Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə76/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   72   73   74   75   76   77   78   79   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
263 
  
ġƏHƏR MĠRZƏSĠ 
VĠNETANIN SAKĠNLƏRĠ 
DĠLƏNÇĠ OĞLAN 
  
DĠLƏNÇĠ QIZ 
  
ġƏN SENATORUN ARVADI 
  
LĠLĠE, Ģən senatorun qızı 
  
ƏSGƏR 
  
MƏHBUS 
  
HƏBSXANA GÖZƏTÇĠSĠNĠN SƏSĠ 
  
 
 
 
 
 
 
 
 
  
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
264 
BĠRĠNCĠ ġƏKĠL 
  
Səhnədə bir liman meyxanası görünür. Musiqi və səs-küy. 
 
CONNĠ (sərxoĢdur): Anni! Anni! Səninlə deyiləm, Anni?! 
SAHĠBƏ (gəlir): Bəsdir, mumla, Conni! 
CONNĠ: Mumlayım?! Bu da təzə çıxdı? Bu meyxanada da səsimi içimə salım?! 
SAHĠBƏ: Tuluğunu doldurubsan, bəsindir. 
CONNĠ: Bəsimdir? Mən özüm bilərəm bəsimdir, ya yox, qandın? Mən... Mən dörd okean 
üzüb gəlmiĢəm... Özüm də qocalmıĢam, əzizim... 
SAHĠBƏ: Katrin! Gəl bu Conniyə de ki mumlasın! 
CONNĠ (əsəbiləĢir): Neyləyim? Bu da təzə çıxdı? Burda birinci dəfədir mənə deyirlər ki, 
mumla! HəmiĢə də pulunu verən bir adama... Bura meyxana yox, zibilxanadır, bildin?! 
KATRĠN (gəlir, mülayim səslə): YaĢa Conni! Lap düz deyirsən! Ġndisə mumla, Conni, 
bəsindir. 
CONNĠ: Sən hələ uĢaqsan, Katrinxen, ancaq mən baban yerindəyəm, səni dizlərimin 
üstündə yatırdaram. Mən Havay adalarında dönmə uĢaqlar əkəndə, sənin adı bəlli 
olmayan fırıldaqçı atan hələ dünyaya gəlmiĢ olmazdı. Hə, indi bir dənə litirlik gətir! 
Yoxsa pulunu vermirəm? Verirəm axı! Elə deyil? 
SAHĠBƏ: Verdiyin də bir zibil deyil! 
CONNĠ (birdən-birə yazıqlaĢır): Bəlkə də verdiyim zibildir... Ancaq yaĢlı bir adamın 
çörək pulu istədiyini üzünə vurmaq yaxĢı deyil. Tfu! YaxĢı deyil... 
SAHĠBƏ: Conni, indisə gəl... 
CONNĠ: Mumla, eləmi? Bilirəm, bilirəm... Bu zibilxanada bütün günü elə bunu eĢidirəm. 
SAHĠBƏ: Katrin, bura gəl! 
CONNĠ: Mən nə dedim ki, Anni? Dedim ki, yarımca litr gətir. Sən birgə keçirdiyimiz 
cavanlığı yadına sal! Qızıl gül ətirli günlərimizi xatırla, Anni! 
SAHĠBƏ: Səninlə qızılgül ətirli günlərim olmayıb! Səninlə heç vaxt olmayıb! Ola da 
bilməzdi! 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
265 
CONNĠ: Mən demirəm ki, bir yerdə olmuĢuq. Yox, hərənin öz günləri olub. Ancaq onda 
sinəndə gəzdirdiyin daĢ yox, ürək idi, Anni! Yoxsa düz demirəm? Bu qoca vaxtımda 
yalan danıĢıram? 
SAHĠBƏ: Ay qız gəl də! Ġkinci otaqda qalan cənab Detye səninlə mırt vurmaq istəyir. 
CONNĠ: Getməyin, uĢaqlar! Qocanı tək qoymayın! Sizə baĢıma gələn bir əhvalatı 
danıĢacam (hirslənir). Sizinlə deyiləm? Qulaq asın! Hamımızın pulunu Conni verəcək! 
Conni indi öz həyatında olmuĢ bir əhvalatı danıĢacaq (səs-küy davam edir. Bu aralıqda). 
SƏS EġĠDĠLĠR: Conninin verdiyi zibildir (hamı gülür). 
SAHĠBƏ: Özün bil, qonaqları narahat eləsən, bayıra atılacaqsan! Katrin, sən onu 
sakitləĢdir, sonra da get cənab Detye ilə bir az mırt vur... 
CONNĠ (kədər içində): Görürsən, qızım, məni sakitləĢdir, cənab Detyeni isə əksinə... 
Onunla mırt vur... Axı niyə, mənim əzizlərim? Ona görə ki, mən qocayam... 
KATRĠN: Sən qoca deyilsən, Conni. 
CONNĠ: Lazım deyil, Katrin, onsuz da mən daha heç kəsə lazım deyiləm. Heç cavanlar 
da mənim baĢıma gələnlərə qulaq asmaq istəmir. 
KATRĠN: Çünki onları bizə yüz dəfə danıĢmısan, Conni. 
CONNĠ: BoĢ-boĢ çərənləmə, qız! Mən daha heç kəsin xoĢuna gəlmirəm. BaĢıma 
gələnlərə də heç kəs qulaq asmaq istəmir! Heç kəs! Heç kəs! 
KATRĠN: Yox, yox, Conni, mən qulaq asıram. 
CONNĠ: Sən? Sən yaxĢı uĢaqsan, Katrinxen. Ancaq onların hamısını bilirsən, elə 
deyilmi? Yoxsa bilmirsən? 
KATRĠN (yalandan): Hardan bilirəm? Sənin baĢına o qədər iĢ gəlb ki... 
CONNĠ: Doğru sözündür? Bəs cənab Detye? 
KATRĠN: Qoy ikinci otaqda özü ilə mırt vursun. 
CONNĠ: Bəs cavan oğlanlar? 
KATRĠN: Onlar da rədd olsunlar. 
CONNĠ: Ha... ha... Mən Kəlküttədə ağ ayı ovlayanda, onlar hələ bəlkədə olardılar. Necə 
ovladığımı sənə danıĢım? 
KATRĠN: DanıĢ, Conni. 
CONNĠ: Yox, bəlkə sənə dəniz ilanının baĢına necə torba taxdığımı danıĢım? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
266 
KATRĠN: DanıĢ, Conni! 
CONNĠ: Yoxsa «Uçan Hollandiyalı»nı necə içirtdiyimi danıĢım? Gedib stolun altına 
girdi. 
KATRĠN: DanıĢ, Conni! 
CONNĠ: Yox, yaxĢısı budur sənə Vinetada – sulara qərq olmuĢ bir Ģəhərdə necə 
yaĢadığımı danıĢım! Orda uzun bir həyat yaĢamıĢam. Orda çox Ģey görmüĢəm. Bu, 
tarixdir və ondan nəsə öyrənmək olar, qızım. Biz gərək həmiĢə təpərli olaq. Bu təpər 
ürəyimizdə olmalıdır (Katrin əsnəyir). Əsnəyirsən, qızım? 
KATRĠN: Mən? 
CONNĠ: Yoxsa bu əhvalatı da bilirsən? 
KATRĠN: Yox, Conni, bilmirəm. Tez ol, danıĢ... 
CONNĠ: Hə, onda mən lap cavan idim. Ġyirmi beĢ yaĢım olardı... ya da iyirmi altı... 
Elədir? O vaxtlar sənin kimi qızlar bütün gecəni mənimlə mırt vururdular. Özü də heç 
nəsiz... Pulsuz-parasız... Hər gecə... (Katrin ona araq süzür). Sağ ol, Katrinxen, sənin 
sağlığına! Onda mən hələ matros deyildim, adicə dalğıc idim. Vinetada olanda... yəni 
dənizin dibində heç nə ilə məĢğul olmaq istəmirdim... Bu hadisə belə olmuĢdu... Min 
səkkiz yüz... bilmirəm neçənci ildə bizim balaca, qoz qabığına oxĢayan üç yüz tonluq 
gəmimiz ġimal dənizinin sahillərindən birində lövbər saldı. Bir il əvvəl burda bir yük 
gəmisi batmıĢdı, biz gərək onu tapıb çıxaraydıq. Çox gözəl, çıxaraq da... Bəs gəmidə ən 
etibarlı dalğıc kim idi? 
KATRĠN: Əlbəttə, Conni! 
CONNĠ: Düz deyirsən, Conni idi! Deməli, Conni hamıdan birinci yeddi yüz metr 
dərinliyə baĢ vurub oradakı vəziyyəti yaxĢı-yaxĢı öyrənməli idi. Qoy olsun! Hə, 
baĢlayıram hazırlaĢmağa: dalğıc paltarını geyinirəm, altı qurğuĢunlu ayyaqabıları 
ayağıma taxıram... Tullanacağım yerə gəlib dəbilqəni baĢıma keçirmək istəyirəm ki
birdən... Hə, nə olsa yaxĢıdır? 
KATRĠN: Gəmidə əl buyruqçusu iĢləyən oğlan qaça-qaça gəlir... 
CONNĠ: Özü də necə gəlir?! Lap nəfəsi kəsilir, elə bil kimsə dalınca düĢüb. «Conni, 
Conni, tullanma! - deyir. - Geri qayıtmayacaqsan!» Heçcə nə baĢa düĢmürəm: niyə 
qayıtmıram? Deyir: «Zəng səsləri eĢitdim... Zəng səsləri...» Bütün gəmi gülüĢür. Hərəyə 
bir Ģunquruq qoĢmağı xoĢlayan miçman deyir: «Yəqin aĢpaz qulağının dibinə birini 
iliĢdirib, qulağı hələ də cingildəyir. Ha... ha...» Oğlan deyir: «Yox, aĢpaz qulağımın 
dibinə iliĢdirəndə, musiqili səslər eĢidirəm. Ancaq indi kilsə zənglərinin səsidir. Dənizin 
dibindən gəlir!» (Bu arada qız yavaĢca əkilir, ancaq qoca Conni bunu hiss eləmir). «Hə, 
deyəsən, nənəndən eĢitdiyin nağılların havası hələ baĢından çıxmayıb!» - deyirəm. – 
«Qulağın səsə düĢüb, oğul bala. YaxĢısı budur, dəbilqəni bəri ver!» Oğlan ağlamağa 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə