Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə86/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   82   83   84   85   86   87   88   89   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
297 
AMAL - Fərqi yoxdur. Yenə axtararam. Həmin köhnə baĢmaqlı adam ötüb keçəndən 
sonra dalınca baxmağa baĢladım. Gedib çayın kənarında, banan ağacının kölgəsində 
dayandı. Çomağı ilə torbasını yerə qoydu. Əl-üzünü, ayaqlarını yudu. Bağlamasını açıb 
oradan qovurğa çıxardı. ĠĢtahla yeməyə baĢladı. Sonra hər Ģeyi yığıĢdırdı. Torbasını 
təzədən bambuk ağacından olan çomağının ucuna keçirdi. ġalvarını dizə qədər çırmaladı. 
Çomağını çiyninə qoyub çayın o biri sahilinə keçdi. Sonra nə qədər baxdımsa, onu görə 
bilmədim. Xalama dedim ki, nə vaxtsa mən də o çayın qırağında oturub həmin o iĢ 
axtaran adam kimi qovurğa yeyəcəyəm.  
MADHAB DOTTO - Bəs xalan nə dedi? 
AMAL - Dedi ki, tez sağal, özüm səni çayın qırağına aparıb qovurğa yedirəcəyəm. Dayı, 
bəs mən nə vaxt sağalacağam? 
MADHAB DOTTO - Lap tezliklə. 
AMAL - Tezliklə? Onda mən sağalan kimi çıxıb gedəcəyəm.  
MADHAB DOTTO - Hara? 
AMAL - Uzağa. Lap uzaqlara. ĠĢ axtarmağa gedəcəyəm. Günorta vaxtı, hamı yatanda 
evdən çıxacağam. Bulanıq sulu çaylardan keçəcəyəm... 
MADHAB DOTTO - Nə olar. Heç bir sözüm yoxdur. Necə istəsən elə də edərsən. Amma 
əvvəlcə gərək tamam-kamal sağalasan.  
AMAL - Məni alim olmağa məcbur eləmə, dayı.  
MADHAB DOTTO - Bəs böyüyəndə nə sənətin sahibi olmaq istəyirsən? 
AMAL - Hələ bilmirəm. FikirləĢərəm, sonra deyərəm.  
MADHAB DOTTO - YaxĢı. Ancaq yoldan keçən adamlarla az çənə vur.  
AMAL - Yoldan ötən adamlarla danıĢmaqdan xoĢum gəlir.  
MADHAB DOTTO - Onlar səni oğurlayıb apara bilərlər. 
AMAL - Ah, bu nə yaxĢı olardı! Amma məni heç kəs oğurlamaz. Axı həkim mənə 
küçəyə çıxmağı qadağan eləyib... 
MADHAB DOTTO - YaxĢı, mən gedirəm. ĠĢim çoxdur. Bax haa, küçəyə çıxma. 
AMAL - Çıxmaram. Elə pəncərənin qabağında oturub yola baxacam.  
 
 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
298 
 
İKİNCİ PƏRDƏ 
 
ġORSATAN - ġor! ġor! YaxĢı Ģor var. Ay Ģor alan! 
AMAL - Əmi, ay əmi! 
ġORSATAN - Nə var, nə qıĢqırırsan? ġor almaq istəyirsən? 
AMAL - Yox. Necə alım? Axı pulum yoxdur.  
ġORSATAN - Qəribə uĢaqdır ey! Bəs onda niyə boĢ yerə vaxtımı alırsan? Qoymursan 
iĢimin-gücümün dalınca gedəm?  
AMAL - Əgər imkanım osa, mən də səninlə gedərdim.  
ġORSATAN - Mənimlə?  
AMAL - Səsini eĢitdim, ürəyimdən keçdi ki, kaĢ elə bu dəqiqə sənə qoĢulub küçələri 
gəzib-dolaĢa biləydim.  
ġORSATAN - Bəs niyə gəzmirsən? Niyə dörd divar arasında oturub qalmısan? 
AMAL - Həkim deyir ki, mənə evdən çıxmaq olmaz.  
ġORSATAN - Belə de. Xəstəliyin nədir? 
AMAL - Bilmirəm. Axı alim deyiləm. Əmi, sən haradan gəlmisən?  
ġORSATAN - Kənddən.  
AMAL - Kəndiniz hansı tərəfdədir? Buradan çox uzaqdır? 
ġORSATAN - Yox, ġamali çayının qırağında, BeĢdağın ətəyindədir. 
AMAL - BeĢdağ... ġamali çayı... Mənə elə gəlir ki, haçansa, o kəndi görmüĢəm. Amma 
haçan? Yadıma sala bilmirəm. 
ġORSATAN - Bəlkə nə vaxtsa bizim kənddə olmusan? 
AMAL - Yox, yox. OlmamıĢam. Amma nədənsə mənə elə gəlir ki, kəndinizin olduğu 
yerlərə çox yaxĢı bələdəm. Evlər qırmızımtıl, bir az da çəhrayıyaya çalan yolun 
kənarında, böyük banan ağaclarının kölgəsində tikilib, elə deyilmi? 
ġORSATAN - Düzdür, əzizim.  
AMAL - Kəndin yaxınlığındakı təpələrdə isə inəklər otlayır.  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
299 
ġORSATAN - Tamamilə doğrudur. Axı bunları hardan bilirsən? Həqiqətən də səhər 
açılan kimi biz inəkləri otlamaq üçün həmin o yaĢıl təpələrə ötürürük.  
AMAL - Qızlar əyinlərində qırmızı sari, baĢlarında isə kuzə su gətirmək üçün çaya 
gedirlər.  
ġORSATAN - Doğrudur. Qızlarımız bir az böyüyən kimi hamısı su dalınca çaya gedirlər. 
Bu, bütün qızların əsas məĢğuliyyətidir. Amma hamısının əynində qırmızı sari olmur. 
BaĢqa rəngli sarilər də geyinirlər. YaxĢı, axı sən bunları hardan bilirsən? Yox, əzizim, 
yəqin nə vaxtsa biz tərəflərdə olmusan.  
 
AMAL - Yox, doğrudan da heç vaxt olmamıĢam. Həkim evdən çıxmağa icazə verəndə 
məni kəndinizə apararsan? 
ġORSATAN - Əlbəttə! Mütləq apararam.  
AMAL - Mənə tərəzini necə tutmağı, müĢtərilərə Ģoru necə satmağı da öyrədərsən? 
ġORSATAN - ġor satmaq nəyinə lazımdır. YaxĢısı budur ki, çoxlu kitab oxu, alim ol! 
AMAL - Yox, yox! Alim olmaq istəmirəm. Mən qırmızımtıl, cəhrayıya çalan yolun 
kənarında, qoca banan ağaclarının kölgəsinə sığınmıĢ kənddə yaĢayacağam, orada Ģor 
satacağam. Mənə öyrət görüm necə qıĢqırmaq lazımdır: ġor! ġor! YaxĢı Ģor var! Ay Ģor 
alan! Belə necədir?  
ġORSATAN - Qəribə oğlansan ey. Bəyəm bunu da öyrənmək lazımdır? 
AMAL - Əlbəttə! Mən hər Ģeyi bilmək istəyirəm. Göydə uçan quĢların səsini eĢidəndə 
mənə elə gəlir ki... Doğrusu, quĢların səsini eĢidəndə nə düĢündüyümü heç özüm də 
bilmirəm... 
ġORSATAN - Əzizim, qonağım ol, bir ovuc Ģor götür. 
AMAL - Axı pulum yoxdur.  
ġORSATAN - Pul lazım deyil. Sadəcə, satdığım Ģorun dadına bax. Əgər belə etsən məni 
Ģox sevindirmiĢ olarsan. 
AMAL - Səni söhbətə tutdum. Gör burada məndən ötrü nə qədər vaxt itirdin... 
ġORSATAN - Yox, yox. Əksinə. Mən indiyə qədər gözü bağlı yaĢayırammıĢ. Burada 
səninlə bir neçə dəqiqə danıĢandan sonra baĢa düĢdüm ki, Ģor satmaq özü də bir 
xoĢbəxtlik imiĢ... Sağ ol! (gedir) 
AMAL - (uca səslə) ġor! ġor! Əla Ģor var! ġamali çayının sahilindən, BeĢdağın 
ətəyindəki kənddən gətirmiĢəm. ġor! ġor! Ay yaxĢı Ģor alan! Aha, budur, keĢikçi də gəlir. 
KeĢikçi, ay keĢikçi! 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə