Hər Ģey gözəlləĢdi. 
Əgər birdən o bizi tərk etsə, ürəyim də, evim də bir anda boĢalacaq. Hər Ģey donub buza 
dönəcək. Cənab həkim, siz necə bilirsiniz, o.... 
HƏKĠM - Əgər taleyinə yazılıbsa, uzun ömür sürəcək. Lakin bizim ən qədim tibb 
traktatımız olan “Ayurverda”... 
MADHAB DOTTO - Axı “Ayurverda”nın mətləbə nə dəxli var? 
HƏKĠM - “Ayurverda”da deyilir: “Orqanizmin üç əsas substansiyası arasındakı 
tənasübün pozulması nəticəsində baĢ verən xəstəliklər...” 
MADHAB DOTTO - Bəsdir! Bəsdir! Daha bu barədə eĢitmək istəmirəm. Alimanə 
sözlərinizi özünüzə saxlayın. Onlar yalnız qoca arvadları vahiməyə salmaq üçün iĢə 
yarayar. YaxĢısı budur, deyin görüm nə etmək lazımdır? 
HƏKĠM - (Burunotu iyləyir) Gərək onu qoruyasınız. 
MADHAB DOTTO - Bunu mən də bilirəm. Amma necə? 
HƏKĠM - UĢağı qorumağın yolunu sizə dəfələrlə izah etmiĢəm. Onu küçəyə buraxmaq 
olmaz! 
MADHAB DOTTO - Axı o, balacadır. Bütün günü evdə oturmaq istəmir. Bu yaĢda 
uĢaqlar hamısı küçədə oynamaq istəyirlər. 
HƏKĠM - Amma günəĢ və külək onun orqanizminə çox pis təsir göstərir. Qulaq asın, 
görün, “Ayurverda” nə deyir: “Bayılma, qızdırma və qara ciyər iltihabı zamanı...” 
MADHAB DOTTO - Sizə dedim axı, “Ayurverda”nı bir tərəfə qoyun. Deməli, uĢağı 
daim evdə, dörd divar arasında saxlamaq lazımdır? Bəs baĢqa çıxıĢ yolu yoxdur? 
HƏKĠM - Yox! Çünki “Ayurverda”da deyilir: “GünəĢin və küləkli havanın təsiri 
altında....” 
MADHAB DOTTO - Cənab həkim! Axı dərddən baĢımı itirdiyim belə bir vaxtda 
“Ayurverda”nın hikmətləri nəyimə gərəkdir? Siz yaxĢısı budur mənə məsləhət verin, yol 
göstərin- nə edim, uĢağa necə kömək eləyim? Əslində məsləhətinizə də elə bir ehtiyac 
yoxdur. Çünki dediklərinizi eləmək çox çətindir. Yazıq uĢaq o qədər əziyyət çəkir ki! 
Üstəlik də, yazdığınız dərmanları içmək ondan ötəri əsl cəhənnəm əzabıdır. UĢağa 
baxanda ürəyim ağrıyır.  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə