Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə27/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   23   24   25   26   27   28   29   30   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

77 


 

O, əlini qaldırıb yorğun bir hərəkətlə öz kitabxanasını göstərdi. 

 

- Maşın mənim üçün onlarla şah əsər hazırladı...Onlar sənin ixtiyarındadır. Əgər Şimal 



qütbünə qayıtsan, onları özunlə apara bilərsən... 

 

- Sən onları naşirlərə təklif etmədin? 



 

O çiyinlərini çəkdi. Mən əsəbiləşdim. 

 

- Nə demək istəyirsən? Yoxsa onları bəyənmədilər? 



 

Doğrudanmı Onezim, naşirlər sənin şah əsərlərini qəbul etmədilər? Ola bilməz. Bəlkə bir 

anlaşılmazlıq olub, elektronika işləməyib? Bu maşın... 

 

O quru bir tərzlə sözümü kəsdi: 



 

- Maşına söz ola bilməz. Amma naşirlər onun yazılarını qəbul etmirlər. Eh! Sənə bir 

qovluq məktub göstərərəm. Hallimar, Jülyar, Plon kimi nəşriyyatlardan məktublar 

almışam. Hamısı eyni cavab yazır: 

 

«Lütfkarlıqla bizə təqdim etdiyiniz əlyazmasını məmnuniyyətlə oxuduq. Təəssüf ki, onun 



nəşri bizim nəşriyyatın imkanlarından kənardır...» 

 

- Axı nə üçün? 



 

- Bu yerdə, demək olar ki, həmişə eyni bəhanə: «Hiss olunur ki, Balzakın təsiri 

altındasınız...» «Şübhə yox ki, siz Moris Drüonun əsərlərini çox oxumusunuz...» 

«Təəssüf ki, siz Erve Bazenin əsərlərinə beş barmağınıza bələd olan kimi bələdsiniz...» 

Hər dəfə də, «təəssüf ki!» 

 

- Deməli hamısına etiraz edirlər? 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

78 


 

- Hamısına! 

 

- Dəhşətdir! Amma ağlıma bir şey gəlib. Götür maşını, əyil mikrofona tərəf. Korney, 



Zolya yaxud Saqan demək əvəzinə sadəcə olaraq öz adını de, de: - «Onezim.» Onda 

alınan əsər sənin özünün olacaq. 

 

O dodaqucu gülümsündü: 



 

- Yəqin özün fikirləşirsən ki, mən bunu etməmiş olmaram. Mən «Fəlsəfi əsər» düyməsini 

basdım, sonra mikrofona öz adımı dedim: Onezim: 

 

- Sonra? 



 

- Qırx üç saniyəyə yüz səhifəlik bir əlyazma hazır oldu. 

 

- Əsərin adı nə idi? 



 

- «Toyuğun, bifşteksin və quzu ətindən kotletin yenı elektronik üsulla bişirilməsinə dair 

bəzi mülahizələr». 

 

 



Tərcümə: Hamlet Qoca 

 

 



 

 

 



 

 

 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

79 


 

Cumpa Lahiri 

 

Həqiqi qapıçı 

  

Pilləkəni süpürən Buri Ma son iki gecəni rahat yatmamışdı. Barı üçüncü gecə rahat 



yuxulasın deyə, yatdığı küncdəki həşəratları əvvəlcədən təmizləmək qərarına gəldi. Bu 

künc qapıçısı işlədiyi binanın poçt qutularının altındakı boşluq idi. Yorğanını əvvəlcə 

burada, sonra isə küçədə çırpdı. Onun bu hərəkəti küçəyə atılan tərəvəz qabıqlarını 

dimdikləyən qarğaların ora-bura qaçmasıyla nəticələndi. Dama qədər uzanan dörd 

mərtəbəni çıxmağa təzəcə başlamışdı ki, qəfildən əlini hər dəfə yağış yağmazdan öncə 

şişməyə başlayan dizinin üstünə qoydu. Dizində sezilən şiş onu öz yorğanını, vedrəsini, 

süpürgə dəstəyi kimi yararlandığı çur-çubuğu bu ara tək əliylə daşımağa məcbur 

edəcəkdi. Onsuz da son vaxtlar pillələrlə qalxmaq daha çətin gəlirdi. 

  

Onun nəzərində bu pilləkənlə çıxmaq daşınan nərdivanla qalxmağa bərabər idi. Altmış 



dörd yaşına dolsa da, saçını qoz boyda bir top şəklində yığmışdı. İstər qabaqdan, istərsə 

yandan baxanda arıq bədəninin eni bir-birindən fərqlənmirdi. 

  

Əslinə qalanda, Buri Manın malik olduğu yeganə üçölçülü şey – səsi idi. Dərd-sərdən 



kövrəkləşən bu səs kokos meyvəsini parçalayacaq qədər incəydi. Hər gün iki kərə, həm 

də pilləkənləri yuyarkən o, bu səslə keçmiş taleyini, ölkəsi iki yerə bölünəndən sonra 

Kəlküttədən qovulandan bəri başına gələn məşəqqətlərdən söz açırdı. Vətənində baş 

verən daxili qarışıqlıq onu ərindən, dörd qızından, ikimərtəbəli, iri evindən, qızılgül 

kolundan hazırlanmış almarisinə və açarlarını hələ də gəzdirdiyi ziynət mücrüsünə həsrət 

qoymuşdu. Mücrülərin açarlarını o, adətən topladığı pullarla birlikdə sarisinin ucuna 

vurduğu düyünün içində saxlayardı. 

  

Hazırda ora-bura qaçmaqla keçən günlərini unutmaqdan ötrü rahatlıq içində yaşadığı 



əyyamlarından söz etməyi sevirdi. Məsələn, ikinci mərtəbənin pilləkən meydançasına 

çatanda o, bütün bina sakinlərinə özünün üçüncü qızının toy menyusundan bəhs etməyə 

başlayırdı adətən: ―Onu bir məktəb müdirinə ərə verdik. Toyda plovu gülabla bişirmişdik. 

Şəhər meri də toyda iştirak edirdi. Qonaqlar əllərini gümüş kasalarda yumuşdular‖. Bir 

anlığa nəfəsini dərən qadın qoltuğuna vurduğu əşyaları düzəldəndən sonra plintusun 

altından çıxan tarakanı qovalayaraq sözünün ardını gətirirdi: ―Xardallı krevetlər (xırda 

dəniz xərçəngi – A.Y.) banan yağında qaynarlanmışdı. Paraya-pula heç 

qızırqanmamışdıq, çünki həmişə elə o cür, yəni gen-bol yaşamışdıq, həftədə iki kərə keçi 

əti yeyirdik. Bağçamızda da içində balıqlar qaynaşan bir nohur var idi‖. 

  



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə