Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə74/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   70   71   72   73   74   75   76   77   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
254 
 
Ən qoca kor qadın:                          KeĢiĢi siz zinhara gətirdiniz, siz öldürdünüz... 
Yerimək istəmədiz. Yoldakı daĢların üstünə oturub yeməyə baĢladız. Günlərlə 
deyinirdiz... Onun necə ah çəkdiyini eĢidirdim... O ruhdan düĢmüĢdü...  
 
Birinci anadangəlmə kor:   Məgər o xəstə idi? Sizin xəbəriniz var?  
 
Ən qoca kor:                         Biz heç nə bilmirdik... Biz onu heç vaxt görməmiĢik... 
Məgər biz bilirdik ki, zavallı, ölü gözlərimizin qarĢısında nə baĢ verir?.. O heç vaxt 
Ģikayət eləmirdi... Daha gecdi... Mən ölümü üç dəfə görmüĢəm... Ancaq beləsini yox!.. 
Ġndi növbə bizmdi.     
 
Birinci anadangəlmə kor:               Mən onu təngə gətirmirdim... Mən heç nə 
danıĢmırdım...   
 
Ġkinci anadangəlmə kor:                 Mən də. Biz dinməz-söyləməz onun ardınca gedirdik...   
 
Üçüncü anadangəlmə kor:            O, dəli üçün su gətirməyə gedəndə ölüb...  
 
Birinci anadangəlmə kor:   Bəs indi neyləyək? Hara gedək?  
 
Üçüncü anadangəlmə kor:            Ġt hardadı?  
 
Birinci anadangəlmə kor:   Burda. Meyitin yanından çəkilmir.  
 
Üçüncü anadangəlmə kor:            Onu kənara çəkin! Aparın onu! Aparın onu!  
 
Birinci anadangəlmə kor:   Meyitdən uzaqlaĢmaq istəmir!  
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
255 
Ġkinci anadangəlmə kor:                 Mən meyitin yanında dayanmaq istəmirəm!.. Mən 
qaranlıqda ölmək istəmirəm!  
 
Üçüncü anadangəlmə kor:                         Bircə bir-birimizdən aralanmayaq! Hamımız 
ələ-ələ tutub bu qaya parçasının üstündə oturaq... Qalanlar hardadı?.. Bura gəlin! Bura 
gəlin!   
 
Ən qoca kor:                         Hardasan?  
 
Üçüncü anadangəlmə kor:                         Burda, burdayam! Hamımız bir yerdəyik?.. 
Mənə yaxınlaĢın!.. Əllərin hanı?.. Hava soyuyur...   
 
Cavan kor qadın:                  Əllərin necə də soyuqdu?!..  
 
Üçüncü anadangəlmə kor:            Neynirsən?  
 
Cavan kor qadın:                              Əllərimi gözlərimin üstünə qoydum. Mənə elə gəldi 
ki, indicə gözlərim açılacaq... 
 
Birinci anadangəlmə kor:   Kimsə ağlayır...  
 
Ən qoca kor qadın:              Dəli ağlayır.  
 
Birinci anadangəlmə kor:   Onun xəbəri yoxdu?  
 
Ən qoca kor:                                     Ürəyimə damıb ki, hamımız burda öləcəyik...  
 
Ən qoca kor qadın:              Bəlkə kimsə dalımızca gəldi...  
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
256 
Ən qoca kor:                         Daha kim gələsidi ki?..  
 
Ən qoca kor qadın:              Bilmirəm.  
 
Birinci anadangəlmə kor:   Rahibələr gələ bilərlər...  
 
Ən qoca kor qadın:              Onlar gecə evdən çölə çıxmırlar.  
 
Cavan kor qadın:                  Onlar heç vaxt evdən çıxmırlar.   
 
Ġkinci anadangəlmə kor:     Mayakdan bizi görə bilərlər...  
 
Ən qoca kor qadın:              Onlar qüllədən aĢağı enmirlər.  
 
Üçüncü anadangəlmə kor:            Hər halda bizi görə bilərlər...  
 
Ən qoca kor qadın:              Onlar yalnız dənizə baxırlar.   
 
Üçüncü anadangəlmə kor:            Necə də soyuqdu?!..  
 
Ən qoca kor:                                     Quru yarpaqların xıĢıltısına qulaq asın... Deyəsən 
Ģaxta düĢür.   
 
Cavan kor qadın:                  Torpaq necə də bərkdi!  
 
Üçüncü anadangəlmə kor:            Sol tərəfdən nə isə anlaĢılmaz səslər gəlir...   
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
257 
Ən qoca kor:                         Qayalara çırpılan dalğaların səsidi.  
 
Üçüncü anadangəlmə kor:            Mənə elə gəldi ki, qadınlar inildəyir.  
 
Ən qoca kor qadın:              Buz parçalarının sındığını eĢidirəm...  
 
Birinci anadangəlmə kor:               Titrəyən kimdi? Ona görə hamımız bu daĢın üstündə 
əsirik!   
 
Ġkinci anadangəlmə kor:     Barmaqlarım donub.  
 
Ən qoca kor qadın:              Ayrı bir anlaĢılmaz səs də eĢidirəm...   
 
Birinci anadangəlmə kor:               Titrəyən kimdi? Onun titrəməsindən daĢ da əsir.  
 
Ən qoca kor:                         Məncə qadınlardan biridi.  
 
Ən qoca kor qadın:              Deyəsən, hamıdan çox dəli titrəyir.   
 
Üçüncü anadangəlmə kor:            UĢağın heç səsi gəlmir.  
 
Ən qoca kor qadın:              Deyəsən, hələ də süd əmir.  
 
Ən qoca kor:                         Yalnız o harda olduğumuzu deyə bilərdi!  
 
Birinci anadangəlmə kor:   Külək Ģimal tərəfdən əsir.  
 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə