Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə77/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   73   74   75   76   77   78   79   80   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
267 
baĢlayır. «Ulama!» - deyirəm, dəbilqəni yaxĢı-yaxĢı bağlayıram, kəndir pilləkanı suya 
atıram... və onunla bir az düĢüb suya baĢ vururam... Hə, necədir? Necə? Hə, baĢlayıram 
aĢağıdüĢməyə... Təxminən üç yüz, dörd yüz metr enirəm və birdən nə hiss eləsəm 
yaxĢıdır? Elə bil kimsə baĢımdan sıxır. Elə sıxır ki, dözmək olmur. Lap indiki kimi baĢım 
bərk ağrımağa baĢlayır. Fərq ondadır ki, indi içməkdən ağrıyır, dünən çox içmiĢdim... Ay 
uĢaq, orda sakit olun! Bunlara bax, qulaq asmaq istəmirlər. Elə deyil, qızım? Hə, baĢım 
bərk ağrıyır, sonra da qulaqlarım uğuldamağa baĢlayır. Sonra... sonra bilirsən nə 
eĢidirəm? Zəng səsləri! Doğru sözümdür, zəng səsləri eĢidirəm! Danq... Danq! (səs-küy 
azalır, uzaqlardan zəng səsləri eĢidilməyə baĢlayır). Hə, o dəqiqə baĢa düĢdüm, nə olub. 
Hava verən cihaz iĢləmir. BaĢa düĢürsən bu nə deməkdir? Hə, kəndiri silkələyirəm, iĢarə 
verirəm ki, əzizlərim, məni yuxarı çəkin. Hə, çəkin! Ancaq neyləsələr yaxĢıdır? Elə bil 
göyərtədəkilər kar, kor olmuĢdular, heç nə olmayıbmıĢ kimi kəndiri açırdılar, mən də 
enir, enirdim! Ah, lənətə gəlmiĢ bu baĢ ağrısı... Elə hey enir, enirdim... (zəng səsləri 
ucalmağa baĢlayır). Gözlərim qaralmağa baĢlayır... (qaranlıqlaĢır) Ġndi heç nə görmür, 
heç nə eĢitmirəm... Yalnız bu zəng səsləri... Lənətə gəlmiĢ zəng səsləri... EĢidirsən, 
qızım, necə ucadan səslənir? Nəfəs almaq istəyirəm, ancaq havam çatmır. Qulaqlarım 
güyüldəyir, tutulur... Zəng səsləri gəlir... Mənə elə gəlir ki, ölürəm... Aha, öldüm! 
Öldüm! Daha qurtardı... qurtardı... və birdən gözlərimi açıram... 
  
  
İKİNCİ ŞƏKİL 
  
Alaqaranlıqdır. Orta əsrlərin kilsə meydanı. Ön planda Conni uzanıb qalıb. Dalğıc 
paltarındadır, ancaq baĢında dəbilqə yoxdur. Zəng səsləri kəsi­lir. ġəhər gözətçisi orta 
əsrlərin cəngavər paltarında meydanın ortasında dayanıb. 
 
CONNĠ (təəccüblə yan-yörəsinə baxır): Mən hardayam? Bura necə gəlib çıxmıĢam? 
(Gözətçi cavab vermir) Deyəsən bəxtim gətirib, eləmi? Kimsə məni xilas edib! Düz 
demirəm? Onu da deyim ki, kimisə yarımcan halda dalğaların əlindən alırsan, sonra da 
küçənin ortasında atıb gedirsən... Belə də iĢ olar? Düz demirəm? (Cavab gəlmir) Ey, 
yoxsa mənim xilaskarım elə siz özünüzsünüz? Elədir? (Dikəlir) Lənət Ģeytana! Yerimdən 
tərpənə bilmirəm, elə bil kimsə üstümdən aĢağı basır... Ah, hava elə ağırdır ki! Nə yaman 
zəifləmiĢəm... Ey, danıĢın da... Mən çoxdan burda uzanıb qalmıĢam? Necə? Hə... 
BağıĢlayın, saat neçədir? Necə? Hə, deyirsiniz burda bircə saat var... GünəĢ saatı... 
Cənab... özünüz də görürsünüz ki, günəĢ hələ çıxmayıb (səmaya tərəf baxır) Səma bu gün 
nə qəribə görünür! Qaraya çalan mavi rəngdə... Elə bil ordan dəniz asılıb... Düz 
demirəm? Dillənin də... Necə? (günəĢ saatının qəribə tərzdə yırğalanan əqrəblərinin 
kölgəsini göstərir). Sizin saatınız ona görə də belə oyunlar çıxarır... Ġstiqaməti səhv salıb. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
268 
Sizin Ģəhərdə elə bil vaxtın özü də dayanıb. Ha... ha... Nə dediniz? Hə, heç nə 
demədiniz... Hm... Mən də elə sizin kimi fikirləĢirəm... Ancaq vaxt mənə çox lazımdır. 
Əgər çoxdan burdayamsa, deməli gəmidəki dostlarım narahat olmağa baĢlayıblar. Nə 
dediniz? BaĢa düĢürsünüz? (susan adama baxa-baxa nə edəcəyini bilmir). Hə, sizin 
susmağınızın iki səbəbi ola bilər: ya lal-karsınız, ya da heykəlsiniz. Birinci halda sizə lap 
yazığım gəlir, ikinci halda, icazə verin deyim ki, çox pis yerdə ucaldıblar sizi! Çünki 
gediĢ-gəliĢin gurlaĢdığı bir vaxtda düz ortada dayanıb maneçilik törədirsiniz. 
KEġĠKÇĠ: Belə lazımdır! Küçə hərəkətini tənzimləyirəm! 
CONNĠ: Urra! Nə yaxĢı ki, allah onun dilini də əlindən almayıb. Atam balası, tez olun, 
təzədən yuxuya getməzdən əvvəl məni baĢa salın görüm hardayam? Saat neçədir? Hansı 
yolla getsəm limana daha tez çataram? (cavab gəlmir) Nə oldu yenə? Çox danıĢıb 
yoruldunuz? Oxuduğunuz müharibə sizi lap əldən saldı ki! Görünür bir az irəli getmək 
lazımdır, bir ev o tərəfə... 
KEġĠKÇĠ: Gedin, gedin, dayanmayın! 
CONNĠ: Axı hara gedim? Allah saxlamıĢ bu Ģəhərin limanı hansı tərəfdədir? Ġrəli gedim, 
yoxsa... 
KEġĠKÇĠ: Qanun necə tələb edirsə, elə də gedin. 
CONNĠ: Cənab, razılaĢın ki, boğulmuĢ bir dənizçinin sizinlə çənə vurması çox 
yorucudur. 
KEġĠKÇĠ: Mən küçə hərəkətini tənzimləyirəm. 
CONNĠ: Bunu eĢitdim! Ancaq necə tənzimləyirsiniz? Hansı hərəkəti tənzimləyirsiniz? 
KEġĠKÇĠ: TənzimlənmiĢ hərəkəti. Qanun necə tələb edirsə... 
CONNĠ: Ġnanıram! Ancaq məni narahat edən odur ki, burda heç bir hərəkət görmürəm 
(cavab gəlmir) Bura baxın, sizinləyəm! Burda hərəkətdən əsər-əlamət var? 
KEġĠKÇĠ: Qanun necə tələb edirsə, elədir... Yəni yoxdur! 
CONNĠ: Bəs onda nəyi tənzimləyirsiniz? 
KEġĠKÇĠ: Küçə hərəkətini! 
CONNĠ: Aha, belə de... (qorxmuĢ halda) Ey, bura baxın! Bəlkə bu yolla sizdən söz 
qopara bildim: saat neçədir? Nə vaxtdan burudasınız? (bic-bic) Bu gün səhərdən? 
KEġĠKÇĠ: Bəli! 
CONNĠ: Aha, elə isə indi günortadır, yoxsa axĢam? 
KEġĠKÇĠ: Qanun necə tələb edirsə, elədir. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə