Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə72/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   68   69   70   71   72   73   74   75   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
246 
 
Cavan kor qadın:                  Güllərdi...  
 
Ən qoca kor:                                     Səni heç vaxt görməyəcəyik...  
 
Cavan kor qadın:                              Mən özüm özümü görməyəcəyəm... ÜĢüyürəm.  
 
      
MeĢədə külək qalxır. Bu məqamda yaxınlıqdakı qayalara çırpılan dalğaların uğultusu 
eĢidilir. 
 
  
Birinci anadangəlmə kor:   Nə isə uğuldayır!..  
 
Ġkinci anadangəlmə kor:     Olsun ki, tufan yaxınlaĢır.  
 
Ən qoca kor:                                     Yox, mənə elə gəlir dənizdi.  
 
Üçüncü anadangəlmə kor:                         Dəniz?... Əgər bu, dənizdisə, deməli,  o, iki 
addımlığımızdadı!.. Lap yaxında! Yox, bu nəsə baĢqa Ģeydi!  
 
Cavan kor qadın:                              Dalğaların səsini düz ayaqlarımın yanında hiss 
edirəm...  
 
Birinci anadangəlmə kor:   Düzdü, quru yarpaqlar xıĢıldayır.  
 
Ən qoca kor:                         Məncə, qadınlar haqlıdırlar.  
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
247 
Üçüncü anadangəlmə kor:            Dəniz bizə yaxınlaĢır!  
 
Birinci anadangəlmə kor:   Külək ha tərəfdən əsir?  
 
Ġkinci anadangəlmə kor:     Dənizdən.  
 
Ən qoca kor:                  Külək həmiĢə dəniz tərəfdən əsir. Biz hər tərəfdən dənizin 
əhatəsindəyik. Külək baĢqa heç yandan əsə bilməz...  
 
Birinci anadangəlmə kor:   Gəlin dəniz haqqında düĢünməyək!  
 
Ġkinci anadangəlmə kor:                 Bizi udmağa hazırlaĢan bir Ģey haqqında necə 
düĢünməyək?!  
 
Birinci anadangəlmə kor:   Sən heç bilmirsən, bu dənizdimi?...   
 
Ġkinci anadangəlmə kor:                 Dənizin səsini o qədər yaxından eĢidirəm, elə bil 
qollarımı suyuna batırmıĢam! Daha burda qalmaq olmaz! Bəlkə də dalğalardı bizə sarı 
gəlir!  
 
Ən qoca kor:                                     Bəs hara gedək?..   
 
Ġkinci anadangəlmə kor:                 Fərqi yoxdu! Fərqi yoxdu! Daha dalğaların səsinə 
dözə bilmirəm! Gedək! Gedək!  
 
Üçüncü anadangəlmə kor:             Elə bil daha nə isə eĢidirəm... Qulaq asın!   
  
 
Uzaqdan, kiminsə quru yarpaqların üstü ilə  sürətlə addımladığı eĢidilir. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
248 
 
      
Birinci anadangəlmə kor:   Kimsə gəlir!  
 
Ġkinci anadangəlmə kor:      Odu! Odu! O qayıdır!  
 
Üçüncü anadangəlmə kor:             O, uĢaq kimi, xırda addımlarla yeriyir...    
 
Ġkinci anadangəlmə kor:     Gəlin, onu məzəmmət eləməyək!  
 
Ən qoca kor qadın:              Məncə, bu insan addımları deyil.  
 
  
Korların yanından böyük bir it keçir. Səssizlik.  
 
      
Birinci anadandəlmə kor:               Kimdi?.. Sən kimsən?.. Bizə rəhmin gəlsin, biz o 
qədər gözləmiĢik ki!.. (Ġt dayanır və pəncələrini onun dizlərinə qoyur).  
 
Ay! Ay! Dizlərimin üstünə nə qoydun? Bu nədi?.. Heyvandı?!.. 
 Deyəsən, itdi!.. O! O! Ġtdi! Yataqxananın itidi! Bura gəl! Bura gəl! Yanımıza gəlib! Bura 
gəl! Bura gəl!   
 
Qalan korlar:                         Bura gəl! Bura gəl!  
 
Birinci anadangəlmə kor:               Dalımızca gəlib! Ġzlərimizə düĢüb gəlib.  
Əllərimi yalayır, elə bil çoxdan görüĢməmiĢik! Sevindiyindən zingildəyir! Sevindiyindən 
öləcək! EĢidirsiz? EĢidirsiz?   


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
249 
 
O biri korlar:                          Bura gəl! Bura gəl!  
 
Ən qoca kor:                         Bəlkə onun ardınca kimsə gəlir?.. 
 
Birinci anadangəlmə kor:                Yox, yox, o təkdi… Ayrı addım səsi eĢitmirəm… 
Bizə baĢqa bələdçi heç lazım da deyil. O bizi, hara desən, aparar: sözəbaxandı...   
 
Ən qoca kor qadın:              Onun ardınca getməyə cürət eləmərəm.   
 
Ən cavan kor qadın:                        Mən də.  
 
Birinci anadangəlmə kor:   Niyə? O ki bizdən yaxĢı görür?!..   
 
Ġkinci anadangəlmə kor:     Qadınlara qulaq asmaq lazım deyil!  
 
Üçüncü anadangəlmə kor:             Elə bil göydə nə isə dəyiĢib. Ġndi asan nəfəs alıram. 
Hava təmizlənib...  
 
Ən qoca kor qadın:              Dəniz tərəfdən külək əsir... 
 
Altıncı kor:                             Olsun ki, hava iĢıqlaĢır. Yəqin, gün doğur...   
 
Ən qoca kor qadın:              Elə bil, hava soyuyub...  
 
Birinci anadangəlmə kor:               Yolu tapacağıq. O, məni harasa dartır!.. Məni dartır! 
Sevindiyindən özündə deyil!... Onu saxlaya bilmirəm!.. Ardımca! Ardımca! Yataqxanaya 
qaysıdacağıq!..  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə