Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə70/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   66   67   68   69   70   71   72   73   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
238 
 
Cavan kor qadın:                              Deyə bilmərəm. Necə izah edim?... Burdan çox 
uzaqdı – dənizləri aĢmaq lazımdı. Mənim yurdum böyükdü. Mən ancaq iĢarələrlə göstərə 
bilərdim, ancaq axı biz görmürük... Çox sərgərdan gəzmiĢəm...   GünəĢi, suyu, alovu, 
dağları, insanları, qeyri-adi gülləri görmüĢəm... Adada belələri yoxdu – bura çox qaranlıq 
və soyuqdu... Gözüm tutulandan, onların ətrini seçə bilmirəm... Mən valideynlərimi və 
bacılarımı da görmüĢəm... Çox cavan idim, harda olduğumu baĢa düĢmürdüm... Dənizin 
sahilində oynayırdım... ancaq dəqiq yadımdadı ki, görürdüm!.. Bir dəfə hündür bir 
dağdan qara baxdım... Mən, gələcəkdə bədbəxtliklə üzləĢəcək insanları tanımağa 
baĢlamıĢdım...  
 
Birinci anadangəlmə kor:   Nə demək istəyirsən?     
 
Cavan kor qadın:                              Bəzən indi də onları səslərindən tanıyıram... Onların 
haqqında düĢünmədikcə, xatirələrim daha da aydınlaĢır...             
 
Birinci anadangəlmə kor:   Mənimsə xatirələrim yoxdu...  
 
  
Böyük köçəri quĢlardan ibarət dəstə qıĢqıra- qıĢqıra ağacların üstündən uçur. 
 
  
Ən qoca kor:                         Yuxarıdan yenə nə isə sürətlə ötüb keçdi!    
 
Ġkinci anadangəlmə kor:     Niyə bura gəlmisən?   
 
Ən qoca kor:                                     Kimdən soruĢursan?  
 
Ġkinci anadangəlmə kor:     Cavan bacımızdan.   
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
239 
Cavan kor qadın:                              Mənə dedilər ki, o məni sağalda bilər. O demiĢdi ki, 
tədricən gözlərim açılacaq. Onda adadan gedəcəyəm.  
 
Birinci anadangəlmə kor:   Biz hamımız adadan getmək istəyirik!  
 
Ġkinci anadangəlmə kor:     HəmiĢəlik burda qalacağıq!  
 
Üçüncü anadangəlmə kor:             O çox qocadı. Bizi sağaltmağa vaxtı çatmayacaq!   
 
Cavan kor qadın:                              Göz qapaqlarım bağlı olsa da, hiss eləyirəm ki, 
gözlərim diridi...  
 
Birinci anadangəlmə kor:   Mənim göz qapaqlarım aralıdı.  
 
Ġkinci anadangəlmə kor:     Mən gözüaçıq yatıram.   
 
Üçüncü anadangəlmə kor: Gəlin gözlərimiz haqqında danıĢmayaq!  
 
Ġkinci anadangəlmə kor:     Çoxdan burdasan?   
 
Ən qoca kor:                                                  Bir dəfə axĢam dua oxuyan zaman, tanıĢ 
olmayan qadın səsi eĢitdim və səsindən baĢa düĢdüm ki, hələ çox cavandı...  Səni 
görmək, eĢitmək... istəyirdim.   
 
Birinci anadangəlmə kor:   Mənsə heç nə sezməmiĢdim.  
 
Ġkinci anadangəlmə kor:     O bizimlə heç nə haqda danıĢmır!  
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
240 
Altıncı kor:                             Deyirlər, sən çox gözəlsən.   
 
Cavan kor qadın:                  Özümü heç vaxt görməmiĢəm.  
 
Ən qoca kor qadın:                          Heç birimiz bir-birimizi görməmiĢik. Bir- birimizə 
sual verib cavab alırıq; bir yerdə yaĢayırıq, həmiĢə bir yerdəyik, amma kim olduğumuzu 
bilmirik!.. Əbəs yerə əllərimizlə bir- birimizə toxunuruq – gözlər əllərdən çox bilir...      
 
Altıncı kor:                                         Bəzən gün çıxanda, elə bil kölgələrinizi görürəm.  
 
Ən qoca kor:                                                  YaĢadığımız evləri heç vaxt görməmiĢik; 
əbəs yerə divarlara, pəncərələrə toxunuruq, onsuz da harda yaĢadığımızı bilmirik!..   
 
Ən qoca kor qadın:                          Deyirlər, ora, keĢiĢin yaĢadığı qüllədən baĢqa, günəĢ 
iĢığı görməyən, qaranlıq, narahat, qədim bir qəsrdi.   
 
Birinci anadangəlmə kor:   Gözləri görməyənlərə iĢıq lazım deyil.   
 
Altıncı kor:                                         Mən yataqxananın yaxınlığında qoyunları otaranda 
onlar qüllədəki iĢığı özləri görüb geri qayıdırdılar... Onlar bir dəfə də azmayıblar.   
 
Ən qoca kor:                                      Artıq neçə ildi, bir yerdə yaĢayırıq və bir- birmizi 
heç görməmiĢik! Belə çıxır ki, hər birimiz tək-tənha yaĢayırıq!.. Sevmək üçün görmək 
lazımdı.    
 
Ən qoca kor qadın:            Bəzən yuxuda gözlərimin açıldığını görürəm...  
 
Ən qoca kor:                         Mən ancaq yatanda görürəm... 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
241 
Birinci anadangəlmə kor:   Mən ancaq gecə yarısı yuxu görürəm.      
  
 
MeĢədə külək əsir; yerə çoxlu yarpaq səpələnir. 
 
           
BeĢinci kor:                           Əllərimə kim toxundu?  
 
Birinci anadangəlmə kor:   Üstümüzə nəsə tökülür!  
 
Ən qoca kor qadın:              Yuxarıdan nəsə tökülür, amma bilmirəm nə...  
 
BeĢinci kor:                                       Əllərimə kim toxundu?.. Mən yatırdım. Mane 
olmayın!  
 
Ən qoca kor:                                     Heç kim əllərinə toxunmayıb.  
 
BeĢinci kor:                                       Əlimi kim tutub? Bərkdən danıĢın, yaxĢı eĢitmirəm...  
 
Ən qoca kor:                         Biz də bilmirik.  
 
BeĢinci kor:                           Arxamızca gəliblər?  
 
Birinci anadangəlmə kor:   Onunla danıĢmaq əbəsdi- heç nə eĢitmir.   
 
Üçüncü anadangəlmə kor:            Düzü, karlar çox bədbəxtdilər.  
 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə