Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə80/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   76   77   78   79   80   81   82   83   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
276 
DĠLƏNÇĠ QIZ: Mənə elə gəlir ki, heç vaxt! Adamların ürəyi o qədər daĢa dönüb ki, 
ibadət heç vaxt... heç vaxt qurtarmayacaq. 
CONNĠ: Siz də dayanıb gözləyirsiniz... 
DĠLƏNÇĠ QIZ (bayaqkı kimi tələsik): Hə, gözləyirik ki, ibadət qurtarsın. Ordan çıxan 
adamların ürəkləri yuĢmaq olur, bizə də nəsə verirlər. 
DĠLƏNÇĠ OĞLAN: Düz deyir, nəsə verirlər. 
CONNĠ: Əntiqədir, uĢaqlar, lap əntiqədir! Bununla yaĢaya bilirsiniz? 
DĠLƏNÇĠ OĞLAN (mat-mat onun üzünə baxır): YaĢamaq? Sən yaĢamaq istəyirsən? 
CONNĠ (acı-acı): Elədir, ay zavallı səfehlər, mən yaĢamaq istəyirəm. Ancaq bilmirəm nə 
üçün, kimin üçün... Çünki buraya düĢəndən sonra hamısını unutmuĢam. Ancaq, lənət 
Ģeytana, buna baxmayaraq istəyirəm. Özüm üçün iĢ qaracam, bəlkə də fırıldaqçılıq 
eləyəcəm... Ancaq varlanacam... Mənsəbə çatacam! Sonra da yaĢayacam! Baxmayacam 
ki, burda zaman dayanıb. Bu lənətə gəlmiĢ alaqaranlıq baĢımın üstündən heç vaxt 
çəkilməsə də... Gecə ilə gündüz bilinməsə də... Bilmirəm buranı kim belə sehrləyib... 
Ancaq mən yaĢayacam... iĢləyəcəm... vəssalam! Hamıya da günaydın, sabahın xeyir, 
gecən xeyrə qalsın deyəcəm... (gedir) 
DĠLƏNÇĠ QIZ: Buna bax, yaĢamaq istəyir... 
DĠLƏNÇĠ OĞLAN: ĠĢləmək istəyir... 
HƏR ĠKĠSĠ: Özü də Vinetada! (baĢlarını bulayırlar). 
Zəng səsləri eĢidilir. 
  
ALTINCI ŞƏKİL 
  
ġən senatorun evi. Senator, arvadı və qızı Lilie. 
 
SENATORUN ARVADI (qızına): Deməli, onu bütün varlığınla, bütün qəlbinlə sevirsən, 
elədirmi qızım? 
LĠLĠE: Elədir, mənim əziz anam! 
ġƏN SENATOR (bayaq alver etdiyi dostu ilə olduğu kimi mehriban danıĢmır, 
müstəbidlik edir): Sənin bu cür ərə getməyindən bilirəm ki, məhəbbətin nə olduğunu hələ 
anlamırsan. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
277 
LĠLĠE: Yox, cənab ata, anlamıram! (hiss olunur ki, həqiqəti deyir) 
QADIN: Özün çox götür-qoy edəndən sonra bu qərara gəlibsən ki, ailə həyatının bütün 
çətinliklərinə dözəcəksən, elə deyilmi zavallı balam? 
LĠLĠE: Elədir, mənim əziz anam! 
ġƏN SENATOR: Ancaq mən inanmıram ki, sənin bu çətinliklərdən xəbərin var... 
LĠLĠE: Elədir, cənab ata! (hiss olunur ki, həqiqəti deyir) 
ġƏN SENATOR: YaxĢı, qoy olsun! Ġndi isə sənin gələcək ailə həyatı­nın çətinlikləri 
barədə... Cehiz sənin adına olacaq! Düzdür, sənin niĢanlın uzun illər alver iĢində mənə 
çox kömək edib, ancaq özünə də gün ağlayıb... 
QADIN: Əlbəttə, sən onu bir ər kimi uca tutmalısan, sədaqətli olmalısan, hər nə desə, 
yerinə yetirməlisən, zavallı balam! 
ġƏN SENATOR: Hər Ģey ola bilər... 
QADIN: Hər Ģey ola bilər... Sən də təkrar elə! 
LĠLĠE: Hər Ģey ola bilər, mənim əziz anam! 
ġƏN SENATOR (kəskin tərzdə): Nə ola bilər ki? 
LĠLĠE: Bilmirəm, cənab ata! 
ġƏN SENATOR: YaxĢı, səndən baĢqa cavab da gözləmirdim (hədələyici bir səslə) Sən 
Liliesən, baĢa düĢdün? Vay o gündən ki... 
QADIN (ərinin qəflətən sözünə ara verdiyindən istifadə edərək qızına pıçıldayır): Təkrar 
elə! 
LĠLĠE: Mən Lilieyeyəm – çiçəyim, vay o gündən ki... 
ġƏN SENATOR (fınxırır): Ha... ha... ha... (qonaqların addım səslərini eĢitdiyi üçün 
səsinin tonunu dəyiĢir) Oho, əziz qonaqlar gəldi! 
QADIN: Əziz... əziz... 
LĠLĠE: Əziz... əziz... (Üçü də gedir.) 
Conni ilə Ģəhər mirzəsi gəlir. Ġndi Conninin otuz beĢ yaĢı var; özü də Vinetalılar sayağı 
geyinib. 
CONNĠ: O, Liliedir – ətirçiçəyidir! Necə bilirsən, məni doğrudanmı bütün varlığı, bütün 
qəlbi ilə sevir! 
ġƏHƏR MĠRZƏSĠ: Sən heç Vinetada kiminsə kimi sevdiyini görübsən? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
278 
CONNĠ: Sevmirsə, deməli, nifrət edəcək! 
ġƏHƏR MĠRZƏSĠ: Ya da nifrət etdiyini? 
CONNĠ: Bu qız müstəsnadır. 
ġƏHƏR MĠRZƏSĠ: BoĢ-boĢ danıĢma! Ola bilməz! Görünür o vaxt adicə bir maraq 
xatirinə səni bu Ģəhərin vətəndaĢı eləməklə böyük bir səhvə yol vermiĢəm. 
CONNĠ: Elədir ki, var, əzizim! Çünki indi varlanmıĢam və yaĢamağa baĢlayacam. 
ġƏHƏR MĠRZƏSĠ: Bilmək olmaz... Ölülər Ģəhə... Vay, vay, mən nə dedim... 
CONNĠ: Necə? Necə? 
ġƏHƏR MĠRZƏSĠ: Heç nə... Dilim dolaĢdı... Demək istəyirdim ki, təkbaĢına yaĢamaq 
olmaz. Buna iradənin gücü çatmaz. 
CONNĠ: Görəcəksən necə yaĢayırlar! Mən bu bataqlığa qərq olmuĢ Ģəhərdə... 
ġƏHƏR MĠRZƏSĠ: Bataqlıq? Necə? Sən Vinetanın tarixini bilirsən ki? 
CONNĠ: Yox! Sizdə bu barədə heç bir kitab yoxdur. 
ġƏHƏR MĠRZƏSĠ: Elədir, hamısını senatorların göstəriĢi ilə beĢ yüz il bundan əvvəl 
məhv etmiĢəm. 
CONNĠ: Neçə il bundan əvvəl? Bu səfeh zarafatları burax, kiĢi! 
ġƏHƏR MĠRZƏSĠ: Sən doğrudan da bilmirsənmiĢ! Ancaq yuxarıda yaĢayanların çoxu 
bunu bilir. 
CONNĠ: Ġkinci mərtəbədə yaĢayanlar? 
ġƏHƏR MĠRZƏSĠ: Yox, parterdəkilər. Yerin üstündəkilər. Ancaq mən çalıĢıb özümü 
qoruyacam ki... 
CONNĠ: DanıĢ, danıĢ, əzizim, yoxsa səni öldürərəm! 
ġƏHƏR MĠRZƏSĠ: Birincisi, sən bunu bacarmayacaqsan, çünki mən onsuz da ölmüĢəm. 
Ġkincisi, elə də olsa, belə də olsa məni öldürmək istəyəcəksən... Çünki xəbər tutacaqsan 
ki, bu gecə beĢ yüz on səkkiz yaĢlı qızla bir yastığa baĢ qoyursan... Eh, yaxĢısı budur ki, 
susum... 
CONNĠ: Mənə yazığın gəlsin, Mirzə! 
ġƏHƏR MĠRZƏSĠ: Yazığım gəlsin? Gülünc olma! De görüm məktəbdə oxuyan zaman 
sənə qədim orta əsrlərdə sulara qərq olmuĢ bir Ģəhər barədə nağıl danıĢıblar, ya yox? 
CONNĠ: Sulara qərq olmuĢ... Ģəhər... Ġlahi, deyəsən yadıma gəlir... 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə