Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə88/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   85   86   87   88   89   90   91   92   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
303 
KƏNDXUDA (məmnun halda) - Ağızları nədir hörmət eləməsinlər? Belə də olmalıdır. 
Onlar mənə tabedirlər. Mənə hörmət eləmək hamının borcudur.  
AMAL - Racanın poçtalyonları da sizə tabedir? 
KƏNDXUDA - Hünərləri nədir tabe olmasınlar? Qoy bircə dəfə sözümdən çıxsınlar. 
Sonra görərlər dərslərini necə verirəm.  
AMAL - Poçtalyonlara deyin ki, mənim adım Omaldır. Özüm də həmiĢə bu pəncərənin 
qabağında otururam.  
KƏNDXUDA - Hə, nə olsun ki?  
AMAL - Əgər birdən mənə racadan məktub gəlsə... 
KƏNDXUDA - Ha-ha-ha! Bu dəqiqə gülməkdən qarnım cırılacaq. Deyirsən, raca sənə 
məktub yazacaq? Ha-ha-ha! Əlbəttə, bəs necə! Mütləq yazmalıdır! Axı, sən onun ən 
yaxın dostusan. EĢitmiĢəm, raca səndən ötrü bərk darıxıb. Fikir çəkməkdən əriyib çöpə 
dönüb.  
AMAL - Cənab kəndxuda, siz niyə belə danıĢırsınız? Bəlkə nəyə görəsə mənə 
hirslənmisiniz?  
KƏNDXUDA - Nə danıĢırsan? Mənim heç buna cürətim çatar? Axı sən racanın yaxın 
dostusan. Onunla yazıĢırsan. (Kənara) Bu Madhab Dotto deyəsən lap göylə gedir. Əlinə 
beĢ-on rupi pul düĢüb. Özünə yer tapa bilmir. Ġndi onun evində ancaq racalar və krallar 
haqqında danıĢırlar. Eybi yox, qoy bir az da mən onunla zarafat eləyim. (Omala 
müraciətlə) Ey oğlan, çalıĢaram ki, tezliklə sən də racadan məktub alasan.  
AMAL - Yox, yox, siz narahat olmayın.  
KƏNDXUDA - Niyə ki? Haqqında racaya danıĢaram. O da öz qasidini yanına göndərər. 
(Kənara) Yox, bu Madhab Dotto lap həyasızlaĢıb. Söz-söhbət racanın qulağına çatsa, 
yəqin bərk əsəbiləĢəcək. (Gedir) 
AMAL - Bu zınqırovun səsi haradan gəlir? Bacıcan, bir dəqiqə ayaq saxlayarsanmı?  
 
(Qız içəri girir) 
 
QIZ - Tələsirəm. Vaxtım yoxdur.  
AMAL - Heç olmasa bir dəqiqəliyə də dayanmaq istəmirsən? Bilirsən, əslində mən də 
evdə oturmaq istəmirəm. Amma oturmalıyam.  
QIZ - Rəngin nə yaman avazıyıb? Elə bil Dan ulduzusan! Nə olub sənə belə? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
304 
AMAL - Bilmirəm. Həkim küçəyə çıxmağa icazə vermir.  
QIZ - Hə, elədirsə, evdən bayıra çıxma. Həkimlərin sözünə qulaq asmaq lazımdır. Özünü 
yaxĢı apar. Yoxsa deyərlər dəcəlin birisən. Bilirsən, niyə evdə oturmağın gəlmir? Çünki 
gözün elə daim küçədədir. YaxĢısı budur qapını bağlayım.  
AMAL - Lazım deyil. Bağlama. Ġndiyə qədər səni heç buralarda görməmiĢəm. 
Kimlərdənsən? 
QIZ - Adım ġudxadır.  
AMAL - ġudxa?  
QIZ - Ola bilməz ki, məni görməyəsən. Gül satan arvadın qızıyam.  
AMAL - Bəs özün nə iĢ görürsən?  
QIZ - Çiçək dərirəm. Əvvəlcə səbətləri çiçəklə doldururam. Sonra da oturub onlardan 
dəmət hörürəm. Elə indi də çiçək dərməyə gedirəm.  
AMAL - Çiçək dərməyə? Yəqin ona görə belə tez-tez yeriyirsən, ayaqlarındakı xal-xallar 
isə biri-birinə toxunub xoĢ səslə cingildəyirlər. Əgər evdən çıxa bilsəydim, səninlə 
gedərdim, ən yuxarıdakı gülləri dərməyə kömək eləyərdim.  
QIZ - Kənardan qulaq asan elə fikirləĢər ki, çiçəklər haqqında məndən daha çox bilirsən.  
AMAL - Bəs necə? Çiçəklər haqqında həqiqətən də çox Ģey eĢitmiĢəm. Üstəlik, yeddi 
qardaĢ Çampa haqqındakı nağılı da bilirəm. Əgər məni də onlar kimi aparıb keçilməz 
meĢədə azdırsaydılar, mütləq özümə bir yol tapıb xilas olardım. Mən üzərində quĢların 
yelləndiyi ən nazik budaqlardakı çiçəkləri də dərə bilərəm. Bəs sən necə, mənim Parul 
bacım olmaq istərdin? 
QIZ - Mən necə sənin Parul bacın ola bilərəm, ay səfehciyəz? Axı dedim: gülsatan 
ġoĢinin qızı ġudxayam. Hər gün səhərdən axĢama kimi çiçək toplayıb dəmət 
hörməliyəm. Ah, kaĢ mən də sənin kimi bütün günü evdə otura biləydim.  
AMAL - Nə iĢ görərdin ki? 
QIZ - Çox gözəl kuklam var, onu gəlin köçürərdim. Meni adlı baĢqa bir kuklam var
onunla da... Oy, yaxĢısı budur daha mən qaçım. Yoxsa bütün gülləri yolub apararlar... 
AMAL - Nə olar, bir az da dayan! Mənimlə bir az da danıĢ. Axı mən burda tək oturub 
darıxıram... 
QIZ - Sakitcə otur, özün də dəcəllik eləmə. Mən də gedim, çiçəklərimi dərim. Qayıdan 
baĢ yenə səninlə söhbət eləyərəm.  
AMAL - Dərdiyin çiçəklərdən mənə də verərsən?  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
305 
QIZ - Havayı heç nə yoxdur. Gərək haqqını ödəyəsən.  
AMAL - Pulunu böyüyəndə verərəm. Çayın o biri sahilinə keçib gedəcəyəm. Orada 
özümə iĢ tapacağam. Qazancım olacaq. Pulunu da onda qaytararam.  
QIZ - YaxĢı.  
AMAL - Deməli, gələcəksən! 
QIZ - Hə.  
AMAL - Doğrudan? 
QIZ - Doğrudan.  
AMAL - Məni unutma. Adım Omaldır. Yadında qalar?  
QIZ - Əlbəttə. Unutmaram. Heç vaxt. Özün görəcəksən. (Gedir) 
 
(UĢaqlar küçədən keçirlər) 
 
AMAL - Dayanın! Hara gedirsiniz? 
UġAQLAR - Oynamağa. 
AMAL - Nə oynayacaqsınız? 
UġAQLAR - Əkinçi oyunu.  
AMAL - O nə oyundur elə?  
BĠRĠNCĠ UġAQ - (ağacı göstərir) Bax, bu mənim kotanımdır.  
ĠKĠNCĠ VƏ ÜÇÜNCÜ UġAQ - Biz isə öküzlərik.  
AMAL - Bütün günü oynayacaqsınız? 
UġAQLAR - Hə, bütün günü. 
AMAL - AxĢam çağı da çayın qırağı ilə evə qayıdacaqsınız? 
UġAQLAR - Hə! 
AMAL - YaxĢısı budur bu yolla geri qayıdın. Bizim evin yanından.  
UġAQLAR - Gəl sən də bizimlə oynamağa gedək.  
AMAL - Həkim mənə tapĢırıb ki, evdən bayıra çıxmayım.  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə