Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə82/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   78   79   80   81   82   83   84   85   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
282 
ARVADI: Əlbəttə yox, əzizim! Əksinə... 
CONNĠ: Özüm də bilirəm ki, qəhrəmanam! Ancaq... 
ARVADI: Vinetalı ölməzdir! 
CONNĠ: O mənə aid deyil. Bəs bilmirsən, sevən qadın ərinin müharibəyə getdiyini 
biləndə hansı hissləri keçirir? 
ARVADI (çaĢqın halda): Əzizim, deyəsən... nə vaxtlarsa... keçmiĢdə... bilirdim... Ancaq 
indi... unutmuĢam... 
CONNĠ: Hə, unudubsan... 
  
 
SƏKKİZİNCİ ŞƏKİL 
  
Səngər. Conni və bir əsgər. 
 
ƏSGƏR: Bizi heç vaxt unutmayacaqlar, dostum, çünki biz qəhrəmanıq. 
CONNĠ: Əlbəttə, əlbəttə! Məni baĢqa Ģey maraqlandırır... Bilirsən indi biz hara gedirik? 
ƏSGƏR: Yox, dostum, bilmirəm. Ancaq indi Ģeypur çalınıb hücum əmri veriləcək... 
CONNĠ: ġübhəsiz ki, elədir. Sən gəl bircə sualıma cavab ver: bizim düĢmənimiz kimdir? 
ƏSGƏR: Ordakılar. 
CONNĠ: Axı ordakılar kimlərdir? 
ƏSGƏR: Kimlərdir? Onlar... Ah, nə pis oldu... doğrudan da unutmuĢam... 
CONNĠ: Hə, unudubsan... 
 
ġeypur səslənir. 
  
 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
283 
DOQQUZUNCU ŞƏKİL 
  
ġəhər qapısı. ġəhər mirzəsi yenə həmin pəncərənin önündə oturub. Conni bir az da 
qocalıb. 
 
ġƏHƏR MĠRZƏSĠ: Aha, əziz qardaĢım, çoxdandır görüĢmürük... Görəsən nə 
münasibətlə uzun illərdən sonra yenidən belə bir Ģərəfə nail oldum?! Deməli sən o zəfər 
dolu müharibədə də ölmədin... 
CONNĠ: XoĢbəxtlikdən elədir. 
ġƏHƏR MĠRZƏSĠ: Hə, necə oldu, yaĢaya bildin? 
CONNĠ: Allah xatirinə... Yox! 
ġƏHƏR MĠRZƏSĠ: Bir sözlə, əsl Vinetalısan! 
CONNĠ: Bu istehzanı özünə saxla! De görüm indi nə iĢlə məĢğul olursan? 
ġƏHƏR MĠRZƏSĠ: BoĢ vaxtlarımda fəlsəfə ilə məĢğul olmağa baĢlamıĢam. Elm 
adamları məni böyük mütəfəkkir hesab edir. 
CONNĠ: Belə de! Bura bax, cənab professor, sənin əgər sadə bir həqiqət, yəni həyat 
barədə düĢünməyə ixtiyarın çatmırsa, onda nə barədə düĢünə bilərsən? Özü də vəzifən 
əsas məsələni unutmaqdır... 
ġƏHƏR MĠRZƏSĠ: Çox məntiqli sualdır. Mən elə unutmaq barədə düĢünürəm. Özüm də 
fəlsəfi bir məktəb yaratmıĢam. Özümüzü «Unutqanlar dəstəsi» adlandırmıĢıq. Buyurub 
mənim proqram xarakterli əsərimə də baxa bilərsən: «Unutqanlıq inkiĢaf etmiĢ sivil 
xalqların düĢüncə tərzi kimi». 
CONNĠ (oxuyur): Ġnteqral qeyri-materialist, həqiqi mövcudluq haqqındakı 
metapsixopatik təlimlə silahlanmıĢ metametafizik fenomenologiya bizi öyrədir ki... Bəh-
bəh, fəlsəfəyə bax! Cümlənin axırına çatana qədər əvvəli yaddan çıxır... 
ġƏHƏR MĠRZƏSĠ: Əhsən! Mənim metodumun mahiyyəti də elə bundan ibarətlir. 
Deməli, baĢa düĢdün... 
CONNĠ: Ay yaramaz! 
ġƏHƏR MĠRZƏSĠ: Bəs sən özün kimsən? 
CONNĠ: Mən? Mən bu gündən yaĢamağa baĢlamıĢam! Gəldim ki, bunu sənə xəbər 
verim! Elə indicə senatda gözəl bir nitq irad elədim. Bütün Vineta bundan danıĢır. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
284 
ġƏHƏR MĠRZƏSĠ: Dilənçilərin evsiz-eĢiksizliyinə son qoyulması barədəki xahiĢini 
deyirsən? 
CONNĠ: Nə xahiĢ?! Tələbdir bu! Əməldir bu! Ġndi elə ilk dilənçilər qəsəbəsinin özül 
daĢını qoymaqdan gəlirəm! Orda dedim: Hava! ĠĢıq! Həyat! Camaat vəcdə gələrək ura 
çəkdi! Bu gündən... 
ġƏHƏR MĠRZƏSĠ: Yəni demək istəyirsən ki, dünəndən... 
CONNĠ: Nə dedin? 
ġƏHƏR MĠRZƏSĠ: Ya da srağagündən! Mənim əziz qardaĢım, heç bilirsən senator 
olduğun gündən indiyəcən neçə belə təməd daĢı qoyubsan? 
CONNĠ (özünü tamam itirir): Nə qədər? Bu gün birinci dəfə idi... 
ġƏHƏR MĠRZƏSĠ: Bəli, Vinetanın zaman ölçüsü ilə elədir. Ancaq Ģəhər kənarına çıxsan 
görərsən ki, neçə hektarlarla yer senator Conninin özül daĢları ilə doldudur. Hamısı bir 
yerdə 1095 daĢ eləyir. BaĢqa zaman ölçüsü ilə, üç ildir ki, hər gün təzə bir özül daĢı 
qoyursan. Hamisını da yeni eranın Ģərəfinə! 
CONNĠ: Ġlahi! Mən doğrudan da bunu... 
ġƏHƏR MĠRZƏSĠ: U... U... U... 
CONNĠ: UnutmuĢam! 
ġƏHƏR MĠRZƏSĠ: Eh, mənim zavallı dostum! Axı o toy günündə dedim ki, ölülərin 
arasında sən heç vaxt diri qala bilməzsən. Düz deməmiĢəm? 
CONNĠ: Buna etirazım yoxdur, ancaq... 
ġƏHƏR MĠRZƏSĠ: Ancaq çalıĢdın ki, ölülərə həyat verəsən! Nə oldu, möcüzə baĢ 
verdi? 
CONNĠ: Bəsdir, mirzə! 
ġƏHƏR MĠRZƏSĠ: Nəticəsi nə oldu? Arvadın dirildi? Əsgər dostun dirildi? Evsiz-
eĢiksiz dilənçilər dirildi? 
CONNĠ: Sənin çox güclü məntiqin var, mirzə. Yalnız ölümün özü sənin qədər məntiqli 
ola bilər. Aancaq yenə də deyirəm: bütün bunlara baxmayaraq, mən... 
ġƏHƏR MĠRZƏSĠ: Buna vaxtın çatmayacaq! 
CONNĠ: Necə yəni? 
ġƏHƏR MĠRZƏSĠ: Düz deyirəm. Mənim qeydiyyat kitabıma düĢənlə­rin arasında da sən 
müstəsnasan... 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
285 
CONNĠ: ? ? ? 
ġƏHƏR MĠRZƏSĠ (əlini onun üzünə çəkir): Bir özünə bax:qocalırsan... 
 
ONUNCU ŞƏKİL 
  
Məhbəs. Məhbus. Conni... Artıq qocalmıĢdır. 
 
CONNĠ: Mənimlə açıq danıĢ. Mən senator Conam. Sənə kömək etmək istəyirəm. Kömək 
lazım deyil? 
MƏHBUS: Xeyr, cənab senator. 
CONNĠ: Burda səninlə yaxĢı rəftar edirlər? 
MƏHBUS: Bəli, cənab senator. 
CONNĠ: Heç nədən Ģikayətin yoxdur? 
MƏHBUS: Xeyr, cənab senator. 
CONNĠ: Qabağımda dimdik dayanma, otur! (Məhbus yerinədn tərpənmir. Conni 
əsəbiləĢir) Dedim ki, otur! 
MƏHBUS (çiyinlərini çəkərək): Oldu, cənab senator (oturur). 
CONNĠ: Nə cinayət törətmisən?  
MƏHBUS: Bilmirəm, cənab senator. 
CONNĠ: Cəzan nə vaxt bitir? 
MƏHBUS: Dünən, cənab senator. 
CONNĠ (xəyali bir keĢikçiyə tərəf): Gözətçi! Bu kiĢi nə iĢ görüb ki? O nə vaxt azadlığa 
çıxacaq? 
KEġĠKÇĠNĠN SƏSĠ (əks-səda kimi səslənir): Bilmirəm... Dünən... 
CONNĠ (məhbusa): Adın nədir? 
MƏHBUS: UnutmuĢam... 
KEġĠKÇĠNĠN SƏSĠ (əks-səda ilə): UnutmuĢam... 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə