Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə36/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   32   33   34   35   36   37   38   39   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

102 


hündürlüyündə su basır, sel qarşısına çıxan ağacları sındırır, heyvanları ağzına alıb, 

aparır. Bu elə vaxtlardı ki, gərək əhali dağlara qalxsın. 

 

Mən axşama yaxın o kürd kəndinə gedəndə, Axalda hava çox isti idi, mən axşamçağı ora 



çatanda isə kürd kəndində əməlli-başlı üşüdüm. 

 

Oba başçısının evinə yaxınlaşdım. Onun varlı adam olduğunu o dəqiqə bilmək olurdu. 



Dağın yamacı boyu çoxsaylı tikililər bir-birini əvəz eləyirdi, bütün tikililərin damı hamar 

idi, gecələr bu damlarda aya-ulduzlara baxa-baxa yatmaq olardı. 

 

Mən sakitcə həyətə girib, şahə qalxmağa çalışan atımın yüyənindən yapışdım. Tacgül 



dama çıxdı. O nəsə qışqırdı və o dəqiqə iki kürd nökər yaxınlaşıb, atımı axura tərəf 

apardılar. 

 

Tacgül böyümüş, əməlli-başlı qadın olmuşdu. Əynində mavi köynək, dizə qədər enli 



şalvar vardı. Dörd qara hörüyü vardı,  sinəsində gümüş, qızıl bəzəklər cingildəyirdi. 

Başında isə artıq qız deyil, ərli qadın olmağının nişanəsi – qırmızı yaylıq vardı. 

 

Tacgül bir neçə xoş söz dedi, qardaşının gəlişinə çox sevindiyini hiss elətdirdi. 



Oba başçısının üç evi yamac boyu, bir-birindən hündürdə tikilmişdi. Kürən, cır tülkü 

dərisindən kürk geymiş oba başçısı ikinci evin artırmasında göründü. 

 

Gördüm ki, oba başçısı məndən çox varlıdı. Mənim olanım at, yaxşı qılınc, bir də quru 



cigit-əsgər maaşıydı. Amma gördüm ki, oba başçısının  yanaqları çöküb, üzü quruyub, 

gözlərinin ağı saralıb, baxışları isə çox tutqundu. O dəqiqə başa düşdüm ki, o tiryakidi, 

həşiş xəstəsidi. 

 

Ürəyim gülləylə vurulmuş quş kimi ayağımın altına düşdü. Tacgül bədbəxt qadın idi, 



onun uşağı olmayacaqdı! Bu tiryaki arvadı ilə sevişə bilmir...Amma mən kədərləndiyimi 

büruzə vermədim, oba başçısının dayandığı artırmaya çıxanda onu qardaş kimi 

salamladım. 

 

Onunla xalçanın üstündə oturub, nökərlərin gətirdiyi çaydan içirdik, mən ona bizim 



Axalda baş verənlərdən danışırdım. Oba başçısı isə mənə nə qədər var-dövləti, neçə baş 

mal-qarası olduğundan danışdı. 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

103 


Biz plov yeyəndə Tacgül yaxınlaşıb, ərinin arxasında dayandı. O qadınına fikir vermədi, 

hətta bircə dəfə də olsun, ona oturmaq təklif eləmədi. O özü də az yeyirdi, hiss olunurdu 

ki, çox zəif adamdı. 

 

Söhbətin ortasında oba başçısı qalxıb, mənə məhəl qoymadan qonşu otağa keçdi. Mən 



onun gecə lampasını yandırdığını, yanakı uzanıb, çubuğunu çırağa tutub, alışdırdığını və 

yuxulayana qədər tüstünü sinəsinə çəkdiyini gördüm... 

 

O yatdığı müddətdə, mən Tacgüllə söhbət elədim. 



 

O özünün necə çoxlu başlıq qarşılığında varlı oba başçısına ərə verilməyindən danışdı. 

Bu məbləği qızın ailəsinə ona görə ödəmişdilər ki, bu adam tiryək çəkməyi tərgitsin. 

Valideynləri düşünürmüş ki, cavan, gözəl qızla evlənsə, oba başçısı sağalar. Amma 

toydan yarım il keçməsinə baxmayaraq, bu adam hələ də arvadına yaxın durmayıb. 

 

Tacgülə yazığım gəldi. Ondan soruşdum ki, mənim oba başçısını öldürməyimi istəyirmi? 



 

Tacgül cavab vermədi, ancaq gözləri ilə əri yatan otağı göstərdi. 

 

Gözləri açıq, həzzlə dolu, amma hərəkətsiz üzlü oba başçısı yerində uzanmışdı. 



 

Bir-birimizə baxdıq. 

- Bacımla niyə yaşamırsan? - soruşdum. 

- Mənimçün fərqi yoxdur, - dedi. 

- Sən onu sevirsən? 

- Hə. 


- İstəyirsən, o sənin arvadın olsun? 

- Hə. 


- Onunla yaşayacaqsan? 

- Mənim üçün fərqi yoxdur. 

- Mən onu özümlə Axala aparacağam! 

- Mənə dəxli yoxdu. Xoşbəxt olun, mənə də mane olmayın... 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

104 


 

Gördüm ki, tiryək çəkəndən sonra onun kefi elə sazdı ki, bu dəqiqə onun evini dağıtsam 

da, yandırsam ki, vecinə olmaz. 

 

Bıçağımı çıxardım, amma oba başçısının tükü də tərpənmədi. 



 

Tacgül əlimdən yapışdı: 

 

- Toxunma, indi onun ruhu Məhəmmədin cənnətindədi... 



 

O məni ən hündürdəki evə apardı, biz dama çıxıb, xalçaların üstündə oturduq. Günəş 

dağların ardında gizləndi, göy üzü qana boyanmış kimi qıpqırmızı qızardı. Bacıma onu 

Axala aparacağımı deyəndə, onun üzündə sevinc nişanəsi görməyəndə, içim göynədi. 

 

Bu evin damı o birilərindən hündür idi, burda bizi heç kim görmürdü. Həndəvərdəki 



qayalıqların başında əyri-üyrü budaqları şaxələnmiş püstə ağacları ucalırdı. 

 

Gördüm ki, Tacgül çox narahatdı. O susdu, iki dəfə ayağa qalxıb, aşağı düşmək istədi. 



Dırnaqlarını gəmirirdi, deyəsən həm vicdan əzabı çəkir, həm də məndən utanırdı. 

 

Məsələnin nə yerdə olduğunu başa düşdüm, ürəyim sızladı. Dizimi qucaqlayıb, oturdum. 



 

- Əgər belə istəyirsənsə, çəkə bilərsən, - dedim, - amma burda çək, mən də sənə baxacam. 

 

Tacgül aşağı enib, balaca çıraq, çubuq və qara qutu ilə qayıtdı. Sonra mənə yaxınlaşıb, 



əlimdən öpdü: 

 

- Beləcə otur, tərpənmə. Mən sənə baxacam, səni düşünəcəm. Həmişə belə eləyirəm. 



Mənə elə gəlir ki, biz yenə səninlə daşların arası ilə qaçırıq, dağın gündöyənində, gözəl 

zanbaqlar və lalələrlə dolu yamaclardayıq, günorta günəşinin od kimi qızdırdığı daşların 

üstündə otururuq. Sənin məni necə əzizlədiyini görürəm. Əvvəllər heç vaxt yaşamadığım 

həzzi yaşayıram.... 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə