Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə78/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   74   75   76   77   78   79   80   81   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
269 
CONNĠ: Necədir? 
KEġĠKÇĠ: AxĢamdan... 
CONNĠ: Burda dayanıbsınız? 
KEġĠKÇĠ: Elədir, günortadan... Qanun necə tələb edirsə... 
CONNĠ (baĢını tutur): Bircə xahiĢim var: deyin ki, birisi gündən burda dayanıbsınız, 
onda baĢa düĢərəm. 
KEġĠKÇĠ: Elədir. Qanun tələb etdiyi kimi, birisi gündən. 
CONNĠ: TəĢəkkür edirəm, deməli, sirzdə ağıl deyilən Ģey yoxdur. Necə deyərlər, salamat 
qalın, mən getdim! 
KEġĠKÇĠ: Gedin, gedin, dayanmayın! (Conni diksinir. Halı pisləĢir. KeĢikçidən aralı bir 
dövrə vurub gedir. Zəng səsləri eĢidilir). 
  
 
ÜÇÜNCÜ ŞƏKİL 
  
Liman. Bir qadın əlində yük dayanıb. Conni gəlir. Zəng səsləri kəsilir. 
 
CONNĠ: Hə, bu da mənim dənizçi duyumum (qadına tərəf). BağıĢlayın, xanım, burdan 
gəmi keçir? 
QADIN: Bəli, cənab, burdan gəmi keçir. 
CONNĠ: Çox çağ olun. Bəlkə biləsiniz, mən harda yelkənli qayıq kirələyə bilərəm? Necə 
deyərlər, bu Ģəhərdə batıb qalmıĢam, gəmim hardasa yaxınlarda olmalıdır. Bilmirsiniz ki, 
gəmiçilik idarəsi açıq olar, ya yox? Deyəsən, səhər tezdəndir, küçələrdə ins-cins gözə 
dəymir. Yalnız gülünc görkəmli bir polisdən baĢqa... O da elə ölü kimiydi... Hi... Hi... 
hi... (qadının soyuq, hərəkətsiz baxıĢları onu diksindirir) BağıĢlayın, zarafat etmək 
istədim. Özüm adicə bir dənizçiyəm... Bəlkə xanım bilə: saat neçədir? Buranın camaatı 
nə yaman qaradinməzdir... (pərt halda boğazını arıtlayır) Hə, mənə elə gəlir, xanım özü 
də gəmi ilə səfərə çıxmağa hazırlaĢır... 
QADIN: Elədir, cənab, gəmini gözləyirəm. Ərimin yanına getmək istəyirəm. O da, 
balaca qızım da məni gözləyir. Qızımın sarıĢın saçları var, adı da Anneloredir. 
CONNĠ: Çox gözəl, qəĢəng adı var. Bəs cənab ərinizlə xanım qızınız indi hardadırlar? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
270 
QADIN: Bilmirəm... 
CONNĠ: Hm... Necə deyim... Yəni indi hardadırlar? Yəni haradan haraya gedirsiniz? 
QADIN (heç nə baĢa düĢməyərək onun üzünə baxır): Yadımdan çıxıb. 
CONNĠ: Necə deyərlər, yazıqlar olsun... (nə edəcəyini bilmir) Bəs xanımın səfəri 
harayadır? 
QADIN: Elədir, cənab, gəmini gözləyirəm. Ərimin yanına getmək istəyirəm. O da, 
balaca qızım da məni gözləyir. Qızımın sarıĢın saçları var, adı da Anneloredir. 
CONNĠ: Ah, necə də gözəl səslənir! QəĢəng addır! Xanım, bəs gəmi nə vaxt yola düĢür? 
QADIN: Dünən. 
CONNĠ: Necə? Dünən? 
QADIN: Elədir ki var, cənab! 
CONNĠ (ümidsiz halda): Belə çıxır ki, təkcə o polis deyil, elə mən özüm də ağlımı 
itirmiĢəm. Xanım, xahiĢ ediərm, mənə kömək edin! XahiĢ edirəm, deyin, bu cümlə 
səhvdir, yoxsa düz: əgər bir gəmi dünən gedirsə, deməli, nə bu gün, nə də sabah gedəcək. 
Deməli, bu gəmi heç vaxt getməyəcək! 
QADIN: Mən gəmini gözləyirəm, cənab! Ərim üçün, balaca qızım üçün yaman 
darıxmıĢam. Onları öpə bilsəydim, çox xoĢbəxt olardım. Onlarsız yaĢaya bilmirəm. 
CONNĠ: Gəmi də dünən gedir? 
QADIN (çox sakit halda): Dünən! Qızımın sarıĢın saçları var, adı da Anneloredir... 
CONNĠ (nə edəcəyini bilməyərək): QəĢəng addır... Ġcazə verin... BaĢım hərlənir (qadının 
yanında skamyaya çökür) 
ġən senatorla deyingən senator gəlirlər. 
ġƏN SENATOR: Deməli, cənab senator, sizə on vaqon taxıl verirəm, özü də iyirmi 
iyirmidən. Bu mənim son qiymətimdir. Siz götürməzsiniz, baĢqası götürər... Biz ki bir-
birimizin dabbaqda gönünə bələdik. Hi... hi... Ha... ha... 
DEYĠNGƏN SENATOR: Cənab senator, siz deyəsən bu alverə ciddi yanaĢmırsınız. 
Özünüz də bilirsiniz ki, mən əvvəlki senatorun kölgəsiyəm. Ġyirmiyə də götürsəm, 
bahadır... 
ġƏN SENATOR: Bəs gəmiyə yükləmə xərci necə olacaq, cənab senator? 
DEYĠNGƏN SENATOR: Dedim ki, iyirmi... 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
271 
ġƏN SENATOR: Siz məni ölü yuyub diri basdırırsınız... Ha... ha... ha... Lap 
müsibətsiniz? Ha... ha... 
CONNĠ: Əgər bunlar da normal adam çıxmasalar, onda vay mənim halıma... Sabahınız 
xeyir, cənablar. 
ġƏN SENATOR: AxĢamınız xeyir. 
CONNĠ (sevinclə): Elə mən «axĢamınız xeyir» demək istəyirdim. 
DEYĠNGƏN SENATOR: Günaydın! 
CONNĠ: BağıĢlayın, indi saat neçədir ki? 
ġƏN SENATOR: Doqquzun yarısıdır, cənab. Düz demirəm cənab senator? 
DEYĠNGƏN SENATOR: Elədir, dördə on beĢ dəqiqə qalır. 
CONNĠ: Necə? Yox, yox, təĢəkkür edirəm... Bayaq bağladığınız müqaviləyə görə də sizi 
ürəkdən təbrik edirəm... Dənizçi kimi belə Ģeylərdən bir az baĢım çıxır. Bəs cənablar 
hansı taxılı alıb-satırlar? 
DEYĠNGƏN SENATOR: Bu lap yerinə düĢdü, əntiqə oldu! Ġyirmi iyirmiyə... Çox pis 
zəmanədir. 
CONNĠ: Yəni deyirəm ki, bu taxıl harda bitir? Burda? Kanadada? Yoxsa Argentinada? 
DEYĠNGƏN SENATOR: Bilmirəm. 
CONNĠ: Necə yəni bilmirəm? 
ġƏN SENATOR: Dostum, təsəvvür edin ki, biz bunu doğrudan da unutmuĢuq. Ha... ha... 
ha... 
CONNĠ: Axı bu cənab taxılı indicə aldı. Hətta yükləmə xərcini də verdi. Sonra da... 
DEYĠNGƏN SENATOR: Nə sonra-sonra salmısınız? Mən də satıram, alırsınız? Əntiqə 
taxıldır, söz ola bilməz. Ġyirmi iyirmidən 
CONNĠ: Ax, taxılın özü yoxdursa... 
ġƏN SENATOR: Hə, yoxdursa, deməli yoxdur. Ha... ha... ha... 
CONNĠ: Cənablar yalnız taxıl alverilə yaĢayırlar? 
DEYĠNGƏN SENATOR (hirslənir): Nə? YaĢamaq? Biz yaĢamırıq, cənab! Yadınızda 
qalsın! Bir də belə sözlər danıĢmayın. Bu, həyat deyil. Mən özüm də keçmiĢ senatorun 
kölgəsiyəm. 
CONNĠ: Elə isə bu alver cənabların nəyinə lazımdır? Bu qədər pulu niyə qazanırsınız? 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə