Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə35/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   31   32   33   34   35   36   37   38   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

98 


məlum məsələdi ki, fincanla... başınızın üstündə «çiy su içməyin» plakatı, sizdən də 

əvvəl burda sifilis xəstəsi, məsələn, bizim sədr su içib... 

 

Sədr heç nə deyə bilməyib, zarıdı. 



 

İyirmi nəfər işçi qadın dodaqlarını ikrahla dəsmala, dəsmalı olmayanlar isə ətəklərinə 

sildi. 

     


- Sən niyə zarıyırsan? – feldşer sədrdən soruşdu. 

     


- Mən heç vaxt sifilis olmamışam!!  -  sədr qışqırdı, bir anın içində rəngi pomidor kimi 

qızardı. 

     

- Məzən olsun...  Mən misal üçün deyirəm... Belə deyək, o qadın, - feldşer titrəyən 



barmağını ilk sıralara uzatdı – qadınlar ətəklərini xışıldada-xışıldada sıraları tərk etməkdə 

idilər. 


     

- Qadın 8 Mart günü cinsi yetişkənliyə çatırsa, ifadəmə görə üzr istəyirəm,  - bürküdən 

getdikcə daha çox əziyyət çəkən natiq tribunadan danışırdı, - bax, o qadın özü barədə nə 

fikirdədi?.. 

     

- Tərbiyəsiz! – arxa sıralardan kimsə nazik səslə dilləndi. 



     

- Onun arzuladığı tək şey, aylı gecələrdi,  -  bu da öz cinsi patnyoruna doğru irəliləmək,  -  

feldşer tamam özündən çıxmışdı. 

 

Bu vaxt komada zarıma və diş qıcartısı eşidildi. 



 

Skamyalar cırıldayıb, boşaldı. İşçi qadınların hamısı, bəziləri ağlayaraq, otaqdan çıxdılar. 

 

Cəmi iki nəfər qaldı: sədr və feldşer. 



     


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

99 


- Onun cinsi partnyoru isə,  -  feldşer sədrə baxa-baxa yerində yırğalanaraq, davam elədi, 

- mənim əziz işçi qadınım özünü sevgi və digər günahlara təslim edir... 

     

- Mən işçi qadın deyiləm! – sədr qışqırdı. 



     

- Üzr istəyirəm, siz kişisiniz?  -  gözlərindəki toru dağıtmağa çalışan feldşer soruşdu. 

     

- Kişiyəm! – sədr özünü təhqir olunmuş adam kimi hiss edərək qışqırdı. 



     

- Oxşamırsınız - feldşer hıçqırdı. 

     

- Bilirsiniz,  İvan  İvanoviç, siz eşşək kimi sərxoşsunuz, - hirsindən tir-tir əsən sədr 



qışqırdı, - siz mənim bayramımı məhv elədiniz! Sizdən mərkəzə, lap yuxarılara şikayət 

eləyəcəm. 

     

- Neynək, şikayət elə, - feldşer kürsüyə oturub, yuxuladı. 



 

27 mart, 1925-ci il 

 

 

Tərcümə edəni:  Günel Mövlud 



 

 

 



 

 

 



 

 

 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

100 


 

Vasili Yan 

 

Tacgül 

 

(Fars elinin dağlarında) 

 

 

Fars elinin şimal tərəflərində, bizim xəzəryanı sərhədimizin o tayında kürd kəndləri var. 



 

Kürdlər bura bir neçə əsr əvvəl, türk sərhədindən köçürülüb – qadınabənzər farsları cəsur 

türkmənlərdən qorumaq üçün. Kürdlər həm başqa cür, farslardan fərqli geyinir, həm də 

başqa dildə danışırlar. 

 

Onlar yarıköçəri həyat tərzi keçirir və qoyun sürülərini də götürüb, bir müddət öz 



kəndlərindən dağlara köçürlər. Orda ərəb çadırlarına oxşayan qaranlıq alaçıqlarda 

yaşayırlar. 

 

Onlar öz sürüləri ilə tez-tez bizim sərhədləri pozurlar. Qoyunları Kopetdağ silsiləsinin 



yayda belə tər otla örtülü yamaclarında otlayır. Onlar qışda, fars dağlarını boranlar 

bürüyüb, qar düşəndə də bizim tərəflərə köçürlər. 

 

Mənim Xivə-Qılınc adlı bir gənc tekin dostum vardı. Skobelevin Göytəpəyə yürüşü vaxtı 



Xivə-Qılıncın valideynləri öz aqibətlərindən ehtiyatlanaraq, onu kürd kəndinə aparıb, 

onların «himayəsinə» vermişdilər. 

 

Göytəpədəki savaşdan sonra onlar oğullarının arxasınca gəlmədilər və balaca Xivə-



Qılıncı kürdlər böyütməli oldu – buna görə də o, kürdcə danışırdı. Bir az böyüyəndən 

sonrasa kifayət qədər varlı qohumları onu geri, öz doğma aullarına qaytardılar və o, 

türkmən kimi böyüyüb başa çatdı. 

 

Fars elində, kürdlərin yanında onun özünə doğma bildiyi ailəsi, bacı-qardaş bildiyi 



yaşıdları qalmışdı. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

101 


 

Bir dəfə, ov vaxtı biz şaxtalı gecədə tonqalın yanında isinəndə, o mənə özü barədə 

danışdı. 

 

- Böyüdüyüm o ailədə, - Xivə-Qılınc danışırdı, - Tacgül adlı qız vardı, məndən bir az 



balaca idi. Biz bacı-qardaş kimi böyümüşük. Çox gözəl qız idi. Anası fars qızı idi, 

alaman (yürüş) vaxtı onu Fars elindən oğurlayıb apardılar. 

 

Mən Tacgüllə birlikdə dağlara çıxırdım. Biz orda vəhşi heyvanların necə yaşadığına 



baxırdıq. Daşların arasında gizlənib, çöl donuzlarının otlamağına baxırdıq. Dişiləri çox 

hiyləgər və həssas, erkəkləri isə çox qəzəbli olur. Balaları yanlarında olanda qabanlar 

qarşılarına çıxan hər kəsin üstünə atılır, iri dişləri ilə hamını parçalamağa hazır olurlar. 

Tacgül çox cəsur qız idi, heç nədən qorxmurdu. Biz onunla dağlarda dağ keçisi, ceyran 

sürəti ilə qaçırdıq, onun gözləri mənə ceyranların qara, girdə gözlərin xatırladırdı. 

 

Qohumlarım məni Axala gətirəndən, türkmənlərin arasında yaşayandan sonra mən 



həmişə Tacgülü yada salırdım. Onu başqalarından daha çox sevirdim. Əlimə balaca bir 

miras keçdi, buna görə də mən türkmən atlı ordusuna cigit-əsgər kimi daxil ola bildim. 

Özümə tekin yarışlarında dəfələrlə qalib gələn yaxşı bir at, qədim qılınc və Tacgül üçün 

ipək paltar aldım. 

 

Necə oldusa, öyrəndim ki, doğmaları Tacgülü rus sərhədindən keçən Sumbar çayının 



yuxarı tərəfindəki kəndin varlı sahibinə ərə veriblər. Düşündüm ki, ona baş çəkiim, 

xoşbəxt olub-olmadığını öyrənim. 

 

Onun ərə getdiyini eşidəndə qanım bərk qaralmışdı, axı onunla özüm evlənmək 



istəyirdim. Qərara gəldim ki, əgər onu zorla ərə veriblərsə, oğurlayıb, öz auluma gətirim. 

Kürdlər türkmənlərdən qorxurlar və özləri heç vaxt Axala gəlməzlər. 

 

Yayda cigitləri bir aylığa evlərinə buraxanda, mən Fars elinə getdim. Sərhəddən keçmək 



üçün kağız-zad almadım – onsuz da o dağların hər cığırını tanıyıram. Sərhədçi 

məntəqələri bir-birindən uzaqdı, aralarından türkmən qaçaqmalçıları asanca o tərəf-bu 

tərəfə gedib-gələ bilirlər. 

 

 



Mən kəndə çatanda artıq axşam idi. O kənd vadidə, dağların arasından keçən çayın 

kənarındadı. Bu çayı isə atla keçmək asandı. Amma yağışlar yağanda, vadini iki sajın 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə