“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
218
Ani: (oxuyur) Əziz ev sahiblərim. Təəssüf ki, gözlənilməz səbəblərə görə evi tərk
etməli oldum. Nə vaxt qayıdacağımı bilmirəm. Ona görə qərara aldım ki, əĢyalarımın
hamısını aparım. Sizi oyatmağa qıymadım. Sağ olun. GörüĢənədək. Villiyə hər Ģeyi özüm
izah edərəm.
(Ani Villinin yatdığı divana yaxınlaĢır.Milli pilləkənə açılan qapıya tərəf gedir.)
Ani:
Oyan, Villi. (Pauza) O gedib.
Volter: Kim?
Ani: Məktub da yazıb. Bax.
(Volter məktubu oxuyur)
Volter: Hə… neynək… görünür getməli olub.
(Pauza)
Ani: Sən onunla dalaĢmısan, Villi?
Volter: Yox.
Ani: Dünən axĢam məktəbindən qayıdanda onu görmədin?
Volter: Yox.
Milli: (Gəlir) Budur. Bu Ģəkli onun otağından tapdım.
Ani: Bir bax, necə də sevimlidir! Əlində voleybol topu var.
Milli: Məktəbli qızların əhatəsində.
Ani: Heç bilmirdim, o, idman dərsi keçir. Bu barədə bizə heç nə deməyib.
(Pauza)
Milli: Görünür, o, həmiĢəlik gedib.
Volter: Hə, oxĢayır.
Son
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
219
Moris METERLİNK
KORLAR
Tərcümə edəni: Ülkər Nəsibbəyli
İştirak edirlər:
KeĢiĢ.
Birinci anadangəlmə kor
Ġkinci anadangəlmə kor
Üçüncü anadangəlmə kor
Ən qoca kor.
BeĢinci kor.
Altıncı kor.
Dua eləyən üç kor qarı
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
221
Uca, ulduzlu göyün altında, olduqca qədim vəhĢi Ģimal meĢəsi.
Enli, qara plaşa bürünmüş qoca keşiş, gecənin zülmətinin qaranlığında səhnənin
ortasında oturub. Başını hündür, oyuqlu palıd ağacına söykəmiş qoca, ölü kimi
hərəkətsizdir. Bənizi qorxulu dərəcədə solğun, göyərmiş dodaqları yarımaralıdır, qalın,
çal saçlarının düz və seyrək telləri üzünə düşüb, nuru sönmüş lal gözləri daha əbədiliyin
gözlə görünən tərəfinə baxmır. Sanki bitib- tükənməz məşəqqət və göz yaşları qocanın
gözlərini qanla doldurub. Ağır səssizliyin hökm sürdüyü bu qaranlıq meşədə, qocanın
simasından daha işıqlı və daha hərəkətsiz heç nə yoxdur. O, sümüyü çıxmış, arıq əllərini
dizlərinin üstünə qoyub.
Sağ tərəfdə, daşların, kötüklərin və quru otların üstündə altı kor qoca oturub. Sol tərəfdə,
üzləri qocalara tərəf oturmuş qadınları kişilərdən, çılpaq kökləri görünən ağac və qaya
parçaları ayırır. Qadınlardan üçü dayanmadan, boğuq səslə dua oxuyub ağı deyir.
Dördüncü qadın, hədsiz qocadır. Oturuşu yüngül əqli pozğunluqdan xəbər verən beşinci
qadının dizlərinin üstündə saxladığı uşaq yuxuya gedib. Altıncı qadın, son dərəcə
cavandı. Qocalar kimi, qadınların da əynində tünd rəngli, enli, bir-birlərinə oxşar
paltarlar var. Demək olar, bütün korlar dirsəklərini dizlərinə söykəyib, üzlərini ovucları
ilə örtüb nə isə gözləyirlər. Görünür, onlar lazımsız hərəkətləri çoxdan yadırğayıblar və
daha adada eşidilən anlaşılmaz, qorxulu səslərə fikir vermir, başlarını səs gələn tərəfə
çevirmirlər. Hündür qəbiristanlıq ağacları – qaraçöhrə, salxım söyüd və sərv ağacı öz
etibarlı kölgələrini onların üzərinə salıblar. Gecənin qaranlığında, keşişdən bir qədər
kənarda açmış nərgiz gülləri nəzərə çarpır. Sıx yarpaqların arasından sivrilib zülməti bir
anlıq da olsa, yarmağa çalışan ay işığına baxmayaraq, səhnə son dərəcə qaranlıqdı.
Birinci anadangəlmə kor: Hələ qayıtmayıb?
Ġkinci anadangəlmə kor: Məni oyatdın!
Birinci anadangəlmə kor: Mən də yatırdım.
Üçüncü anadangəlmə kor: Mən də.