Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə83/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   79   80   81   82   83   84   85   86   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
286 
CONNĠ: Ġndi bura nə üçün gəldiyimi deyim. Bu Ģəhər də gələndən bəri əbəs yerə həyat 
iĢartısı axtarmağa baĢladım. Heç yanda, heç kimdə tapa bilmədim... Nə kasıbında, nə də 
varlısında... Daha vaxtıma da çox qalmayıb. Birdən yadıma düĢdü ki, mənim o cavan 
olduğum ölkədə heç kəs məhbuslar qədər həyatı sevməyib. Ona görə də sən mənim son 
ümidimsən. Mən səni azadlığa buraxıram (Məhbus susur). EĢidirsən? Sən azadsan! 
MƏHBUS: EĢidirəm, cənab senator. 
CONNĠ: Təkrar elə: mən azadam! 
MƏHBUS: Mən azadam! 
KEġĠKÇĠNĠN SƏSĠ: Azad... 
CONNĠ: YaxĢı, de görüm azadlıqda neyləyəcəksən? 
MƏHBUS: Bilmirəm. 
CONNĠ: Bir az fikirləĢ. Gözləyənin yoxdur? Gedib onu öpəsən... 
MƏHBUS: Xeyr! 
CONNĠ: Bəlkə hardasa bir düĢmənin gözləyir səni? Elə bir adam var ki, sən indi gedib 
onunla haqq-hesabı çürüdəsən? 
MƏHBUS: Xeyr, cənab senator. 
CONNĠ: Ġndisə mənə qulaq as! BaĢqa cür olan bir dünya da var. Orda gah gecə olur, gah 
gündüz, yaz gəlir, qıĢ olur, yenə yaz gəlir... Gah tufan qopur, gah da günəĢ çıxır. Taxıl 
əkirlər, sonra da biçirlər... Özü də həmiĢə... Ġnsanlar doğulur, buğda kimi boy atır. 
Təbiətən narahat olduqları üçün sevirlər, nifrət edirlər, sonra qocalırlar, ölürlər. Nifrət 
etmək, sevmək, qocalmaq, ölmək üçün yeni-yeni insanlar yaranır. Bunun heç vaxt sonu 
olmur. FikirləĢirsən ki, bütün bunların nə mənası var?! Ən böyük məna da elə bunun 
özüdür: HƏYAT! BaĢa düĢürsən? 
MƏHBUS: Xeyr, cənab senator. 
CONNĠ: Bilirəm, bunu baĢa düĢmək sənin üçün çətindir, ancaq hər halda, az da olsa
bunun həsrətini çəkirsən, elə deyilmi? Axı nə vaxtsa sən bu həyatı yaĢayıbsan. 
MƏHBUS: Bilmirəm... Bilmirəm... 
   
Səs-küy eĢidilir. 
 
KEġĠKÇĠNĠN SƏSĠ: Cənablar yoxlamağa gəlirlər. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
287 
   
ġən senator, arvadı, Lilie və Ģəhər mirzəsi gəlirlər. 
 
LĠLĠE (anasına tərəf): Bilirsinizmi, əziz anam, o qəĢəng, zərif müĢavir xanım uzun 
ayrılıqdan sonra... 
ġƏN SENATORUN ARVADI: Bir bura bax! Nə gözəl kameradır! 
ġƏN SENATOR: Ha-ha-ha! Kimi görürəm?! Bizim əziz qaçqınımızı! 
ġƏHƏR MĠRZƏSĠ: Gənc senator Con türmə islahatları haqqında dünən edəcəyi məruzə 
üçün material toplayır. 
ġƏN SENATOR: O yenə də həmiĢəki kimi vicdanlıdır. Ha-ha-ha! 
CONNĠ (yorğun halda): Qulaq asın mənə... 
LĠLĠE: Gör nə qəĢəng məhbusdur! 
CONNĠ (bayaqkı kimi): Qulaq asın, ey Vineta sakinləri... 
ġƏN SENATOR: Sakit! Axmaq gənc senator Con nitqinə hazırdır. Ha-ha-ha! 
CONNĠ: Bilmirəm siz niyə belə həvəslə dərinliklərə çökürsünüz, heçliyə 
yuvarlanırsınız... Elə dərinliyə çökürsünüz ki, zavallı məhbusun da son həyat iĢartısı 
sönür... 
ġƏN SENATOR: Aha! 
LĠLĠE: Con, bu nə deməkdir? Sənə bu gün nə olub? 
CONNĠ: Mən bircə Ģeyi bilirəm: bu mənim son Ģansımdır ki, özümü sizin aranızda 
yeganə canlı hesab edim. Lap son nəfəsim də olsa... Bu mənim son tənəzzülüm, əbədi 
məhvim də olsa... 
ġƏN SENATOR: Aha! 
ġƏN SENATOR ARVADI: Con, dəli olubsan, nədir? 
CONNĠ: Camaata həqiqəti demək üçün son Ģansımdır. Halbuki bu həqiqətin gizli 
qalmasına mən özüm də kömək etmiĢəm. Bəli, elədir! Ġndi mən bu həqiqəti hamıya 
deyəcəm və... 
ġƏN SENATOR: Cavan oğlan! 
ġƏHƏR MĠRZƏSĠ (kəskin tərzdə): Sus! 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
288 
CONNĠ (pəncərənin dəmir barmaqlıqlarına tərəf cumur): Bu anları mən yaĢayacam! 
(Barmaqlıqları sındırır) Hamınız eĢidin! 
ġƏHƏR MĠRZƏSĠ: Sus! 
CONNĠ: Ey mənim qeydiyyat kitabımda olanlar, eĢidin! Vineta, sizin dünyanız... (Ģəhər 
mirzəsi ona tərəf atılır, ağzını yummaq istəyir)... Ölüb! 
Bu sözdən sonra kənardakılar olduqları vəziyyətdə qalırlar. Conni ilə Ģəhər mirzəsi 
səssiz-səmirsiz tutaĢırlar. DöyüĢ vaxtı Conninin arvadına toxunurlar. Qız sanki bu 
zərbədən özünə gəlir, onun dilindən rabitəsiz sözlər qopur. Həmin anda baĢqa ölülərin də 
dilindən ölü sözlər qopur. Conni ilə Ģəhər mirzəsinin döyüĢünü mənasız, qarıĢıq bir səs-
küy müĢayət edir. 
CONNĠNĠN ARVADI: Bilirsən o qəĢəng, zərif müĢavir xanım uzun ayrılıqdan sonra... 
Düz deyirəm, əzizim... 
ġƏN SENATORUN ARVADI (onunla birlikdə): Sən çiçəksən, qızım, bunu yadında 
saxla... bilmək olmaz... 
ġƏN SENATOR: Götürürsünüz? Ha-ha-ha... Çox gözəl, çox gözəl! Ġyirmi iyirmiyə! Ha-
ha-ha... 
MƏHBUS: Bəli, cənab senator! Bəli, cənab senator!  
CONNĠ: Burax məni, mirzə! Sən əcəlsən! Mən isə yaĢamaq istəyirəm! YaĢamaq! 
YaĢamaq! Burax, mənə hava lazımdır! Hava! Hava! Hava! Hava! 
Bu qarmaqarıĢıqlıqda kəskin zəng səsləri eĢidilir. 
  
 
ON BİRİNCİ ŞƏKİL 
  
Birinci Ģəkildə olan meyxana. Conni təkdir. 
 
CONNĠ: Hə, Katrinxen, birdən gözlərimi açıram və görürəm ki, göyərtədə uzanmıĢam, 
bütün heyət də baĢıma yığıĢıb. «Urra, sağdır». Düz yarım saat əlləĢirblər ki, məni özümə 
gətirsinlər. Məlum oldu ki, düz yarım saat ölümlə həyatın arasında çabalamıĢam. Hə, 
yarım saat... bəlkə də ədəbiyyətin özü qədər! Necə istəyirsən, elə də baĢa düĢ! Bilirsən, 
qızım, onda baĢa düĢdüm ki, Vineta da, zəng səsləri də qarabasmadır. Ancaq çox 
fikirləĢdim ki, bu tarixdən nəyi öyrənmək olar? Axırda bu qərara gəldim ki, dünyada 
Vineta adlı Ģəhər həqiqətdə olmayıb. Ancaq nə vaxtsa tufan qopsa, böyük bir müharibə 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə