Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə44/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   40   41   42   43   44   45   46   47   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

125 


  

Aralarında bulunduğum o insanların həyat tərzi üçün çox da gözüm atmırdı. Əgər mən 

bayaq dediyim sırf azadlığa düşkün birisi olsaydım, onda o qaşqabaqlı insanların 

gözlərindən oxunan çıxış yolunu seçməkdənsə, özümü okeana atmağı daha uyğun 

sayardım. Bənzər şeylər barədə düşüncələrə dalmazdan öncə mən hər halda insan 

davranışlarına uzun-uzadı göz qoymağı uyğun bilmişdim. Üst-üstə qalaqlanan bütün o 

müşahidələr məni bəlli bir yola təhrik etmişdi. 

  

İnsanları yamsılamaq necə də asan idi. Elə ilk günlərdən mən onlardan tüpürməyi 



öyrəndim. İnsanlar mənim üzümə tüpürürdülər, mən isə onlarınkına. Aramızdakı yeganə 

fərq ondan ibarət idi ki, mən öz üzümü yalaya bilirdim, onlar isə yox. Az sonra mən 

matros kimi qəlyan tüstülətməyi də öyrəndim: elə ki qəlyandakı tütünü baş barmağımla 

basırdım, göyərtədə hər kəs sevincdən dəli kimi çığırışırdı. Ancaq mən dolu və boş 

qəlyanlar arasındakı fərqi uzun müddət, həm də heç cür dərk edə bilmədim. 

  

Araq içməyə başlamam çox çətin oldu, çünki spirtin iyi burnuma vuranda başım 



çatlayırdı. Özümü əbəs yerə buna alışdırmağa can atırmışam, aradan bir neçə həftə 

keçməmiş içkiyə də alışdım. Maraqlı cəhət də o idi ki, arağa öyrəşmək üçün apardığım 

daxili mücadiləni çevrəmdəki insanlar ciddi, hətta ətrafdakı bütün digər şeylərdən daha 

ciddi məsələ kimi qəbul edirdilər. 

  

İndi mən keçmiş barədə düşünəndə çevrəmdəki insanların heç birinin üzünü xatirimdə 



canlandıra bilmirəm. Ancaq yadımdadır ki, onlardan birisi həm Allahın ver günü, həm də 

gecə-gündüz demədən, bəzən tək, bəzən isə yanı yoldaşlı qəfəsimə yanaşır, içki içməyin 

təhərini əyani şəkildə mənə göstərirdi. Onun gözündə anlaşılmaz bir məxluq 

sayıldığımdan hər vəchlə məni anlamağa can atırdı. Bu müəllimim gözümün önündə 

butulkanın ağzını ağır-ağır açandan sonra məni zənlə süzürdü – bu yolla o, mənim bu işi 

qavrayıb-qavramadığımı öyrənmək istəyirdi. Etiraf edim ki, mən də nəfəsimi içimə çəkib, 

onu izləyirdim, çünki o, öz hərəkətləriylə məni tilsimləyirdi. Yer kürəsindəki heç bir 

müəllim özünə mənim qədər çalışqan şagird tapa bilməzdi. 

  

Açdığı butulkanı ağzına aparanda gözlərimi zilləməklə onun hər hərəkətini izləyirdim. 



Bu yerdə o, razılıqla başını tərpədir, içki şüşəsini dodaqlarına dirəyirdi. Həmin an mən 

gözlərimin yavaş-yavaş açıldığının fərqinə varır, sevincdən ciyildəyərək, tələsik ora-

buramı qaşıyırdım. Özündən məmnun görünən müəllimim butulkanı ağzından ayırmadan 

ilk qurtumu alırdı. O dəm mən həyati biliklərə yiyələnərkən yaşadığım çarəsizliyin və 

səbirsizliyin təsiriylə qəfəsin döşəməsini kirlədirdim. Bu məqam müəllimimə 

görünməmiş həzz bəxş edirdi. O, butulkanı tutan qolunu əvvəlcə yana açır, sonra ildırım 

sürətiylə təkrar ağzına yaxınlaşdırırdı. Başını geriyə əyməklə, içkini qurtaqurtla içirdi. 

Həm də bu vərdişi yaxşı mənimsəyim deyə, ağır-ağır içirdi. Gördüklərimdən sarsıldığım 

üçün mən qəfəsin dəmir çubuqlarından sallana qalırdım, o isə dərsin nəzəri hissəsini 

bitirdiyindən qarnını qaşıyaraq, bic-bic qımışırdı. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

126 


  

Bunun ardınca biz praktik məşğələlərə başlayırdıq. Soruşacaqsınız ki, nəzəri dərslər məni 

yormurdu ki? Əlbəttə ki, çox yorurdu. Amma nə etmək olar?! Yəqin alın yazımda bu da 

varmış. Hər şeyə rəğmən, mən var gücümlə çalışırdım. Müəllimimin mənə uzatdığı 

şüşəni alıb, titrək əllərlə onun ağzını açırdım. Qazandığım uğur mənə əsl qol-qanad 

verirdi. Sonra butulkanı qaldırırdım – bu mərhələdə mənim hərəkətlərim 

müəlliminkindən çox az fərqlənirdi – ağzıma yaxınlaşdırandan sonra… onu iyrənərək bir 

kənara tullayırdım: bəli, iyrənirdim, halbuki şüşə boş idi və sadəcə içindən burnuma araq 

qoxusu vururdu. Bu uğursuzluq müəllimimdən çox məni məyus edirdi. Hətta butulkanı 

bir kənara atandan sonra mən özümə xas səriştəylə qarnımı qaşısam da, bununla 

müəllimimin könlünü ala bilmirdim. 

  

Təkrar məşğələlərə davam edirdik. Müəllimimin yaxşı cəhəti o idi ki, heç vaxt mənə 



acığı tutmazdı. Düzdür, hərdənbir yanan qəlyanıyla məni dümsükləyirdi və bunu o vaxta 

qədər edirdi ki, bədənimin əlim yetməyən qismindəki xəz ütülməyə başlayırdı. Vəziyyəti 

belə görəndə, o, öz qaba əliylə tüstüləyən xəzi söndürürdü. Heç vaxt mənə acığı 

tutmurdu, çünki o da başa düşürdü ki, bizim ortaq düşmənimiz – mənim meymun 

xislətimdir və onunla mübarizədə ən ağır yük məhz mənim çiyinlərimə düşür. 

  

Qazandığımız qələbəyə isə hər ikimiz sevinirdik! Gözəl axşamların birində başımıza 



xeyli adam toplanmışdı. Hər halda o gün hansısa bayram qeyd olunurdu, çünki 

qrammofon oxuyurdu, gəmi heyətinin arasında bir zabit də gözə dəyirdi. Hər kəsin 

başının qarışıq olduğunu sezən kimi mən qəfəsimin böyründə heyətdən kiminsə 

təsadüfən unutduğu araq şüşəsini götürdüm və tamaşaçılarımın getdikcə artan maraq dolu 

baxışları altında onun qapağını mənə öyrədilən tərzdə açdım, butulkanı ağzıma apardım 

və üz-gözümü zərrəcə qırışdırmadan, lap o köhnə əyyaşlar kimi, çəkinib eləmədən arağı 

qarnıma boşaltdım. Düzdür, o ara nəfəsim daraldı və az qaldı gözlərim hədəqələrindən 

çıxa. Sonra mən boş butulkanı bir kənara tulladım, ancaq bu dəfə həmin hərəkəti küt 

şagird kimi yox, öz işinin ustası kimi elədim. Qarnımı qaşımağı unutsam da, qarşısı 

alınmaz istəyə boyun əyərək və başımda yaranan küyü boğmaq üçün ucadan və dəqiq 

şəkildə «allo» çığırdım. Bunu söyləyərkən tələffüzüm çox səlis idi. 

  

Məhz bu çığırma sayəsində mən öz keçmişimdən sıyrılıb, insanlar aləminə sıçrayış 



elədim. Seyrçilərimin heyrətlə: «Buna bir baxın, o, danışır da!» - çığırmaları o ara tərlə 

örtülən bədənimə yağan öpüş təsiri bağışlayırdı mənə. 

  

Bir də təkrarlayıram, insanları yamsılamaq heç könlümə yatan iş deyildi. Onları 



yamsılamağın tək səbəbi – çıxış yolu axtarmam idi və burada başqa bir motivdən söz 

gedə bilməz. 

  



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə