Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə69/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   65   66   67   68   69   70   71   72   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
234 
Birinci anadangəlmə kor:               Mən sənə dəyməmiĢəm. Mən sənə toxuna bilmərəm.  
 
Ġkinci anadangəlmə kor:     Kimsə dirsəyimə toxundu!  
 
Birinci anadangəlmə kor:               Mən sənə dəyməmiĢəm. Mən sənə toxuna    bilmərəm.  
 
Ġkinci anadangəlmə kor:     Kimsə dirsəyimə toxundu! 
 
Birinci anadangəlmə kor:   Heç birimiz sənə toxunmamıĢıq.  
 
Ġkinci anadangəlmə kor:     Burdan getmək istəyirəm.  
 
Ən qoca kor qadın:              Ġlahi!.. Ġlahi!.. Bizə əyan elə, biz indi hardayıq!  
 
Birinci anadangəlmə kor:   Ömrümüzün axırınacan onu gözləyə bilmərik ki?!..  
 
  
Hardasa uzaqda saat on ikini vurur. 
 
  
Ən qoca kor qadın:              Yataqxanadan gör bir nə qədər uzaqdayıq?!  
 
Ən qoca kor:                                      Gecə yarıdı!  
 
Ġkinci anadangəlmə kor:     Bəlkə günortadı?.. Kim bilir, desin!  
 
Altıncı kor:                             Bilmirəm. Deyəsən kölgəlikdəyik.  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
235 
 
Birinci anadangəlmə kor:               Heç nə baĢa düĢmürəm – yaman çox yatmıĢıq.  
 
Ġkinci anadangəlmə kor:     AcmıĢam!  
 
Hamısı:                                   AcmıĢıq və susamıĢıq!  
 
Ġkinci anadangəlmə kor:     Görəsən, çoxdan burdayıq?..  
 
Ən qoca kor qadın:              Mənə elə gəlir, yüz ildi burdayam! 
 
Altıncı kor:                                         Harda olduğumuzu baĢa düĢməyə baĢlayıram...  
 
Üçüncü anadangəlmə kor:             Saatın səsinə tərəf getmək lazımdı.  
  
 
GecəquĢları qaranlıqda bədxahcasına  qanad çalırlar. 
 
  
Birinci anadangəlmə kor:   EĢidrisiz?.. EĢidirsiz?..  
 
Ġkinci anadangəlmə kor:     Biz burda tək deyilik...    
 
Üçüncü anadangəlmə kor:                         Çoxdan Ģübhələnirəm: bizə qulaq asırlar... O 
hələ qayıtmayıb?  
 
Birinci anadangəlmə kor:   Bilmirəm bu nə deməkdi, səs yuxarıdan gəlir.  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
236 
 
Ġkinci anadangəlmə kor:                 BaĢqa heç kim heç nə eĢitməyib?... Siz elə həmiĢə 
susursuz!   
 
Ən qoca kor:                                     Biz qulaq asırıq.  
 
Cavan kor qadın:                  Deyəsən, quĢlar qanad çalırlar.   
 
Ən qoca kor qadın:              Ġlahi! Ġlahi! Bizə əyan elə hardayıq!  
 
Altıncı kor:                                         Harda olduğumuzu baĢa düĢməyə baĢlayıram... 
Yataqxana böyük çayın o tayındadı; biz köhnə körpüdən keçdik. O bizi adanın Ģimal 
tərəfinə gətirib. Çaydan uzaqda deyilik, bəlkə də diqqət kəsilsək, suyun səsini eĢidə 
bilərik... KeĢiĢ qayıtmasa, ora getmək lazımdı... Orda gecə-gündüz gəmilər üzür
dənizçilər bizi görəcəklər... Bəlkə də biz mayakın ətrafındakı meĢədəyik, ancaq bilmirəm, 
burdan necə çıxmaq olar... Kim ardımca gəlmək istəyir?   
 
Birinci anadangəlmə kor:               Burda qalaq!.. Gözləyək, gözləyək!.. Böyük çayın 
harda olduğunu bilmirik, yataqxananın ətrafında isə bataqlıq var. Gözləyək, gözləyək!.. O 
qayıdacaq, qayıtmalıdı.    
 
Altıncı kor:                             Kimin yadındadı, bura necə gəldik? Yolda o bizə izah 
edirdi.  
 
Birinci anadangəlmə kor:   Mən qulaqardına vurdum.  
 
Altıncı kor:                             Kim qulaq asırdı?   
 
Üçüncü anadangəlmə kor:             Bundan sonra ona qulaq asmağa baĢlayacağıq.  
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
237 
Altıncı kor:                             Aranızda buralarda yaĢamıĢ adam yoxdu?  
 
Ən qoca kor:                                     Bilirsən ki, hamımız uzaqdan gəlmiĢik.  
 
Ən qoca kor qadın:              Biz dənizin o tayından gəlmiĢik.  
 
Birinci anadangəlmə kor:   Üzə-üzə, az qala ölmüĢdüm.   
 
Ġkinci anadangəlmə kor:     Mən də... Biz bir yerdə gəlmiĢik.  
 
Üçüncü anadangəlmə kor:            Üçümüz də eyni yerdənik. 
 
Birinci anadangəlmə kor:               Deyirlər, açıq havalarda burdan kilsə görünür... ġimal 
tərəfdədi... Zəng qülləsi yoxdu. 
 
Üçüncü anadangəlmə kor:            Təsadüfən sahilə çıxa bildik.  
 
Ən qoca kor qadın:              Mənsə baĢqa yerdənəm...  
 
Ġkinci anadangəlmə kor:     Hardan?   
 
Ən qoca kor qadın:              Daha bu haqda düĢünməyə cürət eləmirəm... Demək olar, 
daha o yerləri xatırlamıram... Ordan lap çoxdan çıxmıĢam... Ora burdan soyuqdu...  
 
Cavan kor qadın:                  Mən uzaqdanam...  
 
Ġkinci anadangəlmə kor:     Hardan?  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə